Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış istehsal (computer-aided manufacturing ) – istehsal prosesinin avtomatlaşdırılmasında kompüterlərin tətbiqi. CAM vasitələrindən istər kiçik istehsalatda, istərsə də irimiqyaslı robotlaşdırılmış yığım xətlərində istifadə olunur. İstehsalatda CAM-sistemlərində çox zaman kompüterlər yox, xüsusi avadanlıqlar və proqramlar tətbiq olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == CAM / Computer-Aided Manufacturing computer aided manufacturing (CAM) Arxivləşdirilib 2017-05-29 at the Wayback Machine What is CAD/CAM?
Avtomatlaşdırılmış layihələndirmə
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal (CAD/CAM — computer-aided design / computer-aided manufacturing) – məhsulun layihələndirilməsi və istehsalı prosesində kompüterlərin tətbiq olunması. CAD/CAM sistemində məhsul (məsələn, maşın detalı) CAD proqramı vasitəsilə layihələndirilir, onun nəticələri isə bilavasitə texnoloji avadanlıqlarda və dəzgahlarda məhsulun hazırlanmasında, yığılmasında və istehsalın idarəedilməsində istifadə olunan göstərişlər ardıcıllığına (təlimata) çevrilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Avtomatlaşdırılmış layihələndirmə sistemləri
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Avtomatlaşdırılmış İnformasiya Sistemi
Avtomatlaşdırılmış informasiya sistemi (AİS) − verilənlərin və informasiyanın yaradılması, ötürülməsi, emalı, yayılması, saxlanması və/və ya idarə edilməsi və hesablamaların aparılması üçün nəzərdə tutulmuş proqram və aparat vasitələrinin çoxluğu. == İstinadlar == == Əlavə ədəbiyyat == Avtomatlaşdırılmış informasiya sistemləri // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 115.
Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri
Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri (AKİS) (ing. Integrated library system) — kitabxananın sifarişi və alınmasından tutmuş kitabxananın müştərilərinə kredit verilməsinə qədər kitabxana kolleksiyalarını izləmək üçün istifadə olunan kitabxana müəssisəsinin resurs planlaşdırılması sistemləri. Hər bir oxucu (ziyarətçi) və nümunə verilənlər bazasında AKİS-ə fəaliyyəti izləməyə imkan verən unikal identifikatora malikdir. Böyük kitabxanalar AKİS-dən kitabların və digər kolleksiyaların sifarişi və alışı, kataloqu, paylanması, materialların ehtiyatı və onların qaytarılmasını izləmək üçün istifadə edir. Kiçik kitabxanalar tez-tez bu xüsusiyyətlərdən bəzilərini istifadə edirlər. == Konsepsiyalar == Avtomatlaşdırılmış kitabxana informasiya sistemlərinin tərifi peşəkar vəzifələrin spektrinin aydınlaşdırılmasını tələb edir. Bu vəzifələrdən ənənəvi kitabxana texnologiyalarının avtomatlaşdırılmış texnologiyaları ilə əvəz edilməsi, əldə etməkdən başlayaraq müxtəlif istifadəçi xidmətləri ilə başa çatmaqda ön plana çıxır. Ənənəvi AKİS-in əsas elementi bütün funksiyaları ilə birlikdə elektron kataloqdur (EK). AKİS-də işləyərkən ənənəvi kitabxananın bütün xassələri çox dəyişmədən qorunur, ilk növbədə kolleksiyalar adi formada saxlanılır; EK-də tam mətnlərə, rəqəmlərə, audio və video materiallara keçidlər, həmçinin internet resurslarına keçidlər mövcuddur. Ənənəvi AKİS-nin əsas komponenti, konkret kitabxana baxımından istifadəçilərin kitabxana kolleksiyalarına ən rahat və adekvat çıxışını təmin edən kitabxana avtomatlaşdırma sistemidir (KAS).
Avtomatlaşdırılmış planlaşdırma və planlaşdırma
Avtomatlaşdırılmış planlaşdırma və cədvəlləşdirmə süni intellekt və əməliyyatların tədqiqi metodlarından istifadə edərək, qaynaqların müəyyən məqsədlərə çatmaq üçün zaman və məkanda ayrılmasını avtomatlaşdıran kompüter elminin bir sahəsidir. Bu sahə, insanların iştirakını minimuma endirmək və səmərəliliyi artırmaq üçün təkrarlanan və mürəkkəb planlaşdırma və cədvəlləşdirmə tapşırıqlarını avtomatlaşdırmağa yönəlmişdir. == Avtomatlaşdırılmış planlaşdırma və cədvəlləşdirmənin əsas xüsusiyyətləri == === Problemin təsviri === Planlaşdırma və cədvəlləşdirmə problemi dəqiq bir şəkildə təyin olunmalıdır. Buraya məqsədlər, məhdudiyyətlər, qaynaqlar və vaxt çərçivələri daxildir. === Alqoritmlər və metodlar === Müxtəlif planlaşdırma və cədvəlləşdirmə problemlərini həll etmək üçün müxtəlif alqoritmlər və metodlar mövcuddur. Bunlara məhdudiyyət proqramlaşdırması, genetik alqoritmlər və simulyasiya daxildir. === Həll yollarının qiymətləndirilməsi === Yaradılan həll yollarının keyfiyyəti müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilməlidir. Bu meyarlara effektivlik, dəyəri və ədalət daxil ola bilər. == Avtomatlaşdırılmış planlaşdırma və cədvəlləşdirmənin tətbiq sahələri == === İstehsal və əməliyyatlar === İstehsal cədvəllərinin yaradılması, maşınların təyin edilməsi və inventarın idarə edilməsi. === Nəqliyyat və logistika === Marşrutların optimallaşdırılması, yük daşınmasının planlaşdırılması və nəqliyyat vasitələrinin cədvəlləşdirilməsi.
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi (ing. Stock Exchange Automated Quotation; SEAQ) — London Fond Birjasının qiymətlər haqqında elektron məlumat sistemi. Bütün iştirakçılar üçün açıq olan bu sistemdə birja üzvləri alıcı və satıcının qiymət sistemi də daxil olmaqla ekranda verilən məlumatları izləyirlər.
Azərbaycanda elmi-texniki informasiyanın avtomatlaşdırılmış sistemi (film, 1980)
Azərbaycanda elmi-texniki informasiyanın avtomatlaşdırılmış sistemi qısametrajlı sənədli filmi rejissor Miri Rzayev tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Sovet İttifaqının bütün informatika institutlarını birləşdirən Azərbaycanın informasiya şəbəkəsinin fəaliyyəti haqqında danışılır. == Məzmun == Kinolentdə Sovet İttifaqının bütün informatika institutlarını birləşdirən Azərbaycanın informasiya şəbəkəsinin fəaliyyəti haqqında danışılır.
Avtomatlaşdırılma mühəndisliyi
Avtomatlaşdırma mühəndisliyi —mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən ibarət elm sahəsidir. Belə ki, müxtəlif sistemlər hər istiqamətdə: istehsal xərci, məhsulların keyfiyyəti, iş təhlükəsizliyi, ətraf mühit və bazar tələblərinə cavab eləcə də sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər. Avtomatlaşdırma mühəndisləri biliyə, dizayn qabiliyyətinə, yaradıcılığa , sis temin idarə olunamasına malik şəxslərdir. Məsələn: zavod avtomatlaşdırma, proses avtomatlaşdırma minumum sayda heyət tələb olunan və yaxud özləri tərəfindən iş sistemi yaradılan bina və fərdi evlərin avtomatlaşdırılması kimi. == Avtomatlaşdırma alətləri == Hal-hazırda mühəndislər avtomatlaşdırılmış cihazlar üzərində ədədi nəzarətə malikdirlər. Nəticə isə tətbiqetmələrin və insan fəaliyyətinin sürətlə genişlənməsi olmuşdur. Kompüter dəstəkli texnologiyalar (və ya CAx) hazırda mürəkkəb sistemlərin yaradırılması üçün istifadə edilən riyazi və təşkilati alətlərin əsası kimi xidmət edirlər. Kompüter dəstəkli dizayn (CAD) və Kompüter dəstəkli istehsal (CAM) CAx-ın nümunələridir. Kompüter dəstəkli texnologiyalar tərəfindən məhsulların dizaynı, analizi və istehsalının təkmilləşdirilməsi sənaye üçün faydalı olmuşdur. İnformasiya texnologiyaları sənaye maşınları və prosesləri ilə birlikdə dizayn, həyata keçirmə və idarəetmə sistemlərinin nəzarətinə kömək edə bilər.
Proqramlaşdırmanın avtomatlaşdırılması
Proqramlaşdırmanın avtomatlaşdırılması – avtomatik proqramlaşdırma – proqramlaşdırmanın mühüm bölməsi; hesablayan maşın üçün proqramın tərtib üsullarını öyrənir. Proqramlaşdırmanın avtomatlaşdırılması proqramlaşdırma dillərinə əsaslanır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Proseslərin Avtomatlaşdırılması mühəndisliyi
Avtomatlaşdırma mühəndisliyi —mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən ibarət elm sahəsidir. Belə ki, müxtəlif sistemlər hər istiqamətdə: istehsal xərci, məhsulların keyfiyyəti, iş təhlükəsizliyi, ətraf mühit və bazar tələblərinə cavab eləcə də sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər. Avtomatlaşdırma mühəndisləri biliyə, dizayn qabiliyyətinə, yaradıcılığa , sis temin idarə olunamasına malik şəxslərdir. Məsələn: zavod avtomatlaşdırma, proses avtomatlaşdırma minumum sayda heyət tələb olunan və yaxud özləri tərəfindən iş sistemi yaradılan bina və fərdi evlərin avtomatlaşdırılması kimi. Hal-hazırda mühəndislər avtomatlaşdırılmış cihazlar üzərində ədədi nəzarətə malikdirlər. Nəticə isə tətbiqetmələrin və insan fəaliyyətinin sürətlə genişlənməsi olmuşdur. Kompüter dəstəkli texnologiyalar (və ya CAx) hazırda mürəkkəb sistemlərin yaradırılması üçün istifadə edilən riyazi və təşkilati alətlərin əsası kimi xidmət edirlər. Kompüter dəstəkli dizayn (CAD) və Kompüter dəstəkli istehsal (CAM) CAx-ın nümunələridir. Kompüter dəstəkli texnologiyalar tərəfindən məhsulların dizaynı, analizi və istehsalının təkmilləşdirilməsi sənaye üçün faydalı olmuşdur. İnformasiya texnologiyaları sənaye maşınları və prosesləri ilə birlikdə dizayn, həyata keçirmə və idarəetmə sistemlərinin nəzarətinə kömək edə bilər.
ADNSU İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. == Rəhbərlər == Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). == Kafedralar == Elektronika və avtomatika; Kompüter mühəndisliyi; Cihaz mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması - Müasir təyyarənin uçuşunun idarə olunması pilotla və təyyarə sürülmənin asanlaşdırılmasına, idarə etmənin keyfiyyətinin yaxşılaşdırılmasına və təyyarələrin tətbiqinin effektivliyi yüksəldilməsinə xidmət edən xüsusi avtomatik sistemlərlə təmin edilir. Müasir təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi, avtomaşladıtrılmadan mümkün olmayan bütöv bir tədbirlər kompleksinin aparılmasını tələb edir. Məsələn, uçuşun təhlükəli rejimləri avtomatları adlanan qurğuların köməyi ilə uçuşda təyyarənin həddi icazə verilən rejimlərə (sürətə, Max ədədinə, şaquli yüklənmələrə, hücum, yana əyilmə və sürüşmə bucaqlarına görə) çıxması zamanı pilota siqnalizasiya edilməsi və avtomatik olaraq idarə etmə orqanlarının hərəkətinin məhdudlaşdırılması. Idarə etmə sistemin xüsusi qurğrları təyyarənin dayanıqlıq və idarə edilmə xarakteristikalarını yaxşılaşdırırlar. Uçuş sürətinin saxlanması ilə uçuş hündürlüyünün artması ilə təyyarənin sükanların dönməsinə cavab reaksiyası pisləşir. Bu təyyarənin sürülməsini çətinləşdirir, onun dayanıqlıq xarakteristikalarını pisləşdirir, təyyarənin rəqslərinin söndürülmə effektivliyini zəiflədir. Pilot yaranmış rəqsləri söndürməyə cəhd etməklə onları gücləndirə bilər. Buna görə idarə etmə zəncirində uçuşun dempferləşdirilməsi və stabilləşdirilməsi üçün xüsusi avtomatlar quraşdırılır. Bu avtomatlar pilotun iştirakı olmadan, bu xarakteristikaları yaxşılaşdırmaq üçün avtomatik sükan səthlərini döndərməklə onlara təsir edirlər. Belə avtomatların icraçı mexanizmləri tez-tez hərəkətli dartılar şəklində hazırlanır.
Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi