Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buğdayık
Buğdayıq və Qumayıq - türk və altay mifologiyalarında quşların rəhbəri olan əfsanəvi heyvanlar. Budayık/Pudayıx ve Kumayık/Xumayıx da deyilir. Quşların atası olan Buğdayık ilə itlərin atası olan Qumayıq birlikdə xatırlanarlar. Bir Qırğız atalar sözündə belə deyilir. "Quş törüsü (rəisi) Buğdayık, it törüsü (rəisi) Qumayıq." Sıravi quş növü olmayıb, əfsanəvi varlıqlardır lakin bəzi quş növlərinə də adları verilmişdir. Bütün quşların Buğdayıq'ın nəslindən gəldiyinə inanırlar. Buğdayık yer üzündəki bütün quşlara liderlik edir. Qumayıq isə itlərin rəhbəri olan əfsanəvi heyvandır. == Etimologiya == Buğdayıq: (Bu/Buğ/Bug) kökündən törəmişdir. Buğda yığan deməkdir.
Buğdayıq

Buğdayıot
Buğdayıot (lat. Aegilops) — qırtıcçiçəklilər sırasının qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Buğdayıq və Qumayıq
Buğdayıq və Qumayıq - türk və altay mifologiyalarında quşların rəhbəri olan əfsanəvi heyvanlar. Budayık/Pudayıx ve Kumayık/Xumayıx da deyilir. Quşların atası olan Buğdayık ilə itlərin atası olan Qumayıq birlikdə xatırlanarlar. Bir Qırğız atalar sözündə belə deyilir. "Quş törüsü (rəisi) Buğdayık, it törüsü (rəisi) Qumayıq." Sıravi quş növü olmayıb, əfsanəvi varlıqlardır lakin bəzi quş növlərinə də adları verilmişdir. Bütün quşların Buğdayıq'ın nəslindən gəldiyinə inanırlar. Buğdayık yer üzündəki bütün quşlara liderlik edir. Qumayıq isə itlərin rəhbəri olan əfsanəvi heyvandır. == Etimologiya == Buğdayıq: (Bu/Buğ/Bug) kökündən törəmişdir. Buğda yığan deməkdir.
Silindrik buğdayıot
Silindrik buğdayıot (lat. Aegilops cylindrica) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü.
Üçqılçıqlı buğdayıot
Aegilops neglecta (lat. Aegilops neglecta) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü.
Buğda
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Buğda tripsi
Buğda tripsi lat. Haplothrips tritici Kurd.-Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. == Quruluşu == Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. Qarıncığın axırıncı buğumu boru halında uzanaraq, konusvari forma almışdır. Sürfə xarici görünüşünə görə yetkin formaya çox oxşayır. O, ancaq qırmızı rəngdə olur. Buğda tripsi deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir. == Biologiyası == Buğda tripsinin xarakterik bioloji xüsusiyyətindən biri ondan ibarətdir ki, o, müxtəlif amillərdən (o cümlədən mikroiqlimdən) asılı olaraq bütün taxıl sahələrində eyni dərəcədə yayılmır və onun yayılması müəyyən ocaqlar şəklində olur. Azərbaycanda buğda tripsinin yaşayış tərzinə dair olduqca az elmi-tədqiqat işləri aparılmışdır. Buna baxmayaraq onun biologiyasının aşağıdakı bəzi cəhətlərini göstərmək olar: Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.
Buğda yarması
Buğda yarması — iki müxtəliflikdə istehsal olunur: mannı yarması və buğda yarması. Buğda yarması poltava və artek çeşidində buraxılır. Ümumi xassələrinə, quruluşuna, kimyəvi tərkibinə və bioloji dəyərliliyinə görə buğda yarmaları buğda unundan çox az fərqlənir. Poltava yarmasını bərk buğdadan istehsal edirlər. Buğda çiçək qişasından təmizlənir və cilalanır. Ölçüsündən asılı olaraq dörd nömrədə buraxılır. İri ölçülü (1 və 2 №-li) yarmalar duru xörəklərin, xırda ölçülü (3 və 4 №-li) yarmalar isə sıyıqların hazırlanmasında istifadə olunur. Artek yarması (5 №-li) ən xırda hissələrə bölünmüş nüvədən ibarət olub dairəvi formaya qədər cilalanmış olur. Artek yarması mannı yarmasına yaxındır. Duru və özlü südlü sıyıqların hazırlanmasında istifadə edilir.
Təkdənli buğda
Triticum monococcum (lat. Triticum monococcum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. == Statusu == Çox nadir növdür. == Yayılması == Şuşakənd, Topxana ətrafında və Laçın, Şuşa, İsmayıllı, Yardımlı rayonlarında rast gəlir. Azərbaycandan kənarda – Krım, Ermənistan, Balkan yarımadası və Ön Asiya. == Bitdiyi yer == Quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda. == Ehtiyatı == Azdır. Tək-tək, bəzən qrup halında rast gələn sahələri məlumdur. == Çoxalması == Toxumla çoxalır. == Ehtiyatının dəyişilməsi səbəbləri == Ərazidən təsərrüfat üşün istifadə etdikdə asanlıqla yox ola bilər.
Yumşaq buğda
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Buğda dağı (Bukan)
Buğda dağı (fars. بوغداداغي‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (20 ailə).
Torağayılı buğda tarlası
1887-ci ildə, Vinsent van Qoq Parisdə ikən yağlı boya ilə hamı tərəfindən Torağayılı buğda tarlası olaraq bilinən rəsm əsərini çəkdi. Orta hissədə, yüngül buludlarla bəzədilmiş səma altında qismən biçilmiş buğda tarlası göstərilir. Rəsmin sol tərəfinə doğru torağayı uçur. Rəsmin ölçüləri 54 x 65.5 sm-dir və Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Muzeydə əsər Korenveld met patrijs adı ilə bilinir.
Sübh çağı buğda tarlası

Torağayılı buğda tarlası (rəsm əsəri)

Nikolay Buqay
Nikolay Buqay (d. 19 dekabr 1941-ci il, Starotitarovskaya stanitsası, Temrük rayonu, Krasnodar diyarı) — Rusiya tarixçisi, tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunun baş elmi əməkdaşı, Rusiya Federasiyanının Regional inkişafı Nazirliyinin Millətlərarası münasibətlər Departamentinin məsləhətçisi. == Həyatı == Nikolay Fyodoroviç Buqay 19 dekabr 1941-ci ildə SSRİ-də, RSFSR-in Krasnodar diyarının Temrük rayonunda yerləşən Starotitarovskaya stanitsasında anadan olmuşdur.Nikolay Buqayın atası Fyodor Alekseyeviç Buqay mexanik olaraq çalışırdı, anası Varvara Petrovna Buqay isə xidmətçi idi.
Yumşаq buğdа
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Bağdad
Bağdad (ərəbcə: بغداد) — İraqın paytaxtı. Əhalisi 6 milyon nəfərdir (2011) Bağdad Yaxın Şərqin ən iri şəhərlərindən biridir. Bağdad İraqın siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Burada hökumət, bütün mərkəzi dövlət və dini müəssisələr və diplomatik nümayəndəliklər yerləşir. Burada həmçinin çoxlu universitetlər, təhsil müəssisələri, teatrlar, muzeylər və tarixi abidələr vardır. == Etimologiya == Bağdad Abbasilər dövründə,əsası 752-ci ildə qoyulub.O vaxtlar şəhəri Mədinə-əs-Səlam yəni "sülh şəhəri"adlandırıblar.Məşhur azərbaycan coğrafiyaşünas və səyyah Şirvaninin fikrincə şəhərin adı Ənuşirəvan tərəfindən salınan bağla əlaqəlidir.Rəvayətə görə "Dad" müqəddəs şəxs imiş.Bu fikrə əsasən Bağdad sözünün mənası "Dadın bağı" deməkdir.Bağdad sözünün qədim fars dilində "Allahverdi" olduğu deyənlər də çoxdur.
Bumçay
Bumçay - Türyançayın sol qoludur. Qəbələ rayonu ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 51 km, hövzəsinin sahəsi 450 km2-dir.Başlanğıcını Böyük Qafqaz silsiləsinin cənub yamacından (3400 m) alır. Axımı yeraltı qar və yağış sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir. Çayda ən çox axım may, ən az axım isə yanvar ayında olur. Orta illik su sərfi 2,44 m3/san-dir. Axımın 26%-i yazda, 38%-i yayda, 24%-i payızda, 12%-i isə qışda keçir. Bumçayın lillənməsi isə 500-4000 q/m3-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150-300 mq/l minerallaşmaya malikdir.
Buğadaq
Buğadaq - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı [133, 43]. Buğa (erkək maral) yaşayan dağ mənasındadır. Azərbaycanda Buğadaş (Şuşa rayonu) dağ adı ilə mənaca eynidir. Bax: Böyük Buğutlu.
Buğadaş
Buğadaş — Şuşa rayonunun Zarıslı kəndindən cənubda dağ. Hündürlüyü 2154 m. Turşsu qəsəbəsi ilə Zarıslı kəndinin sərhədindədir. Oronim buğa (erkək maral və ya ümumiyyətlə iribuynuzlu heyvanların erkəyi) və daş (qaya, dağ) komponentlərindən düzəlib. Dağ ətrafında tez-tez buğa görünməsinə görə bu adı almışdır. Özbəkistanda Buka, Rusiyanın Çita vilayətində Bukaçaça, Ukraynada Bukaçay toponimləri qeydə alınmışdır.
Buada
Buada (ing. Buada Lagoon) — Nauru adasının cənub-şərqində azca duzlu şirinsulu göl.yerləşən göllər qrupu. Buada dairəsinə daxildir. Sahəsi 30 min m² təşkil edir. Göl Sakit okeandan 5 metr yüksəklikdə yerləşir. Maksimal dərinliyi də 5 metrdir. Keçmişdə atollun mərkəzində laqun olmuşdur. Ətrafında kənd təsərrüfatı inkişaf etmişdir. Adada yeganə sirin su mənbəyi sayılır. Ancaq yerli əhali içməli suyu Avstraliyadan əldə edir.
Budda
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. == Həyatı == === 49 günlük imtahan === Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Bağdad (el)
Bağdad mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bağdad mühafəzəsinin ərazisi 734 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 5.423.964 nəfər, inzibati mərkəzi Bağdad şəhəridir .Bağdad elində 50 min türkman ailəsi məskunlaşmışdır . Vilayətin əhalisi 2007-ci ilə olan rəsmi təxminə əsasən 7,145,470 nəfərdir.
Bağdad Amreyev
Bağdad Kultay oğlu Amreyev (qaz. Бағдат Құлтайұлы Әміреев, d. 1 mart 1959, Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazax bürokrat, diplomat, Qazaxıstan baş nazirinin sabiq müşaviri, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi və hal-hazırkı Türk İnvestisiya Fondunun prezidenti. == Təhsili == 1982-ci ildə Tacikistan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olmuşdur. Qazaxca, rusca, ərəbcə, ingiliscə, türkcə və farsca bilir. == Fəaliyyəti == Daha əvvəllər Qazaxıstan Respublikasının İran, Türkiyə, Misir və Səudiyyə Ərəbistanında səfiri olan Amreyev 3 sentyabr 2018-ci ildə Çolpan-Atada reallaşan Türk Şurası dövlət başçılarının VI zirvə görüşündə 3 dövrlük Türk Şurası (indi ki Türk Dövlətləri Təşkilatı) baş katibi seçilmişdir.Eyni zamanda, Qazaxıstan baş nazirinin müşaviri və Qazaxıstan Respublikasının Orta Şərq və Afrika üzrə xüsusi səfiridir.
Bağdad vilayəti
Bağdad vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bağdad şəhəri idi.
Bağdad xatun
Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz (?-1335) — Elxanlılar dönəmində tanınmış qadın. == Həyatı == Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz Marağa şəhərində doğulmuşdu. Atası Əmir Çoban 1323-cü ildə onu Şeyx Həsən noyon Cəlayıra vermişdi. Elxanlı hakimi Sultan Əbu Səid 20 yaşında onu görüb vuruldu. Güclə ərindən boşatdıraraq onu aldı. Çingiz yasasına görə xanın bəyəndiyi qadın evli belə olsa ərinin onu həmən boşaması gərəkirdi. Bu durum Bağdat xatunun atası Əmir Çoban tərəfindən öyrənilincə Əbu Səid xanla ara¬ları açıldı. Siyasi rəqibləri əmir və xan arasındaki qırgınlığı daha da artırdılar. Buna görə Əmir Çoban və oğulları Əbu Səid xan tərəfindən birər-birər ortadan qaldırıldı. Mətanətini heç bir şəkildə itirməyən Bağdat xatun sonunda Əmir Şeyx Həsəndən boşanıb Əbu Səid xanla evləndi və elxanlı sarayında baş qadınlığa yüksələrək Xüdavəndigar ləqəbini aldı.
Bağdad yəhudiləri
Bağdad yəhudiləri — XVIII əsrin ortalarında İraqdan (əsasən Bağdaddan) köçən və Hindistanın liman şəhərləri olan Suratda və Mumbaidə məskunlaşan Hindistan yəhudilərinin etnik qrupu. == Tarixi == XIX əsrin əvvəllərində Bağdaddan, Bəsrədən və Hələbdən gələn yəhidilərdən ibarət icmada insanların sayı xeyli artdı və onlar tədricən Hindistanın digər şəhərlərinə-Kəlküttəyə, Punaya və Çennai şəhərlərinə yayıldılar. İcma üzvləri Hindistanın dövlət aparatında, ticarətdə və orduda yüksək uğurlar qazanmışlar. Onlar Hindistan yəhudilərinin - Bəni-İsrail və yəhudi qaçqınlarını Yaxın Şərq və Avropa yəhudilərinin mədəniyyəti ilə tanış edir, ictimai və mədəni tədbirlərdə fəal iştirak edirdilər. Bağdad yəhudiləri Hindistanda məskunlaşdıqları ərazilərdə ivrit dilində kitab nəşr edən tipoqrafiyanın, yəhudi məktəblərinin və sinoqoqların əsasını qoymuşlar. Hindistandakı yəhudi icmasının tərkibində İraqdan gələn yəhudilərlə yanaşı, digər ölkələrdən - İrandan, Əfqanıstandan, Yəməndən, və Suriyadan yəhudilər də var idi.XIX əsrdə Bağdad yəhudi icması təkcə Hindistanda deyil, Cənub-Şərqi Asiyada - Yanqonda, Pinanqda, Şanxayda və Banqkokda yeni icmalar yaratmışlar. Bağdad yəhudiləri ingilis dilində və ərəb dilinin yəhudi-İraq dialektində danışırdılar. Müasir dövrdə İsraildə, Hindistanda, Avropada, ABŞ-da, Kanadada, Avstraliyada, və Pakistanda yaşayan Bağdad yəhudilərinin sayı təxminən 4000 nəfərdir.
Bağdad şəhəri
Bağdad (ərəbcə: بغداد) — İraqın paytaxtı. Əhalisi 6 milyon nəfərdir (2011) Bağdad Yaxın Şərqin ən iri şəhərlərindən biridir. Bağdad İraqın siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Burada hökumət, bütün mərkəzi dövlət və dini müəssisələr və diplomatik nümayəndəliklər yerləşir. Burada həmçinin çoxlu universitetlər, təhsil müəssisələri, teatrlar, muzeylər və tarixi abidələr vardır. == Etimologiya == Bağdad Abbasilər dövründə,əsası 752-ci ildə qoyulub.O vaxtlar şəhəri Mədinə-əs-Səlam yəni "sülh şəhəri"adlandırıblar.Məşhur azərbaycan coğrafiyaşünas və səyyah Şirvaninin fikrincə şəhərin adı Ənuşirəvan tərəfindən salınan bağla əlaqəlidir.Rəvayətə görə "Dad" müqəddəs şəxs imiş.Bu fikrə əsasən Bağdad sözünün mənası "Dadın bağı" deməkdir.Bağdad sözünün qədim fars dilində "Allahverdi" olduğu deyənlər də çoxdur.
Bağdad Batareyası
Bağdad Batareyası 1936-cı ildə arxeoloq Vilhelm Koniq tərəfindən Bağdad yaxınlığındakı bir Parfiya ərazisində kəşf edilmiş bir növ saxsıdır. Koniq saxsının içindəki mis silindr və bu silindrə sabitləşdirilmiş bir dəmir çubuq tapıntının qədim dönəmdə Voltaik bir batareya olduğunu isbat edir. Bu tapıntı Cenevrə və Xildesxaym kimi muzeylərin sərgisi nəticəsində gündəmə gəlmişdir. Məhz bu, elektrokimyəvi reaksiya olaraq bilinən hadisədir və günümüzdə istifadə edilən batareyaların işləmə mexanizmindən heç də fərqlənmir. Bağdad batareyasını əsas götürərək düzəldilən modellərdə aparılan sınaqlar zamanı 1.5–2 volt arasında enerji əldə edilmişdir. == Tapıntının təsviri == Bağdad batareyası adı ilə tanınan saxsı 14 sm uzunluğundadır. Vazoya oxşar formalı bu saxsının ən böyük radiusu 8 sm-dir. İçindəki altıbağlı mis silindrin uzunluğu 9 sm, radiusu isə 26 mm-dir. İçərisində asfaltabənzər bir maddə ilə sıxlaşdırılmış və olduqca çox paslamış bir dəmir çubuq vardır. Bu mis silindr su keçirməz deyil, içərisi turşu dolu olsa idi mis silindr də dolacaqdı.
Bağdad köşkü
Bağdad köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. == İnşası və fəaliyyət tarixi == Sofayi Hümayun adlanan dördüncü həyətdə fəvvarəli meydançada yerləşən Bağdad köşkü və ya Bağdad qəsri 17. Osmanlı sultanı IV Murad tərəfindən, 1624-cü ildə Səfəvilər tərəfindən işğal edilən Bağdadın yenidən fəth edilməsinin şərəfinə inşa edilmişdir. Köşkün inşası ilə bağlı kitabə yoxdur. Tarixçi Naimanın yazdığına görə, köşkün inşası Bağdad səfərinə çıxılarkən başlamış və bir il davam etmişdir. Sultan Muradın Bağdad səfərinin bir il iki ay davam etdiyini və səfərdən döndükdən qısa müddət sonra 1640-cı ilin fevralında padşahın vəfat etməsini nəzərə alsaq, köşkün inşasının 1639-cu ilin ortalarında bitdiyi başa düşülür. İnşası tamamlanan köşkün daxili interyerinin bəzədilməsi isə bir müddət uzadılmışdı. Əhməd Rəfiq Altınay, hər hansı mənbəyə istinad etməsə də, köşkün dövrün baş memarı Həsən ağa tərəfindən inşa edildiyini qeyd edir. Ancaq mənbələrə görə, köşkün inşa edildiyi tarixlərdə sarayın baş memarı Qasım ağadır. Bağdad köşkündə baş verən ən önəmli hadisə isə 1730 tarixli üsyanın rəhbəri olan Patrona Xəlil və ən yaxın adamlarının burada edam edilməsi olsa da, bu hadisə əslində İrəvan köşkündə baş tutmuşdur.