Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sianuk cığırı
Sianuk cığırı — Kambocada Vyetnam müharibəsi (1960–1975) zamanı Vyetnam Xalq Ordusu və onun Vyetkonq partizanları tərəfindən istifadə edilən logistik təchizat sistemi. 1966-cı və 1970-ci illər arasında istifadə olunan bu sistem Laos krallığının cənub-şərq hissəsindən keçən və daha çox tanınan Ho Şi Min cığırı ilə eyni şəkildə işləyir, eyni məqsədlərə xidmət edirdi. Bu ad ABŞ tərəfindən verilmişdir və Şimali Vyetnama görə, bu iki sistem ayrı deyildilər. ABŞ-nin bu sistemə mane olmaq cəhdləri 1969-cu ildə başlamışdır. Kissinger, Henry A., White House Years Morris, Virginia and Hills, Clive, Ho Chi Minh's Blueprint for Revolution: In the Words of Vietnamese Strategists and Operatives, McFarland & Co Inc, 2018. Morris, Virginia and Hills, Clive, A History of the Ho Chi Minh Trail: The Road to Freedom, Orchid Press, 2006.
Kariya cığırı
Şablon:Карточка путешествияKariya cığırı ( türk. Karia Yolu ) — Türkiyənin cənub-qərbində, indiki Muğla və Aydın vilayətləri ərazisində, təxminən 800 km uzunluğunda uzun bir yürüyüş marşrutu. Bu cığır öz adını qədim Kariyadan götürüb. Buradan qədim xarabalıqları, daş döşənmiş karvan yollarını və kəndləri sahildən dağlıq ərazilərə birləşdirən qatır yollarını miras qalmışdır. Şam meşələri zeytun terrasları və badamları olan dağ yamaclarını gizlədir. Bunlar egionun iqtisadiyyatının mühüm tərkib hissəsidir.
Dəniz cıdırı adaları
Dəniz cıdırı adaları (ing. Seahorse Islands) — uzun və ensiz formaya malik adalar. Adalar Alyaskanın sahilindən bir qədər aralıda ,Çukot dənizinin şelf sularında yerləşir. Perd köfəzi ilə Çukot dənizi arasıda qərarlaşır. Arxipelaq Franklindən 1,7 km (1,1 dəniz mili) şərqdə yerləşir. Adaların maksimal hündürlüyü 2 metr təşkil edir. Arxipelaqa daxil ən böyük ada 5 km uzunluğa malikdir. Sahilləri daim dəyişir.
Ho Şi Min cığırı
Ho Şi Min cığırı (ing. The Ho Chi Minh trail, vyet. Đường mòn Hồ Chí Minh), həmçinin Annam dağları cığırı (vyet. Đường Trường Sơn) — Şimali Vyetnamdan Laos və Kamboca krallıqları vasitəsilə Cənubi Vyetnama qədər uzanan logistik yollar və cığırlar şəbəkə. Bu sistem Vyetnam müharibəsi zamanı Vyetkonq və Vyetnam Xalq Ordusuna işçi qüvvəsi və material şəklində dəstək vermişdir. Şəbəkənin tikintisi 1959-cu ilin iyulunda, Şimali Vyetnamın Laosa hücumundan sonra başlamışdır. ABŞ tərəfindən Şimali Vyetnam prezidenti Ho Şi Minin şərəfinə adlandırılmışdır. Adın mənşəyinin Birinci Hind-Çini müharibəsindən gəldiyi güman edilir. Bu dövrdə "Ho Şi Min cığırı marşrutu" adlı Vyetmin dəniz logistikası xətti mövcud idi. 1960-cı ilin sonlarından bəri cığır sistemi inkişaf etmiş, həmn dövrdən qısa müddət sonra "Agence France-Presse" (AFP) şimal–cənub cığırının açıldığını elan etmiş və onlar bu dəhlizə "La Piste de Hồ Chí Minh", yəni "Ho Şi Min cığırı" adını vermişdilər.
Çigirin
Çigirin — tarixin daha erkən çağlarında bir Osmanlı şəhəri olmuş, indi Ukraynanın Çərkəz vilayəti (Çerkessk) mərkəzidir. Qara Klobukların xələfi olan çərkəzlərin yurdu olan Çigirin Tasma çayının (Dneprin qolu) üstündə, Funquklu stansiyasının yaxınlığında yerləşir. Artıq XVI əsrdən kazak və kalmIkların ardıcıl hücumlarına məruz qalmaqda idi (Rus mənbələrində də həmin zamanlardan adı çəkilməyə başlayır). Çox keçmir ki, talançı kazakların ələ keçirib qışlaq kimi istifadə etdikləri qala 1677–1681-ci ildə Ukrayna hetmanı Boqdan Xmelnitskinin iqamətgahına çevrilir. 1676–1681-ci illərin Rus-Türk müharibəsində Çigirin qalası qanlı döyüş meydanına dönür, dəfələrlə əldən-ələ keçir. Qala uğrunda döyüşlərə İbrahim paşa, ikinci yürüşdə Qara Mustafa başçılıq edirdi. Rus-kazak birləşmiş qoşunlarına general Q. Romadonovski (I Pyotr gələcəkdə ona "Knyaz ata" ləqəbi verir) və rusların, daha obrazlı deyilsə "moskal"ın sədaqətli və üzüyola tərəfdaşı hetman İ. Samoyloviç başçılıq edirdilər. Böyük Kasım xanlığınin ruslarin əlinə keçməsilə hələ kiçikkən xristianlığa gətirilib Vasili adı verilən Seyid Bürhan da rusların qardaşı qardaş üstünə salması məqsədinə müvafiq olaraq öz kasımlıları ilə döyüşlərdə iştirak edirdi Mühüm siyasi və hərbi strateji mövqeyə sahib olan Çigirin qalasının əldən getməsilə Osmanlı imperiyasının Ukraynadakı mövqeyi də yavaş-yavaş zəifləməyə üz qoyurdu. 1681-ci ildə Baxçasaray sülh müqaviləsi imzalandı. Onun ilk şərti 20 illik sülh əldə etmək, bu müddətdə müharibənin yolverilməzliyinə nail olmaq idi.
Cibir
Cibir — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Cibir oyk, sadə. Qusar r-nunun Piral i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Dağıstanın Axtı r-nundakı Çeper kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin sakinləri yeni yaşıyış məntəqəsinə öz köhnə adlarını vermişlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1125 nəfər əhali yaşayır.
Acacia cibaria
Acacia brachystachya (lat. Acacia brachystachya) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia aneura var. brachystachya (Benth.) Maiden Acacia aneura var. stenocarpa Benth. Acacia cibaria F.Muell.
Brassica cibaria
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Lyudviq Çibirov
Lyudviq Çibirov (oset. Цыбырты Алексейы фырт Людвиг; 19 noyabr 1932, Sxinval) — Sovet və Cənubi Osetiyalı siyasətçi, tarixçi, publisist, Cənubi Osetiya Respublikasının ilk prezidenti (1996–2001). == Bioqrafiyası == 19 noyabr 1932-ci ildə Gürcüstan SSR, Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunun Zar kəndində anadan olmuşdur. Tsxinvalidəki 2 nömrəli orta məktəbi bitirir. 1956-cı ildə Kosta Xetaqurova adına Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə sonlandırır. Etnoqraf, tarix elmləri doktoru (1978-ci ildən), professor (1981-ci ildən), Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutunun rektoru olur. == Siyasi fəaliyyət == 1993-cü ilin oktyabrından Cənubi Osetiya Respublikası Ali Şurasının sədri, ölkənin başçısı olur. 16 may 1996-cı ildə Lyudviq Çibirov və Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadze Moskvada Gürcüstan-Osetiya münaqişəsinin Tərəfləri arasında Təhlükəsizliyin Təmin Edilməsi və Qarşılıqlı Etimadın Gücləndirilməsi Tədbirləri haqqında Memorandumu imzalayır. Bu sənəd tərəflərin məqsədlərinə çatmaq üçün güc tətbiq etməkdən imtina etmələrini təsdiqləyir. 10 noyabr 1996-cı ildə Cənubi Osetiyanın ilk Prezidenti seçilir.
Sibirin istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
Cibril Sidibe
Cibril Sidibe (Fransızca tələffüz: [dʒibʁil sidibe]: 29 iyul 1992) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Fransa milli futbol komandasında müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.
Cibril Sisse
Cibril Aruun Sisse (fr. Djibril Cissé, Fransızca tələffüz: [dʒibʁil sise]; 12 avqust 1981, Arl, Fransa) — Kot-d'İvuar mənşəli Fransa futbolçusu, İsveçrə futbol klubu olan "İverdon Sport" FK-un hücumçusu. 2002–2010-cu illərdə Fransa milli futbol komandasının tərkibində olaraq dünya çempionatlarında iştirak etmişdir. 2005-ci ildən bəri ləqəbi "Frodşam Mülk Lordu"dur. Sisse, Kot-d'İvuardan Fransaya köçən bir müsəlman ailəsində anadan olmuşdur. Ailənin yeddinci və ən kiçik uşağı idi. Onun atası Manqe Sisse (1945–2009) peşəkar bir futbolçu idi. 1970-ci ildə Afrika Millətlər Kubokunda, Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur. 1974-cü ildə Manqe ailəsi ilə birlikdə Cibrilin anadan olduğu Fransaya köçmüşdür. Cibril Sisse futbol karyerasına 8 yaşında, "Arl-Avion" FK-da başlamışdır.
Sibirin rus istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
Mirzə Əbdürrəhim Cabiri
Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Cabiri (?-?) — xəttat. Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Qaradağ vilayətinin Kəleybər mahalının Hicrandust kəndində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xəttat idi. Nəsx və nəstəliq yazmaqda çox mahir idi. Mirzə Əbdürrəhim Cabiri görkəmli ədib idi. Onun qələmindən iki kitab çıxıb. Qacarlar dövrünün sonlarında vəfat etdiyi bilinir. Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.
Sədallah əl-Cabiri
Sədallah əl-Cabiri (ərəb. سعد الله الجابري‎; 14 oktyabr 1892, Hələb – 20 iyun 1947, Hələb) — 1943–1944-cü və 1945–1946-cı illərdə Suriya Respublikasının baş naziri. Həmçinin Cabiri 2 dəfə baş naziri olub. Bacısı Fayzə əl-Cabiri, Livanın iki qat baş naziri Riyad Sülh ilə evləndi. Hələb şəhərinin mərkəzindəki Sədallah əl-Cabiri Meydanı dövlət adamının adını daşıyır.
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 28 iyul 1978-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.