Cənnətqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun qərb istiqamətli Qarovulxana şaxəsində, Yuxarı Yaycı kəndindən 1,5 km şimal-şərqdə dağ (hünd. 1517,0 m). Üst Permə aid Qızılqaya lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı günbəzvari qayalıqdır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şərq qanadında yerləşir. Şimal-şərq yamacı boyu şimal-qərb istiqamətdə uzanan Yuxarı Yaycı-Tənənəm üstəgəlməsi vasitəsilə Üst Permin əhəngdaşıları Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının üstünü örtür.[1]
Cənnətqaya dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1517,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |