Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bitlər
Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü. == Xarici quruluşu == Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir.
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Bitlər dəstəsi
Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü. == Xarici quruluşu == Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir.
Biştab (Əhər)
Biştab — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Yaft kəndistanında, Horand qəsəbəsindən 12 km. cənub-şərqdədir.
Acılar bitməz
Acılar bitməz filmi rejissor Sərxan Kərəmoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film SK Prodakşnnda istehsal edilmişdir. Film Orxanla (Sərxan Kərəmoğlu) Mehribanın (Qənirə Aslanova) uğursuz məhəbbət hekayəsindən bəhs edir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Amaliya Pənahova, Hülya Korel, Məlahət Abbasova, Qənirə Aslanova, Halil Ergün, Sədayə Mustafayeva, Məmmədəli Balayev, Əhəd Hacıyev,Pərvanə Qurbanova və Yaşar Nuri ifa edirlər. == Məzmun == Film Orxanla (Sərxan Kərəmoğlu) Mehribanın (Qənirə Aslanova) uğursuz məhəbbət hekayəsindən bəhs edir. Mehribanın ailəsi onların evlənmələrinə qarşıdırlar. Uzun mücadilədən sonra çarəsiz qalan cütlük birlikdə Türkiyəyə qaçmaq qərarına gəlirlər. Türkiyədə bir müddət yaşadıqdan sonra onlar yenə son ümidlə Bakıya qayıdırlar. Lakin yenə Mehribanın anası Məlahət (Amaliya Pənahova) onları ayırır, Sərxanı isə döyürlər. Psixoloji uçurum yaşayan Sərxan ölkəni tərk edib Rusiyaya işləməyə gedir.
Həsən Bitməz
Həsən Bitməz (15 dekabr 1969, Girəsun ili – 14 dekabr 2023, Ankara ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Həsən Bitməz 1969-cu ildə Giresun ilində anadan olub. Gebze İmam-Hatip Liseyində təhsil alıb. Əlcəzairin Əl-Əzhər Universiteti Usuliddin Bölməsindən məzun olub. Gebze İmam-Hatip Liseyi Məzunları Dərnəyinin qurucu prezidenti, 1999–2004-cü illərdə Milli Gənclər Fondunun (MGV) sədr müavini, 2000-ci ildə Anadolu Gənclər Fondunun qurucu üzvü, 2006–2010-cu illərdə Beynəlxalq İslam Tələbə Qurumları Federasiyasının (IIFSO) İdarə Heyətinin üzvü və 2010–2014-cü illərdə qurumun Məclisinin sədri, 2008–2010-cu illərdə Beynəlxalq Gənclər Forumunun sədri vəzifələrində çalışıb. Ölümünə qədər İqtisadi-Sosial Araşdırmalar İnstitutunda (ESAM) Müşahidə Şurasının üzvü və İslam Birliyi Araşdırma İnstitutunun (İSBAM) prezidenti idi. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Gebze ilçə şöbəsinin sədri vəzifəsində çalışıb. Səadət Partiyasının sədr müavini idi. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Kocaeli ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Həsən Bitnəz

Kutubi-sittə
Altı kitab (ərəbcə: الكتب الستة‎, farsca: صحاح سته). Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba verilmiş ümumi ad. Həmin kitablar aşağıdakılardır: Səhihi Buxari (صحيح البخاري) Səhihi Müslim (صحيح مسلم) Sünəni Nəsai (النسائي سُنن) Sünəni Tirmizi (سُـنَن الترمذي) Sünəni Əbu Davud (سُنن أبو داوود) Sünəni İbn Macə (سُنن ابن ماجة) == Həmçinin bax == Dörd kitab: Cəfəri məzhəbinin 4 əsas hədis kitabı.
Acılar bitməz (film, 2009)
Acılar bitməz filmi rejissor Sərxan Kərəmoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film SK Prodakşnnda istehsal edilmişdir. Film Orxanla (Sərxan Kərəmoğlu) Mehribanın (Qənirə Aslanova) uğursuz məhəbbət hekayəsindən bəhs edir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Amaliya Pənahova, Hülya Korel, Məlahət Abbasova, Qənirə Aslanova, Halil Ergün, Sədayə Mustafayeva, Məmmədəli Balayev, Əhəd Hacıyev,Pərvanə Qurbanova və Yaşar Nuri ifa edirlər. == Məzmun == Film Orxanla (Sərxan Kərəmoğlu) Mehribanın (Qənirə Aslanova) uğursuz məhəbbət hekayəsindən bəhs edir. Mehribanın ailəsi onların evlənmələrinə qarşıdırlar. Uzun mücadilədən sonra çarəsiz qalan cütlük birlikdə Türkiyəyə qaçmaq qərarına gəlirlər. Türkiyədə bir müddət yaşadıqdan sonra onlar yenə son ümidlə Bakıya qayıdırlar. Lakin yenə Mehribanın anası Məlahət (Amaliya Pənahova) onları ayırır, Sərxanı isə döyürlər. Psixoloji uçurum yaşayan Sərxan ölkəni tərk edib Rusiyaya işləməyə gedir.
JITTER
JITTER ~ дрожание ~ titreme ~ titrəmə-televiziya və kompüter disleylərində: siqnalın dayanıqsızlığı (dəyişkənıiyi)səbəbindən görüntünün azacıq titrəməsi və ya flüktüasiyası. Titrəyiş çox zaman displeyin açılma sətri ilə eyni qalınlığa malik olan üfüqi sətirlərdə yaranır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Vittel
"Vittel" — öz zəngin xassələrini Fransanın şərqindəki dağlardan götürən təbii mineral su. “Vittel” öz mineral duzlarının və makroelementlərinin ideal tarazlaşdırılmış unikal tərkibi sayəsində bizim orqanizmimizə lazım olan maddələrin daxil olmasını təmin edir. “Vittel” orqanizmin kalsium ehtiyatını təmin edə bilən və bununla da insanı hər zaman sağlam tuta bilən təbii mənbədir.1,5 litr “Vittel” suyu günlük kalsiumun 15 faizini bizə bəxş edir. XIX əsrin ikinci yarısından etibarən bütün avropadan insanlar bu suyun canlandırıcı gücünü öz üzərlərində təcrübədən keçirmək üçün gəlirdilər. Bir müddət sonra “Vittelin” adı sözün əsl mənasında dünyanın dörd bir yanında mineral sularla bərabər hallanmağa başladı. “Vittel” istirahət mərkəzi sağlam görünmək istəyən hər kəsin ziyarətgahı oldu. İnsanlar buraya həyat enerjisi tapmaq, stres və yorğunluqdan azad olmaq üçün gəlirlər. Məhz burada idmançıları olimpiyadalara hazırlayan mərkəz və Aralıq dənizi klubu fəaliyyət göstərir. Bundan başqa əlverişli iqlim və məşhur termal qaynaqlar “Vittel” mineral suları rayonunu aparıcı istirahət mərkəzinə çevirmişdir. Bütün bu xarekretirek xüsisiyyətləri özündə cəmləyən “Vittel” gözəl şərablara və ləziz yeməklərə əlavə olunmaqla dünyəvi şöhrət qazanır.
Vitte
Vitte — soyad. Karl Vitte — alman hüquqşünas. Sergey Vitte — gürcü mənşəli rus dövlət xadimi Digər Vitte adası — Nordenşeld arxipelaqına daxil olan ada. Vitte adası (Yokanqskie adaları) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada.
Hellmut Ritter
Hellmut Ritter (alm. Hellmut Ritter‎; 27 fevral 1892[…], Lichtenau[d], Hessen – 19 may 1971[…], Oberurzel[d], Hessen) — Almaniya şərqşünası. == Həyatı == Hellmut Ritter 27 fevral 1892-ci ildə Lichtenauda doğuldu. Litseyi Kasseldə bitirdikdən sonra Halle Universitetində Karl Brokkelman və Paul Kahledən, Strasburq Universitetində Teodor Nöldeke, Enno Littmann, Landauer və Frankdan şərqşünaslıq və Şərq dilləri öyrəndi; eyni zamanda teologiya və kllasik filologiya dərslərinə qatıldı. 1913-cü ildə Hamburq Universiteti Şərq mədəniyyəti və tarixi bölümündə Karl H. Beckerin asissenti olaraq vəzifəyə başladı. Ertesi il Bonn Universitetində “Ein arabisches Handbuch der Handelswissenschaft” adlı dissertasiyasıyla (Isl., VII [1916], s. 1-91) doktorluq müdafiə etdi. Əsgərliyini 1914-1918 savaş illərində İstanbul və İraqda keçirməsi Türkcə və Ərəbcəsini inkişaf etdirməsinə səbəb oldu. Savaşın ardından Hamburq Universiteti Şərq dilləri kafedrasına professor təyin edildi (1919). 1926-cı ildə universitetdəki vəzifəsindən alınan H. Ritter, Hamburqda İran ədəbiyyatı və təsəvvüfünə dair başlatdığı çalışmalarına davam etmək üçün Alman Elm Yardım Dərnəyinin bursuyla İstanbula getdi.
Karl Ritter
Karl Ritter (7 avqust 1779[…], Kvedlinburq – 28 sentyabr 1859[…], Berlin) — alman coğrafiyaçısıdır. O müasir coğrafiyanın yaradıcılarındandır. Qədim və yeni İran haqqında əsas tədqiqatçıdır. == Tərcümeyi-hal == Karl Ritter 1779-cu ildə Saksoniyada akademik ailədə anadan olub. o 6 uşaqdan biridir. Karlın atası həkim idi. O öləndə atasının 2 yaşı var idi. onun 5 yaşı olanda onu Şnepfentalyaya məktəbə göndərdilər. Məktəbi bitirdikdən sonra isə o təhsilini davam etmək üçün Betman-Qolvequnun yanına göndərirlər. Onun yanında işlədikdən sonra sahibinin imkanı daxilində təhsilini davam etdirir.
Mariya Vittek
Mariya Vittek (pol. Maria Wittek; 16 avqust 1899, Mazoviya, Rusiya imperiyası – 19 aprel 1997, Varşava, Polşa) — briqada generalı rütbəsinə layiq görülən ilk polşalı qadın. Bu ad təqaüdə çıxdıqdan sonra 1991-ci ildə verilmişdir. 18 yaşından Polşa ordusunda və müxtəlif hərbi təşkilatlarda xidmət etmişdir. Heç vaxt evlənməmişdir. == Həyatı == === Erkən həyatı === Mariya Vittek Polşanın Rusiya hissəsində anadan olmuşdur. Atası Stanislav Vittek dülgər idi. Polşa Sosialist Partiyasının üzvü olaraq, 1915-ci ildə ailəsi ilə birlikdə rus səlahiyyətliləri tərəfindən həbs olunmamaq üçün Ukraynaya köçür. Mariya hələ məktəbdə olarkən Kiyevdəki kəşfiyyat heyətinə qatılır. Daha sonra Kiyev Universitetinin riyaziyyat şöbəsinin ilk qadın tələbəsi olur.
Nikola Bittner
Nikola Bittner (9 iyul 1977) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Nikola Bittner Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Vera Britten
Vera Meri Britten (ing. Vera Mary Brittain; d. 29 Dekabr 1893- ö. 29 Mart 1970) — ingilis könüllü yardım dəstəsinin tibb bacısı, yazıçı, feminist, sosialist,pasifist. == Həyatı == Nyukasl-ander-laymda anadan olan Vera Britten kağız istehsalçısı Tomas Artur Brittenin (1864–1935) və onun həyat yoldaşı, kağız fabriklərinin sahibi olan Ediz Bervon Brittenin (1868–1948) qızı idi. O, 18 aylıq olanda ailəsi Çeşireyə, Maklesfild şəhərinə, 11 yaşında isə Derbişirdəki Bakston şəhərinə köçür. Uşaq yaşlarından yeganə qardaşı Eduard onun ən yaxın dostu idi. 13 yaşından etibarən xalasının direktor olduğu Surrey, Kinqsvuddakı müqəddəs Monika adına internat məktəbində oxuyub. Atasının etirazlarına baxmayaraq Oksfordda, Somervill kollecində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlayır. Lakin bir il sonra, 1915-ci ilin yayında Birinci Dünya Müharibəsi səbəbi ilə təhsilini dayandıraraq ingilis könüllü yardım dəstəsinə qoşulur və Bakston, London, Malta, Fransada tibb bacısı kimi fəaliyyət göstərir.
İneke Botter
Karl Vitte
İoqan Qenrix Fridrix Karl Vitte II (alm. Johann Heinrich Friedrich Karl Witte‎; 1 iyul 1800[…] – 6 mart 1883[…], Halle, Prussiya) — alman hüquqşünas, tərcüməçi, tarixdə ən cavan elm doktoru kimi qalmışdı (Ginnesin rekordlar Kitaba düşüb).
Mitte (əyalət)
Mitte (alm. Mitte‎ — «mərkəz») — 2001-ci ildən bəri mövcud sərhədlərdə olan Berlinin mərkəzi inzibati bölgüsü. Əyalət üç keçmiş müstəqil rayon Mitte, Tierqarten və Toyun birləşməsi ilə Berlinin inzibati bölgüsünün genişmiqyaslı islahatı zamanı formalaşmışdır. İslahat həmçinin əyalətlərdəki rayonları da əhatə etdi və keçmiş Mitte rayonu eyni adlı yeni əyalət statusu aldı. == Coğrafiyası == Bundestaq, Bundesrat və federativ hökumət təşkilatlarının əksəriyyəti Mitte əyalətində yerləşir. == Əyalətin daxilindəki rayonlar == 01 Əyalət Mitte 0101 Mitte (əvvəl — müstəqil rayon) 0102 Moabit (əvvəl — rayon Tirqarten) 0103 Qanzafirtel (əvvəl — округ Tirqarten) 0104 Tirqarten (əvvəl — rayon Tirqarten) 0105 Veddinq (əvvəl — rayon Veddinq) 0106 Qezundbrunnen (əvvəl — rayon Veddinq) == Görməli yerləri == Admiralspalast Aleksanderplats Berlin teleqülləsi Berlin kafedralı Bradenburq qapısı Bradenburq muzeyi Podevils sarayı Saray meydanı Saray körpüsü Jandarmenmarkt Qırmızı ratuşa Çətənə muzeyi Ada muzeyi Nikolaifirtel Postdam meydanı Reyxstaq Unter-den-Liden Razılaşma Şapeli Tsionskirxe == Xarici keçidlər == Vikianbarda Mitte əyaləti ilə əlaqəli mediafayllar var.
Sergey Vitte
Vitte Sergey Yuliyeviç (rus. Серге́й Ю́льевич Ви́тте; 17 (29) iyun 1849, Tiflis – 13 mart 1915[…], Petroqrad) — gürcü mənşəli rus dövlət xadimi, qraf (1905). == Həyatı == 1892-ci ildə Rusiya imperiyasının Yollar və maliyyə naziri, 1903-cü ildə Nazirlər Kabinetinin, 1905–1906-cı illərdə Nazirlər şurasının sədri olub. Şərab inhisarının tətbiqinin (1894), qızıl monometalizminin tətbiqi ilə nəticələnən pul islahatının (1897), Sibir dəmir yolu tikintisinin təşəbbüskarı olub. Stolıpinin aqrar islahatlarının bəzi müddəalarını işləyib, 17 oktyabr 1905-ci il manifestinin müəllifidir. == Əsərləri == Витте С. Ю. Принципы железнодорожных тарифов по перевозке грузов Киев : журн. "Инженер", 1883. Витте С. Ю. Речь министра финансов в заседании Совета государственных кредитных установлений, 21 декабря 1892 года Санкт-Петербург : тип. М-ва вн. дел, [1893].
Vitte adası
Vitte adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Nordenşeld arxipelaqının qərb hissəsində qərarlaşır. Həmcinin Şivolki adaları qrupuna daxildir. Öz qrupunun ucqar şimal-şərq qutaracağını təşkil edir. Krasin adasından 3 km cənubda yerləşir. Hər tərəfdən qrupa daxil adalarla əhatələnmişdir: şərqdən Silaç adası, cənubdan Krasin və Ukromnıy, cənub-qərbdən Kovalevski adası, qərbdən Ermak adası ilə əhatələnmişdir. Şimalında Lenin boğazı yerləşir. Materiklə arasında məsafə 65 km-dir.
Better Call Saul
Ən yaxşısı Sola zəng et (ing. Better Call Saul) — Vins Qilliqan və Piter Quld(en) tərəfindən yaradılmış amerikan cinayət–drama teleserialı. Qilliqanın yaradıcısı olduğu əvvəlki işi "BədBəxt"in (2008–2013) spin-offudur. "Ən yaxşısı Sola zəng et" AMC telekanalında 8 fevral 2015-ci ildən 15 avqust 2022-ci ilə qədər altı mövsüm 63 seriya yayımlanaraq sona çatmışdır. Hadisələr 2000-ci illərin əvvəllərində, "BədBəxt"dən illər öncə Albukerkedə cərəyan edir. Serial ağır cinayətləri örtbastır edən vəkil – hazırda Sol Qudman(en) kimi fəaliyyət göstərən keçmiş dələduz Cimmi MakQilldən (Bob Odenkirk(en)) bəhs edir. Serialın digər önəmli personajları arasında narkotik tacirləri ilə əməkdaşlıq edən korrupsiyoner polis məmuru Mayk Ermantraut(en) (Conatan Benks(en)), Cimminin sevdiyi həmkarı Kim Veksler(en) (Rey Sihorn(en)), öz doğma qardaşı və düşməni Çak MakQill(en) (Maykl Makkin(en)), Çakın hüquqşünası Hovard Hemlin(en) (Patrik Fabian(en)), narkotik satıcısı Naço Varqa(en) (Maykl Mendo(en)), narkobaron Qus Frinq(en) (Cankarlo Ezpozito(en)) və kartel rəhbəri Lalo Salamanka(en) (Toni Dalton(en)) var. Serialda həmçinin Solun narkobaron Volter Vayt (Brayan Krenston) ilə tərəfdaşlığı da işıqlandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == amc.com/shows/better-call-saul--1002228 — Ən yaxşısı Sola zəng et rəsmi saytı Ən yaxşısı Sola zəng et Netflix-də Ən yaxşısı Sola zəng et — Internet Movie Database saytında.
Anri Fransua Pitte
Anri Fransua Pittye de Fabreqa (fr. Henri François Pittier de Fábrega; 13 avqust 1857 – 27 yanvar 1950, Karakas) — Venesuela florasını öyrənən İsveçrə botanik-sistematiki. == Pittenin şərəfinə adlandırılmış taksonlar == Pittiera Cogn., 1891 [= Polyclathra Bertol., 1840] Pittierella Schltr., 1906 [= Cryptocentrum Benth., 1880] Pittierothamnus Steyerm., 1962 [= Amphidasya Standl., 1936] == Bəzi elmi işləri == Durand T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Pittier, H. (1891). Viaje de exploración al valle del Río Grande de Térraba. 138 p. Pittier, H. (1906). Ensayo sobre las plantas usuales de Costa Rica.
İtte Detenamo
İtte Detenamo (22 sentyabr 1986) — Naurunu +105 kq çəki dərəcəsində beynəlxalq yarışlarında təmsil edən kişi ağır atletdir. Detenamo Naurunu Afinada təşkil edilən 2004 Yay Olimpiya Oyunlarında təmsil etmiş və +105 kq çəki dərəcəsində 14-cü yeri tutmuşdur. O, 2006-cı il Birlik Oyunlarında bürünc medal qazanmışdır. 2007 Sakit okean Oyunlarında 3 qızıl medal əldə etmişdir. Detenamo Naurunu Pekində təşkil edilən 2008 Yay Olimpiya Oyunlarında təmsil edən yeganə idmançı idi. O, super ağır çəki dərəcəsində ümumilikdə 386 kq qaldıraraq öz şəxsi rekordunu yenilədi.