Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Camel
Camel (musiqi qrupu)
Camel (siqaret)
Camel (Kemel) — hazırda ABŞ-də RJ Reynolds Tobacco Company və ABŞ-dan kənarda Japan Tobacco şirkətlərinə məxsus və istehsal olunan Amerika siqaret markasıdır Kemel siqaretlərində ən çox türk tütünü və Virciniya tütünün qarışığı istifadə olunur. Uinston-Salem, Şimali Karolina, RJ Reynolds şirkətinin qurulduğu şəhər, brendin populyarlığına görə "Camel City" ləqəbini alır.
Back to Black
Back to Black — Emi Uaynhausun albomu. == Treklər == "Addicted" mahnısı albomun ABŞ-dakı versiyasında yoxdur və "You Know I'm No Good" remiksi ilə əvəz olunmuşdur.
Back Orifice
Sistem administratorlarına kompüteri məsafədən (adətən, İnternetdən) idarə etməyə icazə verən alət. "Cult of the Dead Cow" (cDc) adlı haker klubu tərəfindən 1998-ci ildə yaradılmışdı, iki ildən sonra qrup BO2K və ya Back Orifice 2000 adlandırılan daha yeni versiyanı buraxmışdı. Back Orifice krekerlər tərəfindən troyan vasitəsilə yayıla bilər. Quraşdırılandan sonra hədəf kompüteri məsafədən tam idarə etməyə imkan verir. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Back vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Back vocalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Camel (musiqi qrupu)
Camel - 1971-ci ildə Londonda, gitarist, vokalist Andrew Latimer tərəfindən qurulan ingilis proqressiv rok qrupudur. == Qrupun tarixi == Camel, 1971-ci ildə İngiltərədə yaranmış proqressiv rok qrupudur. Qrupun ilk üzvləri arasında pianoda Peter Bardens, qrupun qurucusu, gitaristi, bəstəkarı, flütçüsü, vokalisti, Andrew Latimer, bas gitarist Doug Ferguson ilə zərb alətlərində Andy Ward vardı. Qrup, The Brew adını dəyişdirərək sonradan Camel adını aldı. Camel ilk albomu olan "Camel" (1973) çıxardığı zaman artıq yeni bir axının qabaqcıllarından biri oldu. Qrup əsl uğurunu isə "Mirage" albomu ilə qazandı. Ancaq Camel'ı Camel edən, proqressiv musiqi və duyğunu bir-birinə qataraq musiqi icra etməsi oldu. Qrup, quruluşundan bu yana bir çox üzv dəyişdirdi və 1981-ci ildə Andy Ward'ın narkotik səbəbiylə bagetlerini buraxmağa qərar verməsiylə dağıldı. Bir müddət turnelərdə olan və qonaq musiqiçilərlə çalışan Andrew Latimer, qrupu 1990-cı ildə yenidən bir araya gətirdi. O ildən bu zamana qədər 4 albom çıxaran qrup 2003-cü ildə dünya turnesine çıxdı və bunun «vidalaşma dövrü» olaraq açıqlanmasıyla pərəstişkarlarını kədərləndirdi.
Back to December
Back to December — amerikalı müğənni, musiqi müəllifi Teylor Svift tərəfindən yazılan və səsləndirilən kantri-pop tərzində sinql. Müğənninin "Speak Now" adlı üçüncü studiya albomunun ikinci sinqlı olan mahnı 15 noyabr 2010-cu il tarixində Big Machine Record şirkətinin dəstəyi ilə yayımlanmışdı. Sinqlın prodüserləri isə Svift özü və Neytan Çapman idi. Svift "Back to December" adlı bu sinqlının bir şəxsdən üzr istədiyi ilk mahnı olduğunu bildirmişdir. Sinqlın yayımlanmasından sonra tənqidçilər mahnının Sviftin köhnə sevgilisi Teylor Lotnerə yazıldığını iddia etsələr də, nə Svift, nə də Lotner bu fikirin doğru olub-olmadığı barədə heç bir fikir bildirmədilər. Janr olaraq bu sinql orkestr kontri-pop balladasıdır. Sinqlın sözlərində isə əsas mövzu iki sevgilinin ayrılığıdır. "Back to December" bir çox tənqidçi tərəfindən müsbət tənqidlər almışdır. Həmçinin sözləri səbəbi ilə bu sinql "Speak Now" albomunun ən cəlbedici mahnılarından biri olmuşdur. Bir çox tənqidçilər sinqlın mənalı sözlərini, təkrarlanan sabit melodiyasını bəyənmiş və Sviftin inkişaf etmiş vokal ifasına təriflər söyləmişdilər.
Love Me Back
Love Me Back (Azərbaycanca: Sən də Məni Sev) — Türkiyə 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Can Bonomo ifa etdiyi mahnıdır. 7-ci yeri tutdu.
Back for Good Tour
Back for Good Tour - Modern Talking qrupunun ilk konsertidir. Konsert 7 may 1998-ci ildə Almaniyanın Maqdelin şəhərində baş tutmuşdur. 31 dekabr 1998-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində başa çatmışdır.
Back For Good (Modern Talking albomu)
Ready for Romance (azərb. Uğur üçün qayıdış‎) - 1998-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov (professor) — Alim, pedaqoji elmləri doktoru, Professor, Ədəbiyyatın metodikası üzrə ilk pedaqoji elmlər namizədi. Camal paşa — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Caml
Caml(Categorical Abstract Machine Language)- 1985-ci ildə Fransız bir qurum olan İNRİA tərəfindən yaradılmış funksional və obyektyönümlü proqramlaşdırma dilidir. Digər adı ilə də Objective Camlda adlanır.
Backh.
CeymsBekhaus (ing. James Backhouse; 8 iyul 1794 – 20 yanvar 1869) — Böyük Britaniya-Avstraliya botaniki.. == Elmi fəaliyyəti == Ceyms Bekhaus qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşıb və Avstraliya florasını öyrənilməsinə böyük töhfə verib. == Əsərləri == A Narrative of a Visit to the Australian Colonies. 1843. A Narrative of a Visit to the Mauritius and South Africa. 1844. A Memoir of Deborah Backhouse. 1828. Memoirs of Francis Howgill.
Bacı
Bacı sözünün bir neçə mənası ola bilər : Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların birbirinə və ya qardaşlarına olan qohumluq münasibəti; Tanış olmayan qadına, qıza ehtiramla müraciət. Tibb bacısı mənasında müraciət.
Bank
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır. Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər.
Pack
Pack (azərb. sıxlaşdırmaq‎) — informasiyanı yığcam formada saxlamaq. Sıxlaşdırma zamanı artıq boşluqlar və onun kimi başqa simvollar uzaqlaşdırılır. Verilənlərin sıxlaşdırılması üçün başqa xüsusi sıxlaşdırma üsullarından da istifadə oluna bilər. Bəzi proqramlarda fiziki yaddaşa (istər operativ, istərsə də sərt diskdə və ya digər informasiya daşıyıcılarında) olan tələbatı minimuma endirmək üçün sıxlaşdırmadan istifadə olunur. Sıxlaşdırılmış verilənlər insan üçün mənasız olduğundan onları istifadə zamanı açmaq və beləliklə də, informasiyanın ilkin şəklini bərpa etmək lazım gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 622 s.
Cahid Camal
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.
Camal Feyziyev
Camal Cəlal oğlu Feyziyev (17 iyun 2000; Lənkəran şəhəri) — Azərbaycanı təmsil edən güləşçi. Uşaq yaşlarından Yunan-Roma güləşi üzrə məşqçi Akif Əliyevin yanında məşqlərə başlayan Camal Feyziyev 2015-ci ildə Serbiyanın Subotitsa şəhərində yeniyetmələrin Avropa birincliyində 100 kq çəki dərəcəsində 1-ci yeri tutub. 2016-cı ildən idman növünü dəyişib Sumoya keçərək yeniyetmələr, gənclər və böyüklər arasında Avropa çempionatlarında 4 dəst medal qazanıb. Paralel olaraq, kəmər güləşi və mas-reslinqdə gücünü sınayıb. Adı son çəkilən idman növü üzrə Avropa çempionatında (Bakı, Azərbaycan) 2-ci, Dünya çempionatında (Ər-Riyad, Səudiyyə Ərəbistan) 3-cü yerlər tutub və dünya kubokunda (Pabyanitsa, Polşa) gümüş mükafata yiyələnib. Kəmər güləşində dünya çempionatında 1 dəst medala sahiblənib. 2019-cu ildə Tatarıstanın paytaxtı Kazanda klassik kəmər güləşində 2, mütləq çəkidə 3 yer, həmin ilin sonunda Qazaxıstanın paytaxtı Nur-Sultanda sərbəst üsulla kəmər güləşində baş mükafatı qazanıb. 2020-ci ildə, Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyində bürünc medal qazanıb. 2021-ci ildə, Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançısı Camal Feyziyev iki idman növündə medal qazanıb. İdmançı əvvəlcə Kureş yarışında çıxış edib.
Camal Gürsel
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. == Həyatı == Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Camal Gürsəl
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. == Həyatı == Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Camal Lasri
Camal Lasri (6 sentyabr 1973, Kasablanka) — King Abdulaziz University (Ciddə, Səudiyyə Ərəbistanı) elmi işçisi, kimya elmləri doktoru.
Camal Madanoğlu
Camal Madanoğlu (22 mart 1907 – 28 iyul 1993, İstanbul) — Türkiyəli hərbçi. 1960-cı il 27 may hərbi çevrilişinin liderlərindən biri. == Həyatı == Camal Madanoğlu 1907-ci ildə Uşak ilində dünyaya gəlib. 1923-cü ildə orta məktəbi bitirdikdən sonra Qülləli Hərbi Liseyinə daxil olur. 1926-cı ildə bu məktəbi bitirdikdən sonra 1926-1936-ci illər arasında Muğlada Dağ Alay Komandirliyi, Niğdədə 12-ci piyada alayında, Cizrədə 7-ci Sərhəd batalyonunda, Urfada Jandarmeriya Komandirliyində, Siirtdə Səyyar Jandarmeriya Batalyonunda müxtəlif vəzifələri icra edir. 1936-cı ildə Yüzbaşı rütbəsini alır. Həmin il Quru Qüvvələrinin Siirt 1-ci Piyada Alayı Bölük Komandiri vəzifəsinə gəlir. Daha sonra 189-cu Piyada Alayında və 1-ci Topçu alayında çalışdı. 1938-1941-ci illərdə Hərbi Akademiyada ali təhsil aldı. Uzun illər müxtəlif ordu hissələrində işləyən Madanoğlu 1953-cü ildə Koreyada Türk Briqada Komandiri köməkçisi vəzifəsini aldı və ölkə xaricinə yollandı.
Camal Mustafayev
Camal Vəli oğlu Mustafayev (1928, Kosalı, Qarayazı rayonu – 2 dekabr 2017, Bakı) — fəlsəfə elmlər doktoru, professor, əməkdar elm xadimi. == Həyatı == Camal Vəli oğlu Mustafayev 1928-ci ildə Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olmuşdur. Orta təhsilini 1935–1944-cü illərdə Kosalı kənd orta məktəbində almışdır. Sonra Tbilisi də ikiillik Müəllimlər İnstitutunda oxumuşur. 1946–1948-ci illərdə Kosalı kəndində müəllim işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib. 1954-cü ildə SSRİ EA Fəlsəfə İnstitutunun əyani aspirantı olub. Aspirantura illərində onun elmi araşdırmaları "Nizaminin fəlsəfi və etik görüşləri" mövzusu ətrafında olmuşdur.
Camal Mübarək
Qamal Mübarək (27 dekabr 1963, Qahirə) — Misirin eks-prezidenti Hüsnü Mübarəkin oğlu. == Həyatı == O da həmçinin Qahirədəki Amerika Unversitetində təhsil alıb. "Bank of Amerika"da işləyib. 2000-ci ildə hakim Milli – Demokrat Partiyasının katibliyinə daxil olub. 2002-ci ildə partiyanın siyasi komitəsinin rəhbəri təyin olunub. Elə həmin illərdə onun atasından sonra hakimiyyətə hazırlandığı barədə şayiələr yayılmağa başlayıb. 2010-cu ildə Hüsnü Mübarək xəstə olarkən şayiə yayılır ki, özünün varisi kimi Qamalı elan edəcək. Bununla bağlı Misirdə narazılıq başlanır. Etiraz aksiyası keçirilir. Qamal partiya tərəfindən 2011-ci ildə prezidentliyə ən uyğun namziəd kimi baxılırdı.
BAK
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Baçka
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon. Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir. == Tarix == Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi.
Camal Məmmədov
Camal Məmmədov (şəhid)
Camal Məmmədxanov
Camal (Camali) İslam oğlu Məmmədxanov (25 dekabr 1938, Bakı) — azərbaycanlı alim; fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Camal (Camali) İslam oğlu Məmmədxanov 25 dekabr 1938-ci ildə anadan olmuşdur, 1946-cı ildə Bakının Mərdəkan qəsəbəsində orta məktəbə getmiş, 1956-cı ildə Bakı şəhər 46 saylı orta məktəbi başa vurmuşdur. Atası İslam Kərim oğlu Məmmədxanov 1904-cü ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuş, Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə əlili olmuşdur. İslam Məmmədxanov 1932-ci ildə Azərbaycan Tibb Institutunu bitirmiş və respublikanın bir çox rayonlarında cərrah kimi fəaliyyət göstərmiş, 1977-ci ildə dünyasını dəyişmişdir. Camal Məmmədxanov 1954–1956-cı illərdə həmin məktəbin Komsomol Komitəsinin katibi olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1961-ci ildə həmin fakültənin fizika-mexanika şöbəsini bitirmişdir. Universitetdə təhsil aldığı dövrlərdə idmanla məşğul olmuş və gənclər arasında üzgüçülük üzrə respublika çempionu olmuşdur. 1961-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında mexanika-riyaziyyat ixtisası üzrə fəaliyyətə başlamışdır. == Elmi fəaliyyəti == 1964-cü ildə Leninqrad şəhərində dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Camal Məmmədxanov elmi araşdırmalarını davam etdirərək 1984-cü ilin mart ayında müvəffəqiyyətlə müdafiə edərək elmlər doktorlu adını qazanmışdır.
Camal Mərsinli
Mərsinli Mehmet Camal Paşa (1875, Mersin – 7 oktyabr 1941, Ankara) bir türk əsgəri və siyasətçisi idi. == Həyatı == 1875-ci ildə Mersində anadan olub. Osman Hasip bəyin oğludur. 1892-ci ildə daxil olduğu Quru Qoşunları Hərbi Məktəbindən (Hərbi Akademiya) 1895-ci ildə leytenant piyada rütbəsi ilə məzun oldu. Sonra Hərbi akademiyanın Baş Qərargahına girərək (Hərbi Akademiya) məktəbi 1898-ci ildə qərargah kapitanı olaraq bitirdi. Baş Qərargahın 3-cü qolundan sonra, 1898-ci ildə 2-ci Diviziya. Bu ordu əmr verildi. 1900-cu ildə Frakiyadakı Dəmir Yolları və Stansiyalarının müfəttişi olaraq Kolağası (Baş kapitan) olaraq təyin edildi. 1903-cü ildə mayor rütbəsi alındıqdan sonra podpolkovnik oldu. Dersim qiyamını yatırmaqda əla xidmətinə görə 1908-ci ildə Polkovnik oldu və Hərbi Məktəbdə İşçi Heyəti Müəllimliyi vəzifəsinə təyin edildi.