Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bentonit
Bentonit (ABŞ-dəki Benton yatağına görə belə adlandırılmışdır) — kolloidal, o cümlədən sorbsion xassəli montmorillonit gili (bəzən argillit). Qələvi bentonit üçün yüksək plastiklik və şişmə səciyyəvidir. Montmorillonitdən başqa, bentonit tez-tez hidromikalar, qarışıq təbəqəli minerallar, kaolinit, sepiolit, palıqorskit, kristobalit, seolitlər və b. rəst gəlir. Bentonit vulkanik şüşələri və külün su hövzələrində diagenetik dəyişmələri nəticəsində, sualtı və subaeral aşınmada və hidrotermal proseslərdə, habelə hövzədə SiO2 və kalsium karbonatların çökməsi zamanı əmələ gəlir. Bentonit gillərinin bütün iri yataqları vulkan külləri və tuflarının sualtı pozulması yolu ilə əmələ gəlmişdir (Blek-Xils, Sanders-Defayans, ABŞ, Qumbri-Gürcüstan; Keles-Qazaxıstan və b.). Bentonit yerli adları: askanit, gilabı, qumbrin, gil. Sinonim: Bentonit gili. == Təbiətdə tapılması == Təbii bentonitin yatağı Qafqazda, Qazaxıstanda və Çerkask vilayətindədir. Bentonitin əsas istehsalçıları: Rusiya, Yunanıstan, Azərbaycan, Yaponiya, İtaliya, Argentina, İspaniya və Türkiyədir.
Bentonit gilləri
Bentonit gilləri − əsas tərkibini montmorillonitdən təşkil olunmuş mineral. Montmorillonit mineralı eyni tipli profilat qəfəsindən ibarətdir və ikiqatlı təbəqəyə malikdir. Gil mineral adsorbsiya prosesi üçün adsorbent kimi istifadə edilə bilər ki, bu da kation mübadiləsi və ion-mubadilə adsorbsiya qabiliyyəti ilə xarakterizə olunan minerallar şəklində tapılır. Bentonit gilləri əsasında səmərəli adsorbentlerin hazırlanması, onların tullantı sularının təmizlənməsində, lak –boya sənayesi üçün koaqulyantların alınmasında istifadə olunur. Xüsusiyyətlər- Təbii bentonit gilləri ağır metal ionlara qarşı seçici sorbsiya tutumuna və ağır metal ionlarının ionogen və qeyri-ionogen üzvi boyalarının tullantı sularının tərkibindən çıxarılmasına malikdirlər. Təbii bentonit gilləri əsasında alınmış kation formaları sorbentlər Pb+2, Mn+2, Co+2, Cd+2 ionlarina qarşı seçici sorbsiya qabiliyyətinə malikdirlər. Təbii bentonitdən fərqli olaraq Na-bentonit həmin ionlara qarşı yüksək sorbsiya tutumuna malikdir. Bentonitin orqanofil təbəqələrində hissəciklər arasında formalaşmaya və orqanofil təbəqənin yaranmasında səthi aktiv maddələr mühüm rol oynayır. Qeyri-üzvi kationlarla mübadilə apardıqda kationun yükündən və ölçüsündən asılı olaraq məsamələrin ölçüsü 9,6Ǻ-dən 13,5 Ǻ-ə qədər dəyişmiş olur. Üzvi kationla işlədikdə isə (SAM) bu məsafə 25 Ǻ-ə qədər böyüyür.
Daş Salahlı bentonit gili yatağı
Bostonit
Bostonit [ ABŞ -da Boston şəhəri adına görə] - dayka, damar tipli maqmatik süxurdur. Tərkibcə mikroklin-pertit, bəzən anortoklaz, yaxud ortoklaz, az miqdarda biotit və amfiboldan ibarətdir. Bostonit quruluşu ilə səciyyələnir. Tərkibində porfir ayrılmaları olduqda bostonitli porfir, kvars olduqda isə kvarslı bostonit adlanır. Bostonit damarları adətən qələvi süxurlarla (qələvi siyenitlər və başqa) əlaqədardır. == Bostonit quruluşu == Bostonit quruluşu siyenitli sxizolitlərin (bostonit tipli damar süxurları, bostonitli porfir) əsas kütləsinin quruluşu; şaxəli qələvi çöl şpatı leystlərinin flüidal və ya qeyri-müntəzəm yerləşməsi ilə səciyyələnir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Entoni
Entoni — ad. Entoni Kuinn — Amerika aktyoru. Entoni Burden — Entoni Hopkins — ABŞ və Böyük Britaniya aktyoru. Entoni Perkins — ABŞ aktyoru. Entoni Şirli — ingilis səyyahlarından biri. Entoni Monn — Alman musiqi yazarı və prodüseridir. Entoni Legget — ingilis professor və fizik. Entoni Fantano — amerikalı musiqi şərhçisi, Yutuber.
Spathoglottis bensonii
Spathoglottis pubescens (lat. Spathoglottis pubescens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü. Spathoglottis plicata var.
Entoni Burden
Entoni Burden (ing. Anthony Michael Bourdain; tam adı: Entoni Maykl Burden; d. 25 iyun, 1956, Nyu-York, ABŞ – ö. 8 iyun 2018, Kayzersberq-Vinobl, Yuxarı Reyn, Fransa) — ABŞ aşpazı, yazarı və televiziya personası.
Entoni Börcess
Entoni Börcess (ing. John Anthony Burgess Wilson; 25 fevral 1917[…] – 22 noyabr 1993[…], London) — ingilis yazıçısı və ədəbiyyatşünası (ədəbi tədqiqatlarla, xüsusən Şekspir və Coysun yaradıcılığı ilə məşğuldur). Həm də musiqi bəstələmişdir (simfoniya, balet və opera), bədii tərcümə və publisistika ilə də məşğul olmuşdur. Börcessin ən məşhur əsəri "Zavod portağalı" adlı satirik distopiyasıdır. == Həyatı == Con Entoni Börcess Uilson 25 fevral 1917-ci ildə Mançesterdə katolik ailəsində anadan olub. Burgessin atası mühasib idi və axşamlar meyxanada pianoda ifa edirdi. Burgessin 2 yaşında ikən anası qrip pandemiyası zamanı vəfat etdikdən sonra atası 1922-ci ildə meyxana sahibi ilə evlənərək tütün məmulatları satmağa başlayıb. Oğlanı bibisi, sonra isə ögey anası böyüdüb. Atası 1938-ci ildə 55 yaşında vəfat etdi, heç birmiras qoymadı. Burgess həmyaşıdları ilə münasibətini belə xatırladı: “Onlar ya yumruqları ilə üstümə vurdular, ya da heç fikir vermədilər.
Entoni Dauns
Entoni Dauns (21 noyabr 1930[…] – 2 oktyabr 2021, Betesda, Merilend) – Amerika iqtisadçısı və politoloqu, doktorluq dərəcəsini Stanford Universitetində (1956) almışdır. == Həyatı == Karlton kollecini (Minnesota ştatı) bitirmişdir. Çikaqo Universitetinin professoru (1959–62) olmuş, 1977-ci ildən Vaşinqtondakı Brukinqs Mərkəzində böyük tədqiqatçı vəzifəsində çalışır. == Fəaliyyəti == Səmərəli seçim nəzəriyyəsinin müəllifidir. İqtisadi model və konsepsiyaları sırf siyasi problemlərin təhlilində, bürokratiyanın tədqiqində istifadə edərək, əsas iştirakçıları məqsədlərinin maksimallaşdırılmasına can atan "səmərə aktorları" (partiyalar, siyasətçilər, seçicilər) olan demokratik siyasət konsepsiyasını işləyib hazırlamış, "hakimiyyət itkisi" tezisini formulə etmişdir. Dauns bürokratik strukturda qeyri-çevikliyin (fəaliyyətsizliyin) artması səbəbini onun mərkəzləşdirmə, daxili ixtisaslaşma və yeni tənzimləmə qaydalarının tətbiqi yolu ilə "hakimiyyət itkisi"ni kompensasiya etmək cəhdində görürdü. Dauns yanaşması siyasi proseslərin modelləşdirilməsində geniş istifadə olunur. === Əsərləri === An economic theory of democracy. N. Y., 1957; Inside bureaucracy. Boston, 1967; Dohousing allowances work (K. L. Bredberi ilə birlikdə).
Entoni Fantano
Entoni Fantano (ing. Anthony Fantano, 28 oktyabr 1985) — amerikalı musiqi şərhçisi, Yutuber. Yaratdığı The Needle Drop kanalında müxtəlif janrlardakı musiqiləri müzakirə edir. == Həyatı == Fantano yeniyetməlik illərini Konnektikut ştatının Volkott şəhərində keçirdi. O Yeniyetmə ikən Dead Kennedys pank qrupunun keçmiş solisti, musiqiçi Cello Biafranın işi sayəsində siyasətlə maraqlanmağa başladı və onu "demək olar ki, mənim siyasi kumirim" adlandırdı. == Şəxsi həyatı == Fantano Konnektikutda yaşayır. O, vegeteriandır, yeniyetməlik illərində ilk dəfə vegetarian olandan sonra pəhrizə keçmişdir. 2018-ci ilin mart ayında Fantano Polygon-a "azad söz tərəfdarı" olduğunu dedi. Fantano 2020-ci ildə ABŞ prezident seçkilərində Berni Sandersi dəstəklədi.
Entoni Hopkins
Entoni Hopkins (ing. Philip Anthony Hopkins; 31 dekabr 1937[…], Port-Talbot[d], Uels) — ABŞ və Böyük Britaniya aktyoru. == Həyatı == Entoni Hopkins 1937-ci ildə Böyük Britaniyada, Uels qraflığının Port-Tolbot şəhərində anadan olmuşdur. 1963-cü ildə Kral dram incəsənəti akademiyasını bitirir. 1967-70-ci illərdə Britaniya milli teatrında fəaliyyət göstərir. Sonralar ABŞ-yə yollanır və kinolarda çəkilməyə başlayır. 1992-ci ildə "Quzuların sükutu" filmində yaratdığı kanibal-manyak obrazına göre "Oskar" mükafatına layiq görülmüşdür. "Oskar" mükafatı ilə yanaşı 3 dəfə "BAFTA", 2 dəfə "Emmy" və bir dəfə "Cecil B. DeMille" mükafatlarına layiq görülmüşdür. Rejissor işinə isə 1995-cı ildə Anton Çexovun "Vanya əmi" əsərinin motivlərinə çəkdiyi "Avqust" filmini misal göstərmək olar. 1987-ci ildə Böyük Britaniya şahzadəsi Hopkinsi "Cəngavər" titulu ilə mükafatlandırır.
Entoni Kidis
Entoni Kiedis (1 noyabr 1962, Qrand-Rapids[d], Miçiqan) — amerikalı musiqiçi, musiqi yazıçısı və reperdir. Müğənni 1983-cü ildə yaradılmasında iştirak etdiyi Red Hot Chili Peppers qrupunun hal-hazırda da solistidir. Kiedis və digər qrup üzvləri 2012-ci ildə Rock and Roll Hall of Fame'ə daxil ediliblər. Uşaqlığını Miçiqanda, anası ilə ilə keçirən Kiedis 12 yaşına qısa müddət qalmış Hollivuda, atası ilə yaşamağa köçmüşdü. Fairfax məktəbində təhsil aldığı vaxtlarda Kiedis sonradan birlikdə qrup yaradacağı Flea və Hillel Slovakla da tanış olmuşdu. Məktəbdən sonra UCLAdə təhsil almağa başlayan müğənni 2-ci ilində universiteti atmışdı.
Entoni Kuinn
Entoni Kuinn (ing. Anthony Quinn; 21 aprel 1915[…], Çiuaua şəhəri[d] – 3 iyun 2001[…], Boston) — Amerika aktyoru. == Həyatı == Antonio Rudolfo Oahaka Kuinn (isp. Antonio Rudolfo Oaxaca Quinn) 1915-ci ildə Meksika şəhəri olan Çiuauada Meksika inqilabının qızğın vaxtlarında anadan olmuşdur. Onun anası Manuela Oahaka astek tayfasının nümayəndələrindən idi. Atası Fransisko Kuinn isə irland nəslindən idi. Kuinnin uşaqlığı El-Pasoda, Texasda və onun məktəbi qurtardığı Los-Anceles ətrafında keçmişdir. Gənclik illərində o, incəsənət və memarlıqla maraqlanmış və bunları aralarında böyük yaş fərqinə baxmayaraq Frenk Lloyd Raytdan öyrənmişdir. 1930-cu illərin ortalarında Entoni Kuinn aktyorluq fəaliyyətinə başlamış, əvvəl teatrda sonra isə kinoda rollar ifa etmişdir. Onun kinoda ilk işi 1936-cı ildə Harold Lloydun iştirakı ilə çəkilmiş "Süd yolu" komediyasında olmuşdu.
Entoni Kumiya
Anthony Cumia (ing. Anthony Cumia; 26 aprel 1961) — aktyor, "Oskar" mükafatı laureatı.
Entoni Legget
Entoni Legget (26 mart 1938, Kamberuell[d], Böyük London) — ingilis professor və fizik. 1983-cü ildən bəri İllinoys Universitetində professorluq edən Legget 2003 və 2008-ci illərdə Fizika shəsində ən mükəmməl təlimçi seçilmişdir. == Bioqrafiyası == Fizika müəllimləmi olan ingilis bir ata və riyaziyyat müəllimi olan irlandiyalı bir ananın uşağı olan Entoni Legget 1938-ci ildə doğulmuşdur. "Klara" və "Judis" adında iki bacısı, "Terence" və "Paul" adlarında iki qardaşı var. 1972-ci ildə evləndiyi antropoloq "Haruko Kinase" (doğ. 20 noyabr 1950) ilə 28 sentyabr 1978-ci il təvəllüdlü "Elizabeth Asako" adlı bir qızları var. == Təhsili == Uşaqlıq və gənclik zamanları döyüş illərinə təsadüf etmişdir. Katolik bir məktəbdə təhsilini başlayan Legget sonra yüksək qeydləri sayəsində Uimbldonda bir məktəbə daxil olmuşdur. Atasının işə başladığı xüsusi bir məktəb olan "Beaumont College" də lisey təhsilini tamamlamışdır. 1954-cü ildə Oksford Universiteti, Baliol Kollecinin imtahanlarına girir və qazanır.
Entoni Monn
Entoni Monn (ing. Anthony Monn) — Alman musiqi yazarı və prodüseridir. Fransız ifaçısı Amanda Lir ilə əməkdaşlıq etmişdir.
Entoni Perkins
Entoni Perkins (ing. Anthony Perkins; 4 aprel 1932, Nyu-York, ABŞ — 12 sentyabr 1992, Hollivud, ABŞ) — ABŞ aktyoru. == Həyatı == Entoni Perkins 4 aprel 1932-ci ildə anadan olmuşdur. Onun atası aktyor Osqud Perkins 1930-cu illərdə Brodveyin sahibi idi. O vəfat edəndə, oğlunun 5 yaşı var idi. Özünün biseksuallığını gizlətməyən zəif, utancaq aktyor televiziya aktyoru kimi fəaliyyətə başlayır. İlk kino rolunu isə rejissor Corc Kyukorun "Aktrisa" filmində ifa etmişdi. Perkins 1957-ci ildə ilk dəfə olaraq Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatına namizəd olmuşdur. Onun ifa etdiyi bu rol Uilyam Uaylerin "Qızıl Palma Budağı"na layiq görülmüş "Dostluq nəsihəti" filmindəki Coş Börduell idi. O, eləcə də Sofi Lorenlə bir neçə filmdə çəkilmiş, Orson Uellslə işləmiş və 1961-ci ildə "Brahmsı sevirsinizmi?" filmindəki roluna görə Ən yaxşı kişi roluna görə Kann kinofestivalının mükafatına layiq görülmüşdür.
Entoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Entoni İden
Entoni İden (ing. Robert Anthony Eden; 12 iyun 1897[…] – 14 yanvar 1977[…]) — Britaniya dövlət xadimi, Böyük Britaniya Mühafizəkarlar Partiyası (Böyük Britaniya) üzvü. 1935-1938-ci illərdə (Boldvin kabineti), 1940-1945-ci illərdə (Çörçillin hərbi hökuməti) və 1951-1955-ci illərdə xarici işlər naziri, 1951-1955-ci illərdə baş nazirin müavini 1955-1957-ci illərdə Böyük Britaniyanın baş naziri olub. O, nasistlərin bütün Avropa yəhudilərini məhv etmək planlarını bütün dünyaya ilk çatdıranlardan biri idi. O, bir neçə yüz min yəhudini Holokostdan xilas etməklə tanınır. == Həyatı == Entoni İden 12 iyun 1897-ci ildə İngiltərənin şimal qraflıqlarından birində - Durhamda yerləşən Vindlistone Hall ailə mülkündə anadan olub. Entonin atası, 7-ci Baron Eden Villiam, Sybil Grey ilə evli idi. Qrey ailəsinin nümayəndələri də yüksək dövlət vəzifələrində çalışıblar. Entoni ailənin dördüncü övladı idi. Atası sərt xasiyyətli idi.
Entoni Şer
Anthony Sher (14 iyun 1949, Keyptaun – 2 dekabr 2021, Stratford-Apon-Eyvon[d], Qərbi Mildlend[d]) ― İngilis teatr, kino və serial aktyorudur. == Filmoqrafiya == === Kino === 1981: Mark Gertler: Fragments of a Biography 1985: Shadey 1989: Erik the Viking 1993: Genghis Cohn 1995: The Young Poisoner's Handbook 1996: Alive and Kicking 1996: Mr.
Entoni Şirli
Ser Entoni Şirli (d. 1565, İngiltərə krallığı — ö. 1635, Madrid, İspaniya krallığı) — ingilis səyyahlarından biri. Səfəvi imperiyasında da fəaliyyət göstərmiş, I Abbasla yaxın olmuşdur. 1603-cü ildə onun kral I Ceyms tərəfindən həbs edilməsi İngiltərə Nümayəndələr Palatasının özünün imtiyazlarından biri olan və üzvlərinin həbs edilməməsini nəzərdə tutan qanunu qəbul etməsinə yol açdı. Bu qanun Üzr istəmə və Məmnuniyyət Forması (ingiliscə:The Form of Apology and Satisfaction). == Ailəsi == Entoni Şirli Ser Tomas Şirli ilə Ser Tomas Kempenin qızı Enn Kempenin evliliyindən dünyaya gəlmişdir. O, Tomas Şirlinin böyük, Ser Robert Şirlinin kiçik qardaşıdır. Onların sağ qalmağı bacarmış 6 bacısı da olmuşdur. == Fəaliyyəti == Oksford Universitetində təhsil alan Şirli ingilis ordusu tərkibində Niderlandda döyüşmüş və Fransannı şimalına edilən 1591-ci il yürüşündə iştirak etmişdir.
Entoni Blinken
Antoni Con Blinken (ing. Antony John Blinken; 16 aprel 1962, Yonkers[d], Nyu-York ştatı) — 26 yanvar 2021-ci ildən ABŞ-nin 71-ci dövlət katibi vəzifəsində çalışan Amerika dövlət xadimi və diplomatı. O, bundan əvvəl 2013–2015-ci illərdə milli təhlükəsizlik üzrə müşavir müavini və 2015–2017-ci illərdə prezident Barak Obama dövründə dövlət katibinin müavini vəzifələrində çalışıb. Bill Klinton administrasiyası dövründə Blinken 1994–2001-ci illərdə Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında yüksək vəzifələrdə çalışıb. 2001–2002-ci illərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində baş elmi işçi olub. O, 2002–2008-ci illərdə Senatın Xarici Əlaqələr Komitəsinin Demokratlar heyətinin direktoru vəzifəsində çalışarkən 2003-cü ildə İraqın işğalını müdafiə edib. O , Obama-Bayden prezidentlik keçidinə məsləhət verməmişdən əvvəl 2008-ci ildə Co Baydenin prezidentlik kampaniyasının xarici siyasət müşaviri olub. 2009–2013-cü illərdə Blinken prezidentin köməkçisinin müavini və vitse-prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb. Obama administrasiyasında işlədiyi müddətdə o, ABŞ-nin Əfqanıstan, Pakistan və İranın nüvə proqramı ilə bağlı siyasətinin hazırlanmasına kömək edib. Dövlət xidmətini tərk etdikdən sonra Blinken konsaltinq firması olan WestExec Advisors-un həmtəsisçisi olaraq özəl sektora keçdi .
Entoni Mendler
Entoni Mendler (ing. Anthony Mandler; 18 aprel 1973, Los-Anceles, Kaliforniya) — amerikalı film və musiqi videosu rejissoru, fotoqraf. Ən çox müğənni Rihanna ilə birlikdə çalışıb, ümumilikdə onun on altı mahnısı üçün musiqi videosu çəkib. Mendler digər tanınmış sənətçilər Spice Girls, Jay-Z, Beyonse, Eminem, Aşer, Şakira, Teylor Svift, The Killers, Selena Qomez, Castin Biber, Kristina Aqilera, 50 Cent, Ne-Yo, Niki Minaj, Dreyk, Snoop Dogg, Lenny Kravitz, Cheryl Cole, M. I. A., Mary J. Blige, fun və Lana Del Rey ilə əməkdaşlıq edib.
Entoni Giddens
Entoni Giddens, baron Giddens (ing. Anthony Giddens, Baron Giddens; 18 yanvar 1938, London) — ingilis sosioloqu. Lester Universiteti və Kembric Universitetində işləmiş; London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin direktoru olmuş (1997-2003), hazırda fəxri professordur. Asturiya Şahzadəsi mükafatı laureatı (2002, sosial elmlər). Giddens müasir dövrün ən mühüm sosioloqlardan biri hesab olunur və 29 dildə nəşr olunmuş 34 kitabın müəllifidir. 2007-ci ildə Giddens humanitar elmlər üzrə ən çox istinad edilən alimlər siyahısında beşinci yeri tutdu . Strukturlaşdırma nəzəriyyəsi və müasir cəmiyyətlərin vahid orijinal konsepsiyası ilə tanınır. Giddensin elmi fəaliyyətini üç dövrə bölmək olar. Birincisi, klassiklərin tənqidi anlayışına əsaslanan, əsasən nəzəriyyə və metodologiya sahəsində sosiologiyaya yeni baxışın yaradılması ilə xarakterizə olunur. Bu dövrün əsas əsərləri "Kapitalizm və Müasir Sosial Nəzəriyyə" (1971) və "Sosioloji Metodun Yeni Qaydaları"dır (1976).
Entoni Atkinson
Ser Entoni (Toni) Barns Atkinson (ing. Sir Anthony Barnes "Tony" Atkinson; 4 sentyabr 1944[…] – 1 yanvar 2017[…], Oksford, Cənub-Şərqi İngiltərə[d]) — britaniyalı iqtisadçı, Atkinson indeksinin yaradıcısı. == Bioqrafiyası == 1966-cı ildə Kembricdə magistr dərəcəsi alıb. O, doğma universitetində, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində, London Universitet Kollecində, Massaçusets Texnologiya İnstitutunda, Sasseks Universitetində, Esseks Universitetində çalışıb. 1994-cü ildən Oksford Universitetinin professoru olmuşdur. 1974-cü ildən Ekonometrik Cəmiyyətin üzvü, 1988-ci ildən isə prezidentidir. 1989-1992-ci illərdə Beynəlxalq İqtisadi Assosiasiyanın prezidenti. Münhen İqtisadi Araşdırmalar Mərkəzinin fəxri üzvü. 1995-1998-ci illərdə Kral İqtisadiyyat Cəmiyyətinin prezidenti. 1984-cü ildən Britaniya Akademiyasının üzvü.
Entoni Teylor