BİTAB

zərf [ fars. ] Tabsız, taqətsiz, üzgün. Bitab olmaq. Bitab düşmək.
– Şəm istər müttəsil bitab öz pərvanəsin; Qönçeyi-gül əndəlibin naleyi-zarın sevər. Qövsi.
Gülsüm ağlamaqdan bir payədə bitab olmuşdu ki, yolu gedə bilmirdi. Ə.Haqverdiyev.
Biçarə [Məşədi Əsgər] qolunun ağrısından bitab düşüb, nəhayət, məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qənizadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİTAB bitab bax halsız
BİT
BİTABLIQ

Digər lüğətlərdə