Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Bulamac (Xoy)
Bulamac (fars. بولاماج‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Bulanıq
Bulanıq (türk. Bulanık) — Muş ilinin ilçəsi.
Buğadaq
Buğadaq - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı [133, 43]. Buğa (erkək maral) yaşayan dağ mənasındadır. Azərbaycanda Buğadaş (Şuşa rayonu) dağ adı ilə mənaca eynidir. Bax: Böyük Buğutlu.
Bulamacı
Bulamacı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Bulamacı (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır. Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Ulama
Bulanıq məntiq
Qeyri-səlis məntiq, həmçinin bax bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi — dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur. Burada həqiqət dəyəri tamamilə doğru və tamamilə yalan arasında dəyişə bilər. Bunun əksinə olaraq, Bul məntiqində dəyişənlərin həqiqət dəyərləri yalnız 0 və ya 1 tam ədədlər ola bilər. Qeyri-səlis məntiq termini 1965-ci ildə Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklifi ilə təqdim edilmişdir. Qeyri-səlis məntiq 1920-ci illərdən, xüsusilə Lukaseviç və Tarski tərəfindən sonsuz qiymətli məntiq kimi öyrənilmişdir. Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Qeyri-səlis modellər və ya qeyri-səlis çoxluqlar qeyri-müəyyənliyi və qeyri-dəqiq məlumatı təmsil edən riyazi vasitələrdir. Bu modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir. Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilmişdir.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yulaman (Avurğazı)
Yulaman (başq. Юламан, rus. Юламаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 34 km. 1993—2008-ci illərdə keçmik Yulaman kənd şurasının mərkəzi olmuşdur. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (96%) üstünlük təşkil edir. Aleksandr Sergeyeviç Savelyev-Sas (26 sentyabr 1932) — çuvaş çairi və yazıçısı.
Bulamacı (Xudabəndə)
Bulamacı (fars. بولاماجي‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 755 nəfər yaşayır (197 ailə).
Bulamacı (Zəncan)
Bulamacı (fars. بولاماجی‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Bəzi mənbələrə görə kəndin əhalisi 1000-ə yaxındır və 200-250 ailənin olduğu təxmin edilir.
Bulanıq (Qars)
Bulanıq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 97 nəfərdir (2022).
Bulanıq (dəqiqləşdirmə)
Bulanıq — Muş ilinin ilçəsi.
Dəhən-i Qulaman
Dəhən-i Qulaman — İranın şərqində yerləşən Əhəməni yaşayış mərkəzi və arxeoloji ərazisinə verilən müasir ad. Drangiana satraplığının paytaxtı Zranka/Zarin kimi müəyyən edilmişdir. == Coğrafiyası == Dəhən-i Qulaman (hərf. "Qulların qapısı") kimi tanınan arxeoloji sahə təxminən müasir Zabul şəhərindən 30 km cənub-şərqdə, İran–Əfqanıstan sərhədindəki ən yaxın nöqtədən təxminən 8,5 km məsafədə olan müasir Çanimə su anbarlarından ikisini ayıran ərazidə yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyat == Gnoli, G., "Dahan-e Ḡolāmān," in Encyclopaedia Iranica, vol. 6 (1993), 582–585. Mohammadkhani, K., "Une nouvelle construction monumentale achéménide à Dahaneh-e Gholaman, Sistan, Iran," Arta (2012.1) 1–18. Scerrato, U., "Excavations at Dahaneh-e Gholaman (Sistan-Iran), First Preliminary Report (1962–1963)," East and West, n.s. 16 (1966) 9–30. Schmitt, R., "Drangiana," in Encyclopaedia Iranica, vol. 7 (1995) 534–537.
Korcabulaq (bulaq)
Korcabulaq — Laçın rayonunun Quşçu kəndində bulaq. Mənbəyi 10–12 m² ərazini tutsa da, sonradan qazmalar nəticəsində ərazi genişləndirilib və abidə-bulaq halında (ilk dəfə) 1934-cü ildə Kərim Kərbəlayı Nəzər oğlunun şəxsi vəsaiti hesabına istifadəyə verilib. Tağvaridir, üzü şərqə baxır, 2x1x0.80 həcmində 4 novdan ibarətdir (ikisi içəridə, ikisi bayırda). Hər iki tərəfində kiçik dərə, qarşısında isə şose yolu var. Qaraçöp ərazisində kiçik dərələrin qovuşuğunda yerləşir.
Novlu bulaq
Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Şuşada ümumiyyətlə 17 məhəllə var idi. Şuşada hər məhəllənin öz bulağı, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Novlu bulaq Şuşanın Malıbəyli kəndində yerləşirdi.
Nəhəcir (bulaq)
Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində, Nəhəcir kəndinin ərazilərində yerləşir. İçməyə yararlı 7 bulaqdan ibarətdir. Bu su yerli əhalinin sevimli müalicəvi vasitə sayılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının, xüsusilə də Badamlı və Sirab ərazilərində onlarla mineral tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. Hidronim eyniadlı yaşayış məntəqəsi ilə bağlı yaranmışdır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, bu oronim Nuh (peyğəmbər adı) və fars dilindəki cir (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayası və s.
Qara Bulaq
Azərbaycan Qarabulaq — Füzuli rayonunun ilk adı. Qarabulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qarabulaq (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Qarabulaq (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Qarabulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qarabulaq (Qax) — Azərbaycanın Qax rayonunda kənd. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Qarabulaq (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Qarabulaq — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2180 m.
Qoturlu (bulaq)
Qoturlu – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində, Tutqunçayın (Tərtərçayın qolu) sahilində yerləşən bu mineral bulağın suyunun temperaturu 18 °C-dir. Bulağın suyu qızdırıldıqdan sonra müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. Qotursu bulağı Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Qotursu (bulaq)
Qotursu – Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində, Viləşçayın sahilində yerləşən bu mineral bulaq ən yüksək debitli və temperaturlu 17 bulaqdan ibarətdir. Bulağın suyundan müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. Qoturlu bulaq Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Qızıl Bulaq
Qızılbulaq — Qax rayonu ərazisində bulaq. Qızılbulaq — Qax rayonu ərazisində çay. Qızılbulaq — Qax rayonu ərazisində dağ.
Qızılvəng (bulaq)
Qızılvəng – Azərbaycan Respublikasının Babək rayonunun ərazisində, Naxçıvan şəhərinin yaxınlığında yerləşən mineral su bulağı. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun ərazisində, Naxçıvan şəhərinin 18 km cənub-şərqində, Şordərə çayının dərəsində yerləşir. Suyu soyuq və acı-şordur. Hidronim adını ərazidəki eyniadlı "Qızılvəng məbədi"ndən almışdır. Oykonim qızıl (qırmızı) və vəng ("kilsə", "məbəd" deməkdir) komponentlərindən ibarətdir. Qızılvəng məbədi Qızılvəng qəbristanı Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.60.
Bulaq iyəsi
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.