Bentonit
Bentonit (ABŞ-dəki Benton yatağına görə belə adlandırılmışdır) — kolloidal, o cümlədən sorbsion xassəli montmorillonit gili (bəzən argillit). Qələvi bentonit üçün yüksək plastiklik və şişmə səciyyəvidir. Montmorillonitdən başqa, bentonit tez-tez hidromikalar, qarışıq təbəqəli minerallar, kaolinit, sepiolit, palıqorskit, kristobalit, seolitlər və b. rəst gəlir. Bentonit vulkanik şüşələri və külün su hövzələrində diagenetik dəyişmələri nəticəsində, sualtı və subaeral aşınmada və hidrotermal proseslərdə, habelə hövzədə SiO2 və kalsium karbonatların çökməsi zamanı əmələ gəlir. Bentonit gillərinin bütün iri yataqları vulkan külləri və tuflarının sualtı pozulması yolu ilə əmələ gəlmişdir (Blek-Xils, Sanders-Defayans, ABŞ, Qumbri-Gürcüstan; Keles-Qazaxıstan və b.). Bentonit yerli adları: askanit, gilabı, qumbrin, gil. Sinonim: Bentonit gili.
== Təbiətdə tapılması ==
Təbii bentonitin yatağı Qafqazda, Qazaxıstanda və Çerkask vilayətindədir. Bentonitin əsas istehsalçıları: Rusiya, Yunanıstan, Azərbaycan, Yaponiya, İtaliya, Argentina, İspaniya və Türkiyədir.