Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bediha Tunadağı
Bediha Tunadağı (20 avqust 1985, Qaziantep) — Türkiyəli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Bediha Tunadağı İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır. == Karyerası == 1.63 m boyu olan Bediha öz doğma şəhərini təmsil edən Qaziantep Halter İhtisas S.K klubunun üzvüdür. Bedihanın baş məşqçisi Mehmet Doğandır. 2012-ci ilin iyul ayında Bediha beynəlxalq turnirlərdə karyerasının ən yaxşı nəticəsini əldə etmişdir. O, bu uğura Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatında dördüncü yeri tutmaqla nail olmuşdur. Bediha 2012 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmişdir.
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Becaya
Becaya (ərəb. بجاية‎; bər. ⴱⴳⴰⵢⴻⵜ) — Əlcəzairin şimalında yerləşən liman şəhəri, eyniadlı vilayətin inzibati mərkəzi. 2008-ci ilin məlumatlarına görə əhalinin sayı 177,988 nəfərdir. Əlcəzairin ən böyük bərbərdilli şəhərlərindən biridir. == Tarixi == Müasir şəhərin yerində ilk məskunlaşma imperator Vespasian tərəfindən təqaüdçü əsgərləri yerləşdirmək üçün qurulan Roma koloniyası Salda idi. Bu şəhər Vandal dövlətində böyük əhəmiyyətə malik idi və bir müddət onun paytaxtı kimi fəaliyyət göstərmişdir. Orta əsrlərdə becaya qəbiləsindən olan bərbərlər hələ də adını daşıyan şəhəri ələ keçirdilər. XII əsrdə Həmmadilər dövlətinin paytaxtı olmuşdur. Becaya 1510-cu ilə qədər ispanlar onu ələ keçirənə qədər bərbər quldurlarının əsas limanlarından biri olmuşdur.
Bedağar
Bedağar — Azərbaycan Respublikasının Balakən rayonunun Qazma kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Balakən çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim be/bet (avar. "baş", "başlanğıc", "bir qədər yuxarı") və dağar/dahar (azərb. "daşlı, çınqıllı yer") komponentlərindən düzəlib, "daşlı, çınqıllı yüksəklik" mənasındadır. XVIII əsrə aid xəritələrdə Alazan çayının hər iki sahilində Bidiqar adlı yaşayış məntəqəsinin olduğu göstərilir.
Əjdaha
Əjdaha (yun. δράκων — drakon) — mifik varlıq. Əjdaha obrazı birmənalı şəkildə bəlaların, quraqlığın, aclığın, xəstəliklərin səbəbkarı kimi təsvir edilir. O, həmişə yaşayış məntəqələrinə gələn şirin suların mənbəyində durur, su əldə etmələrinə imkan verir. Qarşısını kəsdiyi su dolub daşanda, yatağına sığmayıb özünə axmaq üçün yol tapanda, daha doğrusu, qollara ayrılanda əjdahanın çoxlu sayda başları əmələ gəlir (3, 7, 9, 40). Qanadlıdır, qorxunc bir görünüşü vardır. Bəzən nəhəng bir ilandır. Yeraltındakı mağarada yaşar və orada olan xəzinəni qoruyur. Sularda və ya meşədə yaşadığı da izah edilər. Bəzən atəşin içində sığınar.
Kedah
Kedah— Malayziya yarımadasının şimal-qərb hissəsində yerləşən Malayziya ştatı. Ştatın ərazisi ümumilikdə 9,000 km²-dir . Kedah materik hissə və Lanqkavi arxipelağından ibarətdir. Materik hissəsi nisbətən hamar relyefə malikdir və düyü becərilməsi üçün istifadə olunur. Lanqkavi adalardan ibarət arxipelaqdır və ərazisinin çox hissəsində məskunlaşma yoxdur. Kedah Tailandın Yala və Sonqkhla əyalətləri ilə beynəlxalq sərhədlərə malikdir. Ştat həmçinin şimaldan Perlis, cənubdan Perak, cənub-qərbdən Pinanq ştatı ilə həmsərhəddir. Ştatın inzibati mərkəzi Alor Setardır. Digər əsas şəhərlər materik ərazisində yerləşən Sunqai Petani və Kulim, arxipelaq ərazisində yerləşən Kuahdır.
Badara monastırı
Badara monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. == Tarixi == Monastır ərazisindən aşkarlanmış kitabəli xaçdaşlar kompleksin tarixini müəyyənləşdirməyə imkan vermişdir. Xaçdaşlar kitabələrlə yanaşı həm də insan fiqurları ilə zəngin bədii kompozisiyalarla bəzədilmişdir. Xaçdaşlarda təsvir edilən insanlar əksər hallarda zirehli geyim və silahlarla təmin olunmuş döyüşçülərdir. Ümumilikdə Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. Badara monastırı ərazisində öyrənilmiş ən erkən xaçdaşlar 1156, 1165, 1193, 1216-cı illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Badara monastırı kənd mərkəzindən 7–8 km aralıda – meşəlik ərazidə yerləşir. Ümumilikdə on üç dini və mülki tikilidən ibarət olan monastır kompleksinə daxil olan tikililərdən altısı bir-birinə bitişik olsa da, ayrı qapı və pəncərələrə malikdir.
Becaya vilayəti
Becaya vilayəti — == Ərazisi == Becaya vilayətinin ərazisi 3 268 Km2-dır. Becaya vilayətinə 19 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Becaya vilayətinin əhalisi 912 577 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Belaya Kalitva
Belaya Kalitva — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Belaya Xolunitsa
Belaya Xolunitsa — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Benaia Barabi
Benaia Barabi (ivr. ‏בניה ברבי‏‎; 4 aprel 1989, Tiberiya, İsrail şimal dairəsi) — İsrail müğənnisi, mahnı müəllifi, bəstəkar və musiqiçidir. Barabi bir çox tanınmış İsrail musiqiçiləri və sənətçiləri ilə əməkdaşlıq etmiş və Müəlliflər, Bəstəkarlar və Musiqi Cəmiyyəti tərəfindən 2019-cu il üçün "İlin kəşfi" elan edilmişdi.
Beta Əjdaha
Beta Draconis — ikili bir ulduz və Draco şimal dairəvi plitələrində üçüncü parlaq ulduzdur. 2.79-da görülə bilən vizual ölçülüdür, Adi gözlə asanlıqla görülə bilən parlaqdır. Hipparcos astrometri peykindən parallax ölçmələrinə əsasəndir.Günəşdən təxminən 380 işıq ili (120 parsek) məsafəsində yerləşir. == Xüsusiyyətləri == İkili sistem hər dörd minillikdə və ya bir dəfə cırtdan bir yoldaş tərəfindən yaradılan parlaq nəhəngdən ibarətdir. Günəşlə müqayisədə, Beta Draconis A altı dəfə kütləsi və təxminən 40 qat radiuslu böyük bir ulduzdur. Bu ölçüdə Günəşin parlaqlığını 950 dəfə xarici zərfdən effektiv 5,160 K temperaturda, isə G tipli bir ulduzun sarı hündürlüyünə verir. Spektri II parlaq parlaqlıq göstərən II parlaqlıq sinfi ilə G2 II,-nin mükəmməl təsnifatına uyğun gəlir. Bu təxminən 67 milyon yaşındadır.
Viola pedata
Viola pedata (lat. Viola pedata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Oionychion pedatum (L.) Nieuwl. Viola pedata f. cuneatiloba Brainerd ex Fernald Viola pedata var. flabellata D.Don & Link Viola pedata subsp.
Əjdaha (bürc)
Əjdaha (lat. Draco) — göyün şimal yarımkürəsində bürc. Yunan mifologiyasına görə əjdaha Heranın bağında qızıl almaları qoruyurdu. Herakl əjdahanı öldürür və almaları oğurlayır. Əjdaha isə göydə bürcə çevrilir.
Əjdaha (dəqiqləşdirmə)
Əjdaha (yun. δράκων - drakon) — mifik varlıq. Əjdaha (bürc) — bürc. Əjdaha dağı — Sədərək rayonu ərazisində dağ. Əjdaha dağı — Şərur rayonunda dağ. Əjdaha qayası — Qubadlı və Kəlbəcər rayonlarında qaya. Əjdaha yalı, Əjdaha kahası — Laçın rayonunda yerləşən coğrafi obyekt.
Əjdaha adamı
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir. Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.
Əjdaha dağları
Əjdaha dağları (ing. Dragon's mountain, afrik. Drakensberg, zulu uKhahlamba, soto Maluti или Maloti) — CAR, Esvatinidə, Lesotoda yerləşən dağ sistemi. Ən hündür zirvəsi 3482 m. olan Tabana Ntlenyana sayılır və Lesoto ərazisində yerləşir. Dağ əlçatmaz olduğu üçün, burı milləti ona "Əjdaha" (afrik. Drakensberge) adını vermişdi. Dağın şərq, külək tutmayan, qərb və külək döyən yamaclarının iqlimi və orada bitdiyi bitkiləri ilə biri birindən kəskin fərqlənir. Şərq yamaclarda bol yağışlar yağır (əsasən yayda, ildə 2000 m. qədər), elə buna görədə bura tropik "yağışlı" meşələrlə örtülürüb.
Əjdaha dağı
Əjdəkan(Ajdanakan) dağı — Azərbaycanın Sədərək rayonu ərazisində dağ. Sədərək kəndindən 750 m. şimalda yerləşir. Dağ konusvari formadadır, sıldırım yamaclıdır. ƏJDAHA dağı Daşburun dağının el arasında digər adıdır.
Əjdaha meyvəsi
Pitaya və ya Pitahaya — Kaktus növü olub, ekzotik meyvəsi (Əjdaha meyvəsi) var. Meyvəsi tropik superqida hesab edilir. 100 ildən çoxdur ki, bu meyvə Vyetnamda, eləcə də dünyanın bir çox bölgəsində – Kamboca, Tailand, Filippin, Malayziya, İndoneziya, Kolumbiya, Ekvador, Meksika və İsraildə yetişdirilir. Son illərdə isə Türkiyədə də yetişdirilməkdədir. Kaktus meyvəsi kimi tanınan bu meyvənin müxtəlif adları vardır. Bu meyvə türkcə “ejder meyvesi”, ingilis dilində “draqun fruit” adlandırılır. Əslində isə bu sözlər şərq ölkələrindəki mənalarından yaranmışdır. Belə ki, onu görünüşünə görə Çin dilində “od əjdahası meyvəsi” və “əjdaha ləl-cəvahiratı meyvəsi”, Vyetnam dilində “yaşıl əjdaha”, İndoneziyada isə “əjdaha meyvəsi” olaraq adlandırılır. Əsasən üç növ Əjdaha meyvəsi vardır: Qırmızı ətli qırmızı qabıqlı Ağ ətli qırmızı qabıqlı Ağ ətli sarı qabıqlı. Ədədlə satılan əjdaha meyvəsinin qiyməti ölçüsündən asılı olaraq dəyişir.
Əjdaha rəqsi
Əjdaha rəqsi— ənənəvi çin rəqsi. Bu rəqs Şir rəqsdən kimi müxtəlif bayramlarda və festivallarda kifayət qədər tez-tez istifadə olunur. Ənənəvi əjdaha Çində gücü və üstünlüyü simvollaşdırır, çinlilər özləri bəzən özünü "əjdahanın nəsili" adlandırırlar. Hesab edilir ki, əjdaha insanlara uğur gətirir. Əjdaha rəqsi — bütün dünyada Çin icmasıyla bayram edilən Çin Yeni ilinin vacib anıdır. Nəticə ondan ibarətdir ki, insanların xüsusi komandası, hansı ki, bəzən 50 insana çatır, əjdahanın şüvüllərində saxlayaraq, hərəkət edir, beləliklə əjdaha dalğavarı hərəkətləri edir. Komandanın əsas məqsədi-cansız bədənli əjdahaya həyat verməkdir. İlanabənzər bədən seksiyalara bölünür, hansılardan ki, hər birinə şüvülləri bərkidilir, qabaqdan və dalından bədənlər dekorativ baş və quyruğu birləşdirirlər. Ənənəvi əjdahalar ağacdan və bambuk halqalardan hazırlanırlar, və sonra parçalarla örtülürlər. Müasir əjdahaların istehsalı üçün daha yüngül materiallardan istifadə olunur — plastik kütlə və alüminium..
Anemone pedata
Anemonoides quinquefolia (lat. Anemonoides quinquefolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü.
Qırmızı əjdaha
Qırmızı Əjdaha — 2002-ci ilin filmi. Qırmızı Əjdaha (ing. Red Dragon) 1981-ci ildə Tomas Harrisin romanı əsasında 2002-ci ildə çəkilmiş psixoloji triller filmidir. Filmin rejissoru Brett Ratner, ssenari müəllifi Ted Talli idi. Bu, Dino De Laurentiis Company istehsalının üçüncü filmidir, sonuncu dəfə Universal Pictures tərəfindən istehsal edilmiş və sonuncu dəfə aktyor Entoni Hopkinsin rol aldığı filmdir. Bu, Quzuların Səssizliyi (1991) və Hannibal (2001) kimi filmlər seriasının davamıdır və ardından Hannibalın Yüksəlişi (2007) filmi gəlir. FBİ-dən erkən təqaüdə çıxan Uill Qrehem (Edvard Norton) ardıcıl qətl hadisəsini açmaq üçün müdiri tərəfindən işə geri çağırılır. Uill əvvəlcə missiyanı qəbul etmək istəməsə də, qurbanların fotolarını görəndə fikrini dəyişir. Əsl adı Fransis Dollarhayd olan bu qatil qurbanlarının cəsədlərində unikal diş izi qoyur və "Red Dragon" adından istifadə edir. Qısa araşdırmadan sonra Qrehem qatilin yeni qurbanının Reba adlı gənc qadın olacağını proqnozlaşdırır və onu dayandırmaq üçün köhnə düşməni həkim Hannibal Lekterdən (Entoni Hopkins) kömək istəyir.
Drosera pedata
Drosera binata (lat. Drosera binata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Kedah sultanlığı
Kedah sultanlığı (كسلطانن قدح) — Malay yarımadasında müsəlman dövlət. Əvvəlcə müstəqil dövlət kimi çıxış etmiş, lakin 1909-cu ildə Britaniya protektoratına çevrilmişdir. Kedah monarxiyası Malay İttifaqına əlavə edildikdən sonra ləğv edilmiş, lakin sonradan bərpa edilərək və Malay Federasiyasına əlavə olunmuşdur.
Bəddua
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Mədiha Sultan
Mədihə Sultan (30 iyul 1856, Çırağan sarayı, Konstantinopol – 3 dekabr 1928, San-Remo, İtaliya krallığı) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. 30 iyul 1856-cı ildə Beşiktaşdakı köhnə Çırağan sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı Sultan Əbdülməcid, anası onun xanımlarından Gülüstü Qadınəfəndidir. Dünyaya gəlişi səbəbilə sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Mədihə Sultana dəyərli hədiyyələr verildi. Özündən yaşca böyük Zəkiyə və Fəhimə adlı əkiz bacıları, özündən 5 yaş kiçik Vahidəddin adlı bir qardaşı olsa da, əkiz bacıları uşaq yaşlarında vəfat etdi. Hələ 5 yaşında ikən 1861-ci ildə öncə anası Gülüstü Qadınəfəndi, bir ay sonra isə atası Sultan Əbdülməcid tutulduqları vərəm xəstəliyi səbəbilə vəfat etdi. Hər iki valideynini də itirən 5 yaşlı qızcığaz və qardaşı Sultan Əbdülməcidin digər xanımı Verdicanan xanım tərəfindən himayə edildi. Sarayda olduqca dəbdəbəli həyat yaşadı. Avropasayağı geyimiylə hər kəsdən fərqlənirdi.