Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anar Cavadzadə
Cahanbaxş Cavadzadə
Cahanbaxş Cavadzadə — (Tam adı:Cahanbaxş Salman oğlu Cavadzadə; d.22 mart 1902, Azərbaycan, Yelizavetpol (indiki Gəncə) — ö.6 fevral 1972, Gəncə) — yazıçı, tərcüməçi, nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Cahanbaxş Salman oğlu Cavadzadə 1902-ci ildə mart ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. 7 yaşında mollaxanada ibtidai təhsil almışdır. 1911–13-cü illərdə ikisinifli rus-tatar məktəbində oxumuşdur. 1914-cü ildə Gəncə ruahni seminariyasına daxil olmuş, 1917-ci ildə Fevral inqilabi ərəfəsində seminariya bağlandıqdan sonra təhsili yarımçıq qalmış, 1918-ci ildə təhsil almaq üçün Konstantinopolşəhərinə getmiş, 1919-cu ilin martın 21-də vətənə qayıtmış burada üçaylıq pedaqoji kursda təhsil alıb ibtidai məktəbin təcrübəçi müəllimi olmuşdur. 1920-ci ildə may-iyun aylarında Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vrangel cəbhəsinə göndərilmiş, sonralar Azərbaycan atıcı polkunda müəllim olmuşdur. Azərbaycan diviziyası ilə Cənubi Azərbaycanın şimal əyalətlərinə, Gilana — Kiçik xanın yaratdığı respublikaya göndərilən yazıçı 1921-ci ilin iyul ayınadək İranda (Ənzəli, Rəşt) qalmış, 1921-ci ilin avqustundan tərxis olunub Gəncəyə göndərilmişdir. 1921–25-ci illərdə Çobanabdallı kənd ibtidai məktəbinə müəllim və müdi təyin edilmiş, 1925–29-cu illərdə isə Gəncədə müxtəlif məktəb və texnikomlarda işləmişdir. 1929-cu ildə Moskva Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, yazıçı 1933–43-cü illərdə Bakıd yaşamışdır. O, burada Baş Mətbuat idarəsində redaktor, Azərnəşrdə tərcüməçi redaktor, müharibə dövründə isə Azərbaycan Radio Komitəsinin Cənubi Azərbaycan şöbəsində redaktor, F.Axundov adına Pedaqoji İnstitutunda müəllim vəzifələrində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda Qərbi Avropa ədəbiyyatı tarixindən mühazirələr deyən C.Cahanbaxş eyni zamanda 1943–50-ci illər "Kirovabad fəhləsi" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri işləmişdir.
Calal Calalzadə
Famil Camalzadə
Mirməmməd Cavadzadə
Cavadzadə Mirməmməd Cavad oğlu (18 may 1927, Lənkəran, Lənkəran qəzası – 7 avqust 2008, Bakı) — Görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru. SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi. Mirməmməd Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1943-cü ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbini, 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1951-ci ildə II Moskva Tibb İnstitutundakı urologiya kafedrası aspiranturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmaqla, Krım Vilayətinin baş uroloqu işləmişdir. 1962-ci ildə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adı almışdır. 1963-cü ildə Bakıya dəvət olunmuş və müsabiqə yolu ilə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilmişdir. Doğma Azərbaycana qayıtdıqdan sonra o, yüksək səviyyəli elmi-klinik müəssisə yaratmış və bununla da müasir klinika məktəbinin və urologiya elmində yeni istiqamətin təməlini qoymuşdur.
Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə (30 iyul 1982, Bakı) — Əslən azərbaycanlı olan Türkiyəli serial və kino aktrisası. 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə getmişdir. Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. 2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynadı. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak etdi. Daha sonra "Kiçik Ağa" adlı serialda rol aldı. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görüldü. Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.
Nəzrin Cavadzadə
Nəsrin Cavadzadə (30 iyul 1982, Bakı) — Əslən azərbaycanlı olan Türkiyəli serial və kino aktrisası. 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə getmişdir. Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. 2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynadı. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak etdi. Daha sonra "Kiçik Ağa" adlı serialda rol aldı. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görüldü. Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.
Samir Cavadzadə
Samir Cavadzadə (16 aprel 1980, Bakı) — azərbaycanlı müğənni. "Şeron" qrupunun keçmiş üzvü, 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə təmsil etmişdir. Həmin müsabiqədə Elnur və Samir dueti 8-ci yeri tutmuşdu. Samir Cavazadə 16 aprel, 1980 ilində Bakıda anadan olmuşdur. Uşaqlıqdan etibarən oxumağa başlamışdır. 1992-ci ildə № 9 musiqi məktəbində təhsil almağa başlamışdır. Azərbaycan xalq musiqisinin ifaçısı, xanəndə sayılır. 1997-ci ildə Biznes Universitetinə "Xarici əlaqələr" fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra 5 il muğam kurslarında oxuyur. 1 il hərbi xidmətdən sonra Vaqif Gərayzadənin "Şeron" qrupunun üzvünə çevrilir.
Vüqar Camalzadə
Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015). Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda doğulub. Ailəlidir 2 övladı var.3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli sinfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər. Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Şahin Cavadzadə
Şaiq Cavadzadə
Əli Cavadzadə
Əli Tudə (31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — şair, yazıçı, siyasi mühacir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü. Azərbaycan Demokrat Firqəsinin üzvü, Azərbaycan Milli Hökuməti dövründə, Maarif Nazirliyində tədris şöbəsinin müdiri, Təbrizdə Milli filarmoniyanın yaradıcısı, ilk və son müdiri olub. "21 Azər" medalı, Əmək veteranı medalı ilə təltif olunub, Əməkdar incəsənət xadimi adına layiq görülüb. Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Atası Qulu neft mədənində fəhləlik edib daha sonra isə buruq ustası vəzifəsinədək yüksəlib. Əli 1 yaşında olarkən atası, 5 yaşında olarkən isə anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb. 150 saylı orta məktəbdə oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib.1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib. 1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib Təhsili yarımçıq qalıb.
Seyid Məhəmmədəli Camalzadə
Seyid Məhəmmədəli Şeyx Cəmaləddin oğlu Camalzadə (13 yanvar 1892, İsfahan – 8 noyabr 1997, Cenevrə) — İran yazıçısı və tarixçisi. Seyid Məhəmmədəli Camalzadə 1892-ci ildə İsfahanda doğulmuşdu. Atası Seyid Cəmaləddin Vaiz İsfahani Məşrutə hərəkatının tanınmış simalarından idi. 1910-cu ildə Livan fransız Antur kollecini bitirmişdi. Misirdən keçərək Parisə getmişdi. İran səfiri onun Parisə gəlməsini istəməyərək Lozannaya getməsini xahiş etdi. Gənc yazıçı burda Jozefina ilə tanış olmuşdu. İran səfiri onu yenidən yanına çağırıb, məhəbbət macərasına son qoyub, işlə məşğul olmasını tövsiyə etdi. Sonra Lozannanı tərk edib, Lion, Bordo və Dijon şəhərlərinin birində yaşamağı seçməsini tələb etdi. Məhəmmədəli Camalzadə Jozefinanın Dijonda olduğunu bilib, oranı seçdi.