Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəzir karxanası
Ordubad rayonunun Biləv kənd sakini Əsədov Əsəd Kərəm oğlunun (1925-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə, Biləv kəndinin yaxınlığında, Yalqızaq deyilən yerdə “Gümüş ağılı”, “Mahmud ağılı” adı ilə tanınan ərazidə daşyonma mərkəzləri fəaliyyət göstərmişdir. Həmçinin, bu ərazidə Qarovulxana, Arpaçuxuru, Südyolu adlandırılan bölgədə də daş karxanalarının fəaliyyət göstərməsi haqqında məlumatlar vardır. Rayonun Tivi kənd sakini Qurbanov Nağı Tağı oğlunun (1935-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə isə, Tivi kənd ərazisinə aid olan, lakin vaxtilə Sürcü kəndi kimi tanınan bölgədə “Bəzir” karxanası adı ilə tanınan daşyonma mərkəzi fəaliyyət göstərmişdir. Bu mərkəzdə istehsal olunan məhsullar üçün daş xammalı ən çox Qalxana dağından kəsilərək gətirilmişdir. == Mənbə == Hacıyeva S. Naxçıvanda sənətkarlıq (XII-XIX əsrlər). Naxçıvan:Əcəmi, 2017, 187 s.
Bəzirgan
Bəzirgan — tacir. Bəzirgan (aşırım) — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m.
Bəzirgan (aşırım)
Bəzirgan aşırımı — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m. Laçın və Şuşa rayonları sərhədində, Bəzirgansu çayının (Həkəri çayının qolu) mənbə hissəsindədir. Yamacları meşəlikdir. Bəzirgan orta əsrlərdə şərq ölkələrində ticarətlə məşğul olan adamlara verilən addır. Farsca bəzərgan "tacir, sövdəgər" deməkdir. Çox güman ki, vaxtilə bu aşırım karvan yolunun üstündə olmuş və ticarətə xidmət etdiyindən bu adı almışdır.
Bəzirganaqili
Bəzirganaqili - 1590-cı ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı Bəzirgan - tacir sözündəndir.
Bəzirgansu
Bəzirgansu — Laçın rayonunda çay. Həkəri çayının sol qoludur. Üzünluğu 9 km. Çay öz mənbəyini Bəzirgan aşırımından aldığı üçün belə adlandırılmışdır.
Bəzirxana
Bəzirxana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zar kənd Sovetindən Vəzirxana kəndi Əli Bayramlı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Azərbaycan dilinin qərb qrupu dialektlərində bəzir "kətan yağı, kotan toxumu" mənasında işlənir. Oykonim "kətan vağı və ya toxumu istehsal edilən yer" kimi izah oluna bilər. 1917-ci ildə Cavanşir qəzasında Birinci və İkinci Bəzirxana adlı iki kənd olmuşdur. Digər bir yerli məlumata görə bu kənddə bəzir yağı istehsal etmək üçün bəzir bitkisi əkib becərirmişlər. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə kimi kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Bəzirxana sözü buradan götürülmüşdür.
Bəzirxana (Şörəyel)
Bəzirxana — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.1590-cı ildən mə'lumdur Rayon mərkəzindən 11 km məsafədə, Arpaçayın yaxınlığında, Qırxbulaq kanalının yanında yerləşir. == Toponimi == Toponim burada əkilən zəyərək bitkisindən çəkilən bitki yağı "bəzir" sözünə xana sözünün qoşulmasından əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1924-cü ildə adı dəyişdirilib Dzitankov qoyulmuşdur. Azərbaycan dilində keçmişdə zəyərək bitkisindən alınan və çiraqda yandırılan yağa bəzir deyilirdi. Bu yağ kətan yağı da adlanırdı. Bəzirxana "bəzir yağı istehsal olunan yer" mə'nasındadır. Məsələn, 1727-ci ilə aid mənbədə Sisyan nahiyəsinin Dulus, Pirnaqut, Dəstəgird və b. kəndlərində bəzirxanaların olduğu qeyd olunmuşdur Azərbaycanda Qax rayonunda Vəzirçal dağının, Tərtərçayın sol qolu Bəzirxana çayının, XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Bəzirxana kəndinin adları ilə eynidir.
Bəzirxana abidəsi
Bəzirxana abidəsi — Sədərək rayonunun Sədərək kəndinin şimal-qərbində, Köhnə Kərki kəndi yaxınlığında orta əsrlərə aid karxana-arxeoloji abidə. 1960-cı illərdə burada yerin altından nəhəng zəyərək daşı tapılmışdır. Mütəxəssislərin fikrincə, XII əsrə aid edilən, diametri 3 m-dən artıq olan və dəyirman daşı formasında hazırlanmış həmin daşdan Bəzirxanada müxtəlif bitkilərin, xüsusilə zəyərəyin yağını çıxarmaq üçün istifadə edilmişdir. Bu məqsədlə Bəzirxana daşı, yaxud zəyərək daşı adlanan həmin daş qoşqu heyvanı vasitəsilə hərəkətə gətirilirdi. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 43.
Bəbir
Bəbir və ya Qaplan (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Ləzir
Ləzir — Azərbaycan Respublikasının Yardımlı rayonunun Bərcan inzibati ərazi vahidində kənd. Talada yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi 1918-20-ci illərdə keçmiş binə yerində salın­mışdır. Keçən əsrin əvvəllərində Lənkəran qəzasında Ləzran adlı iki kənd və Ləzir adlı bir köçəbə qeydə alınmışdır. Tədqiqatçılara görə, ləzir və ya ləziran orand tayfasının birinci qoluna məxsus tirənin adıdır.
Vəzir
Vəzir (Farsca, Urdu dili və ərəb. وزير‎ hind वज़ीर ) — Şərq ölkələrində dövlət inzibati aparatının başçısı. Quranda həmin söz ilkin mənasında ("köməkçi") adlanır. Vəzirin əsas fəaliyyyət dairəsi inzibati-maliyyə işləridir; adətən, ordu və məhkəmə məsələləri onun tabeliyində olmurdu. X əsrdən, xüsusilə, Ərəb xilafətinin şərqində iri hökmdarlarının hamısının vəziri olmuşdur. == Səfəvilərdə vəzirlik == İlk Səfəvi şahının dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəzirdən önəmli idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini məhdudlaşdırırdı. Səfəvi hökmdarının ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, hicri 906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona "Azərbaycanın açarı" adını vermişdi.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Boz bəbir
Boz bəbir (lat. Neofelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Bəbir (dəqiqləşdirmə)
Bəbir
Bəbir (roman)
Bəbir — norveçli yazıçı Co Nesbonun cinayət romanıdır. Onun norveçcə adı Panserhjerte -dir , hansı ki, birbaşa Bəbirə tərcümə olunmur; daha çox "zirehli ürək" xətti boyunca bir şey deməkdir. Üstəlik, "bəbir" kitabdakı qatilin gizli addımını ifadə edir, "zirehli ürək" isə Harri Holenun təcrübələri ilə qazandığı şeydir. Panserhjerte həm də konstriktiv perikardit üçün Norveç terminidir. Leopard Nesbø'nun cinayət detektivi , Müfəttiş Harry Hole'un yer aldığı səkkizinci romandır. == Haqqında == Travmatik Qar adamı hadisəsindən sonra keçmiş polis müfəttişi Harri Hole özünü Honq Konqa sürgün edib. Norveç Cinayət Qrupunun yeni zabiti Kaja Solness Hole'u izləyir və Osloda mümkün silsilə qətlləri araşdırmaq üçün ondan kömək istəyir. Hole, atası Olavın ağır xəstə olduğunu və daha çox yaşaya bilməyəcəyini bildirdikdə geri qayıtmağa əmin olur. O, Norveçə qayıdır ki, Cinayət Qrupu Kripos və onun agentliyini ölkənin qətl işlərinə təkbaşına cavabdehləşdirməyə çalışan hakimiyyətə ac olan rəhbəri Mikael Bellman ilə hakimiyyət mübarizəsinin ortasındadır. Hole özünü Bellmanın düşmənçiliyinin hədəfində tapır, baxmayaraq ki, Bellman Hole'un işinin nəticələrinə görə kredit götürmək istəyir.
Bəbir Hüseynov
Bəbir Hüseynov (d. 26 dekabr 1932, Novruzlu kəndi ,Ağdam) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == 1932-ci ilin dekabrın 26-da Ağdamın Novruzlu kəndində dünyaya göz açan qocaman jurnalistin mətbuata gəlişi bir qədər dolaşıq yollardan keçib. 7 illik məktəbi bitirdikdən sonra Bəbir müəllim Ağdam Pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin (red: indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olunub, tarix müəllimi və ictimaiyyətçi ixtisasına yiyələnib. Təhsil aldığı dövrdən öz yaşıdlarından fəallığı ilə fərqlənən Bəbir müəllim məktəbdə tarix müəllimi, daha sonra yerli komitə sədri, partiya təşkilat katibi kimi məsul vəzifələrdə çalışıb. 1979-cu ildən isə jurnalistika sahəsindəki fəaliyyət dövrü başlayıb. Həmin ildən etibarən Ağdamda nəşr olunan "Lenin yolu" qəzetinin redaktoru vəzifəsində işləyib. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Bəbir müəllim qısa müddət ərzində yaradıcı gəncləri bir araya toplayaraq qəzetin fəaliyyətində yeni cığır açmağa nail olub. Ağdamın mövcud problemlərinin həlli, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli mənlik şüurunun inkişaf etdirilməsini qəzetin səhifələrinin daimi mövzularına çevirib.
Bəbir Məmmədzadə
Məmmədzadə Bəbir Bəyməmməd oğlu (1914, Şağan, Bakı qəzası – 1942, Bakı) — Azərbaycan şairi, Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1914-cü ildə Bakı yaxınlığında Şağan kəndində xarrat ailəsində doğulmuşdur. İbtidai təhsilini kənddə almış, 1930–1931-ci tədris illərində Əzizbəyov adına Şuşa pedaqoji texnikumunda təhsilini davam etdirmişdir Şuşa və Bakıda yeddiillik məktəbdə müəllim olmuşdur. 1935-ci ilin mayından Azərbaycan Dövlət Dram Teatrında aktyorluq etmişdir. Bədii yaradıcılığa 1928-ci ildən başlamış, ilk şerlərini "Kommunist", "Ədəbiyyat qəzeti", "Gənc işçi", "Yeni yol" qəzetlərində, "Pioner" jurnalında çap etdirmişdir. Onun "Nizami". "Göyərçin", "Otto Şmidt", "Puşkin", "Maj səhəri", "Şota Rustaveli", "Şairin səsi". "Sərhəddə" və s. şerləri ilə yanaşı "Muğan", "Mirzə Fətəli", "May şərqisi", "Rəhbərə səs veririk" birpərdəli mənzum dramları da rəğbətlə qarşılanmışdır. Bir müddət Azərbaycan Yazıçılar İttifaqında folklor bölməsinə rəhbərlik etmişdir.
Bədir Qarayev
Bədir Cəmil oğlu Qarayev (19 dekabr 1942, Arabaçı, Gədəbəy rayonu – 1994) — Azərbaycanın maliyyə naziri (1987–1992), professor. == Həyatı == Bədir Cəmil oğlu Qarayev 19 dekabr 1942-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuş, 1950-ci ildə kənd orta məktəbinə daxil olaraq 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinin maliyyə-kredit ixtisası üzrə iqtisadiyyat fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək maliyyəçi-iqtisadçı ixtisasına yiyələnmişdir. Bədir Qarayev universiteti qurtardığı ildə təyinatla öz doğma Gədəbəy rayonuna göndərilmiş və həmin rayonun Dövlət bankında kredit müfəttişi kimi fəaliyyətə başlamışdır. Bu dövrdə onun öz üzərində çalışması bir müddət Tikinti bankının Azərbaycan kontorunda iqtisadçı, 1967–69-cu illərdə isə Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində işləməsinə şərait yaratmışdır. Sözü gedən yerlərdə yaradıcılıqla işləməsi Bədir Qarayevi elmlə məşğul olmağa həvəsləndirmişdir. Buna görə də o, 70-ci illərin əvvəllərində aspiranturaya daxil olmuş və 1972-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildən Maliyyə Nazirliyinin müxtəlif idarələrində rəis müavini və rəis işləmiş, 1980-ci ildən 1987-ci ilə kimi maliyyə nazirinin müavini, 1987-ci ilin oktyabrından 1992-ci ilin oktyabr ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra etmişdir. 1968-ci ildə Maliyyə Nazirliyində işlədiyi dövrdə В. С. Qarayev "İşdə fərqləndiyinə görə" Azərbaycan Respublikasının Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqı və Maliyyə Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. 1980-ci ildə Bədir Qarayev Maliyyə Nazirliyində işlədiyi dövrdə SSRİ Maliyyə Nazirliyinin "Maliyyə işinin əlaçısı" döş nişanı və "Fəxri fərmanı" ilə təltif olunmuşdur.
Bəkir Mustafayev
Bəkir Dursun oğlu Mustafayev (11 fevral 1898, Axalsıx rayonu[d] – 10 dekabr 1978, Özbəkistan SSR) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 11 fevral 1898-ci ildə Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndində anadan olub. 1941-ci ildə Axaltsixe RHK-dan orduya getmişdir. 55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub.Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə qəhrəmanlıq göstərib. Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib. 10 dekabr 1978-ci ildə vəfat edib. == Təltifləri == Lenin ordeni, "Qızıl Ulduz" medalı ilə təltif edilib. Müharibədə göstərdiyi şücaətlərə görə starşina Mustafayev Bəkir Dursun oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Bəkir Nəbiyev
Bəkir Əhməd oğlu Nəbiyev (21 avqust 1930, Ağdaş – 15 mart 2012, Bakı) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur.Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib.1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə,Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub.Anası Seyid Zəhra 1898-ci ildə Ağdaşın, Üçqovaq kəndinin "Yuxarı başında", gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyi Mir Sadıq babasının ailəsində doğulub. Namaz qılar,Quran oxuyar, oruc tutardı. Öz davranış və əməlləri ilə daim ailəsinə başucalığı gətirən anası Seyid Zəhra 1967-ci ildə vəfat edib.
Bəkir Tahirov
Bəkir Abbas oğlu Tahirov (29 dekabr 1940, Urud, Sisian rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksək temperaturlu ifratkeşiricilər” laboratoriyasının rəhbəri. == Həyatı == Bəkir Tahirov 1939-cu il dekabrın 29-da Ermənistan SSRın Sisyan rayonunun Urud kəndində anadan olub. 1958-ci Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) “Fizika” fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-1965-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası nın Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildə AMEAnın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində işləyib. 1974-cü ildə namizədlik dissertasiyasını, 1995-ci ildə isə “Bi1-xSbx xəlitələrində elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildən etibarən “Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifrat keçiricilər” laboratoriyasına rəhbəri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Bəkir Tahirov qidalandırıcı tətbiq etməklə Çoxlarski üsulunu təkmilləşdirərək yüksək keyfiyyətli Bi1-xSbx xəlitələrinin monokristallarını almağa nail olmuşdur. O,həmçinin, yüksək yüyürüklüyə malik yarımkeçiricilərdə yayılan helikon dalğalarının (sabit maqnt sahəsində yerləşdirilmiş plazmada yayılan aşağı tezlikli elektromaqnit dalğası) dispersiyasını, polyarizasiyanı tədqiq etmək üçün ölçü-rezonans üsulunu işləyib hazırlamışdır. Tahirov B. A elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektlərinin kompleks şəkildə tədqiqi imkanından istifadə edərək Bi1-xSbx (x≤0,25) bərk məhlullarında yükdaşıyıcıların enerji spektrini və səpilmə mexanizmini (77≤T≤300K) müəyyən etmişdir.
Bəkir Vahab
Bəkir Vahab (17 aprel 1915 – 1944, Litva) — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib. 1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb.
Bəkir Yusifov
Bəkir Yusifov (1956, Laçın) — Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri. == Həyatı == Bəkir Yusifov 1956-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1983-cü ildə V.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə fəhlə kimi başlamış, texnik-konstruktor, 1981-1984-cü illərdə 10№-li texniki peşə məktəbində azad tələbə həmkarlar ittifaqı komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 16 iyul 1993-cü ildə Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı, Rusiya Mülki Aviasiyasının 80 illik, 85 illik yubiley medalları, Rusiya Müstəqil Həmkarlar İttifaqlarının 100 illik medalı, Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar ittifaqları hərəkatındakı fəaliyyətinə görə" gümüş medalı, Belarus Həmkarlar İttifaqları Federasiyasının "100 illik" medalı, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının "Şərəf nişanı" ilə təltif edilmişdir. Milli Aviasiya Akademiyasının dissertantıdır, 6 monoqrafiyanın müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Bəkir Aslan oğlu Yusifov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Evlidir. İki övladı var.
Bəkir Çobanzadə
Bəkir Vahab oğlu Çobanzadə (krımtat. Bekir Vaap oğlu Çoban-zade; 27 may 1893, Belaqorsk (Krım), Tavriya quberniyası[d] – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), filologiya elmləri doktoru (1920), professor (1922). == Həyatı == Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908–1918). İlk şerlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir.
Bəzin (Xudabəndə)
Bəzin (fars. بزين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,754 nəfər yaşayır (433 ailə).
Bəşir (Heris)
Bəşir (fars. بشير‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (59 ailə).
Bəşir (qəzet)
"Bəşir" (qəzet) — İraqda Cümhuriyyət elan edildikdən sonra Kərkükdə çap edilmiş ilk qəzet. == Məlumat == “Bəşir” 1958-ci il 14 iyulda İraqda Cümhuriyyət elan edildikdən sonra Kərkükdə çap edilmiş ilk qəzetdir. Həftəlik türkcə-ərəbcə şəkilli ədəbiyyat nəşri olan “Bəşir” qəzeti ədəbi məqalələrdən başqa ictimai, səhiyyə, kənd təsərrüfatı və qanunvericilik kimi digər mövzuları əhatə etdiyi kimi ölkəyə aid daxili məsələlərlə bağlı siyasi məqalələrə də yer verirdi. İraq türkmanlarının haqqlarının müdafiəçisi olan bu mətbu orqan zaman keçdikcə xalq tərəfindən sevilən bir qəzetə çevrilib. “Bəşir” qəzetinin redaksiyası Kərkükdə Əvqaf küçəsində 7 qatlı Əvqaf binasının qarşısındakı ayrıca bir binada idi. Bu kirayəlik binanın bir hissəsindən qəzetin məsul müdiri vəkil ofisi kimi istifadə edirdi. Altı ay müntəzəm olaraq yayımlanmış “Bəşir” qəzetinin ilk sayı 1958-ci il 23 sentyabrda çap edilmişdir.
Bəşir Abbasov
Bəşir Nizami oğlu Abbasov (22 oktyabr 1998, Quba rayonu – 8 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəşir Abbasov 22 oktyabr 1998-ci ildə Quba rayonunda anadan olmuşdur. Hacıbaba Əliyev adına Qusar rayon 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Bəşir Abbasov 2016–2017-ci illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Bəşir Abbasov hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq hərbi xidmət etmiş və Xüsusi Təyinatlı Qüvvələrin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Bəşir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəşir Abbasov 8 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəşir Bünyadov
Bəşir Bünyadov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (22.02.1933-21.12.1933). == Həyatı == ADPU Bəşir Bünyadovun rəhbərliyi vaxtında Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu adlanırdı.
Bəşir Bünyatov
Bəşir Bünyatov — ictimai və dövlət xadimi pedaqoq- hüquqşunas
Bəşir Cümeyyil
Bəşir Cəmayel (ərəb. بشير الجميّل‎; 10 noyabr 1947[…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982, Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür.Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir. == Həyatı == Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur. O, Əmin Cəmayelin qardaşıdır.
Bəşir Cüməyyil
Bəşir Cəmayel (ərəb. بشير الجميّل‎; 10 noyabr 1947[…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982, Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür.Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir. == Həyatı == Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur. O, Əmin Cəmayelin qardaşıdır.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır.1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir. 1927–1928 illərdə qısa müddətlik Fənərbaxçanın heyətinə qatılmışdır.