Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cənnətabad
Cənnətabad — İğdır ilinin Qaraqoyunlu ilçəsində keçmişdə kənd, 2007-ci ildən etibarən Daşburun beldesinin məhəlləsi. == Coğrafiyası == == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Cənnətabad kəndində 656 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Cənnətqaya
Cənnətqaya yaşayış yeri — Şərur rayonundakı Tənənəm kəndinin şərqində son Tunc və ilk dəmir dövrlərinə aid yaşayış yeri. == Ümumi məlumat == "Ağ zirət" deyilən yerin yaxınlığındadır.Hər tərəfdən dağlarla əhatə olunmuş abidənin sahəsi 6 hektara yaxındır. Aşınma nəticəsində əmələ gəlmiş yarğanlarda mədəni təbəqənin (bəzi yerlərdə 50 sm qalınlığındadır) kəsiyi alınmışdır. Yerüstü materiallar çəhrayı və üzəri cızma xətlərlə [naxışlanmış boz rəngli kasa və küpə tipli tuf daşından hazırlanmış dən daşından ibarətdir.Saxsı qab məmulatı, əsasən Son Tunc və İlk Dəmir dövrləri üçün səciyyəvidir. Tapıntılara əsasən yaşayış yerinin e.ə. II-I minilliklərə aid olduğu ehtimal edilir.
Cənnətabad (Əsədabad)
Cənnətabad (fars. جنت‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,418 nəfər yaşayır (763 ailə).
Cənnətqaya dağı
Cənnətqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun qərb istiqamətli Qarovulxana şaxəsində, Yuxarı Yaycı kəndindən 1,5 km şimal-şərqdə dağ (hünd. 1517,0 m). Üst Permə aid Qızılqaya lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı günbəzvari qayalıqdır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şərq qanadında yerləşir. Şimal-şərq yamacı boyu şimal-qərb istiqamətdə uzanan Yuxarı Yaycı-Tənənəm üstəgəlməsi vasitəsilə Üst Permin əhəngdaşıları Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının üstünü örtür.
Cənnətqaya yaşayış yeri