Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Achillea boissieri
Achillea boissieri (lat. Achillea boissieri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Convolvulus boissieri
Convolvulus boissieri (lat. Convolvulus boissieri) — sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. == İstinadlar == Eckehardt J. Jäger, Friedrich Ebel, Peter Hanelt, Gerd K. Müller (Hrsg.): Rothmaler Exkursionsflora von Deutschland. Band 5: Krautige Zier- und Nutzpflanzen. Spektrum Akademischer Verlag, Berlin Heidelberg 2008, ISBN 978-3-8274-0918-8.
Euphorbia boissieri
Euphorbia boissieri (lat. Euphorbia boissieri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Phragmipedium boissierianum
Phragmipedium boissierianum (lat. Phragmipedium boissierianum) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü. == Növ müxtəlifliyi == Phragmipedium boissierianum var. boissierianum Phragmipedium boissierianum var. czerwiakowianum (Rchb.f.
Pyrus boissieriana
Buasye armudu (lat. Pyrus boissieriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 5m-ə qədər hündürlüyündə ağac və ya koldur. Yarpaqları dairəvi-yumurtavari və ya ovalşəkillidir, küt, itidişli, 2-3 sm uzunluğunda və enindədir. Üstdən tükcüksüz, parlaq, yaşıl, quruyan zaman qaralan, alt hissədən damarlar boyu seyrək tükcüklüdür; saplağı nazikdir. Çiçəkləri xırda şüalı, qalxanvari çiçək qrupunda yerləşəndir. Meyvələri xırdadır, 1-1,5 sm diametrindədir; kürəvari və ya nisbətən yastı, xırda, sarımtıl, vəzilidir, parıldayan, qırmızımtıldır; meyvə saplağı nazik, meyvədən 2-3 dəfə böyükdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Aprel ayında çiçəkləyir. Meyvələri avqustda yetişir. Tozlanması — entomofildir.
Sorbus boissieri
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Sorbus boissieri var. adsharica
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Rosa boissieri
Buasye itburnusu (lat. Rosa boissieri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə İrandan (Lazistandan) təsvir edilmişdir. == Botaniki təsviri == Çılpaq, dik duran, darçını rəngdə zoğlara və budaqlara malik, hündürboy koldur. Qopartikan düz və ya bir qədər əyilmişdir, qaidə hissəsi yastılaşmışdır. Yarpaqları 5-7 ədəd, bir qədər qalın ellipsvari və ya enli yumurtavari, bir və ya ikiqat mişardişli, üst tərəfdən keçətüklü, altdan vəzisiz, ağamtıl, tüklü yarpaqcıqlardan ibarətdir. Ləçəkləri iri, ağ və ya çəhrayıdır. Meyvəsi çılpaq, dəyirmi yumurtavaridir. İyul ayında çiçək açır, setyabrda meyvə verir. == Ekologiyası == İstiyə, soyuğa davamlıdır.
Boie
Henrix Boye (alm. Heinrich Boie‎;4 may 1794 – 4 sentyabr 1827, Boqor, Qərbi Yava) — Alman zooloqu.
Boks
Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədi ilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri bir idman növüdür. Boks qarşılaşmaları dünyanın çox ölkəsində maraqla izlənilir. Amma şiddət ehtiva etməsi səbəbiylə bu idmanın qadağan edilməsi lazım olduğunu düşünənlər də vardır. Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır.Məşq üçün "armud" adlı alətdən istifadə olunur. Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər.
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Bos
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
36 Boys
36 Boys (azərb. 36-nın oğlanları‎) — Almaniyanın paytaxtı Berlin şəhərində türk miqrantlar tərəfindən yaradılmış küçə bandası. Küçə dəstəsinin yaradılmasının əsas səbəblərindən biri 1980-ci illərdən etibarən Almaniyada türkofobiyanın genişlənməsi və neonasizm hərəkatlarının çoxalması olmuşdur.36 Boys Almaniya Daxili İşlər Nazirliyi tərəfindən uzun müddət kriminal qruplaşma olaraq qəbul edilmişdir və əsas fəaliyyət məkanları kimi Kottbusser Tor metrostansiyasının ətrafı, Naunynstraße və Waldemarstraße arasındakı yaşayış sahələri və Görlitzer Bahnhof'a qədər uzanan küçələr müəyyənləşdirilmişdir.Qrupun adındadkı 36 rəqəminin mənası, təşkilatın əsas mərkəzinin yerləşdiyi Berlin şəhərinin Kreuzberg rayonunu işarət etməkdədir. Belə ki, Kreuzbergin poçt indeksi 36-dır və küçə dəstəsidə əsasən bu bölgədə fəaliyyət göstərmişdir. Bandaya bu adın verilməsi 2003-cü ildə təqaüdçü tərəfindən qətlə yetirilmiş, berlinli rep ifaçısı Atilla Murad Aydının fikri olmuşdur. == Məlumat == İkinci Dünya müharibəsində Almaniyanın məğlub olmasından sonra ölkədə ciddi işçi qüvvəsinə ehtiyac yaranmışdır. Uzun müddət ərzində bu problem həllini tapmadığına görə 1961-ci ildə Türkiyə ilə Müddətli işçi müqaviləsi adlı razılşama imzalanmışdır. Müqaviləyə əsasən Türkiyənin müxtəlif bölgələrində yaşayan insanlar yüngül və ağır sənaye sahələrində işləmək üçün Almaniyaya göndərilməsi nəzərdə tutulmuşdu. İlkin mərhələdə 600 mindən çox şəxs qonaq işçi kateqoriyası əsasında Almaniyaya yollanmışdır, 1973-cü ilin məlumatlara görə isə ölkədə 1 milyondan çox etnik türk yaşamqda idi. Ölkəyə gələn türklər bir-birlərinə yaxın ərazilərdə məskunlaşmağa üstünlük vermiş və beləliklə Almaniyanın müxtəlif şəhərlərində türk gettoları yaradılmışdır.
Backstreet Boys
Backstreet Boys (daha çox qısa şәkildә BSB dә deyilir), 1993-cü ildə Florida,Orlando şəhərində yaradılan Amerikan vokal qrupudur. Qrup üzvlәri Nick Carter, Howie Dorough, AJ McLean, Brian Littrell və Kevin Richardson'dan ibarətdir. == Qrupun tarixi == === 1993–95: Qrupun yaradılması və ilk illər === 1992-ci ildə Lou Pearlman vokal qrup yaratmaq üçün Orlando Sentineldə reklam elanı yerləşdirdi. Elanla bağlı Pearlmanın yanına gәlәn McLean qrupun ilk üzvü oldu. 1992-ci ilin sonu -1993-cü ilin mart ayı arasında Pearlman açıq kastinq keçirdi vә yüzlərlə gənc ifaçı kastinqdә iştirak etdi. Nәhayәt, 1993-cü ilin martında Carter, Dorough və Richardson, Pearlmanın ümidlərini doğrultduqdan sonra qrupa seçildi. 20 aprel 1993-cü ildә Littrell kuzeni Richardsonun telefon zəngindәn sonra qrupa rəsmi olaraq qoşulmaq üçün Kentukidən Orlandoya uçdu. Beləliklə, 20 aprel qrupu yaranma tarixi oldu. Pearlman, gәnclәrin tez tez әylәndiyi mәjan olan vә Orlandoda yerlәşәn Backstreet Marketin şәrәfinә qrupu Backstreet Boys adlandırmağa qərar verdi. Backstreet Boys qrupunun ilk performansları 8 May 1993-cü ildə SeaWorld Orlandoda baş tutdu.
Bais (islam)
Əl-Bais (ər. الباعث) — Allahın adlarından biri. "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.". Şübhəsiz yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq olan bütün insanlar ölümlüdür. Hər kəs bir gün ölər və məzara qoyular. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq insanların böyük bir əksəriyyəti ölümü düşünməzlər və məzara qoyulduqdan sonra təkrar dirildiləcəkləri gerçəyini də görməməzlikdən gələrlər. Quranda bu kəslərin vəziyyətləri belə xəbər verilir: (Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!" Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilmişdir: "Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.
Boil burnu
Boil burnu (bolq. нос Боил, ‘Nos Boil’ \'nos bo-'il\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən burundur. Burun Retije buxtasından qərbdə yerləşmişdir.Burun şimal-şərqi Bolqarıstanda yerləşən Boil şəhərinin adını daşıyır. == Yerləşməsi == Vyu burnundan 6.45 km şimal-qərbdə, Teodolit təpəsindən 7.45 km cənub-şərqdə, Kamel nunataklarından 8.45 km cənubda, Qarvan burnundan 5.82 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula. Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Scale 1:250000 topographic map No. 5697. Institut für Angewandte Geodäsie and British Antarctic Survey, 1996. == Həmçinin bax == Antarktida Triniti yarımadası == İstinadlar == == Xarici keçidlər == SCAR Composite Antarctic Gazetteer.
Boris Smilyaniç
Boris Smilyaniç (17 mart 1996, Podqoritsa) — Erediviziya klublarından olan PSV Eyndhoven FK klubunda hücumçu kimi çıxış edən Monteneqro futbolçusudur. == Klub karyerası == == Buduçnost == Klubun gənclər komandasında keçirdiyi illərdən sonra Smilyaniç Buduçnost Podqoritsa FK klubunda öz peşəkar debütünü 16 yaşı olarkən etdi. 2013-14 mövsümünün əvvəlində Smilyaniç üç ay zədə səbəbilə oyunları buraxmalı oldu. == PSV == 16 iyun 2014-cü ildə Smilyaniç bir neçə sınaq və danışıqlıqlardan sonra PSV Eyndhoven FK klubu ilə üçillik müqavilə imzaladı. O, öz peşəkar karyerasında debütünü 9 avqust 2014-cü ildə Yonq PSV ilə ikinci diviziyada Axilles 29 klubuna qarşı etdi. Smilyaniç evdə 2-0 qazandıqları oyunda 77-ci dəqiqədə Elvio van Overbeki əvəz etmişdir.
Boris Smirnov
Boris İvanoviç Smirnov (rus. Бори́с Ива́нович Орло́вский; əsl soyadı: Smirnov; d. 1793 (1796), Stolbeskoye kəndi, Pokrovskoye rayonu, Oryol vilayəti – ö. 16 (28) dekabr 1837, Sankt-Peterburq) — rus heykəltəraşı, == Həyatı == Təhkimli kəndli oğlu olan Orlovski 1822-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul edilmiş, 1823-28-ci illərdə Romada B.Torvaldsenin rəhbərliyi altında işləmişdir. == Yaradıcılığı == Ən yaxşı əsərlərində (xüsusilə milli qəhrəmanlıq mövzusundakı monumental heykəllərində) obrazların tarixi konkretiyi ilə klassisizmə xas formalar ahəngdarlıq təşkil edir. === Əsərləri === M.İ.Kutuzovun abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı M.B.Barklay-de-Tollinin abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 373-374.
Boris Sokolov
Boris Sergeyeviç Sokolov 27 mart (9 aprel) 1914, Tver quberniyası – 2 sentyabr 2013, Moskva) – Sovet və Rusiya geoloqu və paleontoloqu, Rusiya Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı (1984). == Tərcümeyi-halı == Boris Sergeyeviç Sokolov 9 aprel 1914-cü ildə Tver quberniyasında kənd feldşeri Sergey Borisoviç Sokolovun ailəsində anadan olmuşdur. O uşaqlıq illərini Vışnevolotsk rayonunun Beryozka kəndində keçirmişdir. Məktəbi bitirdikdən sonra Leninqradda elektik montyoru işləmişdir. B. Sokolov 1937-ci ildə Leninqrad Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1936-cı ildən Mərkəzi Asiyada geoloji ekspedisiyalarda iştirak etmişdir. 1937–1941-ci illərdə o, Leninqrad Dövlət Universitetində paleontologiya kafedrasının assisenti olmuşdur. Müharibədən əvvəl Boris Sergeyeviç Sokolov Çinin Sinszyan əyalətində geoloji ekspedisiyasına rəhbərlik etmişdir. O, 1941–1943-cü illərdə SSRİ-nin Neft Komissarlığının geoloji qrupunun rəhbəri kimi Çində Tyan-Şan bölgəsində Turfan və Cunqar ərazilərində aparılan geoloji tədqiqatlarda iştirak etmişdir. Tədqiqatçı 1943–1958-ci illərdə SSRİ Neft Komissarlığında böyük geoloq, böyük elmi işçi, laboratoriya müdiri olmuşdur.
Boris Spasski
Boris Spasski (rus. Бори́с Васи́льевич Спа́сский; 30 yanvar 1937[…], Leninqrad) — SSRİ və Fransa şahmatçısı, beynəlxalq qrosmeyster (1955), SSRİ əməkdar idman ustası (1965). O şahmat üzrə onuncu dünya çempionudur və bu adı 1969-cu ildən 1972-ci ilə qədər özündə saxlayıb. Spaski SSRI şahmat çempionatında iki dəfə qalib gəlib (1961, 1973), iki dəfə pley-offda məğlub olub (1956, 1963). == Həyatı == Spasski Leninqradda (indiki Sankt-Peterburq) rus ailəsində anadan olub.
Boris Struqatski
Arkadi və Boris Struqatski qardaşları (Arkadi Struqatski d.1925 – ö.1991), (Boris Struqatski 14.4.1933 - 19.11.2012) - Rus yazıçı, == Həyatı == Boris Struqatski 20-ci əsrin ən məşhur sovet və rus yazıçı-fantastlarından biri olub. Qardaşı Arkadi ilə birlikdə o, “Bazar ertəsi şənbə günü başlayır”, “Tanrı olmaq çətindir”, “Yol kənarında piknik” kimi 30-dan çox roman və povest yazıb. Struqatskinin əsərləri dəfələrlə ekranlaşdırılıb. Ən çox tanınan əsəri “Yol kənarında piknik” əsasında 1979-cu ildə Andrey Tarkovskinin çəkdiyi “Stalker” filmi çox məşhurdur. Qardaşının ölümündən sonra Struqatski Vititski ləqəbi altında bir neçə əsəri təkbaşına yazıb. Onun ölümünə səbəb kimi ürəyində olan problemlər göstərilib. Yazıçının 79 yaşı var idi. 2012-ci ilin noyabr ayının 19-da xəstəxana ölüb.
Boris Svetlov
Boris Nikolayeviç Svetlov (rus. Борис Николаевич Светлов; 1880, Orenburq, Rusiya İmperiyası) — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. == Həyatı == Boris Svetlov 1880-ci ildə Orenburqda anadan olub. Lazarev Şərq Dilləri İnstitutunda təhsil alıb. 1910-1912-ci illərdə müxtəlif teatrlarda aktyorluq edib. 1912-ci ildən müxtəlif kinostudiyalarda filmlər çəkib. 1915-ci ildə Filma səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və 1918-ci ilə qədər bir neçə filmin rejissoru olub. 1916-1917-ci ilərdə Svetlov 30-a yaxın filmə quruluş verib. 1920-ci ildən teatra qayıdıb, orada rejissorluq edib. 1921-ci ildə Petroqradda Kinotexnikum təşkil edib.
Boris Teplov
Boris Mixayloviç Teplov (rus. Борис Михайлович Теплов; 8 (20) oktyabr 1896, Tula – 28 sentyabr 1965, Moskva) — doğuşdan yaranan fərdi fərqliliklər və istedad problemlərini (məsələn, musiqi istedadları, sərkərdəlik qabiliyyəti) tədqiq edən bir rus psixoloqu idi. O, həmçinin Sovet Psixoloji Differensial psixologiya məktəbinin banisidir. Tanınmış rəqibi Aleksey Leontyev idi ki, o insanların istedadlarının doğuşdan əmələ gəldiyini deyil, təhsil və digər xarici təsirlərdən təsirləndiyini bildirirdi. Boris Teplov Voprosy Psikhologii adlı əsas rus psixoloji jurnalının baş redaktoru idi.
Boris Tokaryev
Boris Vasilyeviç Tokaryev (rus. Борис Васильевич Токарев) — Rusiyanın teatr və kino aktyoru. Rusiyanın əməkdar artisti, Rusiya Kinoaktyorlar Gildiyasının ilk vitse-prezidenti, "Debüt" studiyasının baş prodüseri. == Həyatı == Boris Tokaryev 1947-ci ildə Kaluqa vilayətinin Kiselyovo kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri də elə orada keçmişdir. Sonralar Tokaryevlər Moskvaya köçür və Boris məhz orada ilk dəfə məktəbə gedir. Boris kino debütünə 12 yaşında "Xilas edilmiş nəsil" filmində çəkilərək imza atır. 13 yaşında ikən Boris Puşkin adına teatra dəvət alır. Bir müddət sonra onu rejissor Pobedonossevin yanına assistent kimi qəbul edirlər. Beləliklə, Boris məktəbdə təhsilini davam etdirə-etdirə böyük səhnədə əsl aktyor kimi yetişməyə başlayır.
Boris Troyanovski
Boris Troyanovski (1883, Pskov vilayəti, Rusiya İmperiyası - 1951, Leninqrad, RSFSR) — Rusiya musiqiçisi. == Həyatı == Boris Troyanovski Pskov vilayətinin Novorjevsk rayonunun Ruqodevo kəndində anadan olmuşdur. Onu "rus Paqaninisi", "balalaykanın kralı" adlandırırdılar. Onun istedadının sorağı Rusiya hüdudlarından çox-çox kənarlara Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Portuqaliya, Almaniya, İsveç, Danimarka və Rumıniyaya qədər gedib çıxmışdır. Hətta Parisdə bu gün Troyanovskinin adını daşıyan rus xalq alətləri kvarteti fəaliyyət göstərir.
Boris Turayev
Boris Aleksandroviç Turayev (rus. Бори́с Алекса́ндрович Тура́ев; 24 iyul (5 avqust) 1868, Novoqrudok[d], Minsk quberniyası[d] – 23 iyun 1920, Petroqrad) — rus tarixçisi. == Həyatı == Boris Aleksandroviç Turayev 5 avqust 1868-ci ildə Rusiya imperiyasının Minsk quberniyasının Novoqrudok şəhərində anadan olmuşdu. Orta təhsilini Vilno gimnaziyasında almışdı. 1891-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin tarix-filologiya fakültəsini bitirmişdi. Boris Turayev Rusiyada Qədim Şərq tarixinin əsasını qoyan alimlərindəndir. Qədim Misir və Nubiya tarixi ilə məşğul olmuşdu. Boris Turayev 23 iyul 1920-ci ildə Sankt-Peterburq şəhərində vəfat edib.
Boris Ukaçin
Boris Ukaçinoviç Ukaçin (rus. Борис Укачинович Укачин;18 fevral 1936 – 25 dekabr 2003) — Altay şairi, yazıçısı, publisisti və tərcüməçisi, SSRİ Yazıçılar Brliyinin üzvü (1964), Rusiya Federasiyası Əməkdar Mədəniyyət işçisi (1993) == Həyatı == Boris Ukaçin 18 fevral 1936-cı ildə Oyrot Muxtar Vilayətinin (indiki Altay Respublikasının) Onqudaysk rayonunun Kayarlık aulunda çoban ailəsində doğulmuşdur. O, orta məktəbi 1956-cı ildə doğulduğu aulda bitirmişdir. Lakin ailə yoxsul olduğundan tez-tez təhsilini yarımçıq buraxmağa məcbur olmuş, kolxoz və digər təsərrüfat işlərində anasına kömək etmişdir. Uzaq Şərqdə hərbi xidmət keçmişdir. “Yollarda” adlanan ilk şeir toplusunda əsgər həyatının müxtəlif problemlərini “Əsgər düşüncələri” silsilə yazılarında poetik şəkildə əks etdirmişdir. 1962-1967-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. O, institutda Fikrət Qoca, Qazimbəy Baqandov, Əhməd Qubanov, Vasili Belov, İqor Şklyarevski, Ruslan Kireyev, Nikolay Rubtsev kimi sonra ədəbiyyat aləmində böyük nüfuz sahibi olmuş yaradıcı şəxsiyyətlərlə birgə oxumuşdur. “Altaydın çolmonı” «Pravda», «Sovetskaya Rossiya», «Sovetskaya kultura», «Literaturnaya qazeta», «Literaturnaya Rossiya» qəzetlərində, «Drujba narodov», «Sibirskiye oqni», «Znamya», «Don», «Avrora», «Smena», «Yunost», «Neva», «Sovetskaya literatura» dərgilərində və radioda jurnalist kimi çalışmışdır. === Vəfatı === 25 dekabr 2003-cü ildə Altay Respublikasının Qorno Altaysk şəhərində vəfat etmişdir.
Boris Xetaqurov
Boris Xetaqurov — Azərbaycanın Əməkdar Həkimi Boris Xetaqurov Naneeviç 12 avqust 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1965-ci ildən 2003-cü ilə qədər "Neftçi" FK-da həkim vəzifəsində çalışıb. 1992-ci ildən Azərbaycan milli futbol komandasının həkimidir. 2004-cü ilin iyulundan 2005-ci ilin yanvarınadək Xəzər-Lənkəran klubunda işləyib. Azərbaycanın Əməkdar Həkimidir.
Boris Yakobi
Boris Yakobi (alm. Moritz Hermann von Jacobi‎; 21 sentyabr 1801, Potsdam — 27 fevral (11 mart) 1874, Sankt-Peterburq) — alman və rus fiziki. == Həyatı == Görkəmli alman və rus fiziki və elektrotexniki Yakobi (Morits German) Almaniyanın Potsdam şəhərində anadan olub. İbtidai təhsilini evdə, orta təhsilini isə yerli gimnaziyada alıb. Məktəb dövründən Yakobi dəqiq elmlərlə maraqlanmış, elmi-texniki yaradıcılığa daha çox meyl göstərirmiş. O, 1821-cı ildə Berlin Universitetinə daxil olub, bir ildən sonra Qettingen universitetinə keçir və 1823-cü ildə fizika-texnika fakültəsini bitirir. Tələbəlik illərində və ondan sonrakı dövrdə Yakobi həmişə öz təhsilini müstəqil olaraq artırırmış. O, fizika və texnika, inşaat texnikası və arxitektura elminin nailiyyətlərini diqqətlə izləyərmiş. Berlin və Potsdam arasındakı böyük körpünün layihəsini Yakobi hazırlamışdır. Yakobinin işləri elektromaqnetizm və onun praktik tətbiq sahələrinə aiddir.
Boris Yefimiçev
Boris Yefimiçev (rus. Ефимичев Борис Васильевич) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Boris Yefimiçev Vasilyeviç 1945-ci ilin 15 yanvar tarixində Bakı şəhərində anadan olub. Boris hər iki gözündən əlil olub. Azərbaycan korlar cəmiyyətinin trikotaj fabrikində işləyirdi. Yanvarın 20-də axşam saat 22.00-da evdən çıxıb. Saat 23:00-da iki nəfər onu yaralı halda evə gətirib. Gətirənlər deyib ki, hərbçilər Haqverdiyev küçəsində onu əvvəl; süngü ilə, sonra avtomatla vurublar. Hadisə vaxtı təhlükə hiss edən Yefimiçev belə deyib: Həkim arayışında isə belə yazılıb: Yefimiçev Boris Vasilyeviç yanvarın 21-də saat 01:30 dəqiqədə təcili yardım maşını ilə Eksperimental xəstəxanaya gətirilib.
Boris Yefimov
Boris Yefimoviç Yefimov (rus. Борис Ефимович Ефимов; doğum adı — rus. Борис Хаимович Фридлянд) — rus və sovet rəssamı, karikatura ustası. SSRİ Rəssamlıq Akademiyasının akademiki (1975). Sosialist Əməyi Qəhrəmanı (1990). SSRİ xalq rəssamı (1967). == Həyatı == Boris Yefimov 28 sentyabr (11 oktyabr) 1900-cü ildə Kiyev şəhərində anadan olmuşdur. 1922-ci ildən "İzvestiya", "Pravda" qəzetlərində və "Krokodil" jurnalında əməkdaşlıq etmişdir. 1966-cı ildən "Agitplakat" yaradıcılıq-istehsalat birliyinin baş redaktoru olmuşdur. Yefremov beynəlxalq mövzuda siyasi karikaturaların müəllifidir.
Boris Yeltsin
Boris Nikolayeviç Yeltsin (rus. Борис Николаевич Ельцин; 1 fevral 1931[…] – 23 aprel 2007[…], Moskva) — rus və sovet siyasətçisi, 1991–1999-cu illərdə Rusiya Federasiyasının 1-ci Prezidenti olub. 1961-ci ildən 1990-cı ilə qədər. O, daha sonra siyasi müstəqil olaraq dayandı və bu müddət ərzində ona ideoloji cəhətdən liberalizm və rus millətçiliyi ilə uyğunlaşdırılmış biri kimi baxıldı. Yeltsin Ural vilayətinin Butka şəhərində anadan olub. Tatar MSSR-in Kazan şəhərində böyüyüb. Ural Dövlət Texniki Universitetində təhsil aldıqdan sonra tikintidə çalışıb. Kommunist Partiyasına daxil olduqdan sonra partiya sıralarında yüksəldi və 1976-cı ildə partiyanın Sverdlovsk vilayəti komitəsinin birinci katibi oldu. Yeltsin əvvəlcə Sovet lideri Mixail Qorbaçovun yenidənqurma islahatlarının tərəfdarı idi. Daha sonra o, islahatları həddən artıq mötədil olduğu kimi tənqid edib və çoxpartiyalı təmsilçi demokratiyaya keçidə çağırıb.
Boris Yotov
Boris Yotov (25 fevral 1996, Sofiya) — Bolqarıstanı və Azərbaycanı təmsil edən idmançı. == Karyerası == 2014-cü ildə Azərbaycan Kanoe Federasiyası Boris Yotovu Azərbaycan yığmasının heyətinə cəlb elədi. Boris Yotov Bolqarıstandan cəlb edilən digər idmançı Aleksandr Aleksandrovla duet oldu. Aleksandr Aleksandrov və Boris Yotov dueti 2014-cü ilin mayında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Boris Yotov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Fərdi turnirdə çıxış edən Boris Yotov təsnifat mərhələsində 3:25.470 dəqiqə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu. Bu nəticələrə əsasən Boris Yotov yarım-final mərhələsinə adladı. Bu mərhələdə Boris Yotov 3:22.850 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu. Avqustun 20-də baş tutan final mərhələsində isə Boris Yotov 3:30.280 dəqiqə nəticə göstərdi və Almaniya nümayəndəsi Tim Oledən cəmi 0.60 saniyə geri qaldı.2015-ci ilin sentyabrında Fransada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən isə Aleksandr Aleksandrov və Boris Yotov dueti olimpiya lisenziyasına sahib oldu. Aleksandr Aleksandrov və Boris Yotov dueti 2016-cı ilin avqustunda Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.
BIOS
BIOS (Basic Input/Output System – giriş /çıxış baza sistemi) — əməliyyat sistemindən asılı olmayan, proqramlaşdırılan daimi yaddaş qurğusuna (və ya fleş-yaddaşa) yazılan, eləcə də ekran, klaviatura və s. periferiya qurğuları ilə əməliyyatları nizamlayan proqram. Kompüter qoşularkən BİOS ilkin testləri yerinə yetirir və çox böyük inteqral sxemləri inisiallaşdırır və ya başqa cür desək proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resurslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır. Fərdi kompüterin daimi yaddaşında kompüter avadanlıqlarının işini yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompüterdə daxiletmə-xaricetmə əməliyyatlarını yerinə yetirir. Belə proqramları BIOS adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində düzəldilir. == Funksiyası == Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial ATA, SCSI göstərmək olar.
Borş
Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — Daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur. == Ərzaqlar == 6 porsiya üçün nəzərdə tutulub 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti 5 xörək qaşığı kərə yağı və ya duru yağ 1 baş soğan 1 ədəd orta boy çuğundur (300 qr) 2 ədəd yerkökü (300 qr) 2 xörək qaşığı tomat 3–4 dəfnə yarpağı (rusca: lavroviy list) 1 ədəd orda boy kələm (700 qr) 3 ədər kartof 2 stəkan xırda-xırda doğranmış cəfəri zövgə görə duz zövgə görə istiot == Hazırlanma qaydası == İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın.