Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cahanşah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Cahanşah Həqiqi
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Cahanşah məscidi
Göy məscid (fars. مسجد کبود‎ Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri.Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur.Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir. == Tarixi == XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlir. Mərkəzi meydan – Sahibabad meydanı ətrafında inzibati, dini və ticarət binalarının gərgin tikintisi nəticəsində Təbrizin ümumi şəhər mərkəzi xeyli böyüyür və daha mütəşəkkil olur.Böyük Azərbaycan sərkərdəsi və dövlət xadimi, yüksək təhsilli hakim və incəsənət hamisi olan Cahanşah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsində şeirlər yazırdı. Cahanşahın tikdirdiyi çoxsaylı gözəl binalar sifarişçinin bədii fəallığını və incə zövqünü yaxşı əks etdirir.
Qulamhüseyn Cahanşahi
Qulamhüseyn Mirzə Şəfi oğlu Cahanşahi (1920–2005)—Hüquqşünas. == Həyatı == Qulamhüseyn Mirzə Şəfi oğlu 1920-ci ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini orta məktəbdə almışdı. Sonra Tehran universitetini bitirmişdi. Əvvəlcə hüquq, sonra iqtisad təhsili almışdı. Fransada, Paris universitetində iqtisad doktorluğu elmi dərəcəsinə yiyələnmişdi. İrana dönəndən sonra Ali məhkəmədə vəkil kimi çalışmışdı. Hüseyn Əlanın baş nazirliyi dönəmində (12 mart 1951–30 aprel 1951) doktor Səccadi maliyə naziri təyin olunmuşdu. O da doktor Qulamhüseyn Cahanşahini ofisinə müdir vəzifəsinə dəvət etdi. Qulamhüseyn Cahanşahi Tehrandan İran Milli Məclisinə nümayəndə seçilmişdi.
Mirzə Rəbi Cahanşahi
Mirzə Rəbi Cahanşahi (1882-?) — ictimai xadim. == Həyatı == Mirzə Rəbi Cahanşahi 1882-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müsəddiqülmülk ləqəbi ilə tanınırdı. Qəvamülüləma ləqəbli qazının oğlu idi. Mirzə Rəbi Cahanşahi bir neçə dəfə İran Milli məclisinə üzv seçilmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Şəfi Cahanşahi
Mirzə Şəfi Cahanşahi (tam adı: Mirzə Şəfi Mirzə Mehdi oğlu Cahanşahi, fars. حاجی میرزا سید مهدی مجتهد جهانشاهی‎; 1881 və ya 1882, Təbriz – 1953, İran) — İran hüquqşünası. == Həyatı == Mirzə Şəfi Mirzə Mehdi oğlu 1882-ci ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra xüsusi müəllimlərin yanında təhsilini artırmışdı. Sonra fiqh, üsul, ərəb ədəbiyyatını və başqa dünyəvi elm və fənnləri öyrənmişdi.1924-cü ildə Cənubi Azərbaycanın hüquq və maliyyə idarələrində çalışmışdı. 1937-ci ildə Əliəkbər Davər ədliyyə sistemini yenidən təşkil edərkən Mirzə Şəfi Ali Məhkəmənin 8 aparıcı üzvündən biri idi. == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Əbülhüseyn Cahanşahi
Mirzə Əbülhüseyn Mir Fəseh oğlu Cahanşahi (?-1515) — Hüseyni seyidlərindən, Təbriz şəhərinin kələntəri. == Həyatı == İskəndər bəy Münşi onun haqında yazır: "Mirzə Əbdülhüseyn: Mir Fəsihin oğludur. O da hüseyni seyidlərindən olub, Əmirə Cəfərlə əmioğlanları idilər. Onun anası "Cahanşahi" sülaləsinə xas qadınlardan olduğundan ona Mirzə Əbülhüseyn Cahanşahi deyirdilər. O, Təbriz darüssəltənəsində cahanşahiyyə büqəsinin yaxınlığında yaşayırdı, Müzəffəriyyə kimi məşhur olan və anasından ona qalan həmin büqənin mütəvəllisi idi. İsgəndər şanlı nəvvabın zamanı və Əmir xan Türkmanın hakimliyi vaxtında Təbriz darüssəltənəsi kəlantəri o idi. Olduqca şanlı və mötəbər adamdı. Rumiyyə istilası zamanı İraqa gəldi, Mir Cəfərin vəfatından sonra möhtəsibül-məmalik oldu və elə həmin günlərdə də axirət evinə getmək üçün əyninə əməl paltarı geyindi". == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Hacı Mirzə Mehdi Cahanşahi
Hacı Mirzə Mehdi Mirzə Əhməd oğlu Cahanşahi (?-1903)—İslam alimi. == Həyatı == Hacı Mirzə Mehdi Mirzə Əhməd oğlu Təbriz şəhərində anadan olmuşdu. Atası ictihad dərəcəsinə yüksəlmiş məşhur islam alimlərindən idi. Hacı Mirzə Mehdi Cahanşahi ibtidai təhsilini ailədə almışdı. Sonra mükkəmməl mədrəsə təhsili görmüşdü. Qum və Nəcəf alimlərinin yanında ali savada yiyələnmişdi.Şeyx Məhəmmədhüseyn Ərdəkaninin sevimli şagirdlərindən idi. O, doğma şəhəri Təbrizə qayıtmış, hüquq və elmlə məşğul olmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Abdulla xan Cahanşahi
Mirzə Abdulla xan Cahanşahi (Təbriz) — pedaqoq, jurnalist. == Həyatı == Mirzə Abdulla xan Cahanşahi Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müəllimliklə və jurnalistika ilə məşğul olmuşdu.1908-ci ildə Təbrizdə "Maarif" kollecinin direktoru Mirzə Abdulla xan Cahanşahi tərəfindən "Mərifət" qəzeti təsis edildi.
Nüsrətullah Cahanşahlı
Nüsrətullah Cahanşahlı (aprel 1913, Tehran – 3 oktyabr 2012, Berlin) — həkim, İran kommunist partiyasının üzvü, Cənubi Azərbaycan Milli Hökumətin başçılarından biri. == Həyatı == Nüsrətullah Cahanşahlı 1944-cü ildə Tudə partiyasının yerli komitəsinə başçı seçilmişdi. Azərbaycan Demokratik partiyası yarandıqdan sonra N. Cahanşahlı bölgə komitəsinin başçısı təyin edildi. İran tarixində Tağı Ərani qrupu və ya 53-lər adıyla tanınan bu insanlar Rza şah dönəmində cəzalandırılan ilk Kommunist qrup olmuşdu. Bu insanlar 1941-ci il İran işgalından sonra savaş sırasında sərbəst buraxılmışdılar (Mürşüdi). Zəngin bir ailəden olan Cahanşahlu muayinəxanasında xəstələrini pulsuz müalicə edirdi. Cahanşahlunun bu davranışları xalq içindeə çox yaxşı təsir buraxmışdı. Bu davranışları bir çox adamın partiya üzvü olmasına səbəb oldu. Cahanşahlu ailəsinə mensub olan Nüsrətullah, Zülfiqari ailəsinə qarşıydı və bu nədənlə zülfiqarilərlə müxalif olanlar onun çevrəsinə toplanmağa başladılar. İyirminci yüzillikdə "İran üçün çalışan Azərbaycan oğulları" sırasında isə bir çox avşar oğullarının xidmətləri qeyd olunur və bəyan edilir ki: "Belə bir xalq öz əziz ölkəsi İranın müharibə və məhv olmaq təhlükəsi qarşısında olduğunu görüb sakit otura, bundan artıq geridəqalmış və terrorçu ittihamlarına dözə bilməz.
Pirbudaq (Cahanşahın oğlu)
Əbu'l Fəth Pir budaq (Bağdad – 1466, Bağdad) — Cahanşahın 4-cü oğlu Qaraqoyunlular dövlətinin Şiraz Valisi (1456–1460) Bağdad Valisi (1460–1466) . Hakimiyyət illərində Bağdad şəhərini olduqca inkişaf etdirərək əl yazmaları ilə Türkmənlərin ən böyük sənətkarlarından biri olmuşdur. == Həyatı == Pir Budaq güclü bir ailədə doğulmuşdu, odurki əmisi Şah Məhəmməd 1411–1433 illər arası Bağdad Hakimi idi. Pir Budağ'ın gənclik illəri haqqında əlimizdəki məlumatlar məhduddur. Pir Budaq ədəbiyata önəm vermiş və dövrünün böyük şairlərindən birinə çevrilmişdir. O farsca və Türkçə yazdığı şeirləri ilə tanınmışdır. Atası Sultan Cahanşah'a tabe olsada onu heç sevməyərək kin bəsləmiş , hətta şeirlərindən birində onun və səltənətinə dair hərşeyi yox edəcəyindən bəhs edir. Taxtım da, mən də hələ gəncəm, hazıram iki gənclə vuruşmağa Səni yuxarı aşağı çırpacağam, Sizin nə adınızdan nədə izinizdən əsər əlamət qalmasın ! Bu şeirlədə Pir budağın atası və sultanı cahanşah və onun səltənətinə qarşı düşmənliyi görünür. == İraq səfəri == Cahanşah , Teymuri Dövlətinin zəiflədiyini gördükdə İraq'ı ələ keçirməyə meyilləndi .
Cahanşahkəhriz (Zəncan)
Cahanşahkəhriz - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Ətraf kəndistanında, Qiydar qəsəbəsindən 48 km cənubdadır.
Cahargah
Çahargah — Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri.
Şahənşah
Şahənşah (pəhl. šāhān šāh, fars. ‎shāhanshāh, tərcümədə "Şahlar şahı") — İran tarixində monarxiya titulu Qərbi Avropadaki İmperator titulu ilə eyni mənadadır.
Cahandar Bayoğlu
Cahandar Cahangir oğlu İsmayılov (25 iyul 1964, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri. == Həyatı == Cahandar Bayoğlu 25 iyul 1964-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib. 1982–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində ali təhsil alıb. == İctimai-siyasi fəaliyyəti == 1987-ci ildən Elçibəylə tanışlığı ilə Milli azadlıq hərəkatının başlanmasında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olaraq AXC-nin təsis konfransının səlahiyətli nümayəndəsi, AXC-nin Yasamal və Nəsimi rayon təşkilatlarının idarə heyətinin üzvü olub. 1991-ci ildə AXC Təhlükəsizlik Şurası rəhbərinin müavini olmuşdur. 1992–1993-cü illərdə AXC İcrayyiyə Komitəsinin üzvü olub. Elçibəy hakimiyyətində 1993–1997-ci illərdə Birləşmiş Azərbaycan İdeyasının təşkilatlanması ilə bağlı çalışmaların içində yer alıb. 1998-ci ildə Bütöv Azərbaycan Birliyi Təşkilatında Elçibəyin yanında Mərkəz rəhbəri olaraq çalışıb.
Cahandar ağa
Cahandar ağa — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının Dəli Kür romanının qəhrəmanı. Qazax mahılında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəy. == Personajın təsviri == Cahandar ağa Qazax mahalında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəydir. Hündürboy və pəhləvan cüssəlidir və az qarayanızdır. Həyat yoldaşı Zərnigar xanımdan Şamxal və Əşrəf adlı iki oğlu və Salatın adlı bir qızı vardır. Kəndin varlı adamlarından olan, yeddi dəfə evlənmiş Allahyarın, Mələk adlı kəbinli bir arvadını qaçırıb özünə arvad etmişdir. Nişan almaqda mahirdir və sərrast atəş açır. Təxminən 45-50 yaşlarındadır. == Ədəbiyyat == Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
Cahandar Şah
Cahandar Şah — Böyük Moğol İmperiyasının IX padşahı.
Cahargah (Soyuqbulaq)
Cahargah (fars. چهارگاه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (33 ailə).
Şahzadə Şahənşah
Şahzadə Şahənşah (1465, Amasya vilayəti və ya Amasya – 2 iyul 1511, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == === Uşaqlıq illəri === Şahzadə Şahənşah 1474-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Hüsnüşah Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Şahənşah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Manisa sancaqbəyi təyin edildi və anası Hüsnüşah Xatunla birlikdə Manisaya yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. === Atasının səltənət illərində === Qaraman sancaqbəyi olan əmisi Cem Sultanın taxt mübarizəsində məğlub olaraq Məmlüklərə sığınmasının ardından, 1483-cü ildə Qaraman sancaqbəyi təyin edildi. Üstəlik anası Hüsnüşah Xatun da Qaramanoğlu İbrahim bəyin nəslindən idi.
Şahənşah ibn Mənuçöhr
Şirvanşah Şahənşah – Şirvanşahlar dövlətinin iyirmi ikinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. == Fəaliyyəti == Şamaxıda zəlzələ vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan Şirvanşahın özü təqribən 1197-ildə öldükdə varisi qalmadığı üçün taxta onun qardaşı I Şahənşah ibn III Mənuçöhr çıxdı. Bu Şirvanşahın hakimiyyəti dövründə onun adından zərb edilmiş sikkələrdən başqa bir abidə qalmamışdır. Şamaxı rayonundakı Altıağac kəndindən iki dəfinə tapılmışdır: bir hissəsi Ermitajda saxlanılan birinci dəfinə XII-XIII əsrlərə aid 346 sikkədən və 8 bilərzikdən, yarıdan çox hissəsi Bakıda Azərbaycan tarixi muzeyində saxlanılan ikinci dəfinə isə 100 sikkədən ibarətdir. Bu iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş azacıq gümüş qarışığı olan mis sikkələr də aşkar olunmuşdur. Üz tərəfində dini rəmz və xəlifə ən- Nasir- lidin – Allahın adı, habelə Qurandan parçalar (9,33 və 61,9-cu surələr), əks tərəfində isə "Məhəmməd rəsulillah, əl-məlik əl-müəzzəm, Şahənşah, ibn Mənuçöhr Şirvanşah" sözləri həkk olunmuşdur.Sikkələrin kəsildiyi tarix xəlifə ən-Nasirin hakimiyyət dövrü ilə – h.575-622 (1180- 1225)-ci illə müəyyənləşdirilir. Ermitajda 7675-ci nömrə ilə saxlanılan sikkələrin birinin üz tərəfində "Əl-məlik əlmüəzzəm Şahənşah ibn Mənuçöhr Şirvanşah" sözləri vardır. Sikkənin qırıqlarında "beş yüz doxsan yeddi" tarixi oxunur (h. 597/1201-ci il). Əks tərəfində isə müsəlman dini rəmzi və xəlifə ən-Nasirin adı həkk olunmuşdur.
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. == Tarixi == Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".“Yurdda sülh, cahanda sülh” şüarı bundan sonra Türkiyədə dövlət idarəçiliyinin və istənilən dövlət fəaliyyətinin mərkəzi prinsipi kimi qəbul edildi.
Çahargah (Qürvə)
Çahargah (fars. چهارگاه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (18 ailə). Əhalisini kürdlər təşkil edir.
Əlaəddin Hüseyn Cahansuz
Əlaəddin Hüseyn Cahansuz (?-1161) — Qurilər sülaləsinin hökmdarı (1149-1161). == Həyatı == Qurlu qultanı İzzəddin Hüseynin yeddi oğlundan biri olaraq dünyaya gəldi. Atasının ölümü üzərinə yerinə keçən oğlu Seyfəddin Suri, torpaqlarını qardaşları arasında bərabər şəkildə bölüşdürmüşdü. Öz hissəsini bəyənməyən Qütbəddin Məhəmməd torpaqlarını qardaşlarından Bahaəddin Sama tərk edərək Qəznəvilər sultanı Bəhram Şaha qatılıb ona xidmət etməyi lazım bildi. Qısa müddətdə özünü sevdirən Qütbəddin yetənəkləriyle diqqəti çəkirdi. Bundan xoşlanmayan bəzi kimsələr Bəhram Şahı onun aleyhində qızışdırdınca bir müddət sonra Qütbəddin zəhərlənərək öldürüldü. Bu olaydan sonra Qurlular və Qəznəlilər arasında bir düşmənlik başlandı. Qardaşının bu şəkildə öldürüldüyünü öyrənən Seyfəddin Suri intiqam almaq üçün Bəhram Şahın üzərinə yürüdü və Qəznəliləri məğlub etdi (1148). Bəhram Şah qaçaraq canını qurtara bildi. Qəznədə qalan Seyfəddin Suri bir müddət sonra idarədəki hakimiyətini sağlamlaşdırıb xalqın və əşrəfin güvənini qazandığına qane olunca məiyetini təkrar Firuzkuha göndərdi.