Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birgus
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Birgöz
Birgöz (lat. Ligustrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Yarpağıtökülən, yaxud həmişəyaşıl kollar, bəzən ağaclardır (hünd. 10 m-ədək). Yarpaqları qarşılıqlı, sadə, ellipsşəkilli, tamkənarlıdır. Süpürgəvarı və ya salxımvarı, təpə, yaxud qoltuq çiçək qrupunda birləşən çiçəkləri xırda, ağ, ətirli, çiçək tacı bitişikləçəklidir. Meyvələri qara giləmeyvəyəbənzər çəyirdəkmeyvədir. Çiçəyində efir yağı, qabıq və yarpağında aşı maddəsi olur. Avrasiyanın mülayim və tropik zonalarında yayılmış təqribən 50 növü məlumdur. Müxtəlifrəngli yarpaqları olan bir çox bağ forması və sortları var.
Adi birgöz
Adi birgöz (lat. Ligustrum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Sinonimləri == Ligustrum album Gueldenst. ex Ledeb. Ligustrum angustifolium Gilib. [Invalid] Ligustrum decipiens Gand. Ligustrum insulare Decne. Ligustrum insulense Decne. Ligustrum italicum Mill. Ligustrum lodense Glogau Ligustrum oviforme Gand.
Birgöz Ballıqaya
Yuxarı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1990-cı ildə ermənilərin hücumları zamanı dağıdılmışdır. == Toponimikası == Ballıqaya kəndi Quruçayın sahilində, dağ yamacındadır. Keçmiş adı Birgöz Ballıqaya olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 58 nəfər əhali yaşayır.
Con Berrouz
Con Berrouz (ing. John Burroughs; 3 aprel 1837, Roksberi, Nyu-York — 29 mart 1921, Kinqsvill, Ohayo) — ABŞ yazıçı. == Həyatı == Con Berrouz 3 aprel 1837-ci ildə Nyu-York ştatının Roksberi qəsəbəsində anadan olmuşdu. Catskill dağları yaxınlığındakı bir fermada böyümüşdü. ABŞ Vətəndaş müharibəsi dövründə Vaşinqton şəhərində katib kimi xidmət etmişdi. İlk dəfə də orda essesini qələmə almışdı. Con Berrouz 29 mart 1921-ci ildə Ohayo ştatının Kinqsvill şəhərində vəfat edib.
Girdəyarpaq birgöz
Girdəyarpaq birgöz (lat. Ligustrum ovalifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya və Koreyadır. Fransa, İspaniya, İtaliya, Meksika, Kosta-Rika, Qvatemala, Honduras, Kanadanın Ontario əyaləti, ABŞ və Böyük Britaniyada yayılmışdır. == Botaniki təsviri == İsti rayonlarda həmişəyaşıl və ya yarımhəmişəyaşıl koldur. Hündürlüyü 3-4 m-dir. Qalın, ətli yarpaqların üstü yaşıl, alt tərəfi yaşıl-sarıdır. Yayın ortalarında çiçəkləyir, bol ağ çiçəklərinin güclü qoxusu vardır. Çiçəkləri süpürgəyə yığılmışdır. Onların dörd qıvrım ləçəkləri və iki hündür, sarı və ya qırmızı tozcuğu olan erkəkcikləri vardır və onların arasında alçaq dişicik yerləşir; çiçək mayalandıqdan sonra ləçəkləri və erkəkcikləri tökülür və dişicik borucuğun kasacığında qalır.
Maxime Siroux
Maksim Sirouks (25 oktyabr 1907, Paris – 1975, Süren) bir Fransız memar və arxeoloq idi. İranda Andre Qodard ilə müştərək şəkildə uzun illər ərzində işləmişdir. Hafiz Şirazinin türbəsinin dizaynı, digər əsərləri arasında ona da aid edilmişdir. İran Milli Muzeyinin dizaynı həm ona və həm də həmkarı fransız Andre Godarda aiddir.
Parlaq birgöz
Parlaq birgöz (lat. Ligustrum lucidum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çində, Yaponiyada və Koreyada bitir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir. == Ekologiyası == Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır. == Azərbaycanda yayılması == Rayonlarda park və bağlarda rast gəlinir.
Kşumantsyan Pirquz
Kşumantsyan Pirquz (erz. Кшуманцянь Пиргуж, Kšumancäń Pirguž; əsl adı — Qriqori Dmirieviç Musalyov) — Erziyan milli hərəkatının fəalı, hüquq müdafiəçisi. Erzyalıların inyazoru (1999-2019). == Bioqrafiya == === Erkən illər === Üç qardaşın ən kiçiyidir. Atası İkinci Dünya müharibəsi iştirakçısı olmuş, Stalinqrad yaxınlığında vuruşmuş, 1943-cü ildə Xarkov yaxınlığında vəfat etmişdir. Anası kolxozçu olmuşdur. 1958-ci ildə Bolşeiqnatovskaya orta məktəbini bitirmiş, sonra orada laborant işləmişdir. 1959-1962-ci illərdə SSRİ ordusunda xidmət edib. Mordoviya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, sonra orada riyaziyyatçı-proqramçı kimi çalışmışdır. === Sosial fəaliyyət === 1980-ci illərin sonundan etibarən Erzyan milli hərəkatında iştirak edir.
Biquz (Urmiya)
Biquz (fars. بي قوز‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 59 nəfər yaşayır (9 ailə).
Birun (Miyanə)
Birun (fars. بيرون‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (20 ailə).
Broud-Pik
Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır. İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir. == Coğrafiyası == Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır.Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m). == Etimologiyası == "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir. == Tarixi == Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi. Komanda tərəfindən ilk cəhd mayın 29-da edildi.
Broun (vulkan)
Broun piki — Antarktidanın Balleni adaları qrupuna daxil olan Struc adasında yerləşən vulkan. Vulkan Viktoriya Torpağı sahilindən bir qədər aralıda yerləşir. Ada ilk dəfə 1839-cu ildə aşkarlanmışdır. Adanı Con Balleni ekspedisiyanı maliyyələşdirən tacir Braunun şərəfinə adlandırmışdır. Zirvənin ikinci adı olan «Rassel piki» Ceyms Klark Rossun ekspedisiyası ilə bağlıdır. Vulkanın aktivliyi barədə son məlumat ABŞ aviasiyasına aiddir. Son zamanlar avtivlik müşahiə edilmir. Vulkan faktiki araşdırılmamışdır.
Broun ağacı
Broun ağacı — 1990-ci illərdə populyar olan kompüter incəsənətinin formasıdır. Broun ağacı ağacabənzər strukturların riyazi modelidir. Broun ağacının kompüterdə düzəldilməsi üçün əvvəllər saatlarla vaxt sərf edilirdi, lakin bir neçə saniyədə Borun ağacını düzəltmək mümkün oldu. Broun ağacı əsas üç faktordan asılı olaraq müxtəlif formaya malik olur.
Broun hərəkəti
Broun hərəkəti – maye və qazda asılı halda olan və görünən mikroskopik hissəciklərin istilik hərəkətinin riyazi ifadəsidir. Nizamsız və ya xaotik hərəkət edən molekullar Broun hissəciklərinə hər tərəfdən zərbələr endirir. Bu zərbələr bir-birini tarazlaşdırmır. Yekun zərbə qüvvəsi hissəciyin nizamsız hərəkətinə səbəb olur. Broun hərəkəti hərəkət heç vaxt kəsilmir. Temperatur artdıqca Broun hərəkəti daha da intensivləşir. Broun hissəciklərinin ölçüsü təqribən 1 mikro metr (mkm)-dir. == Broun hərəkətinin kəşfi == Broun hərəkəti ilk dəfə 1827-ci ildə İngilis botaniki və ya "Botaniklər knyazı" ləqəbi ilə tanınan Robert Broun tərəfindən kəşf edilmişdir. Robert Broun hərəkətini ilk dəfə bitkilərin tozcuğunda tapmışdır. Robert bu hərəkəti mikroskop altında "Clarkia pulchella" bitkisinin çiçək tozunda müşahidə etmişdir.
Broun zanbağı
Broun zanbağı (lat. Lilium brownii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü.
Fatih Birol
Fatih Birol (22 mart 1958, Ankara) — türkiyəli iqtisadçı və enerji eksperti, 1 sentyabr 2015-ci ildən Beynəlxalq Enerji Agentliyinin (IEA) İcraçı Direktoru vəzifəsində çalışmışdır. O, BEA-ya rəhbərlik etdiyi müddətdə Parisdə yerləşən enerji mərkəzini modernləşdirmək üçün bir sıra addımlar atmışdır. Beynəlxalq təşkilatda, o cümlədən Hindistan və Çin kimi inkişaf etməkdə olan iqtisadiyyatlarla əlaqələri gücləndirmək və təmiz enerjiyə keçid üzərində işi və xalis sıfır emissiyaya nail olmaq üçün beynəlxalq səyləri gücləndirmişdir. Birol 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının Time 100 siyahısına daxil olur. Forbes jurnalı tərəfindən dünyanın enerji səhnəsindəki ən nüfuzlu insanları arasında və Financial Times tərəfindən 2017-ci ildə Enerji Şəxsiyyəti kimi tanınıb. Birol Dünya İqtisadi Forumunun (Davos) Enerji Məsləhət Şurasının sədridir. O, tez-tez çap və elektron mediaya töhfə verir və hər il böyük beynəlxalq sammit və konfranslarda çoxsaylı çıxışlar edir. == Erkən karyera == 1995-ci ildə BEA-ya kiçik analitik kimi qoşulmazdan əvvəl Birol Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) çalışıb. BEA-da illər ərzində Birol 2015-ci ildə İcraçı Direktor olana qədər BEA-nın yaxından izlədiyi Dünya Enerji Görünüşü hesabatına cavabdeh olduğu baş iqtisadçı vəzifəsinə qədər yüksəlib. Türkiyə vətəndaşı olan Birol 1958-ci ildə Ankarada anadan olub.
Firuz Qureşli
Firuz Qureşli (azərb. Qureyşli Firuz Əli oğlu‎; 2 dekabr 1993, Külüs, Naxçıvan Muxtar Respublikası – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qureşli Firuz Əli oğlu 1993-cü ildə 3 dekabrda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub. 2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil almışdır. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin dinləyici olmuşdur. == Hərbi xidməti == 2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2019-cu ildə baş leytenant rütbəsi verilmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib.
Firuz Sadıqzadə
Firuz Sadıq oğlu Sadıqzadə (25 fevral 1931, Bakı – 24 may 1997, Bakı) — nasir, tənqidçi, ədəbiyyatşünas, şərqşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Firuz Sadıq oğlu Sadıqzadə 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Naxçıvanda, xalq yazıçısı Mirzə İbrahimovla birgə yüksək vəzifədə çalışan Sadıq Vahabov olmuşdur. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüş, ibtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca almışdır. 1945-ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olmuşdur. Azərbaycana qayıdarkən məşhur "Vahabovlar" soyundan olduğu üçün soyadının atasının adı ilə əvəzlənməsi tələb olunmuşdu. 1946-cı ilin dekabrında Bakıda orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. İctimai işlərdə fəal çalışmışdır. 1957-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur.
Firuz Sadıxzadə
Firuz Sadıq oğlu Sadıqzadə (25 fevral 1931, Bakı – 24 may 1997, Bakı) — nasir, tənqidçi, ədəbiyyatşünas, şərqşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Firuz Sadıq oğlu Sadıqzadə 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Naxçıvanda, xalq yazıçısı Mirzə İbrahimovla birgə yüksək vəzifədə çalışan Sadıq Vahabov olmuşdur. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüş, ibtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca almışdır. 1945-ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olmuşdur. Azərbaycana qayıdarkən məşhur "Vahabovlar" soyundan olduğu üçün soyadının atasının adı ilə əvəzlənməsi tələb olunmuşdu. 1946-cı ilin dekabrında Bakıda orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. İctimai işlərdə fəal çalışmışdır. 1957-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur.
Firuz Səxavət
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) (23 avqust 1972, Gülablı, Ağdam rayonu) — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır. == Həyatı == Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Firuz Xudaverdiyev
Firuz İslam oğlu Xudaverdiyev — Azərbaycanın tanınmış teatr, kino və televiziya aktyoru, Azərbaycanın əməkdar artisti (2002). == Həyatı == Firuz Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub.1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışıb.2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.Aktyor səhnə yaradıcılığından əlavə bir sıra tele tamaşalar və bədii filmlərdə rol alıb bunlardan "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) və digərlərinin adlarını çəkmək olar. Firuz İslam oğlu Xudaverdiyev 28 mart 2017-ci ildə dünyasını dəyişmişdir.Uzun müddət mədə xərçəngindən əziyyət çəkib. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb. == Teatr səhnəsində ifa etdiyi rollar == Mingəçevir Dövlət Dram Teatrı(1969-1976) Fuad ("Almaz", Cəfər Cabbarlı) Şəmsi bəy ("Eşq və intiqam", Süleyman Sani Axundov) Vəzir ("Fərhad və Şirin", Səməd Vurğun) Ədalət ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev) Assistent ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət)Akademik Milli Dram Teatrı(1976-2017) Bir kişi ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə) Qoca ("Fitnə", Abdulla Şaiq) Əsgər ("Maqbet", Uilyam Şekspir) Xəstə ("Biganələr oteli", Rüstəm İbrahimbəyov) N.Kokin ("Daşqın", A. Safronov) Çolaq ("Yad adam", L. Frank) 1-ci polis ("Səhra yuxuları", Anar) Ter Vahan və Mamayı ("Xurşidbanu Nətavan", İlyas Əfəndiyev) Mola ("Mirzə Şəfi Vazeh", Nəbi Xəzri) Hans ("Gecənin sirri", A. Safronov) 1-ci Qanun ("İblis", Hüseyn Cavid) Kərbəlayı Bəndalə ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) Aşpaz Abbas ("Sehrli alma", Y. Lada) 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov) Qulam ("Aydın", Cəfər Cabbarlı) Həkim ("Kəllə", Nazim Hikmət) Molla ("Brüsseldən məktublar", Həsən Həsənov) Reynaldo ("Hamlet", Uilyam Şekspir) Kərbəlayi Vəli ("Ölülər", Cəlil Məmmədquluzadə) Hacı Hüseyn ("Dirilən adam", Mir Cəlal) Müəllim ("Nazirin xanımı", Branislav Nuşiç) Yaşlı kişi ("21:15 qatarı", Toyqun Orbay) Hacı Kazım ("Ölülər", Cəlil Məmmədquluzadə) Xristian İvanoviç Gibner ("Müfəttiş", Nikolay Qoqol) == Filmoqrafiya == Kişilər (film, 1979) Mənim günahım (film, 1985) Ordan-burdan (film, 1987) Pəncərədə işıq (film, 1987) Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: kənd sakini "Fransız" (film, 1995) Bağdada putyovka var... (film, 2000) Qeybdən gələn səs (film, 2002) Dəvətnamə (film, 2003) Sonuncu şahid (film, 2004) Cavid ömrü (film, 2007) Biz qayıdacağıq (film, 2007) Günaydın, mələyim! (film, 2008) Vəkil hanı? (film, 2011) Mürafiə vəkillərinin hekayəti (film, 2011) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: baba) Bir ovuc torpaq (teleserial, 2013) Ümid işığı (film, 2014) Azərbaycan tarixinin parlaq epizodları.
Firuz Şirinzadə
Firuz Böyükağa oğlu Şirinzadə — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2006-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2007-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Vətən uğrunda" medalı ilə təltif edilib.Firuz Şirinzadə 2010-cu ildə Dövlət Sərhəd Xidmətinin Baş Əməliyyat-Axtarış İdarərə rəisinin müavini — Kəşfiyyat İdarəsinin rəisi olub. Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2010-cu il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-mayor ali hərbi rütbəsi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2011-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2012-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2016-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Firuz Şirinzadə 2020-ci ildə Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-leytenant ali hərbi rütbəsi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2023-cü il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Firuz Əhmədov
Firuz Məzahir oğlu Əhmədov (9 dekabr 1985; Tovuz, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi veteranı. == Həyatı == Firuz Əhmədov 1985-ci il dekabrın 9-da Tovuz şəhərində anadan olub. == Hərbi xidməti == Firuz Əhmədov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Firuz Əhmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Firuz Əliyev
== Həyatı == Firuz Əliyev 1950-ci il iyunun 4-də Abşeron torpağında, mavi Xəzərin sahilində, Buzovna qəsəbəsində anadan olub. 1957-ci ildə 206 nömrəli məktəbədaxil olub, 1965-ci ildə 8-ci sinifi bitirib və həmin ildə indiki Asəf Zeynallı adına musiqi kollecinə daxil olub, 1969-cu ildə oranı bitirib, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsinə daxil olub, 1975-ci ildə oranı bitirib. Əmək fəaliyyətinə 1967-ci ildən Əzizbəyov rayonundakı mədəniyyət evində müəllim kimi başlayıb. bir qədər sonra isə 19 nömrəli və Buzovnadakı 4 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1983-cü ildən mərhum müğənni, xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblda konsertmeyster kimi fəaliyyət göstərməyə başlayıb. 1992-ci ildən Azərbaycan Dövlət Milli Musiqi Akademiyasında, hal-hazırda Milli Konservatoriyada baş müəllim, dosent vəzifəsində çalışır. Eyni zamanda "Abşeron" instrumental ansamblının bədii rəhbəridir. 2002-ci ildə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Müxtəlif illərdə çoxsaylı xarici ölkələrdə: ABŞ-da, Kanadada, Fransada, Braziliyada, Yunanıstanda, Türkiyədə, İranda, Hollandiyada, Almaniyada, Avstraliyada, Macarıstanda, Rumuniyada, Belçikada, və s. yerlərdə qastrolda olmuşdur.
Yapon birgözü
Yapon birgözü (lat. Ligustrum japonicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya, Koreya və Çindir. == Botaniki təsviri == Hündürlüyü 3–5 m olan həmişəyaşıl koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, üzbəüz düzülüşlü, dərili, enli yumurtavari və küt ucludur. Çiçəkləri ağ rəngdə olub, ətirli və süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçək oxunun uzunluğu 5-15 sm-ə çatır. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvələrin diametri 5–6 mm olan, qara rəngli, zəhərli giləmeyvədir. Toxumları oktyabr ayında tam yetişir və yetişmiş toxumları uzun müddət bitkinin üzərində qalır.
Çin birgözü
Çin birgözü (lat. Ligustrum sinense) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == 3 m hündürlükdə sıx çətirli, həmişəyaşıl koldur. Çətrinin diametri 2 m-ə qədərdir. Cavan budaqları sarımtıl rəngli, sıx tükcüklüdür. Yarpaqları uzunsov-oval şəkilli, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıldır. Kiçik, ağ çiçəkləri ətirli, süpürgə çiçək qrupunda toplanır. == Ekologiyası == May-iyun aylarında çiçək açır, toxumları sentyabr-oktyabr aylarında yetişir. Toxumla, oduncaqlaşmış və yaşıl gövdə qələmləri ilə çoxaldılır.
İbota birgözü
İbota birgözü (lat. Ligustrum ibota) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çində, Koreyada, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Vətənində hündürlüyü 2 m olan, şaxələnmiş çətirli, yarpağını tökən, iri koldur. Uzunsov, yumurtavari yarpaqlarının uzunluğu 7 sm, üstü tünd yaşıl və parlaq, aşağı tərəfi göyümtüldür. İyun-iyul aylarında çiçəkləyir, çiçəkləmə hər il müşahidə edilmir. Ətirli ağ hamaşçiçəklərinin uzunluğu 7 sm-dir. Meyvələri qara, yumru, diametri təxminən 1 sm-ə qədər çəyirdəkdir. Toxum, qələm və peyvəndlə çoxaldılır. == Ekologiyası == İsti və işıqsevən bitkidir, temperaturun kəskin dəyişməsi bitkinin inkişafını zəiflədir.
Birgül Oğuz
Birgül Oğuz (1981, İstanbul) — türk yazıçısıdır. O, İstanbulda anadan olub və İstanbul Bilgi Universitetində Müqayisəli Ədəbiyyat və Mədəniyyət Araşdırmaları fakültəsində təhsil alıb. Yazıçı, 2006-cı ildə Edinburq Universitetində də oxuyub. Hal-hazırda Boğaziçi Universitetində İngilis ədəbiyyatı üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün çalışır, eyni zamanda İstanbulda Moda Sahnesi və Nazım Hikmət Akademiyasında ədəbiyyatdan dərs deyir. Bu günə qədər iki bədii əsər nəşr etdirmişdir: Fasulyenin Bildiyi (2007) və Hah (2012). Sonuncu dəfə 2014-cü ildə Avropa İttifaqının Ədəbiyyat üzrə Mükafatını qazanmışdır. 2015-ci ildə Ayova ştatının eyniadlı şəhərindəki Ayova Universitetində Beynəlxalq Yazı Proqramının Payız Rezidenturasında iştirak etmişdir.