Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brassica campestris var. autumnalis
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Capsella autumnalis
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Colchicum autumnale
Payız vaxtsızçiçəyi (lat. Colchicum autumnale) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü.
Cucumis melo var. autumnales
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Dendrocygna autumnalis
Qara yekəqarın fitçalan ördək (lat. Dendrocygna autumnalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü. D. a. autumnalis (Linnaeus, 1758) D. a.
Heleniastrum autumnale
Helenium (lat. Helenium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Yeganə Helenium autumnale (L. 1753) növü məlumdur. Cinsin adı Troya müharibəsinə səbəb olmuş əfsanəvi gözəl Yelenanın adından götürülmüşdür. Heleniumun 30-a yaxın növü Şimali və Mərkəzi Amerikanın enliyarpaqlı bitkilər qurşağından tropiklərə qədər bitir. Gülçülükdə 6 növündən istifadə olunur. Onlardan payız heleniumu (N.autumnale) xüsusilə məşhurdur. Bu, salaqgövdəli və çoxsaylı səbətləri yumşaq çiçəkqrupu əmələ gətirən bitkidir. Dilcik şəkilli çiçəkləri açıq-sarı, qonur, qırmızı rəngdə, boruşəkilli çiçəkləri isə sarı, ya da qonur rənglidir. Payız heleniumunun vətəni ABŞ-nin və Kanadanın şərqidir.
Mandragora autumnalis
Payız mandraqorası (lat. Mandragora autumnalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Moniezia (Blanchariezia) autumnalis
Moniezia (Blanchariezia) autumnalia (lat. Moniesia)-Yastı qurdlar tipinə aid olan sinif. Yastı, lent şəkilli qurddur, bədəninin uzunluğu 150 – 267 sm, buğumları maksimum eni -57 mm uzunluğu 4,5 – 2 mm qalınlığı 0,8 – 1,2 mm-dir. Helmintin başçıq hissəsi çox iridir -1,8 mm, eni isə 1,7 mm-dir .Başcığın üzərində 4 fincan şəkilli sormaclar yerləşir. Başcıqdan 3,5 mm arxada buğumlaşma başlayır, başcıqdan 20 -25 sm arxada hermoxeridit buğumlar əmələ gəlir, bu buğumlarda bütün cinsi üzüvlər yerləşir, hermoxrodit buğumlarda buğumlar arası xətkeş şəkili vəzilər olur, həmin vəzilərin uzunluğu 0,53 – 1,06 mm eni isə 0,12 -0,25 mm olur cinsi dəliklərin buğumlarda yerləşməsi iki tərəflidir və buğumun ön tərəfinə açılır. Hermoxrodit buğumlarda mərkəz sahənin eni və uzunu boyunca cinsi vəzilərin çoxlu sayda toxumcuqları yerləşir, toğumcuqların ölçüsü 0,050-0,070mm-dir. Sirrus əlavə törəmələrə malik deyildir, onun uzunluğu 0,092mm, sirrus bağırsağının uzunluğu isə 0,67 – 0,180 mm –dır. Buğumun ön yarısında 2 ədət paycıqlı yumurtalıq yerləşir (onun ölcüsü 0,657 -0,848mm -dır). Armud şəkilli toxumqəbuledicinin uzunluğu 0,212- 0,381 mm –dir. Arxa buğumlarda (yetgin buğumlarda ) bütün cinsi vəzilər reduksiyaya uğramışdır, yalnız icərisi yumutalarla dolu olan balalıq qalır.
Moniezia autumnalis
Moniezia (Blanchariezia) autumnalia (lat. Moniesia)-Yastı qurdlar tipinə aid olan sinif. Yastı, lent şəkilli qurddur, bədəninin uzunluğu 150 – 267 sm, buğumları maksimum eni -57 mm uzunluğu 4,5 – 2 mm qalınlığı 0,8 – 1,2 mm-dir. Helmintin başçıq hissəsi çox iridir -1,8 mm, eni isə 1,7 mm-dir .Başcığın üzərində 4 fincan şəkilli sormaclar yerləşir. Başcıqdan 3,5 mm arxada buğumlaşma başlayır, başcıqdan 20 -25 sm arxada hermoxeridit buğumlar əmələ gəlir, bu buğumlarda bütün cinsi üzüvlər yerləşir, hermoxrodit buğumlarda buğumlar arası xətkeş şəkili vəzilər olur, həmin vəzilərin uzunluğu 0,53 – 1,06 mm eni isə 0,12 -0,25 mm olur cinsi dəliklərin buğumlarda yerləşməsi iki tərəflidir və buğumun ön tərəfinə açılır. Hermoxrodit buğumlarda mərkəz sahənin eni və uzunu boyunca cinsi vəzilərin çoxlu sayda toxumcuqları yerləşir, toğumcuqların ölçüsü 0,050-0,070mm-dir. Sirrus əlavə törəmələrə malik deyildir, onun uzunluğu 0,092mm, sirrus bağırsağının uzunluğu isə 0,67 – 0,180 mm –dır. Buğumun ön yarısında 2 ədət paycıqlı yumurtalıq yerləşir (onun ölcüsü 0,657 -0,848mm -dır). Armud şəkilli toxumqəbuledicinin uzunluğu 0,212- 0,381 mm –dir. Arxa buğumlarda (yetgin buğumlarda ) bütün cinsi vəzilər reduksiyaya uğramışdır, yalnız icərisi yumutalarla dolu olan balalıq qalır.
Butuan
Butuan — Filippində şəhər. Aqusandel-Norte əyalətinin inzibati mərkəzi, Karaqa rayonunun ən böyük şəhəri. == Əhalisi == Əh. 309,7 min (2010). == Coğrafiyası == Mindanao adasının şimalında, Aqusan çayının Mindanao dənizinin Butuan buxtasına töküldüyü yerdədir. Transfilippin avtomagistralında avtomobil yolları qovşağı. Bərə yolu Mindanao adasını Manila ilə birləşdirir. Yerli dəniz portu. Aeroport. == Tarixi == İndiki Butuandan 5 km aralı olan ərazidə yaxşı vəziyyətdə qalmış ağacdan düzəldilmiş bir neçə dəniz gəmisi – “balanqay(uz.
Allium acutum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Andre Antuan
Andre Antuan (fr. André Antoine) — fransız rejissoru, aktyor və teatr nəzəriyyəçisi. Parisdə “Azad teatr” (1887) və “Antuan teatrı” (1897) təşkil etmiş, 1906-14-cü illər də “Odeon” teatrının direktoru olmuşdur. E. Zolya, Qonkur qardaşları, L. N. Tolstoy, İ. S. Turgenev, H. İbsen və b.-nın əsərlərini tamaşaya qoymuşdur. Andre Antuan həyatın doğru-düzgün inikasına, obraz və hadisələrin, kütləvi səhnələrin bədiiliyinə, həyatiliyinə, eləcə də tərtibat və geyimin tamaşanın məzmununa uyğun olmasına çalışmış, melodram və meşşan dramaturgiyasının əleyhinə çıxmışdır. Bəzi tamaşalarında naturalizm meyilləri də olmuşdur. A. Antuan 1914-cü ildən teatr tənqidi və kino sahəsində fəaliyyət göstərmişdir.
Antuan Burdel
Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı. Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir. “Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir.
Antuan Jüsse
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Antuan Lavuazye
Antuan Loran Lavuazye (26 avqust 1743[…], Paris, Fransa krallığı[…] – 8 may 1794[…], Konkord meydanı, Birinci Fransa Respublikası) — müasir kimyanın banisi. Antuan Lavuazye' (fr. Antoine Laurent de Lavoisier) – fransız kimyaçısı. 1743-cü ildə anadan olmuşdur.1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. Lavuazye zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris Parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da vəkili olmasını istəyirdi, lakin Lavuazye üçün təbii elmlər daha maraqlı idi, belə ki, o eyni zamanda hüquq, riyaziyyat, astronomiya, botanika, mineralogiya, geologiya və kimya üzrə təhsil almışdı. Lavuazye ilk təhsilini Mazarini Kollecində almış, sonra hüquq məktəbinə getmiş və 1764-cü ildə hüquq üzrə lisenziya almışdı. Lavuazye hüquq kursunda təhsil alaraq eyni zamanda o dövrdə Parisin ən yaxşı professorlarının rəhbərliyi altında təbii və dəqiq elmləri öyrənmişdir; riyaziyyat və astronomiyanı o , La Kailya adlı məşhur rahibin yanında, botanikanı Bernar de Jüssienin rəhbərliyi altında öyrənmiş, mineralogiya və geologiya kursunu Hettar, kimya kursunu isə Ruelin yanında keçmişdi. 1765-ci ildə Lavuazye Paris Elmlər Akademiyasının tapşırığı ilə yazdığı "Böyük şəhərin küçələrinin ən yaxşı şəkildə işıqlandırılması üsulu haqqında" adlı işini təqdim etmiş və 1766-cı ildə bu iş Akademiyanın qızıl medalına layiq görülmüşdü. 1763–1767-ci illərdə Lavuazye Fransanın mineraloji xəritəsinin tərtib edilməsində Hettara kömək etmək üçün onunla birlikdə bir neçə dəfə səyahətə çıxmışdı.
Antuan Qallan
Antuan Qallan (fr. Antoine Galland, 4 aprel 1646[…], Paris – 17 fevral 1715[…], Paris) — fransız şərqşünas, antikvar, tərcüməçi, Avropada"Min bir gecə" əsərinin ilk tərcüməçisi kimi məşhurlaşmışdır. Qədim Yazılar Akademiyasının üzvü (1701), "Kollec d & Frans"da ərəb dili müəllimi (1709-cu ildən). Fransız şərqşünası Antuan Qallan 1646-cı ildə Rollo şəhərində (Pikardiya vilayəti) sənətkar ailəsində anadan olmuş, 1715-ci ildə Parisdə vəfat etmişdir. Noyon və Parisdəki Plessi kollecində təhsil almışdır. "Kollec dö Frans"da Şərq dilləri sahəsində ixtisaslaşaraq, Konstantinopolda Fransa səfirliyində işləmişdir (1670). İki dəfə Ləvan şəhərinə elmi məzuniyyətə göndərilmişdir. Şərqdə işlədiyi müddətdə Şərq xalqlarının dilləri, adət və ənənələri, ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Çoxlu əlyazmaları, şəkilləri, mərmər əşyaları və qədim yazıları toplayıb öyrənmişdir. 1701-ci ildə o, Fransanın Qədim Yazılar Akademiyasının üzvü təyin olunmuşdur.
Antuan Qrizman
Antuan Qrizman (fr. Antoine Griezmann, [ɑ̃twan ɡʁjɛzman]; 21 mart 1991[…], Makon[d]) — Fransa milli komandasının və İspaniyanın Atletiko Madrid klubunda çıxış edir. 21 mart 1991-ci ildə Fransada anadan olub. Qrizman böyük klub karyerasına ilk mövsümündə Sequnda Divizionunu qazanaraq Real Sosyedadda başladı. 2014-cü ildə o, 30 milyon avroya o vaxtkı klub rekordu üçün Atletiko Madridə keçdi və UEFA Avropa Liqasısını, UEFA Superkubokunu, İspaniya Superkubokunu və La Liqanın Ən Yaxşı Oyunçusunu qazandı. O, 2016 və 2018-ci illərdə Ballon d'Or və ən yaxşı FIFA kişi oyunçusu mükafatına namizəd olub. 2019-cu ildə Qrizman 120 milyon avro dəyərində bir transferlə "Barselona"ya imza atarkən, bütün zamanların beşinci ən bahalı oyunçusu oldu. Orada o, 2021-ci ildə Atletiko Madridə qayıtmadan əvvəl Kopa del Reyi qazandı və sonra isə, klubun bütün zamanların ən çox qol vuran oyunçusu oldu. Beynəlxalq səviyyədə, Qrizman 2010-cu ildə 19 yaşadək futbolçular arasında Avropa Çempionatının qalibi oldu və 2014-cü anın 22 yaşında Fransa millisində debüt etdi; o vaxtdan bəri 120-dən çox oyun keçirərək, Fransanın beşinci ən çox oyun keçirən oyunçusu kimi sıralanır və 40-dan çox qol vurmaqla həm də ölkənin bütün zamanların ən çox qol vuran üçüncü oyunçusudur. O, UEFA Avro 2016-da ən çox qol vuran oyunçu kimi bitirdi və Fransa UEFA Avro 2016-da ikinci yeri tutduğu üçün Turnirin Oyunçusu oldu və Fransa 2018 FİFA Dünya Kubokunu qazandığı üçün ən çox qol vuran ikinci oyunçu kimi Gümüş buts qazandı.
Antuan Riqodo
Antuan Pocer Riqodo (fransiz dilində: Antoine Roger Rigaudeau; 17 dekabr 1971-ci ildə anadan olmuşdur) ― peşəkar fransız basketbol oyunçusu. 2015-ci ildə FİBA şərəf zalı siyahısına daxil edilmişdir.. Antuan Riqodo Fransanın Şole (basketbol klubu) (1987—1995), PO-Ortez (basketbol klubu) (1995—1997), Virtus (basketbol klubu, Bolonya) (1997—2003), Dallas Maveriks (basketbol klubu, ABŞ) (2003), Valensiya (basketbol klubu, İspaniya) (2003—2005) komandalarında çıxış etmişdir. O, 1997-1998-ci il və 2000-2001-ci il mövsümlərində Virtus (basketbol klubu, Bolonya) komandasının tərkibində Avroliqa çempionu olmuşdur. Antuan Riqodo, həmçinin 2002-2003-cü il mövsümündə Dallas Maveriks komandasının tərkibində Milli Basketbol Assosiasiyasında NBA-da çıxış etmişdir. 2001-ci ildə hələ basketbol üzrə Avropa çempionatına qədər Antuan Riqodo Basketbol üzrə kişilərdən ibarət Fransa yığma komandasının tərkibində 127 oyun keçirdikdən sonra beynəlxalq basketbol oyunlarından uzaqlaşmışdır, lakin 2005-ci ildə o, basketbol üzrə Avropa çempionatına qayıtmağı qərara almış, bürüc medal qazanmış, turnir qurtardıqdan sonra yenidən idmandan getmişdir. Antuan Riqodo 2015-ci ildən Paris-Levallua basketbol komandasının məşqçisidir.
Antuan Vatto
Antuan Vatto(fr. Jean Antoine Watteau; 10 oktyabr 1684[…], Valansyen, Eno qraflığı, Fransa krallığı – 18 iyul 1721[…], Nojan-sür-Marn, Fransa krallığı) — fransız boyakarı. Fransız rəngkarlığının görkəmli nümayəndələrindən biri də Antuan Vattodur (1684–1721). O, öz dövründəki real həyatı təsvir etmişdir. Yaradıcılığındakı gözəllik, zəriflik rokoko sənətkarlığının əsas istiqamətini təşkil edirdi.
Bulbophyllum acutum
Bulbophyllum depressum (lat. Bulbophyllum depressum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Sinonim == Bulbophyllum acutum J.J.Sm.
Elektrik tutumu
Elektrik tutumu — naqilin elektrik yükü toplamaq xassəsi. Elektrik tutumu naqilin yükünün onun potensialına olan nisbətinə deyilir. Elektrik yükü və elektrik sahəsi enerjisi toplamaq üçün işlədilən qurğu kondensator adlanır. Kondensator nazik dielektrik qatı ilə bir-birindən ayrılmış iki paralel, metal lövhədən ibarətdir. Köynəklərdən birinə +q, digərinə -q yükü versək onlar arasında U gərginliyi yaranar. İkinci lövhəni yerlə birləşdirmək də olar. Kondensatorun yükü dedikdə, bir köynəkdəki yükün modulu nəzərdə tutulur. Kondensatorun elektrik tutumu onun yükünün köynəkləri arasındakı gərginliyə olan nisbətinə deyilir. Düstur: C=q/U Kondensatorların formasına görə müstəvi, silindrik və s. növləri var.
Xanthium acutum
İstilik tutumu
İstilik tutumu və ya istilik sığışması bir maddənin istiliyinin 1 °C dəyişdirmək üçün tələb olunan istilik miqdarıdır, başqa sözlə, bir cismin istiliyinin temperaturuna görə törəməsidir. Cismin kütləsi ilə öz istiliyinin hasilinə bərabərdir. (m.c) C = ( δ Q d T ) {\displaystyle C=\left({\frac {\delta Q}{dT}}\right)} ifadəsi ilə göstərilir. Bu ifadədə δ Q {\displaystyle \delta Q} istilik dəyişməsi, δ T {\displaystyle \delta T} temperatur dəyişməsidir. SL sistemində vahidi coul/Kelvindir Bir cismin vahid kütləsinin temperaturunu vahid dərəcə ilə dəyişdirmək üçün tələb olunan istiliyə xüsusi istilik tutumu və ya xüsusi istilik deyilir. SI sistemindəki vahidi joule/qram kelvindir. İstilik tutumu maddələr üçün fərqləndirici bir xüsusiyyət deyildir.
Əmək tutumu
Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu - sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.
Antuan Kombuare
Antoine Kombouare (16 noyabr 1963, Numea) — Fransız futbol mütəxəssisi. 16 fevral 1963 tarixində Fransanın Nouméa şəhərində anadan olmuşdur. Futbol karyerasında 1982-ci ildə PSJ FK klubu ilə başlayan Kombouare, müxtəlif klublarda futbol oynayıb və 1994-cü ildə futbol karyerasını sonlandırıb. Məşqçilik karyerasına isə 1998-ci ildə başlayan Kombouare, ilk olaraq PSJ FK-da köməkçi məşqçi kimi işləyib və sonra baş məşqçi təyin olunub. Daha sonra başqa klublarda da məşqçi kimi çalışan Kombouare, son illərdə Fransa və yurtdışındakı klublarda çalışıb. Hazırda Kombouare, Fransa 1-ci Divizionunda yerləşən Nant klubunun baş məşqçisi və idarə heyətinin bir üzvüdür. Antuan Kombouare futbolçu karyerası ərzində bir çox uğurlara imza atıb. Futbolçu karyerası ərzində Fransa Liqa 1 komandalarından olan Nant FK və PSJ FK kimi komandalarda çıxış edib. O, PSJ-də oynayarkən komandanın kapitanı olub. Məşqçilik karyerasında o, 2009–2011-ci illər arasında PSJ-ni çalışdıraraq Fransa Liqa 1 çempionluğunu qazanıb.
Centaurium acutum
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Centaurium behen (L.) K.Koch Piptoceras behen (L.) Cass. Rhaponticum behen (L.) Ratier Serratula behen (L.) Lam.
Atum
Atum — Atum bəzən Atem və ya Tem kimi tərcümə olunur, Misir mifologiyasında mühüm tanrıdır. Atumun adının "tamamlamaq" mənasını verən tm felindən törədiyi güman edilir. Beləliklə, o, xaosa çevrilən dünyanı yaratmaqla yanaşı, "mükəmməllik timsalı" kimi şərh edilmişdir. Yaradıcı kimi o, dünyanın əcdadı hesab olunurdu. Dünyanın əsas substansiyası, tanrılar və başqa hər şey onun təbiətindən yaranmışdır. Atum ən qədim dövrlərdən bəri ən mühüm və tez-tez xatırlanan tanrılardan biridir, bunu padşahın yaradıcısı və atası kimi təsvir olunduğu Piramida Mətnləri də sübut edir. Bir neçə müqəddəs kitab Atumun necə yarandığı ilə ziddiyyət təşkil edir. Bəziləri Atumun öz adını çəkərək yaratdığını, bəziləri isə onun mavi lotus çiçəyindən və ya yumurtasından gəldiyini iddia edir. Heliopolit yaratma mifində Atum kurqanda ilkin sulardan özünü yaradan ilk tanrı hesab olunurdu. İlk miflərdə deyilir ki, Atum Şu tanrısı və ilahə Tefnutu ağzından tüpürərək yaradıb.
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Pterophyllum altum
Pterophyllum altum (lat. Pterophyllum altum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tsixlosomkimilər dəstəsinin tsixlosomlar fəsiləsinin skalyarlar cinsinə aid heyvan növü. Bəslənmə forması: Həm heyvan ilə, həm bitki ilə bəslənən Davranış forması: Uda bilməyəcəyi boydakı balıqlara qarşı təcavüzkar olmayan. Öz növlərinə davranışı: Orta dərəcədə təcavüzkar. Üzmə səviyyəsi: Orta səviyyə Cinsiyyət ayrı-seçkiliyi: Kişi və dişi arasında diqqətə çarpan bir fərq yoxdur. Artıma: Düz yumurta tökərlər. Dişi kişi birlikdə yumurtalara baxarlar. Akvarium şərtlərində istehsalı çətindir. İstilik: 26-28°C Ən çox böyüdüyü boy: 20 sm, yüksəkliyi 40 smi keçə bilər. Ən az akvarium həcmi: 300 lt, yüksəklik ən az 60 sm olmalıdır.
Tutum göstəricisi
Aviahorizont — əvvəllər gyro üfüqi və ya süni,üfüqi olaraq bilinən münasibət göstəricisi (AI), təyyarənin Yerin üfüqünə nisbətən istiqamətini izah edən və ən kiçik oriyentasiya dəyişikliyini dərhal göstərən bir uçuş vasitəsi idi. Miniatür təyyarə və üfüq çubuğu təyyarənin həqiqi üfüqə nisbətini təqlid edir. Bu, meteoroloji şəraitdə uçuş üçün əsas vasitədir. AI-nin zəruri komponentləri, üfüqə nisbətən uçduğu görünən şəkildə quraşdırılmış simvolik bir miniatür təyyarəni əhatə edir. Pilotun görmə xəttini nəzərə almaq üçün bir tənzimləmə sapı, təyyarəni üfüq çubuğuna uyğunlaşdırmaq üçün yuxarı və aşağı hərəkət edir. Alətin üst yarısı göyü təmsil etmək üçün mavi, alt yarısı isə yeri bildirən qəhvəyi rəngdədir. Yuxarıdakı bank indeksi bankın təyyarə bucağını göstərir. Ortadakı istinad sətirləri üfüqə nisbətən yuxarı və ya aşağı səviyyədədir. Rusiya istehsalı təyyarələrin əksəriyyəti bir qədər fərqli dizayna malikdir. Arxa plan displeyi Qərb alətində olduğu kimi rənglidir, ancaq meydançanı göstərmək üçün yuxarı və aşağı hərəkət edir.
Əmir Altun
Əmir Altun (?-1393) — XIV əsr Azərbaycan sərkərdəsi, Əlincə qalasının kutvalı.
Antun Avqustinçiç
Antun Avqustinçiç (xorv. Antun Augustinčić; 4 may 1900[…], Klanets[d], Avstriya-Macarıstan – 10 may 1979[…], Zaqreb) — Xorvatiya heykəltaraşı, beş dövlətin (Polşa, Yuqoslaviya, Albaniya, Argentina, Xorvatiya) başçılarına abidələrin müəllifi. İvan Meştroviç və Franyo Krşiniç kimi ustalarla yanaşı, Antun Avqustinçiç XX əsrin ən böyük xorvat heykəltaraşlarından biri hesab olunur. Onun ən məşhur əsərləri "Sülh" (BMT-nin Nyu-Yorkdakı binasının pedimentində quraşdırılmış) və "Şaxtaçı" (ÜTT-nin Cenevrədəki baş qərargahının binasının pedimentində quraşdırılmış) heykəlləridir. 1918-ci ildə Zaqrebdə heykəltaraşlıq ixtisası üzrə təhsil almağa başlamışdır, 1924-cü ildə oranı itirmişdir. Fransa hökumətinin əməkdaş kimi 1924–1926-cı illərdə Parisdə yaşamışdır. O, burada təhsil almışvə Fransa Sənətkarları Sərgisi və Azad Sənətkarlar Sərgisində sərgilənmişdir. Zaqrebdə 1929-cu və 1932-ci illərdə sərgilədiyi "Yer" bədii qrupunun yaradıcılarından biri olmuş, ideoloji fərqlərə görə 1933-cü ildə bu kollektivi tərk etmişdir. Moskva və Belqraddan sonra 1946-cı ildən Zaqrebdə yaşamış, elə həmin il Rəssamlıq Akademiyasının professoru olmuşdur. 1949-cu ildən bir çox xorvat heykəltaraşlarının yetişdirildiyi heykəltaraşlıq emalatxanasına rəhbərlik etmiş, həmin il indiki Xorvatiya Elmlər və İncəsənət Akademiyasının üzvü olmuşdur.
Kütüm
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Kütüm (növ)
Kütüm (lat. Rutilus frisii) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan növ. İki yarıpm növü vardır: Kütüm (Rutilus frisii frisii) — Qara və Azov dənizlərimdə yayılmışdır. Kütüm (Rutilus frisii kutum) — Xəzər dənizinin cənub və mərkəzi hissələrində yayılmışdır 75 sm uzunluğa və 6 kq çəkiyə qədər böyüyə bilirlər. Beli tünd, bir az yaşıl, böyürləri gümüşü, qarnı isə ağ olur. Dənizin çayların mənsəbinə yaxın ərazilərində yaşasalarda kürüləmə zamanı çaylara üz tuturlar. Yetkinliyə 4—5 yaşında, 40 sm uzunluğa sahib olarkən çatırlar Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.