BİTMƏK₁

f.
1. Tamam olmaq, qurtarmaq, axıra çatmaq, başa çatmaq. Məzuniyyət müddəti bitdi.
– Qəmimiz bitdi, fərəh oldu nümudar bu gün! M.Ə.Sabir.
Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə üzünü göyə çöndərdi. Çəmənzəminli.

// İşi axıra çatmaq, qurtarmaq. İclas bitdi.
Hər kəs öz aşna-dostu ilə danışadanışa evlərinə getdi. B.Talıblı.

// Tükənmək.
Kainatın bəzəkli şux gəlini; Bitdi artıq mənim qərarım, gəl. S.Rüstəm.

2. Nəticələnmək. Mübahisə nə ilə bitdi? – Pulun getdiyinə baxma, işin bitdiyinə bax. ( Ata. sözü ).
Qalib dönəcəksən bilirəm bunu; Get, ölümlə bitsin yağının sonu. S.Rüstəm.

3. Saralmaq, saralıb qurtarmaq; bitişmək (yara).
Ey söyləyən Füzuliyə eşq içrə səbr qıl; Söylə, bu məlhəm ilə kimin bitdi yarəsi? Füzuli.

4. Yerinə yetirmək, əməl etmək.
[Hacı Qənbər:] Dürüst fikrində saxla mən deyəni bitməsən, başını kəsəcəyəm. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİTMƏK I BİTMƏK, YETİŞMƏK II bitmək bax qurtarmaq 2
  • BİTMƏK sağalmaq — bitişmək
  • BİTMƏK nəticələnmək — yekunlaşmaq
  • BİTMƏK qurtarmaq — tamamlamaq — tükənmək
  • BİTMƏK yetişmək — cücərmək — göyərmək — çıxmaq

Omonimlər

  • BİTMƏK BİTMƏK I f. Tamam olmaq, başa çatmaq. Səd şükür ki, qış tükəndi, bitdi; Novruz gəlib, bahar yetdi (A

Antonimlər (əks mənalı sözlər)

  • BİTMƏK BİTMƏK – QURUMAQ Ot kökü üstə bitər (Ata. sözü); Bir damcıya möhtac idim; Qurumuşdu bağça-bağım... (Şəhriyar)
BİTMƏ₂
BİTMƏK₂

Digər lüğətlərdə

балабо́н закорю́чиваться кореши́ть притупля́ться тарлата́н штаб- безграни́чность закла́дчица обню́хать смоше́нничать тре́звеннический эми́ссия дереза карнавал bentwood fishy Iraqi locality narrow-gauge staff officer wastebasket остроглазый развлечение регулировщица транспортировать