Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqriate
Aqriate (fr. désert des Agriates, korsika dili: desertu di l’Agriate) — Korsika adasının şimal-qərbində yerləşən yarımsəhra. San-Forenzo sahillərindən İzolya-Rosaya qədər sahəni əhatə edir. Səhranın sahəsi 150 km² ərazini əhatə edir. Cənubda Saxaradan gələn küləklərin təsirinə məruz qalır. XIX–XX əsrlərdə heyvandarlığın hesabına sahəsi genişlənmişdir. Ən hündür nöqtəsi İfana dağıdır (479). Yay ayları ərazi tamamən quruyur. Yaz və qış ayları isə leysan ola bilir. Aqriate Korsikanın insansız əraxilərindən biridir.
Ariete
İstehsalçı ölkə: İtaliya
Avante!
Avante! (mənası – İrəli!) — Portuqaliyada gündəlik qəzet. Portuqaliya Kommunist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1931-ci ilin fevralında təsis edilmişdir. Qəzetin ilk nömrəsi 17 may 1974-cü ildə çıxmışdır. Qəzetin devizi – "Bütün ölkələrin proletarları birləşin!". Qərargahı Lissabondadır. == İstinadlar == == Əlavə ədəbiyyat == "Jornal "Avante!"". Partido Comunista Português. 21 April 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2005.
Avdat
Avdat — Petra ilə Qəzzə limanı arasında Buxur Yolu adlanan ticarət yolunun üzərində yerləşən Nəbatilərin mərkəzi şəhəridir. Şəhərin akropolu dəniz səviyyəsindən 655 metr yüksəklikdə Negev dağının yamacında yerləşir. Avdatın tikilmiş hissəsi 85 dunamdır və bütün Avdat Milli Parkı isə 2100 dunam ərazini əhatə edir. Avdat Milli Parkında qədim Nəbati tikililərinin qalıqları, o cümlədən gözətçi qülləsi, yaşayış kompleksi, məbəd tikililəri, şərabçılıq sahəsi , hərbi şəhərcik, yaxşı vəziyyətdə qalmış hamamlar və yenidən qurulmuş kənd təsərrüfatı terrasları var. 2005-ci ildə YUNESKO Avdatı Buxur Yolunun bir hissəsi kimi ümumdünya irsi siyahısına əlavə etdi. == Arxeoloji qazıntılar == Avdatın yaranma tarixi eramızdan əvvəl III əsrə təsadüf edir. Avdat haqqında ilk dəfə Yunan alimi Ptolemeyin “Coğrafiya” əsərində Roma əyaləti Ərəbistanın yeddi yaşayış məntəqəsi siyahısında rast gəlmək olar. Bizanslı Stefan, Herodyanın yazılarına əsaslanaraq, Avdat haqqında yazır ki, nəbatilərin məskənidir, tanrı kimi hörmət edilən padşahlarının adını daşıyır. Nəbatilərin tarixində Obodat (Avdat) adlı üç padşah olub, ancaq ölümdən sonra yalnız I Obodat ilahiləşdirilib. Eramızın I əsrində şəhər köçəri ərəb tayfalarının basqınlarından çox əziyyət çəkirdi.
Vitte
Vitte — soyad. Karl Vitte — alman hüquqşünas. Sergey Vitte — gürcü mənşəli rus dövlət xadimi Digər Vitte adası — Nordenşeld arxipelaqına daxil olan ada. Vitte adası (Yokanqskie adaları) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada.
Simona Abbate
Simona Abbate (22 avqust 1983) — İtaliyanı təmsil edən su poloçusu. Simona Abbate, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395 və ya 400, Klermon-Feran – 18 avqust 457, Qalliya) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Asiat Naniyeva
Asiat Naniyeva (18 yanvar 1940, Sir[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Cənubi Osetiya uşaq yazıçısı, publisist və tərcüməçi. Osetiya Yazıçılar Birliyinin və Cənubi Osetiya Yazıçılar Birliyinin üzvü. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisi. Nafi Cusoyti adına ədəbi mükafat laureatı (Cənubi Osetiya). == Bioqrafiyası == O, 1940-cı ildə Cənubi Osetiya Muxtar Vilayətinin Sir kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində bitirir, sonra Leninqorski rayonunun Zakkor kəndində orta məktəbdə oxuyur. Məktəbin ədəbi dərnəyinin fəaliyyətində iştirak etmişdir. Məktəbli ikən ilk jurnalist yazılarını "Molodoy Stalinets" qəzetində dərc etdirir. Orta təhsilini 1958-ci ildə bitirmişdir. Cəbhəçi atasının ölümündən sonra o, anasına ev işlərində kömək edir.
Curriculum vitae
Curriculum vitae (lat.) (azərb. xülasə‎, fr. résumé — "həyatın axını", tərcümeyi-hal) qısaldılmış forması CV — bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımı məlumatları özündə saxlayan sənəd. Adətən, mahiyyətcə işəqəbulunma — namizədlik sənədi sayılır Tərcümeyi-hal, yəni CV, xülasəsinin həcmi bir namizədin bacarıqları ilə müəyyənləşir. == Strukturu == Xülasə adətən bir neçə bölmədən ibarətdir. Bu bölmələrin hər birində informasiya qısa və anlaşıqlı bir şəkildə yazılmalıdır. CV-ə heç bir qeyri-dəqiq informasiya daxil etmək olmaz. Xülasədə sizi maksimal xarakterizə edəcək məlumatlar yerləşdirilməlidir. CV formasında olmalıdır: Ad və soyad; Doğum tarixi; Namizəd ilə əlaqə vasitələri — əlaqə nömrəsi və elektron poçt ünvanı; Təhsil — burada təhsil səviyyəsi (məktəb, kollec, bakalaviatura, magistratura, doktorantura və s.), təhsil müəssisələrinin adları, təhsil alınan zaman aralığı və ixtisas qeyd olunmalıdır; Sertifikat və diplomlar (nailiyyətlər); İş həyatı və könüllülük fəaliyyəti; Maraq və bacarıqlar (dil, komputer və s.) Namizədi tövsiyə edə biləcək şəxslər və onların əlaqə nömrələri (referanslar). əks xronoloji sıra ilə (bir qayda olaraq, üç son iş yeri) ixtisas üzrə iş təcrübəsinin icmalı Bəzən xülasədə həmçinin peşəkar assosiasiyalara, elmi nəşrlərə və müəllif patentlərinə üzvlük haqqında informasiyanı da daxil edirlər.
Karl Vitte
İoqan Qenrix Fridrix Karl Vitte II (alm. Johann Heinrich Friedrich Karl Witte‎; 1 iyul 1800[…] – 6 mart 1883[…], Halle, Prussiya) — alman hüquqşünas, tərcüməçi, tarixdə ən cavan elm doktoru kimi qalmışdı (Ginnesin rekordlar Kitaba düşüb).
Mauro Viale
Mauricio Goldfarb və ya Mauro Viale (28 avqust 1947, Argentina – 11 aprel 2021, Buenos-Ayres) — Argentinalı jurnalist və televiziya aparıcısı. == Həyatı == Viale 28 Avqust 1947-ci ildə Argentinanın Buenos Ayres şəhərində anadan olub. Jurnalistlik karyerasına idmanla başladı və daha sonra ümumi, əyləncə istehsalı ilə davam etdi. Argentina Primera División daha sonra 1978 FIFA Dünya Kuboku və 1986 FIFA Dünya Kuboku matçlarını təqdim etdi. == Ölüm == Viale, 8 aprel 2021-ci il tarixində COVID-19 testindən keçdi və nəticənin müsbət olduğu gün eyni gün Los Arcos Sanatoriyasına qəbul edildi. Üç gün sonra, 11 aprel 2021-ci ildə doğulduğu yer; 73 yaşında, müalicə aldığı Argentinanın Buenos Ayres şəhərindəki bir sağlamlıq mərkəzində xəstəlik səbəb olduğu ağırlaşmalardan öldü.
Pupi Avati
Pupi Avati (it. Pupi Avati) və ya Cüzeppe Avati (it. Giuseppe Avati) — İtaliya kinorejissoru, prodüser və ssenarist. Pupi Avati 3 noyabr 1938-ci ildə İtalyanın Bolonya şəhərində anadan olmuşdur. 1968 - "Qan qohumluğu" / Balsamus, l'uomo di Satana 1969 - "Tomas və tilsimlənmişlər" / Thomas... gli indemoniati 1974 - La mazurka del barone, della santa e del fico fiorone 1976 - "Gülən pəncərəli ev" / La casa dalle finestre che ridono 1976 - Bordellо 1977 - "Bütün rəhmətliklər... ölülərdən başqa" / Tutti defunti... tranne i morti 1978 - "Caz-bend" (TV) / Jazz band 1979 - Le strelle nel fosso 1980 - Cinema (TV serial) 1981 - "Mənə yatmağa kömək edin" / Aiutami a sognare 1982 - Dancing Paradise 1983 - "Zeder — o biri dünyadan səslər" /Zeder (Voices From The Beyond) 1983 - "Tələbə yürüşü" / Una gita scolastica 1984 - "Üç nəfər / Noi tre 1984 - Impiegati 1985 - "Buraxılış axşamı" / Festa di laurea 1986 - Hamburger Serenade (TV serial) 1986 - Regalo di Natale 1986 - "Son dəqiqədə" / Ultimo minuto 1986 - Storie Incredibili 1987 - Sposi 1989 - "Oğlanların və qızların hekayəsi" / Storia di ragazzi e di ragazze (titrlərdə yoxdur) 1989 - È proibito ballare 1991 - "Qardaşlar və bacılar" / Fratelli e sorelle 1991 - "Biks" / Bix 1993 - "Maqnifikat" / Magnificat 1994 - Dichiarazioni d'amore 1994 - "Uşaqlıq dostu" / L'amico d'infanzia 1995 - Voci notturne 1996 - "Cadugər" / L'arcano incantatore 1996 - "Festival" / Festival 1998 - "Sağdış" / Il testimone dello sposo 1999 - "Mələklərin yolu" / La via degli angeli 2001 - "Səlib yürüşü cəngavərləri" / I cavalieri che fecero l'impresa 2003 - "Ürək səninlə deyil" / Il cuore altrove 2004 - La rivincita di Natale 2005 - "Qızlar axı nə vaxt gələcək?" / Ma quando arrivano le ragazze?
Sergey Vitte
Vitte Sergey Yuliyeviç (rus. Серге́й Ю́льевич Ви́тте; 17 (29) iyun 1849, Tiflis – 13 mart 1915[…] və ya 28 fevral (13 mart) 1915, Petroqrad) — gürcü mənşəli rus dövlət xadimi, qraf (1905). 1892-ci ildə Rusiya imperiyasının Yollar və maliyyə naziri, 1903-cü ildə Nazirlər Kabinetinin, 1905–1906-cı illərdə Nazirlər şurasının sədri olub. Şərab inhisarının tətbiqinin (1894), qızıl monometalizminin tətbiqi ilə nəticələnən pul islahatının (1897), Sibir dəmir yolu tikintisinin təşəbbüskarı olub. Stolıpinin aqrar islahatlarının bəzi müddəalarını işləyib, 17 oktyabr 1905-ci il manifestinin müəllifidir. Витте С. Ю. Принципы железнодорожных тарифов по перевозке грузов Киев : журн. "Инженер", 1883. Витте С. Ю. Речь министра финансов в заседании Совета государственных кредитных установлений, 21 декабря 1892 года Санкт-Петербург : тип. М-ва вн. дел, [1893].
Vitte adası
Vitte adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Nordenşeld arxipelaqının qərb hissəsində qərarlaşır. Həmcinin Şivolki adaları qrupuna daxildir. Öz qrupunun ucqar şimal-şərq qutaracağını təşkil edir. Krasin adasından 3 km cənubda yerləşir. Hər tərəfdən qrupa daxil adalarla əhatələnmişdir: şərqdən Silaç adası, cənubdan Krasin və Ukromnıy, cənub-qərbdən Kovalevski adası, qərbdən Ermak adası ilə əhatələnmişdir. Şimalında Lenin boğazı yerləşir. Materiklə arasında məsafə 65 km-dir.
İvate prefekturası
İvate prefekturası — Yaponiyanın Tohoku regionunda prefektura. Ərazisi 15 279 kvadrat kilometr, əhalisi 1 332 000 nəfərdir. Mərkəzi Morioka şəhəridir.
Alessandro Abate
Alessandro Abate (25 noyabr 1867, Kataniya, Siciliya – 29 mart 1953, Kataniya, Siciliya) — İtaliyadan olan rəssam, dekorator və bütün İtaliya kilsələrində olan çoxsaylı freskaların müəllifi. == Haqqında == Alessandro Abate 25 noyabr 1867-ci ildə Kataniyada anadan olub. İlk bədii təhsilini Siciliyada rəssam Antonino Qandolfo və qravüraçı Françesko di Bartolodan almışdır. 1893-cü ildə müəllimi Françesko di Bartolonun verdiyi maliyyə dəstəyi sayəsində təhsilini Neapolda rəssam Vinçenzo Marinelli ilə davam etdirib. Təhsilini Romada, Tətbiqi Sənətlər Akademiyasında başa vurub. Alessandro Abate məşhur akvarel, mənzərə və portret rəssamı idi. 1902-ci ildə Alessandro Abate Romada İncəsənət və Sənaye Muzeyinin təşkil etdiyi müsabiqədə qalib gəlib. Rəssamın karyerası 1890-cı ildə Kataniyada Bellini Sərgisi, 1895-ci ildə Roma Dövlət Sərgisi, 1902-ci ildə Turində keçirilən Müasir Dekorativ Sənət Sərgisi və Siciliya Kənd Təsərrüfatı Nailiyyətlərinin Sərgisi kimi yerli və milli səviyyəli sərgilərdə iştirak etməsi ona böyük uğur qazandırıb. 1897-ci ildə Raffaello Ogettinin rəhbərliyi altında İncəsənət və Sənaye Muzeyində Roma İncəsənət Məktəbindən qızıl medal və yüz lirə qazanmışdır. Tez bir zamanda Siciliyanın aparıcı Modern rəssamı kimi tanındı.
Aviator (film, 2004)
Aviator (ing. The Aviator) — Martin Skorsezenin ABŞ aviatoru və kinoprodüseri Hovard Hyuz haqqında 2004-cü ildə çəkdiyi bioqrafik dram filmi. Kinofılmdə əsas rolu Leonardo DiKaprio oynadı və bu performansına görə "BAFTA", "Oskar" və "ABŞ Kinoaktyorlar Gildiyası" kimi kinoakademiya mükafatlarının nominasiyasına layiq görüldü və "Qızıl Qlobus" mükafatının laureatı oldu. Ümumilikdə, Skorsezenin kinoəsəri BAFTA-nın on dörd nominasiya və dörd mükafatı, "Oskar"ın on bir nominasiya və beş mükafatı, "ABŞ Kinoaktyorlar Gildiyası"nın üç nominasiya və bir mükafatı və nəhayət "Qızıl Qlobus"un altı nominasiya və üç mükafatını qazandı. == Rollarda == == Hovard Hyuza verilmiş diaqnoz == DVD nəşrinə bonus olaraq filmin müəllif versiyasında Hovard Hyuzun obsesif-kompulsiv pozğunluq (OKP) diaqnozu haqqında qısa hekayə var. Hekayənin adı "The Affliction of Howard Hughes: Obsessive-Compulsive Disorder" / "Hovard Hyuzun xəstəliyi: obsesif-kompulsiv pozğunluq". Psixiatr Ceffri Şvarts "Aviator"un çəkilişində iştirak etmişdir. Hovard Hyuzun real həyatda həqiqətən də obsesif-kompulsiv pozğunluqdan əziyyət çəkib-çəkmədiyi tam olaraq bilinməsə də, Hyuz rolunu canlandıran Leonardo DiKaprio bu narahatlığın əlamətlərini inandırıcı şəkildə göstərdi.
Navate mağaza küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır. Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.
Pyrus asiae-mediae
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Mono no avare
Mono no avare (物の哀れ), hərf. əşyaların pafosu) — əşyaların qeyri-müəyyənliyini (無常, mujō) və ya aniliyini, həm onların keçişində ani incə kədəri (yaxud hüznlülük), həm də bu vəziyyətin həyatın reallığı olması ilə bağlı daha uzunmüddətli, daha dərin incə kədəri dərk etmək üçün istifadə edilən Yaponiya idiomu Akira Kurosavanın "Qorxu içində yaşayıram" və Şohey İmamuranın "Qara yağış" termini ilə əlaqələndirilmişdir. Memento mori "Lecture notes". 9 October 2012 tarixində arxivləşdirilib.
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.
Braqalı Avit
Braqalı Avit (lat. Avitus Bracarensis) — Portuqaliya ədəbi keşişi. O, Braqa kilsəsində keşişlik edir. Avqustinlə məsləhətləşmək və Pelagi qarşı tapılan 415-ci ildə Yerusəlim şurasında iştirak etmək üçün səyahət etmişdir. O, 415-ci ildə Yerusəlim yaxınlığında Müqəddəs Stefanın məqbərəsinin möcüzəvi şəkildə tapılması haqqında birinci şəxsdən hesabın latın dilində tərcüməsini hazırlaması ilə tanınır.
Vyanalı Avit
Vyanalı Avit və ya Alkim Ekdikiy Avit (lat. Alcimius Ecdicius Avitus; təq. 450, Vyen – güm. 5 fevral 518, bilinmir) - müqəddəs, Vyana yepiskopu (Burqon). Ondan frank və burqund padşahlarına və bir sıra yepiskoplara 80 məktub, həmçinin "De mundi Principio" didaktik kitabı qorunub-saxlanılmışdır. Vyanalı Avit katoliklər və pravoslavlar tərəfindən müqəddəs kimi anılır.
Vitte adası (Yokanqskie adaları)
Vitte adası (1822—1894-cü illərdə Adsız) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada. İnzibati cəhətdən Murmansk vilayəti Ostrovnoy dairəsinə daxildir. Yokanqskie adaları qrupuna daxil olan ada. Qrupun cənub-şərqində yerləşir. Ada materikdən 600—900 metr aralıdadır. materikdən Yokanqski noğazı ilə ayrılır. Şimal-şərqdə yerləşən Salnı adasından Malıye Vorota, şimal-qərbdə yerləşən Çayaçiy və Kekur adalarından isə Vitte boğazı ayrılır. Yokanqskie adalarının və bütün Murmansk sahillərinin ən böyük adasıdır. Ada 4 uzunluğa və 1,3 km enə malikdir. Cənub və cənub-qərb sahilləri əsasən qayalı və sıldırımlıdır.
İvate Sunami Memorial Muzeyi
İvate Sunami Memorial Muzeyi (東日本大震災津波伝承館) – Yaponiyanın İvate prefekturasının Rikuzentakata şəhərində yerləşən muzey. 2011-ci ilin martında baş vermiş Tohoku sunamisi hadisəsinə həsr olunmuşdur. Muzeyin rəsmi adı 26 mart 2018-ci ildə açıqlanmışdır. Açılışı 22 sentyabr 2019-cu ildə baş tutmuşdur. 2024-cü ildə muzey 1 milyonuncu ziyarətçisini qəbul etmişdir. Muzey binası Takata Matsubara Memorial Parkının ərazisində yerləşir. Parkın ərazisində sunami nəticəsində su altında qalmış üçmərtəbəli Kesen liseyinin binası, Xatirə meydanı, eləcə də "Möcüzə şamı" adlandırılan şam ağacı yerləşir. Sunamidən öncə ərazidə 70.000 şam ağacı olsa da, ancaq bir şam ağacı sunami nəticəsində yıxılmamışdır. Möcüzə şamı hadisədən bir il sonra ölsə də, parkda nümayiş olunur. Muzey binası ikimərtəbəlidir.