EYVAZALI

Alı əvəzi, Əli əvəzi.
EYVAZ
EYVAZƏLİ
OBASTAN VİKİ
Aşıq Əsəd Eyvazalı
Aşıq Əsəd (1857, Naxçıvan – 1947) — tanınmış Naxçıvan aşıqlarından biri. == Həyatı == Eyvazov Əsəd Məmiş oğlu 1857-cu ildə Qabıllı kəndində (indiki Kəngərli rayonu) anadan olub. O, aşıq məclislərində Azərbaycan, Əfqanistan, İraq, İran və Türkiyədə qədim dövrlərdə yaşanmış "Əsli və Kərəm", "Aşıq Qərib", "Əmrah", "Tahir və Zöhrə", "Koroğlu" kimi həqiqi dastanlar ilə ifa edərmiş. Yəni, Aşıq Əsəd Eyvazalı saz və söz məclislərində qədim dövrlərdə yaxın şərqdə yaşanmış qəhrəmanlıq, məhəbbət və ibrətamiz hadisələri saz ilə nəql edirmiş. Aşıq Əsəd Eyvazalının iştirak etdiyi məclislər bir tamaşa xarakteri daşıyarmış. Bu tamaşada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən, bir simada – müxtəlif obrazların canlandrılması, Aşıq Əsəd Eyvazalı’nın nəinki usta sənətkar olduğunu, hətta dərin müdrikliyə sahib olduğunun təzahürüdür. Aşıq Əsəd aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs şəkillərində şeirlər yaradan aşıq olmuşdur. 1947-ci ildə Qabıllı kəndində vəfat edib. == Mənbə == Naxçıvan aşıqları və el aşıqları.
Eyvazalılar
Eyvazalılar — tayfa. == Tarixi == Koroğlunun aşıqı, təkəli tayfasından olan Aşıq Cünun övlad həsrəti çəkən Koroğlu və Nigar üçün təkəli tayfasından qəssab Alının oğlu Eyvazı oğulluğa götürməyi məsləhət görür. Çənlibeldə böyüyən xan Eyvazın oğlu Alı, Koroğlu öldükdən sonra dağılışan igidlərlə Cənubi Azərbaycanda bir bölgəyə yerləşir. Və beləliklə bu tayfa Eyvazın oğlu Alı tayfası olaraq Eyvazalı tayfası adlanır. Eyvazalı tayfası təkəli tayfasının bir tirəsidir. == Tanınmış şəxsləri == Eyvazalı tayfasının ən məşhur aşıqı Aşıq Əsəd olmuşdur. O, İkinci Dünya müharibəsi dövründə aşıq məclislərində Koroğlu, Qaçaq Nəbi və s. igidlik dastan və əhvalatlarını saz ilə ifa edərək, xalqı mənən ruhlandırmış və ağır müharibə dövründə əzmkar olmağa çağırmışdır. Aşıq Əsəd yadelli işğalçılara və şər qüvvələrə qarşı, Koroğlunun düşmən üzərinə igidləri saz və söz yolu ilə motivasiya edərək çağırması ozan-aşıq sənətinin müqəddəs simasını təzahür edir.
Eyvazalılar bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Eyvazalılar (Beyləqan)
Eyvazalılar — Azərbaycan Respublikasının Beyləqan rayonunun Eyvazalılar kənd inzibati ərazi dairəsində kənd. Eyvazalılar kəndi Beyləqan rayonunun tərəkəmə kəndlərindən biridir. Bakıdan 281 km məsafədə, rayon mərkəzindən 14 km şimalda, Ağcabədi-İmişli şose yolundan və Yuxarı Qarabağ kanalından sağ sahilində Mil düzündədir. Şimaldan və şimal-şərqdən Yuxarı Qarabağ kanalı, Ağcabədi-Bəhramtəpə şose yolu, şərqdən və cənub-şərqdən rayonun ikinci Aşıqlı, cənubdan və cənub-qərbdən Təzəkənd, qərbdən və şimal-qərbdən Tatalılar kəndləri ilə həmsərhəddir. Sahəsi 1584 ha-dır. Ondan dövlət mülkiyyətində 147 ha, bələdiyyə mülkiyyətində 284,4 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 26, perspektiv inkişaf fondu 15, örüş 25, suvarma kanalları və arxlar 54,5, kollektor-drenaj şəbəkəsi 122, ictimai tikinti 3, kənd altında ümumi istifadə olan 74,6, yollar 47, məktəb 1,5, qəbiristanlıq 6,3, yararsız şoran torpaq 8, meydança 1,5 ha), xüsusi mülkiyyətdə 1052,6 ha (o cümlədən özəlləşdirilən torpaqlar 992,60, həyətyani 60 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpağlar özəlləşdirilmiş, hər nəfərə 0,48 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 562, ailələrin sayı 465, əhalisi 2446 nəfərdir (2009). Əhali pambıqçılıq, taxılçılıq, heyvandarlıqla məşğuldur. Eyvazalılar kənd ərazi nümayəndəliyi, kənd bələdiyyəsi, orta məktəb, uşaq bağçasıŞ kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, klub, Sudan istifadəedənlər Assosiasiyası, ATS var.