Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Computer
Kompüter (əvvəlki yazılışı: kompüter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
NeXT Computer
1976-cı ildə CobsVoznyak və Ronald Ueyn Apple şirkətini təsis etdilər. Cobs uzun illərin dostu olduğu Voznyaka kompüterlərin yığımı və satışına cəlb edə bildi. Şirkət genişləndikcə dostlar təcrübəli menecerlər axtarmağa başladılar. 1977-ci ildə Cobs və Voznyak, Apple II-ni bazara təqdim etdilər, o zamanlar Apple II ev bazarında əhəmiyyətli bir yer əldə etmişdi və Applenin kompüter bazarındakı yerini sağlamlaşdırdı. 1980-ci ilin dekabrında Apple Computer xalqa açıldı. Eyni il Apple Computer Apple III-ü bazara çıxardı, lakin bu model bir əvvəlki modelin yerini ala bilmədi. 1978-ci ildə Apple Maykl Skottu National Semiconductordan öz şirkətlərinə baş direktor kimi cəlb edə bildilər. 1983-cü ildə Cobs, Pepsi-Cola şirkətindən Con Skallini Apple şirkətinə rəhbər dəvət edərək demişdi: "Ömrünün sonuna qədər yalnız şəkərli su satmaq istəyirsiz yoxsa mənimlə birlikdə dünyanı dəyişəcəksiz?". O dövrdə Apple prezidenti Maykl Markkula vəzifəsindən getmək istədi. O hesab edirdi ki, Cobsun yeni modellər üçün şəxsi intizamı və enerjisi çatmır.
OK Computer
OK Computer — İngiltərə rok qrupu Radiohead-in 16 iyun 1997-ci ildə işıq üzü görən üçüncü studiya albomu. Radiohead-in növbəti albomlarının da istehsalında iştirak edən Naygel Qodrix tərəfindən prodüserliyi edilən albom EMI-nin törəmə şirkətləri Parlophone və Capitol Records tərəfindən yayımlanıb. "Lucky" (1995) istisna olmaqla, albomun digər mahnıları 1996 və 1997-ci illərdə Oksfordşir və Batda yazılıb. Əvvəlki albomları "The Bends"-in gitara əsaslı, introspektiv üslubundan uzaqlaşaraq mücərrəd mövzulara və çox qatlı səslərə yönələn qrup bu albomla sonrakı eksperimental əsərləri üçün də əsas yaratdı. Albomun marketinqinin çətin olduğunu düşünən EMİ-nin aşağı satış gözləntilərinə baxmayaraq, OK Computer "UK Albums Chart"-da zirvəyə çatdı və "Billboard 200" siyahısında 21-ci sıradan daxil oldu. Albomda olan " Paranoid Android ", "Karma Police", "Lucky", "No Surprises" və "Airbag" mahnıları daha sonra sinql olaraq yayımlandı. Radiohead’nin beynəlxalq səviyyədə tanınmasına töhfə verən albomun dünyada ən az 7.8 milyon nüsxəsi satılıb. 22 iyun 2017-ci ildə albomun iyirminci ildönümü üçün albomun içərisində əlavə mahnıların da yer aldığı OK Computer OKNOTOK 1997 2017 adlı yenilənmiş versiyası çıxdı. OK Computer dinləyicilər, tənqidçilər və musiqiçilər tərəfindən bütün dövrlərin ən yaxşı albomlarından biri hesab olunur. Albom 1998 Qremmi Mükafatında "İlin Albomu"na namizəd oldu və Ən Yaxşı Alternativ Musiqi Albomu Mükafatını qazandı .
Personal computer
Fərdi kompüter, ingiliscə qısaltması ilə PC — ölçüsü, imkanları və qiyməti onu fərdi istifadə üçün mümkün edən çoxməqsədli mikrokompüter. Fərdi kompüter bir şəxsin istifadəsi üçün nəzərdə tutulmuş kompüterə deyilir. Fərdi kompüterlərin kompüter mütəxəssisi və ya texniki mütəxəssis tərəfindən deyil, birbaşa son istifadəçi tərəfindən idarə edilməsi nəzərdə tutulur. Böyük, bahalı minikompüterlərdən və meynfreymlərdən fərqli olaraq, eyni vaxtda bir çox insan üçün zamanın bölünməsi fərdi kompüterlərdə istifadə edilmir. İlk növbədə 1970-ci illərin sonu və 1980-ci illərdə "ev kompüteri" termini də istifadə edilmişdir. Fərdi kompüterlərin meydana gəlməsi və eyni zamanda Rəqəmsal İnqilab bütün ölkələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir etdi. 1960-cı illərdə institusional və ya korporativ kompüter sahibləri maşınlarla istənilən faydalı işi görmək üçün öz proqramlarını yazmalı olurdular. Fərdi kompüter istifadəçiləri öz proqramlarını inkişaf etdirə bilsələr də, adətən bu sistemlər kommersiya proqram təminatını, əksər hallarda mülkiyyətə aid olan havayı proqram təminatını (freeware), "çalışmağa hazır" və ya binar formatında təmin edilən pulsuz və açıq mənbəli proqram təminatını çalışdırır. Fərdi kompüterlər üçün proqram təminatı adətən aparat və ya əməliyyat sistemi istehsalçıları tərəfindən müstəqil olaraq hazırlanır. Son istifadəçi proqramlaşdırmasının hələ də mümkün olmasına baxmayaraq, əksər fərdi kompüter istifadəçiləri artıq öz proqramlarını yazmağa ehtiyac duymurlar.
Bleeping Computer
Bleeping Computer — 2004-cü ildə Laurens Abrams tərəfindən yaradılmış, forumlar vasitəsilə texnologiya xəbərlərini əhatə edən və pulsuz kompüter yardımı təklif edən veb-sayt. O, əsasən kibertəhlükəsizliklə bağlı xəbərlər dərc edir, eyni zamanda kompüter proqram təminatı, kompüter avadanlığı, əməliyyat sistemi və ümumi texnologiya daxil olmaqla digər mövzuları da əhatə edir. 2018-ci ildə Bleeping Computer, təqdim etdiyi ransomware məlumatı və şifrənin açılması alətləri üçün Europol NoMoreRansom layihəsinə ortaq tərəfdaş kimi əlavə edildi.
Computer Games Magazine
"Computer Games Magazine" — 1988–2007-ci illərdə nəşr olunan ABŞ videooyun jurnalı. 2000-ci ilə qədər jurnal "Computer Games Strategy Plus" kimi tanınırdı və Birləşmiş Krallıqda "Games International" adı ilə təsis edilmişdir. Jurnal geniş çeşiddə oyun platformalarını və janrlarını əhatə edirdi, lakin jurnalın əsas diqqəti strategiya oyunları idi. Jurnal videooyunlar üzrə ən uzunmüddətli dövri nəşrlərdən biridir. == Başqa ölkələrdə == "Computer Games Magazine " jurnalının Yunanıstan versiyası 2000-ci ilin iyunundan iyun 2008-ci ilə qədər nəşr edilmişdir. Jurnalın cəmi 92 nömrəsi çap olunmuşdur. Jurnalın Meksika versiyası çap olunurdu. == İstinadlar == == Ədəbiyyat == Harrison Gish. Computer Games Magazine // Encyclopedia of Video Games . 1 (сборник).
Computer Gaming World
"Computer Gaming World" — ABŞ videooyun jurnalı. 1981–2006-cı illərdə nəşr olunmuş jurnal sadəcə videooyunlar və geyminq sənayesinə həsr olunmuş ilk jurnallardan biridir. == Tarixi == "Computer Gaming World" 1981-ci ildə cənubi baptistlərin keçmiş keşiş Rassell Sayp tərəfindən təsis edilmişdir. O, "Strategic Simulations" tərəfindən istehsal olunmuş "Computer Air Combat" videooyununu oynayarkən qarşılaşdığı çətinlikləri düşünərək videooyunlar haqqında jurnal ideyasını əldə etmişdir. Sayp həmin ilin iyununda "Golden Empire Publications Inc." şirkətini təsis etmiş və noyabrda "Computer Gaming World" jurnalının ilk nömrəsi buraxılmışdır. 1991-ci ildən jurnalın həcmi xeyli artmış, 1992-ci ilin noyabrında nəşr olunan 100 illik yubiley nömrəsində 196 səhifəyə çatmışdır. Elə həmin il Conni Vilson yeni baş redaktor olmuşdur. Sayp 1993-cü ildə jurnalı "Ziff Davis" şirkətinə satmışdır. 1997-ci ilin dekabrında jurnalın həcmi 500 səhifəyə çatmışdır. 1999-cu ildə Vilson baş redaktor vəzifəsini tərk etmiş və onun yerinə Corc Cons gəlmişdir.
Computer Usage Company
Computer Usage Company Kompüter istifadəçi şirkəti (1955–1986), bəzən Computer Usage Corporation adlanan kompüter proqramı bazarının ilk müstəqil şirkəti idi. == Tarixi == 28 mart 1955-ci ildə Con Şeldon (John W. Sheldon) və Elmer Kyubi (Elmer C. Kubie) proqram təminatının hazırlanması ilə məşğul olan Computer Usage Company (CUC) adlı ilk şirkəti yaratmışlar. Maraqlıdır ki, şirkətin ilk dörd proqramçısı qadın idi. Şirkət 31 il fəaliyyət göstərdikdən sonra – 1986-cı ildə iflasa uğradığını elan etmişdir. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
High Tech Computer
High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı və satışını həyata keçirən Tayvan şirkəti. 1997-ci il mayın 15-də təsis edilmişdir. Dünyanın ən qabaqcıl markalarındandır. Fəaliyyətinin ilk dövründə şirkət personal cib kompyuterlərinin (Pocket PC) istehsalı ilə məşğul olmuş, nəticədə prioritet istiqamət olaraq aktiv inkişaf prosesində olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ildən etibarən HTC öz markası ilə istehsalı ikinci plana keçirərək telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermək qərarına gəlmişdir. Operatorlar bu telefonlara loqotiplərini yerləşdirərək öz brendləri altında satırlar. O zaman bu istiqamətin seçilməsinin şirkət üçün uğurlu olduğu hesab edilirdi. İlk belə müqaviləni HTC 2001-ci ildə bağlamış və bu şəkildə əməkdaşlıq etdiyi şirkətlərin sayı artmaqdadır. Şirkətlə əməkdaşlıq edənlər arasında T-Mobile, Orange, O2, Vodafone və s. iri mobil operatorlar var.
IBM-compatible computer
Sony Computer Entertainment
Sony Interactive Entertainment — videooyun sənayesinin müxtəlif sahələrində ixtisaslaşmış böyük bir videooyun şirkətidir. Şirkət 1993-cü il noyabrın 16-da Yaponiyanın paytaxtı Tokioda qurulub. Əvvəllər orijinal PlayStation videooyun sisteminin istehsalı ilə məşğul idi.
Computer Emergency Response Team
CERT — kompüter təhlükəsizliyi hadisələrini idarə edən ekspert qrupudur. == Tarixi == CERT/CC əlaqələndirmə mərkəzi Karnegi-Mellon Universitetinin Proqram Mühəndisliyi İnstitutunda (PMİ) 1988-ci ildə yaradılmışdı. CERT/CC PMİ-də işlənən Networked Systems Survivability (NSS) proqramının bir hissəsidir. == Məqsədi == Bu proqramın əsas məqsədi müvafiq texnologiyaların və sistemin idarə edilməsi metodlarının qurulmasını elə şəkildə təmin etməkdir ki, hücumların maksimal səmərəli qarşısı alınsın, ziyan minimumlaşdırılsın və hətta hücumların həyata keçirilməsi uğurlu halında da sistemin fasiləsiz işi təmin edilsin. == Vəzifəsi == CERT/CC əlaqələndirmə mərkəzinin vəzifələri aşağıdakı məsələlərin həll edilməsidir: CERT/CC laboratoriyalarında (tədqiqat) proqram və aparat təminatının aşkarlanmış boşluqları haqqında istifadəçiləri məlumatlandırmaq üçün veb-serverdə (http://www.cert.org), ftp-serverdə (ftp://ftp.cert.org/pub/cert_advisories), Usenet telekonfransında (comp.security.announce) və göndəriş siyahılarında boşluqların təsviri və onların aradan qaldırılması üsulları – Advisories nəşr olunur. Təhlükəsizlik problemləri və onların həlli haqqında istehsalçı firmalardan alınmış məlumatlar xüsusi informasiya bülletenlərində (Vendor-Initiated Bulletins) nəşr olunur, onlar da Advisories kimi həmin kanallarla yayılır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Computer and Video Games
"Computer and Video Games" (CVG) — Birləşmiş Krallıq videooyun jurnalı. Jurnal 1981-ci ilin noyabrından 2004-cü ilin oktyabrına qədər nəşr olunmuşdur. "Computer and Video Games" 1980-ci illərin əvvəllərində jurnal ev videooyunları üçün artan bazarı işıqlandıran ilk jurnallardan olmuşdur. Jurnalın internet saytı 1999-cu ildə açılmış və 2015-ci ilin fevralında bağlanmışdır. == Golden Joystick Awards == Jurnal videooyunlar sahəsində nüfuzlu mükafat olan illik "Golden Joystick Awards"ın əsas təşkilatçısı olmuşdur.
European Computer Trade Show
Composer
Composer — PHP proqramlaşdırma dili üçün yaradılmış çox platformlu (cross-platform) paket idarəetmə sistemi. PHP tətbiqləri və tətbiq içərisində istifadə olunan kitabxanalar üçün asılılıq idarəetməsini (dependency management) təmin edir. Nils Adermann və Jordi Boggiano tərəfindən hazırlanıb və ilk versiyası 1 mart 2012 tarixində yayımlanıb. Composer yaradılan zaman Node.js-in "npm" ve Ruby-nin "bundler" sistemlərindən yararlanıb. Composer komanda sətrindən işə salınır və tətbiqlə əlaqəli kitabxanaları tətbiq içərisinə qurur. Qurulan kitabxanaların əlaqəli olduğu başqa kitabxanalar varsa onlar da avtomatik olaraq qurulur. Bundan əlavə, Composer packagist adı verilən ortaq bir mənbədən icazə verilən kitabxanaların tətbiqdə rahatlıqla qurulmasına da imkan verir. Yüklənən kitabxanaların tətbiqdə avtomatik olaraq yüklənməsi (autoload) üçün infrastruktur da təqdim edir.
Komputer
Kompüter (əvvəlki yazılışı: kompüter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
Komper
Komper (fr. Compeyre, oks. Compèire) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12070. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 527 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Euthanasia Coaster
Evtanaziya lunapark qatarı sərnişinlərini öldürmək üçün dizayn edilmiş dəmir sürət qatarı konsepsiyadır. 2010-cu ildə elmlər doktoru namizədi Culicanas Urbanas tərəfindən London Kral Sənət Kollecində dizayn edilib miqyaslı modeli düzəldildi. Əyləncə parkında çalışmış Urabans öz lunapark sürət qatarının yaradılmasın hədəfi insan canını "eyforiya və zərifliklə" alması olduğunu dedi. Dizaynının praktik tətbiqlərinə gəldikdə, Urbanas "evtanaziya" və ya "edam" olduğundan bəhs etdi. Filadelfiya Toboqqan Şirkətində başçı vəzifəsində xidmət göstərən Con Allen Urbanası "sonuncu" lunapark sürət qatarı odur ki, "24 adam göndərir və hamısı ölü olaraq geri qaytarır." açıqlaması ilə ilhamlandırdı. == Dizaynı == Sxemin dizayn konsepsiyasına əsasən yuxarı doğru dik dərəcə ilə 510 metrə qədər 24 sərnişini qatar liftlə çəkir. 510 metr yüksəkliyə çatana qədər hər hansı sərnişin geri qayda bilər. Bundan sonra yeddi kolotoidə və qatarın inversiyasına qədər(Eyler spiralı) saatda 360 kilometrə yaxın bir sürətdə aşağı düşür, özünün terminal sürətinə yaxındır. Qatar sürətini itirərkən , hər inversiyada diametr daha da kiçilir və 10g qüevəsini qoruyur. Kəsgin sağ dönüşdən sonra qatar yeni sərnişinləri almaq cəsədləri boşaldmaq üçün düz istiqamətdə başladığı yerə geri qaydır.
Hibrid kompüter
Hibrid kompüter (ing. hybrid computer) həm rəqəmsal, həm də analoq sxemləri olan kompüter. Rəqəmsal sxemlər ikilik ədədlərin sıfırlarını və birlərini "qoşmaq-ayırmaq" tipli diskret siqnallar şəklində göstərir; onlar praktiki olaraq bütün kompüterlərdə, o cümlədən fərdi kompüterlərə tətbiq olunur. Analoq sxemlər kəsilməz dəyişən fiziki kəmiyyətlərin (məsələn, gərginlik və cərəyan şiddətinin) qiymətlərini göstərmək üçün istifadə olunur; onlara texniki quraşdırma və başqa sahələrdə (çox zaman, sənayedə) tətbiq olunan bəzi xüsusi kompüterlərdə rast gəlmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
JİT COMPİLER
JİT compiler(JİT ter)-(just-in-time compiler) proqramın ilkin mətnini bilavasitə icradan öncə maşın koduna çevirən kompilyator. Xüsusi halda, JİT-kompilyator aralıq dildə (intermediate language) olan Java- proqramı maşın koduna çevirir ki, nəticədə məhsuldarlıq 10-15 dəfə yüksəlir. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Kompüter Qurğuları
Kompüter qurğuları — İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Qotfrid Vilhelm Leybnits (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830 - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. == İnkişaf tarixi == EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişdir: I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.Bu nəsil maşınların sürəti və yaddaş tutumu çox az, proqram təminatı zəif, enerji sərfi çox böyük idi.
Kompüter animasiyası
Kompüter animasiyası və ya hərəkətli şəkillər — kompüter vasitəsilə yaradılan hərəkətli şəkillər. Kompüter animasiyası son dövrlər yalnız əyləncə sahəsində deyil, eyni zamanda elmdə, istehsalatda və müxtəlif işgüzar sahələrdə geniş istifadə olunur. Kompüter qrafikasının köməyi ilə yaradılan animasiyalar qrafikada olduğu kimi müxtəlif növlərə bölünür: Vektor qrafikası Rastr qrafikası Fraktal qrafika Üçölçülü qrafika. == Animasiya konstruktorları == Animasiya görüntülərini yaratmaq üçün çoxlu sayda pullu və pulsuz proqramlar vardır: Adobe Photoshop — pullu GIMP (Linux-da istifadə olunur) — pullu Adobe Flash Professional — pullu CoffeeCup — yalnız pulsuz Blender (Linux-da istifadə olunur) — pulsuz == Proqramlaşdırılmış animasiya == Animasiya obyektləri, əsasən, 2 dil ilə proqramlaşdırılır: Java-Script — Brauzer dili Action-Script — Flash dili ilə işləmə zamanı tətbiq edilir. == Ədəbiyyat == Rick Parent: Computer Animation: Algorithms and Techniques.
Kompüter elmləri
Kompüter elmləri —hesablama, avtomatlaşdırma və informasiya mövzularını öyrənən elmdir. Kompüter elmləri özündə nəzəri (alqoritmlər, hesablama nəzəriyyəsi, informasiya nəzəriyyəsi və s.) və tətbiqi (kompüter hissərəinin və proqram təminatının yaradılması) sahələri birləşdirir. Kompüter elmləri akademik tədqiqat sahəsi hesab olunur və proqramlaşdırmadan fərqlidir.
Kompüter faylı
Kompüter faylı — informasiyanın diskdə tutduğu yerdir. Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: "İnformatika-7", "Lesson1", "sgfg123", "Bölüm_1". Bəzi simvolların xüsusi təyinatı olduğundan faylın adında onlardan istifadə etmək olmaz.Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın adında * / : < > ? \ | " simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi mənası var. == Növləri == Faylın aşağıdakı növləri olur: Sistem faylları – dəyişməyən fayllar.
Kompüter gözlüyü
Kompüter gözlüyü – kompüterin ekranına iki və ya üç fut (1 fut = 30.48 sm) məsafədən baxmaq üçün gözlük. Kompüter gözlüklərinin linzalarının üzərinə süzgəc funksiyasını yerinə yetirən bir neçə qatdan ibarət xüsusi örtük çəkilir. Belə çoxqatlı “süzgəc” monitordan şüalanan və spektrlərin göz üçün ziyanlı olan sahələrinin qarşısını alır və gözü daimi titrəmələrdən qorumağa kömək edir. Bundan başqa, kompüter gözlüyünün örtüyündə antistatik qat da var ki, linzaları maqnitləşmədən, gözləri isə maqnit sahəsinin təsirindən qoruyur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Kompüter ikonu
Kompüter ikonu — Kompüter ekranlarında ikon (ingiliscə icon) kiçicik piktoqramlardır. Onlar adı qaydada uzun-uzadı yazılışları kiçik, bəzən şəkilli işarələrlə ifadə etmək üçündür. Hazırda istifadəçiləri asanlıqla məlumatlandırmaq üçün ikonlardan geniş istifadə olunur.
Kompüter mühəndisliyi
Kompüter mühəndisliyi — elektrik mühəndisliyi və kompüter elmlərininin müxtəlif sahələrini özündə birləşdirən və kompüter sistemlərini yaradan mühəndislik sahəsi. Kompüter mühəndisləri elektron mühəndislik, kompüter elmləri, aparat-proqram təminatı inteqrasiyası, proqram təminatı dizaynı və proqram mühəndisliyi üzrə bilik tələb edir. O, elektrik mühəndisliyi və kompüter elminin texnika və prinsiplərindən istifadə edir və süni intellekt (AI), robototexnika, kompüter şəbəkələri, kompüter arxitekturası və əməliyyat sistemləri kimi sahələri əhatə edə bilər. Kompüter mühəndisləri fərdi mikrokontrollerlərin, mikroprosessorların, fərdi kompüterlərin və superkompüterlərin dizaynından tutmuş dövrə dizaynına qədər hesablamanın bir çox aparat və proqram təminatı aspektlərində iştirak edirlər. Mühəndisliyin bu sahəsi təkcə kompüter sistemlərinin necə işlədiyinə deyil, həm də onları daha geniş mənzərəyə necə inteqrasiya edəcəyinə diqqət yetirir. Robot texnikası kompüter mühəndisliyinin tətbiqlərindən biridir. Kompüter mühəndisliyi adətən quraşdırılmış mikrokontrollerlər üçün proqram təminatı və proqram təminatının yazılması , VLSI çiplərinin dizaynı, analoq sensorların dizaynı, qarışıq siqnal dövrə lövhələrinin dizaynı və əməliyyat sistemlərinin layihələndirilməsi daxil olmaqla sahələrlə məşğul olur. Kompüter mühəndisləri həmçinin mühərriklər, rabitə və sensorlar kimi elektrik sistemlərini idarə etmək və izləmək üçün rəqəmsal sistemlərdən istifadə etməyə əsaslanan robototexnika tədqiqatları üçün də uyğundur. Bir çox ali təhsil müəssisələrində kompüter mühəndisliyi tələbələrinə kiçik və yuxarı kurslarda dərindən öyrənmə sahələrini seçməyə icazə verilir, çünki kompüterlərin dizaynında və tətbiqində istifadə olunan biliklərin tam genişliyi bakalavr dərəcəsinin əhatə dairəsindən kənardadır . Digər üniversiteler kompüter mühəndisliyini əsas diqqət mərkəzi kimi elan etməzdən əvvəl mühəndislik tələbələrindən bir və ya iki illik ümumi mühəndisliyi bitirmələrini tələb edə bilər.
Kompüter oyunları
Videooyun, həmçinin video oyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur. Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də notbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur.