Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Qardabani bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Candar (Salmas)
Candar (fars. جاندر‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər yaşayır (62 ailə).
Candar (Sarvan)
Candar, Aran Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd..
Lök-Candar
Lökcandar, Dağ Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir. Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır.
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. == Həyatı == Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
Ayrılarmı könül candan? (konsert)
Çaldaş
Çaldaş (Gədəbəy)
Çardaş
Çardaş (mac. csárdás - aşxana, meyxana) — macar xalq rəqsi. == Tarixçə == 1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir. == Özəllikləri == Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.
Tolga Çandar
Çaldaş (Gədəbəy)
Çaldaş — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çaldaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Çaldaş kəndi dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini Qazax r-nunun Birinci Şıxlı və İkinci Şıxlı kəndlərindən köçüb gəlmiş eyvazlılar nəslinin aşıqlı tirəsinə mənsub ailələr salmışlar. Kəndin ərazisində Böyükçal və Balaçal adlı iri boz daşlarla örtülü sahələr vardır. Kənd öz adını bu ərazinin adından almışdır. Oronim çal (boz rəng) və daş sözlərindən düzəlib, "boz dağlıq" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1233 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çaldaş (Oğuz)
Çaldaş (əvvəlki adı: Astraxanovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astraxanovka kəndi Çaldaş kəndi adlandırılmışdır. == Tarixi == Çaldaş kəndi Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 45 kilometr cənubda, Acınohur alçaq ön dağlığı bölgəsində, Müqəddəsdağın (764 m) şərq tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 380 metrdir. Kəndi 1849-cu ildə Rusiyadan Azərbaycana köçürülmüş rus-molokanlar salmışlar. Zaman keçdikcə özləri ilə bu adı buraya gətirmiş ruslar kənddən köçüb getmiş, ad qalmışdır. == Toponimikası == Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Həştərxan vilayətindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Həştərxan" şəhəri və vilayətinin rusca adı olan "Astraxan" (yer adı) və rusca yer adlarında istifadə olunan "-ovka" şəkilçisindən ibarət olub, "həştərxanlılar, həştərxanlıların yaşadığı yer" mənasındadır.
Çaldaş bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çaldaş dağı
Çaldaş dağı - Oğuz və Qəbələ rayonları ərazisində dağ. Baş Qafqaz silsiləsindən ayrilan qolun zirvəsidir. Hündürlüyü 3447 metrdir. Oronim çal (boz rəng) və daş (dağ, qaya) sözlərindən düzəlib, "boz qaya" mənasındadır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild. Bakı,2007. səh.129.
Çaldaş məbədi
Çaldaş məbədi - Abidə Gədəbəy rayonunun Çaldaş kəndində şəxsi həyətyanı sahədə yerləşir və Qafqaz Albaniyasının maddi irsinə aiddir. IX-XI əsrlərə aid olduğu güman edilən bu alban məbədinin dam örtüyü tamamilə dağılıb. Məbədin 1-1,5 metr hündürlüyündə divarları, altar hissəsi bu günəcən qalıb. Qədim alban mədəniyyətinin nümunəsi olan bu məbəd hazırda memarlar və alimlər tərəfindən öyrənilir. Amma bu Gədəbəydə aşkar olunan yeganə alban məbədi deyil.
Çardaş (dəqiqləşdirmə)
Çardaş - macar rəqsi. Çardaş (film, 1973) - film.
Çağdaş Atan
Çağdaş Atan (29 fevral 1980, İzmir) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir. == Karyera == === Klub karyerası === Altay 'ın infrastrukturunda ailəsinin dəstəyi ilə 8 yaşında futbola başladı. 2000-ci ildə "Marmarisspor"da peşəkarlığa yüksəlib və bu komanda ilə 3-cü Liqada çempion olub. Daha sonra köhnə komandası "Altay"a qayıdıb, 2-ci Liqada çempion olub. Daha sonra iki mövsüm Super Liqada çıxış etdi. O, Altayda oynayan zaman top oğlana şillə vurduğu üçün idman ictimaiyyəti tərəfindən tez-tez tənqid olunurdu. 2003-04 mövsümündə "Dənizlispor" da oynayan Çağdaş buradakı çıxışına görə Türkiyə milli futbol komandasına çağırılıb. 2004-05 mövsümündən əvvəl 1 milyon dollara "Beşiktaş" a transfer olunub. Beşiktaş üçün ilk liqa oyununu 12 sentyabr 2004-cü ildə Sakaryaspor ilə matçda etdi , 15 may 2005-ci ildə İstanbulspor qarşısında ilk liqa qolunu vurdu. 8 aprel 2006-cı ildə " Malatyaspor" matçında azarkeşlərlə yaşadığı hadisələrə və oyundan sonra verdiyi açıqlamalara görə "Beşiktaş" rəhbərliyi tərəfindən 100 min TL cərimə edilmiş və qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırılmışdır.
Çağdaş çoxtanrılıq
Modern paqanizm, müasir bütpərəstlik və ya neopaqanizm tarixi çoxtanrılı inanclarının, xüsusən də çağdaş Avropadan öncəki çoxtanrılı inancların davamı və ya onlardan irəli gəldiyini iddia edən müasir dini cərəyanlara verilən ümumi addır. Onların bir çox oxşaqları olsa da, çağdaş çoxtanrılı dinlər tək bir inanc, ibadət forması və ya qutsal yazı ətrafında toplaşmır. Çağdaş çoxtanrılıq tarixi təcrübə ilə çağdaş anlayış arasında sintez edilir, xristianlıq və islamdan öncəki folklor və etnoqrafik qaynaqlardan təsirlənir. Bir çoxları bu inancı tamamilə çağdaş anlayışla, bəziləri isə tarixi qaynaqlarda gördükləri kimi canlandırmaq istəyir. Ümumiyyətlə, politeizm, animizm və panteizm çoxtanrılı inancın ümumi elementləridir. Çoxtanrılı bayramlar arasında ən çox yayılmışları mövsümi festivallar və il dəyişimi. == İnanclar == Çoxtanrılı sözü bu gün də fərqli çoxtanrılı inancaları cəmləyir və başqa adlarla yeni inanclar yaradır. Çağdaş bütpərəstlər çoxlu tanrı varlığına inanır. Onlar həmçinin bir çox “aşağı səviyyəli” varlıqlara inanır. Bəziləri “uca varlığa ” inansalar da, ona insani keyfiyyətlər aid etmirlər.
PANDAS sindromu
PANDAS sindromu (ing. pediatric autoimmune neuropsychiatric disorders associa-ted with A streptococcal infections) – klassik revmatik xoreyadan fərqli olaraq aşkar psixonevroloji simptomlarla gedir, əlamətlər tez və tam reqressiyası adekvat streptokok terapiyasından sonra keçir.
Tolqa Çandar
Tolga Çandar (16 avqust 1959, Muğla ili) Türk Xalq musiqisi sənətçisidir. ODTÜ 3. sinifdə yoldaşlarıyla birlikdə qurduğu Çağdaş Türkü qrupu olaraq Bekle Beni albomunu çıxardı. Delikanlıya albomundan sonra qrup dağıldı. Tolga Çandar albomlarına davam etdi.
Qandal
Qandal — bir adamın biləklərini bir-birinə yaxın tutmaq və hərəkət qabiliyyətini maneə törətmək məqsədiylə hazırlanmış alətlərdir. Ümumiyyətlə bir zəncir ya da bar ilə bir-birinə tutdurulmuş iki oval parçadan meydana gələr. Metal xəlitəli ola biləcəyi kimi praktik plastik qandalların da istifadəsi yayılmışdır. Metal qandallar ümumiyyətlə bir açarla aça bilən kilid mexanizminə malikdir. Bəzi modellərdə dönən bir vint köməyi ilə qandal bağlanıla bilər və açıla bilər. Qandallar ümumiyyətlə polis və digər təhlükəsizlik işçilərin tərəfindən şübhəlilərin qaçmasını önləmək məqsədiylə istifadə edilər.
Qandax
Qandax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qandax kəndində milli tərkibi muğallardan ibarət 97 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Qandax kəndi Qandax İcra nümayəndəliyi və Qandax Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin ümumi sayı –1900 nəfər, Azərbaycanlılardan ibarətdir.390 evdə 541 təsərrüfat fəaliyyət göstərir.Ərazidə 1 məktəb, tibb məntəqəsi,mədəniyyət evi,kitabxana,400 abanentlik Telefon stansiyası,poçt,məsçid,fındıq təmizləmə sexi fəaliyyət göstərir.Qandax kəndindən Zaqatala şəhərinə məsafə 29 km,Bakı şəhərinə 418 km. == Din == Kənddə Qandax kənd məscidi dini icması fəaliyyət göstərir.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Çağdaş İslam fəlsəfəsi
Müasir İslam fəlsəfəsi — Müasir İslam fəlsəfəsi orta əsr İslam fəlsəfəsinin bəzi məsələlərini canlandırır. Bunlara xüsusilə elm və hüquqda mötəzilə və əşərilərin əxlaq baxışları arasındakı gərginliyi, müsəlmanların vəzifəsi və İslamın bilik sosiologiyasında və etik kodların və hüquqi kodların formalaşmasında, xüsusilə fiqh (yaxud “İslam hüququ”) və cihad (yaxud “ədalətli müharibə”) qaydaları və başqalarını örnək vermək olar. == Müasir İslam fəlsəfəsindəki önəmli şəxsiyyətlər == Fərqli regionlardan olub məşhur axınları təmsil edən fiqurlar: === Cənubi Asiya === Məhəmməd İqbal ― sosial ədalət ideallarına əsaslanan İslami oyanışa can atır və ənənəvi qaydaları təviq edirdi (məsələn, sələmçiliyə qarşı). O, qəti şəkildə iddia edirdi ki, ilk İslamda və xüsusən də Məhəmmədin özü tərəfindən dərindən rədd edilən dogma, millətçilik və açıq irqçilik müsəlmanları bir-birinə qarşı döyüşən qruplara parçalayır, materializm və nihilizmi təşviq edir. Onun düşüncələri milli şair kimi hörmət gördüyü Pakistanda azadlıq hərəkatının ortaya çıxmasında təsirli olmuşdur. Onun İslam anlayışı həmçinin dolayı yollarla Malkolm X və digər İslamın beş əsasına dayanan global etika axtarışında olan fiqurlara da təsir etmişdir.İqbalın fəlsəfi düşüncəsi əsasən yazarın 1934-cü ildə nəşr edilən "İslamda dini düşüncənin yenidən inşası" əsərində öz əksini tapmışdır.
Osman Çingiz Çandar
Osman Çingiz Çandar (1948, Ankara) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Osman Çingiz Çandar 1948-ci ildə Ankarada anadan olub. Ankara Universiteti Siyasi Elmlər Bölməsindən məzun olub. 1970-1971-ci illərdə ODTÜ İnzibati Elmlər Bölməsində beynəlxalq əlaqələr üzrə assistent vəzifəsində çalışıb. 1971-1973-cü illərdə Suriya və Livanda yaşayıb. FƏTH üzvü olub. 1976-2016-cı illərdə jurnalist olaraq çalışıb. Kitabları çap edilib, məqalələri dərc olunub. 1999-2000-ci illərdə Vaşinqtonda mütəxəssis olaraq çalışıb. İstanbul Bilgi Universitetində və İstanbul Kültür Universitetində müasir Yaxın Şərq tarixi və Yaxın Şərq siyasəti fənlərini tədris edib.
CanSat
CanSat — kosmos texnologiyalarının tədrisi üçün istifadə olunan kiçik peyk cihazlarıdır. Hazırlanmasında istifadə olunan texnologiyalar minüatürləşdirilmiş peyklərdə istifadə olunan texnologiyalar ilə oxşarlıq təşkil edir. İndiyə kimi heç bir Cansat nə yerin orbitinə çıxarılıb, nə də ki atmosferdən kənara çıxıb. Cansat yarışmalarında yükün (Cansat) həcminin standart soda dəmir qabının həcmində və çəkisinin 350 qramdan az olması tələb olunur. Cansatın antenaları xaricə quraşdırıla bilər, amma şərtlərə əsasən Cansat əsas roketdən ayrılmayana kimi ümumi diametr limiti (66mm) aşıla bilməz. Belə ki, antenalar yalnız ayrılışdan sonra açıla bilər. Cansatlar müəyyən hündürlüyə kimi kiçik roketlərlə çıxarılır. Hündürlük yarışmaların şərtinə əsasən dəyişik olur. Cansatlara çox zaman əlavə olaraq onun buraxılışdan sonra yerə qayıdan zaman zərbə almasını azaltmaq üçün paraşüt də quraşdırılır ki bu həm də Cansatı yenidən istifadə etmək imkanı verir. Cansatların kiçik ölçüsü və nisbi ucuzluğu imkan verir bu texnologiyadan kosmos sahəsinin tədrisi üçün istifadə edilsin.
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Canbaz
Canbaz — Goranboy rayonu ərazisində dağ. Kürək və Buzluq çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1896 m. Farsca canbaz "oyunbaz, kəndirbaz; at minicisi, at dəllalı" deməkdir.
Canidae
İtlər (lat. Canidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Canqar
Canqar — Qərbi monqolların dastanı. == Dastan haqqında == XIII—XIV əsrlərə aid edilən bu dastan dünya folklorunun ən böyük əsərlərindən biridir. == Xarici keçidlər == «Джангар» на калмыцком языке на форуме «Свободная Калмыкия» «Джангар» на русском языке на сайте «Бумбин Орн» Arxivləşdirilib 2018-10-29 at the Wayback Machine Mongolian Epic Identity: Formulaic Approach to Janggar Epic Singing Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine «Джангар» — наш идеал! «Бумба» — наше будущее?
Cardam
Cardam — Azərbaycan Respublikasının Ağdaş rayonunun Cardam kənd inzibati ərazi dairəsində kənd. Kənd əhalisi 1340 nəfərdir (2009). == Tarixi == Şirvan düzündədir. Yerli əhalinin məlumatına görə, kəndi Zaqatala rayonunun Car kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oykonim "Carlıların evi" deməkdir.
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Mandat
Mandat — hər hansı bir şəxsin, təşkilatın, dövlətin səlahiyyətlərini bildirən sənəd.
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
Xandan
Xandan — Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xandan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yerli əhali arasında Seyid Xəndan adı ilə tanınır. Qəsəbə vaxtilə mövcud olmuş Seyid Xəndan obası adlı yaşayış məntəqəsi əsasında yarandığına görə həmin obanın ixtisar olunmuş adını daşıyır. Fars. xəndan "gülən, şad" deməkdir.
Xaçdaş
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər. D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur. Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir. == Nəzəriyyənin elan edilməsi və qəbulu == 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər. 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər.
Yaddaş
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır. Psixologiyada yaddaş — insanın məlumatları qəbul etməsi, saxlaması və sonradan geri çağırması prosesini öyrənən bir sahədir. Yaddaş insanın gündəlik həyatında mühüm rol oynayır, çünki onun vasitəsilə öyrənmə baş verir və keçmiş təcrübələr əsasında gələcəkdə qərarlar qəbul olunur. == Yaddaşın növləri == Sensor yaddaş (ing. Sensory Memory) — bu yaddaş növü qısamüddətlidir və hisslərin qavradığı məlumatları çox qısa bir müddət ərzində saxlayır. Məsələn, bir görüntü gözünüzün qabağında bir neçə saniyə qalsa da, yaddaş tez itir. Qısamüddətli yaddaş (ing. Short-term Memory) — bu yaddaş növü qısamüddətlidir və məlumatları təxminən 20-30 saniyə ərzində saxlayır. Əgər bu məlumat təkrar olunmazsa, unudula bilər.
Azərbaycan tarixinin çağdaş problemləri (kitab)
Kaldas
Kaldas (isp. Caldas) — Kolumbiyanın 32 departamentindən biri, departamentin adı kolumbiyalı vətənpərvər Fransisko Xose de Kaldasın adına nəzərən adlandırılmışdır. İnzibati mərkəzi - Manisales şəhəridir.
Kanzas
Kanzas (ing. Kansas) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Topeka şəhəridir.
Çardaq
Çardaq — tavan ilə dam arasında yerləşən boşluq. Çardaqlar əsasən həyət evlərində olur. Evin çardaq hissəsinin otaq kimi istifadə edilməsidə mümkündür. Çardaqlar adətən evdə olan əlavə əşyaların saxlanıldığı və toz ilə əhatə olunmuş bir məkan konseptini xatırladır. Kənd yerlərində çardaqlarda ərzaq və süd məhsullarının sərin formada saxlanılmasında istifadə edilir.