Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cabbar
Cabbar — Azərbaycanlı kişi adı.
İohann Qlauber
İohann Qlauber (alm. Johann Rudolph Glauber‎; 1604, Karlşdadt - 1670, Amsterdam) - alman əlkimyaçısı, kimyaçısı, əzcaçısı və həkimi. İohann Qlauber Aşağı Frankoniya tarixi əyalətinin ( Almaniya) Karlşdadt şəhərində bərbər ailəsində anadan olmuşdur. Onun həyatı haqda 1644-cü ilə qədər heç bir məlumat yoxdur. Universitetdə oxumağa imkanı olmadığından o özü sərbəst şəkildə elmi öyrənmiş, cavanlığında güzgülər düzəltmiş və aptekdə əzcaçı işləmişdir. 1644-cü ildə o Gissendə kral sarayında həkim kimi çalışmış, 1645-ci ildə Bonna, 1648-ci ildə isə Amsterdama yollanmışdır. 1651-ci ildə özünə Kitsinqendə ev almış Qlauber burada şəxsi laboratoriyasını quraraq mineral gübrələr üzərində öz təcrübəsini aparmışdır. Qlauber duz və turşuların quruluşu və tərkibini ətraflı şəkildə öyrənmiş, qeyri üzvi maddələrin əldə edilməsinin bir sıra üsullarının işlənib hazırlanmasına dair öz töhfəsini vermişdir. Tibbi məmulat kimi istifadə üçün bir sıra duzları ayırmışdır. O, 1648-ci ildə şora ilə sulfat turşusunun qarışığının distillə edilməsindən təmiz nitrat turşusunu, xörək duzu ilə sulfat turşusunun birlikdə qızdırılması nəticəsində Qlauber duzu adlanan - təmiz xlorid turşusu və natrium sulfatı əldə etmişdir.
Andropogon glaber
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Aşıq Cabbar
Aşıq Cabbar (20 avqust 1950, Ağbulaq, Laçın rayonu) — aşıq, Laçın rayonunun "İşıqlı" aşıqlar ansamblının bədii rəhbəri, 1977-ci ildə Tacikistanda keçirilmiş zəhmətkeşlərin I Ümumittifaq yaradıcılıq festivalının laureatı. == Həyatı == Aşıq Cabbar 20 avqust 1950-ci ildə Laçın rayonun Ağbulaq kəndində anadan olub. 1969-1974-cü illərdə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil alıb.
Cabbar (Maku)
Cabbar — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 8 km cənub-şərqdədir.
Cabbar Abdullayev
Cabbar Yolçu oğlu Abdullayev (16 mart 1936, Arış, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycann pedaqoqu, Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi. == Həyatı == Cabbar Abdullayev 16 mart 1936-cı ildə Azərbaycan Respublikasının Qaryagin rayonunun (indiki Füzuli rayonu) Arış kəndində anadan olmuşdur. 1953-cü ildə Füzuli rayonunun Qarğabazar kənd orta məktəbini bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) daxil olmuşdur. 1960-cı ildə həmin institutun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1960- 1965-ci illər Zəngilan rayonunda fizika-riyaziyyat müəllimi kimi çalışmışdır. 1965-1972-ci illərdə Jdanov (indiki Beyləqan) şəhər 1 saylı orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. 1992-ci ildə Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. 1992-1993-cü illərdə Qarabağ döyüşlərində fəal iştirak etmişdir. 1993-cü ildə Füzuli şəhər sovetinin sədri vəzifəsində işləmişdir.
Cabbar Bağçaban
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Cabbar Dadaşev
Cabbar Oğuz (tam adı:Cabbar Şaban oğlu Dadaşev) — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Oğuz 4 noyabr 1949-cu ildə Oğuz rayonunda Bucaq kəndində müəllim ailəsində doğulmuşdur. 1967-ci ildə kamal atestatı alaraq Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbinə daxil olaraq çilingər peşəsinə yiyələnmişdi. 1968-ci ildə Bakı şəhəri "Təcrübəli-eksperiment kombinat"da ilk əmək fəaliyyətinə başlamışdı. 1969–1971-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunaraq, həmin kombinatda işləməklə yanaşı (gecə növbəində) 1975–1980-ci illərdə V. İ. Lenin adına A. R. İ-nun ÜTF fakültəsinin "Rəsm, rəsmxət və əmək şöbəsi"nin bitirmişdi. 1980–1983-cü illərdə həmin institutda tədris-ustası vəzifəsində işləməklə yanaşı saathesabı dərs aparmışdı. 1983-cü ildən "Respublika Tədris metodik mərkəzində" baş-metodist vəzifəsində çalışır. 1988-ci ildən SSRİ və Azərbaycan Respublikası Ressamlar İttifaqının üzvüdir. Ölkəmizdə və xarıci ölkə sərgilərində iştirak. Yüzlərlə əsərlərin müəllifi.
Cabbar Faiqov
Cabbar Hacıyev
Hacıyev Cabbar Niyətulla oğlu — tibb elmləri doktoru, professor. == Həyatı == 1950-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində, sonra Bakıda Tibb Universitetində Lenin təqaüdü ilə oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975-ci ildən Azərbaycan Cərrahlar Cəmiyyətinin,1998-ci ildən Avroasiya Qastroenteroloji Cəmiyyətin üzvüdür. 1982-ci ildən gənclərin Ümumittifaq Elmi-Texmiki Yaradıcılıq müsabiqəsinin laureatı olmuş, 2002-ci ildə XXI əsrin tanınmış həkimi, 2003-cü ildə isə XXI əısrin tanınmış alimi Beynəlxalq diplomlarına layiq görülmüşdür. Rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. 250-dən çox elmi əsərin, 9 ixtira və patentin,1 monoqrafiyanın, 2 dərsliyin müəllifidir. Dalağın zədələnmələrində 5 üzvqoruyucu əməlyyatların (Hacıyev əməliyyatı) və iki tikiş növünün (Hacıyev – Abasov tikişləri) müəllifidir (Azərb. Səhiyyə Nazirliyinin saytından). Cərrahlıqda "Reqenerasiyanın limfoid tənzimi" adlı yeni elmi istiqamətin əsasını qoyanlardan biridir.
Cabbar Həşimov
Cabbar Məcnunbəyov
Cabbar Məcnunbəyov (20 iyun 1912 – 1 fevral 1967) — Azərbaycan yazıçısı, dramaturq. == Həyatı == "Vətən yolunda" qəzetinin redaksiyasında “Gənc bolşevik”i işləmişdir.
Cabbar Məhəmmədzadə
Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937). Ermənistan Cümhuriyyəti Parlamentinin I çağırış deputatı olmuşdur. Mirzə Abbas Məhəmmədzadənin oğlu, Cəlal Məmmədovun atasıdır. == Həyatı == Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlmişdir. Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-müsəlman məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs demişdir. Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.
Cabbar Nəcəfov
Nəcəfov Cabbar Sərdar oğlu (11 aprel 1971, Naxçıvan) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müdiri, dosent, aqrar elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == 1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1992-cu ildə Ukrayna Respublikasında Kirovoqrad Kənd Təsərrüffatı Maşınqayırma İnstitutunun Kənd Təsərrüffatı Maşınları fakültəsini mühəndis-mexanik ixtisası ilə bitirmişdir. == Peşə və elmi fəaliyyəti == 1992-ci ildə Babək rayon 2 saylı üzüm emalı zavodunda baş mühəndis vəzifəsində işə başlamışdır. 1993-1996-cı illərdə hərbi xidmətdə olmuş, Qarabağ müharibəsi veteranıdır. 1998-ci ildən - 2003-cü ilədək Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin Naxçıvan Fililialında aparıcı mütəxəssis və fond mühafizəçisi vəzifəsində çalışmışdır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2023-cü ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müdiridir. 2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna qiyabi aspirant kimi daxil olmuş və 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Naxçıvan Muxtar Respublikasının az yayılmış qiymətli üzüm sortlarının təsərrüfat-texnoloji və biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda" fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək, 13 aprel 2010-cu ildə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən, ictimai əsaslarla xaricdən gətirilmiş calaq əkin materialı ilə salınmış üzüm bağlarına Naxçıvan Bölgəsi üzrə nəzarət komissiyasının sədri təyin olunmuşdur.
Elephantopus glaber
Pseudelephantopus (lat. Pseudelephantopus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Pseudelephantopus spicatus (B.Juss. ex Aubl.) Rohr ex C.F.Baker == Sinonim == Cins Növ Ageratum dubium Blanco Ageratum quadriflorum Blanco Distreptus spicatus (B.Juss. ex Aubl.) Cass.
Geropogon glaber
Geropogon (lat. Geropogon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Geropogon hybridus (L.) Sch.Bip. Sinonim Tragopogon hybridus L. Tragopogon glaber (L.) Hill Tragopogon glaber (L.) DC. Geropogon australe Spreng. Geropogon glabrum L. Geropogon hirsutum L. Geropogon hirsutus L. Geropogon australis Spreng.
Lotus glaber
Lotus glaber (lat. Lotus glaber) — paxlakimilər fəsiləsinin lotus cinsinə aid bitki növü.
Rubus glaber
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Senecio glaber
Senecio glaber (lat. Senecio glaber) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tragopogon glaber
Geropogon (lat. Geropogon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Geropogon hybridus (L.) Sch.Bip. Sinonim Tragopogon hybridus L. Tragopogon glaber (L.) Hill Tragopogon glaber (L.) DC. Geropogon australe Spreng. Geropogon glabrum L. Geropogon hirsutum L. Geropogon hirsutus L. Geropogon australis Spreng.
Əminə Cabbar
Əminə Ayyar qızı Cabbar (krımtat. Emine Ayar qızı Ceppar) və ya Əminə Ayyarovna Cabbarova (ukr. Еміне Айярівна Джапа́рова; 5 may 1983, Krasnodar) — Krım tatarı mənşəli Ukrayna siyasi və dövlət xadimi, jurnalisti, Ukrayna Xarici İşlər nazirinin birinci müavini. Əminə Ayyar qızı Cabbar 5 may 1983-cü ildə SSRİ-nin bir hissəsi olan RSFSR-nin Krasnodar şəhərində bir Krım tatarı ailəsində anadan olmuşdur. O, orta təhsilini Krımda almışdır. Cabbar 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər ixtisasına daxil olmuşdur. O, ABŞ Dövlət Departamentində və Ukrayna Ali Radasında təcrübə keçmişdir. Cabbar 2006-cı ildə beynəlxalq politoloq və ingilis dilindən tərcüməçi diplomlarını fərqlənmə diplomu ilə almışdır. Cabbar 2005-ci ildə ABŞ Dövlət Departamentinin "Beynəlxalq Ziyarətçi Liderlik Proqramı" və "Gənclər üçün Alternativ" proqramlarında iştirak etmişdir. O, həmin il Ali Rada sədrinin birinci müavini Katibliyində keçirilən "Gənclər Alternativi" təcrübəsində iştirak etmişdir.
Carthamus glaber
Boyaq ulaxqanqalı (lat. Carthamus tinctorius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ulaxqanqalı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Calcitrapa tinctoria (L.) Röhl. Carduus tinctorius (L.) Falk Centaurea carthamus E.H.L.Krause === Heterotipik sinonimləri === Carthamus glaber Burm.f. Carthamus tinctorius var. spinosus Kitam.
Lagopus glaber
Trifolium rubens (lat. Trifolium rubens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Siphonanthus glaber
Volkameria glabra (lat. Volkameria glabra) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin volkameria cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Clerodendrum glabrum E.Mey.
Cabbar Oğuz
Cabbar Oğuz (tam adı:Cabbar Şaban oğlu Dadaşev) — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Oğuz 4 noyabr 1949-cu ildə Oğuz rayonunda Bucaq kəndində müəllim ailəsində doğulmuşdur. 1967-ci ildə kamal atestatı alaraq Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbinə daxil olaraq çilingər peşəsinə yiyələnmişdi. 1968-ci ildə Bakı şəhəri "Təcrübəli-eksperiment kombinat"da ilk əmək fəaliyyətinə başlamışdı. 1969–1971-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunaraq, həmin kombinatda işləməklə yanaşı (gecə növbəində) 1975–1980-ci illərdə V. İ. Lenin adına A. R. İ-nun ÜTF fakültəsinin "Rəsm, rəsmxət və əmək şöbəsi"nin bitirmişdi. 1980–1983-cü illərdə həmin institutda tədris-ustası vəzifəsində işləməklə yanaşı saathesabı dərs aparmışdı. 1983-cü ildən "Respublika Tədris metodik mərkəzində" baş-metodist vəzifəsində çalışır. 1988-ci ildən SSRİ və Azərbaycan Respublikası Ressamlar İttifaqının üzvüdir. Ölkəmizdə və xarıci ölkə sərgilərində iştirak. Yüzlərlə əsərlərin müəllifi.
Abbər
Abbər (yerli xalqın dilində Obar) — İranın Zəncan ostanında şəhər,Tarım şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,918 nəfər və 1,358 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Tarım kəndistanında, Sirdan qəsəbəsindən 54 km şimal-qərbdədir.