Atlıxan
Atlıxan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Kənd 1999-cu ildə yaradılmışdır.
== Toponimikası ==
Atlıxan oyk, sadə. Qusar rayonunun Quzuqışlaq i.ə.v.-də kənd. Qusarçayın sahilində, Yan silsiləsinin ətəyindədir. Oykonim Atlıxan şəxs adı ilə bağlı yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, Atlıxan əslən Kuzun kəndindən olan bir tayfa başçısının adıdır.
== Əhalisi ==
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 664 nəfər əhali yaşayır.
== Təhsilin vəziyyəti ==
Bir orta məktəb binası var.