Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Murad Baradakçı
Murat Gökhan Bardakçı (25 dekabr 1955, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və aparıcı. Murat Bardakçı 25 Dekabr 1955-ci ildə jurnalist Nemika Bardakçının tək uşağı olaraq İstanbulda doğulub. 1966-cı ildə Ankara Atatürk Lisesindən məzun olub. 1978-ci ildə Ankara Universitetində İqtisadiyyat bölməsindən məzun olub lakin İqtisadiyyat üzrə deyil jurnalistikaya yönəlmişdir. Jurnalistikanın maqazin və digər bölmələrini deyil, tarixi araşdırmalar üzərində jurnalistdir. Televizya proqramlarında tarixi hadisələr əsasən Osmanlı İmperiyasının dağılma dövrü haqqında fikirlər irəli sürür. Bir çox kitab müəllifidir. Bir müddət bəzi tarixçi professorlarla birlikdə " Tarihin Arka Odası " adlı proqramın aparıcısı olub . Bir çox qazetlərdə məqalələri yayımlanır. əsasən tarix sahəsi üzrə ixtisaslaşmış jurnalist, yazıçı və televiziya aparıcısı.
Şuşadakı məscidlərin siyahısı
Şuşadakı məscidlərin siyahısı — Azərbaycan Respublikasının Şuşa şəhərində yerləşən, hal-hazırda mövcud olan və vaxtilə mövcud olmuş məscidlərin siyahısı. Bu, Şuşanın mədəni irsinin bir hissəsidir. Şəhərdəki ilk məscid Qarabağ xanlığının ilk hökmdarı Pənahəli xanın dövründə tikilmiş qamışdan tikilmiş ikiqapılı məscid olmuşdur. İndi Yuxarı Gövhər ağa məscidi kimi tanınan bu yerdə XVIII əsrin 60-cı illərinin axırlarında "Qamış məscid" tikilmişdir. XX əsrin əvvəllərində Şuşada 17 məscid var idi. Onlar şəhərin 17 məhəlləsinin hər birində bir dənə olmaqla şəhərin azərbaycanlı hissəsində yerləşirdi.2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə Şuşa şəhərində 15 məscid dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxil edilmişdir. Bunlardan Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Mehmandarovlar kompleksinin məscidi və Saatlı məscidi "ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri", daha 11 məscid isə "yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri" elan edilmişdir. == Siyahı == == Həmçinin bax == Azərbaycandakı məscidlərin siyahısı == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Шушинский Ф. Шуша. Б.: Азербайджанское государственное издательство. 1968.
Burada başlanmışdır (film, 1974)
Burada başlanmışdır qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda neft və qaz sənayesinin təşəkkül tapması və inkişafının ən mühüm mərhələlərindən söhbət açılır. == Məzmun == Filmdə Azərbaycanda neft və qaz sənayesinin təşəkkül tapması və inkişafının ən mühüm mərhələlərindən, Bakının SSRİ-də birinci neft bazası kimi rolundan, neftçi kadrları hazırlayan əsas tədris ocağı olmasından, qəhrəman neftçilərimizin işindən, neftçi alimlərimizdən, neftçilərimizin Bolqarıstanda, İraqda, Əlcəzairdə, Hindistanda, Əfqanıstanda, Kubada, Suriyada və digər xarici ölkələrdə neft sənayesinin inkişafı sahəsindəki xidmətlərindən söhbət açılır.Filmdə biz əfsanəvi neft ustası Piri kişi və öz işinin professoru Gülbala Əliyev, məşhur neftçilərdən Ağa Nemətulla, Mixail Kaveroçkin və Qurban Abbasov, Sibir bahadırı, geoloq Fərman Salmanov, dəniz buruq ustası Məmməd Qəmbərov, professor Əyyub Tağıyev, akademik Məmmədpaşa Quluzadə və başqaları ilə tanış oluruq. == Festival və mükafat == 1975-ci ildə Kişinyovda VIII Ümumittifaq kinofestivalında film böyük sovet neft tarixinin obrazlı bərpasına görə münsiflər heyətinin xüsusi diplomuna layiq görülmüşdür.
Alisa artıq burada yaşamır
Alisa artıq burada yaşamır (ing. Alice Doesn't Live Here Anymore) Oskar mükafatlı, 1974-cü ilin filmidir. Rejissoru Martin Skorseze, ssenarisi isə Robert Getçeldir. Baş rolun ifaçısı Elen Börstin ən yaxşı qadın roluna görə "Oskar"a layiq görülmüşdür. == Məzmun == Alisa yenicə dul qalmış gənc qadındır. O, 11 yaşlı oğlu ilə yeni həyat qurmaq üçün Montereyə yollanır. Onun məqsədi yenidən müğənni olmaqdır, lakin o Montereyə çatmamış başına bir çox əhvalat gəlir.
Qocalara burada yer yoxdur
Qocalara burada yer yoxdur (ing. No Country for Old Men) — Koen qardaşlarının Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller. 2008-ci ilin "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə. == Məzmun == Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər.
Şəfəqlər burada sakitdir (film, 1972)
...Şəfəqlər burada sakitdir (rus. ...А зори здесь тихие) — rejissor Stanislav Rostotskinin 1972-ci ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Film Böyük Vətən müharibəsi illərində baş verən hadisələrdən bəhs edir. Starşina Fyodot Vaskovun (Andrey Martınov) komandalıq etdiyi beş zenitçi qızdan ibarət kəşfiyyat dəstəsi böyük qəhrəmanlıqlar göstərir, sonda Fyodot Vaskovdan başqa bütün kəşfiyyat dəstəsi faşistlərlə döyüşdə həlak olur. Film iki hissəlidir: 1-ci seriya — "İkinci eşelonda" (rus. Во втором эшелоне) 2-ci seriya — "Yerli əhəmiyyət daşıyan döyüş" (rus. Бой местного значения) == Mükafatları == Almatıda keçirilən Ümumittifaq kinofestivalının birincilik prizi — 1973 Venesiyada keçirilən Venesiya Film Festivalı birincilik prizi — 1972 "Sovet ekranı" jurnalında 1972-ci ilin ən yaxşı filmi sorğusunun qalibi — 1972 "Xarici dildə ən yaxşı film" kateqoriyasında Oskar mükafatı nominasiyası — 1973 SSRİ dövlət mükafatı — 1975 və Lenin komsomolu mükafatı — 1974 == Ədəbiyyat == Драпеко, Елена. Лиза Бричкина — навсегда. М.: Эксмо, 2005. — 352 с.
Alisa artıq burada yaşamır (film, 1974)
Alisa artıq burada yaşamır (ing. Alice Doesn't Live Here Anymore) Oskar mükafatlı, 1974-cü ilin filmidir. Rejissoru Martin Skorseze, ssenarisi isə Robert Getçeldir. Baş rolun ifaçısı Elen Börstin ən yaxşı qadın roluna görə "Oskar"a layiq görülmüşdür. == Məzmun == Alisa yenicə dul qalmış gənc qadındır. O, 11 yaşlı oğlu ilə yeni həyat qurmaq üçün Montereyə yollanır. Onun məqsədi yenidən müğənni olmaqdır, lakin o Montereyə çatmamış başına bir çox əhvalat gəlir.
Qocalara burada yer yoxdur (film, 2007)
Qocalara burada yer yoxdur (ing. No Country for Old Men) — Koen qardaşlarının Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller. 2008-ci ilin "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə. == Məzmun == Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər.
Murasaki Şikibu
Murasaki Şikibu (yap. 紫 式部; ən tezi 970 və ən geci 978, Heyan-kyo[d] – təq. 1016 və ya ən tezi 1014 və ən geci 1031, Heyan-kyo[d]) — Heyan dövründə yaşamış Yaponiya roman yazıçısı, şairi və saray dayəsi. Ən tanınmış əsəri 1000 və 1012-ci illər aralığında yapon dilində yazdığı "Gencinin hekayəsi" romanıdır. Murasaki Şikibu onun təxəllüsüdür, şəxsi adı məlum deyil. Lakin 1007-ci ilə aid bir saray gündəliyindəki Fucivara no Kaoruko (yap. 藤原 香子) adının əsl adı olduğu düşünülür. Heyan dövründə qadınlar dövlət dili olan Çin dilini öyrənə bilməzdilər. Lakin təhsilli ailədə yetişən Murasaki kiçik yaşlardan etibarən Çin klassiklərinə maraq göstərmiş və Çin dilində səlis danışmağa başlamışdır. 25–30 yaşlarında evlənmiş, evliliyindən 2 il sonra - əri ölməmişdən öncə qızı olmuşdur.
Nikola Burbaki
Nikola Burbaki (fr. Nicolas Bourbaki) — 1939-cu ildə bütün riyaziyyatı aksiomatik əsasda qurmaq ideyası ilə çıxış edən bir qrup fransız riyaziyyatçıların təxəllüsü.