Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Microsoft Exchange Server
Exchange Server – məlumat mübadiləsi və birgə iş üçün nəzərdə tutulmuş proqram. İlk versiyası 1993-cü ildə Microsoft şirkəti tərəfindən işlənib hazırlanıb. Əsas funksiyaları: poçt məlumatlarının emalı və göndərilməsi, təqvim və tapşırıqlara birgə erişmə, mobil qurğuların dəstəklənməsi və veb-erişim, səsli məlumat sistemləri ilə inteqrasiya (Exchange 2007 versiyasından başlayaraq), ani məlumat mübadiləsi sistemlərinin dəstəklənməsi.
Asia Pacific Internet Exchange Association
Asia Pacific Internet Exchange Association — Asiya və Sakit okean regionunda internet mübadilə məntəqələri assoasiyası. APIX həmçinin, qlobal IX-F İnternet Mübadilə Federasiyasının bir hissəsidir.
International Research & Exchanges Board
IREX (International Research & Exchanges Board) — beynəlxalq qeyri-kommersiya təşkilatı olub təhsilin keyfiyyətinin yüksəldilməsi, müstəqil medianın gücləndirilməsi və plüralist vətəndaş cəmiyyətinin inkişafı məqsədilə liderlik və innovativ proqramlar təklif edir.
CERN
CERN — Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası. Bəzən Avropa nüvə tədqiqatları mərkəzi kimi də tərcümə olunur. CERN abbreviaturası fransız dilindən Conseil Europėen pour la Recherce Nucėaire (Avropa nüvə tədqiqatları Şurası) adından götürülüb. CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. Ərazisi iki əsas və bir neçə kiçik meydançadan təşkil olunub. Böyük binalar kompleksinə işçi otaqlar, laboratoriyalar, anbarlar, konfrans zalları, yaşayış evləri, yeməkxanalar daxildir. Sürətləndirici kompleks həm yerin səthində (Linac, PS kimi köhnə sürətləndiricilər), həm də yerin 100 metrə qədər dərinliyində (dahah yeni SPS, LHC sürətləndiriciləri) yerləşir. Əsas meydança İsveçrənin Meyran şəhəri yaxınlığında, digər əsas meydança isə Fransanın Prevesan-Moen şəhəri yaxınlığında yerləşir. Nisbətən kiçik meydançalar yaxın ətraflarda LEP sürətləndiricisi üçün tikilmiş yeraltı həlqə boyunca salınmışdır. CERN-nin yaradılması haqqında razılıq 12 Avropa ölkəsi nümayəndəlirinin iştirakı ilə Parisdə 29 iyun-1 iyul 1953-cü il tarixində imzalanmışdır.
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Cornu
Cornu (lat. Cornu) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi.
Con
Con (ing. John) — ingilis kişi adı. Con Qarner — Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti. Con Kelhun — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti. Con Adams — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti və 2-ci prezidenti Con Tayler — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti və 10-cu vitse-prezidenti Con Adeyr — liderlik və liderlik qabiliyyətinin inkişafı sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri Con Edqar Quver — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib Con Fante — italyan əsilli amerikan yazıçı və ssenarist Con Nyumen — ingilis müğənni. Con Sina — amerikan profesional güləşçi, bodibilder, reper və aktyor. Con Tinni Makkatçen — ABŞ qəzet siyasi karikaturisti, onu "amerika karikaturistlərinin dekanı" adlandırırdılar. Con Vilyam Dreper — Amerika kimyaçısı və fizioloqu. Con Lindli — İngiltərə botaniki. Con Eduard Qrey — Britaniya zooloqu.
Ceyson Born
Ceyson Born — Robert Ludlum tərəfindən yazılmasına başlanılmış və daha sonra Erik Van Lustbader tərəfindən davam etdirilən bir sıra romanlar seriyasının baş qəhrəmanıdır. İlk dəfə The Bourne Identity (1980) romanında görünmüşdür. Bu roman eyni adlı televiziya serialı (1988) və filmə (2002) çevrilmişdir. İlk bədii film olan The Bourne Identitydən sonra The Bourne Supremacy 2004-cü ildə ekranlara çıxmışdır. 2007-ci ildə The Bourne Ultimatum buraxılmışdır. Bundan əlavə, Erik Van Lustbaderin yazdığı daha 4 kitab var və onlar hələ böyük ekrana köçürülməmişdir. Bundan əlavə, Rachel Weisz və Ceremi Rennerin baş rollarında oynadığı başqa bir filmdə "The Legacy of Bourne" (2012) adı ilə çəkilmişdir. Jason Bourne, karyera xarici xidmət zabiti və Uzaq Şərq məsələləri üzrə mütəxəssis olan David Webb tərəfindən istifadə edilən bir çox ləqəblərdən biridir. "The Bourne Identity"dəki hadisələrdən əvvəl Uebbin Pnom Penhdə Dao adlı Taylandlı arvadı və Joshua və Alyssa adlı iki uşağı var idi. Uebbin həyat yoldaşı və uşaqları Vyetnam müharibəsi zamanı bir döyüş təyyarəsinin Kambocaya doğru yoldan çıxması, iki bomba atması və Mekonq çayı yaxınlığında bir yerə hücum etməsi nəticəsində həlak olub.
Conn Kennedi
Con Fitscerald Kennedi (ing. John Fitzgerald Kennedy; 29 may 1917[…] – 22 noyabr 1963[…]) — 1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından). ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olmuşdur. Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranı və Berlin divarının tikilməsi) baş vermişdir. Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdir. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Con Kennedi adına Beynəlxalq Hava Limanı, universitet, kitabxana, stadion, Kentukki və İndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılmışdır. 1963–73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.
Corc Abekassis
Corc Edqar Abekassis (ing. George Edgar Abecassis; 21 mart 1913 – 18 dekabr 1991) — ingilis avtoyarışçısı, Formula-1-də HWM komandasının həmtəsisçisi.
Corc Abela
Corc Abela (22 aprel 1948) — Aprel 2009-ci ildən etibarən Malta 'nın prezidentidir. Hamrun 'da Lyceum və Qormi yerli ibtidai təhsil məktəbinə getdi. 1965-ci ildə Sənət hissəsindən məzun olduğu Malta Universiteti nə getdi. Qısa bir müddət müəllim olaraq işlərinə davam etdi və bir notarius oldu və 1975-ci ildə vəkil olaraq məzun oldu. Dərhal bir hüquq məsləhətçisi olaraq Baş İşçi Birliyi tərəfindən işə alındı ​​və beləcə əhəmiyyətli bir təcrübə əldə edərək 25 il Birliyin içində çalışdı. 1995-ci ildə Avropa Hüququ üzərinə doktara (Magister Iuris) etdi. 1982-ci ildə, Qormi FC sədri olaraq xidmət verdikdən sonra Malta Futbol Federasiyası başçılığına seçildi. Başçılığı dövründə əhəmiyyətli dəyişikliklərə gedərək təhsil sahələri, idman salonu və fizika müalicə kliniği və infrastruktur inkişaf etdirilmişdir. Malta milli futbol komandasının oyunçularına peşəkar olaraq ilk dəfə təhsilləri ilə məşğul olunmuşdur. On il sonra, 1992-ci ildə İşçi Partiyası içində məsul olaraq bir rol aldı.
Corc Adamski
Corc Adamski (ing. George Adamski) – amerikalı-polyak yazıçı, ufoloq və 1940–1950-ci illərdə uçan naməlum obyektlər tərəfindən qaçırıldığını və onlarla dostluq münasibətləri qurduğunu iddia etmiş şəxs. Adamski UNO-larla birlikdə Aya və digər planletlərə uçuşlar apardığını bildirmişdir və XX əsrin ortalarında uçan naməlum obyektlərin qaçırdığı ən məşhur şəxs kimi tanınmaqdadır. Adamski, 1950-ci illərdən etibarən ön plana çıxmağa başlayan uçan naməlum obyekt tədqiqatçılarından biri idi. Özünü filosof, müəllim, tələbə və uçan naməlum obyekt tədqiqatçısı olaraq adlandıran yazıçını bir çox müasiri yalançı, fırıldaqçı və şarlatan olduğunu bəyan etmişdilər. Yazıçı tərəfindən Skandinaviya ufoları ilə baş tutan görüşlərdən və kosmik gəmilərində onlarla səyahətlərini təsvir edən üç kitab yazılmışdır. "Uçan boşqablar endi" adlanan ilk kitab 1953-cü ildə Dezmond Leslinin həmmüəllifliyində nəşr edilmişdir. 1955-ci ildə isə "Kosmik gəmilərin içində" və 1961-i ildə "Uçan boşqabın vidası" adlı sayca üçüncü kitab çıxmışdır. Müəllifin ilk iki kitabı bestseller əsərlər kimi Amerika Birləşmiş Ştatlarında 200 min nüsxədən çox satılmışdır. Adamskinin iddiaları və fəaliyyəti Amerika Birləşmiş Ştatlarından sonra ən çox Yaponiyada əks-səda doğurmuşdur.
Corc Akerlof
Corc Akerlof (ing. George Arthur Akerlof, 17 iyun 1940, Nyu-Heyven[d], Konnektikut) — Amerikalı iqtisadçı. 2001-ci ildə Maykl Spens və Cozef Stiqlitslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Corc Akerlof Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Corc Akerlofun atası İsveç, anası isə yəhudi əsillidir. Corc Akerlof Lavrensvil məktəbindən məzun olmuş və 1962-ci ildə Yel Universitetində magistr dərəcəsinə yüksəlmişdir. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmiş və London İqtisadiyyat məktəbində işləməyə başlamışdır. Corc Akerlofun həyat yoldaşı Canet Yellen San Fransiskonun Federal Ehtiyat Sisteminin rəhbəridir və Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Canet Yellen həmçinin Bill Klintonun İqtisadi Məsləhət Şurasında da işləmişdi.
Corc Amik
Corc Amik (ing. George Amick) — 24 oktyabr 1924-cü ildə ABŞ-nin Oreqon ştatında anadan olmuş, 9 aprel 1959-cu ildə Floridada Daytona Beach-də keçirdiyi avtomobil qəza nəticəsində vəfat etmişdir. ABŞ-lı avtomobil yarışçısı, əsasən Amerika milli çempionatında çıxış etmişdir.38 qalibiyyət qazanmışdır. Yarışçı 1955-59-cu illərdə AAA, Usac,1957-58-ci illərdə Indianapolis 500 iştirak etmişdir. Formula 1ə daxil olan bu yarışlarda , Corc 6 xal qazanmış, 1958-ci ildə 15-ci yerdə qərarlaşmışdı. Amik, karyerasına ABŞ-nin şimal şərq ştatlarında başlayan yarışlarda çıxış edərək başlamış və sonralar Mitjet oyunlarına keçmişdir. Son 3 ildə 38 qalibiyyət qazanaraq hər üç mövsümdən bir ilk on ən yaxşı iştirakçı siyahısına daxil olurdu. 1958-ci ildə AAA yarışlarına, daha sonra USAC yarışlarına qatılmağa başladı. Burada 5 il ərzində 3 dəfə qalibiyyət qazanır.1956-cı ildə Indianapolis 500 yarışlarında iştirak üçün müraciət edir, lakin qəbul olunmur. 1957-ci ildə qəbul olunsa da, sürət aşağı olduğundan yarışa daxil ola bilmir.
Corc Anson
Corc Anson (1697–1762)
Corc Arliss
Corc Arliss (ing. Augustus George Andrews, 10 aprel 1868 — 5 fevral 1946) — Böyük Britaniya kinoaktyoru."Oskar" mükafatına layiq görülüb.
Corc Bayron
the Corc Qordon Bayron 22 yanvar 1788[…], Vestminster borosu, Böyük London[…] – 19 aprel 1824, Mesolonqion[d][…]) — ingilis romantik şairi. İki əsr bundan öncə olduğu kimi bu gün də ingilis şairi Corc Qordon Bayronun yaradıcılığı, əsərlərinin dili və poetikası, ədəbiyyatda bayronizm ictimai əhvali-ruhiyyəsi dünya ədəbiyyatşünaslığının və dilçiliyinin diqqət mərkəzində qalır. Bayronun əsərləri mütaliə edilir, öyrənilir, tədqiqata və təhlilə cəlb olunur. Müvafiq tendensiya Azərbaycan ədəbiyyatşünaslığı və dilçiliyi üçün də yad deyildir. Lakin XXI əsrdə Bayron yaradıcılığını tədqiq etmək həmin işi 50 il bundan öncə həyata keçirməkdən konseptual şəkildə olmasa da, forma etibarilə xeyli fərqlənir. Mütərəqqi romantizmin görkəmli nümayəndələrindən hesab olunan Bayronun yaradıcılığı dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir. Əbəs yerə deyil ki, dünya ədəbiyyatında məhz Bayron "Sevimli şair" ləqəbi ilə tanınır. Dünyagörüşündəki ziddiyyətlər-fərdiyyətçilik, ümidsizlik, ekzotikaya aludəçiliklə yanaşı, üsyankar ruh, azadpərvərlik, məzlum xalqlara rəğbət Bayron yaradıcılığının əsas xüsusiyyətləridir. Onun qəhrəmanları əsasən təkbaşına vuruşur, mübarizə aparır, həyatın ən çətin sınaqlarından çıxış yolunu şəxsi azadlığında görür. Corc Qordon Noel Bayron 1788-ci il yanvar aynın 22-də Londonda yoxsullaşmış bir lord ailəsində anadan olmuşdur.
Corc Bentam
Corc Bentam (ing. George Bentham; 22 sentyabr 1800 – 10 sentyabr 1884) — ingilis botaniki. "Labiatarum genera et species" (London, 1832–1836) (lat.) "Handbook of the British Flora" (1858 и 1865) (ing.) "Flora Honkongensis" (1861) (lat.) "Flora Australiensis" (Ferdinand Müllüer ilə birlikdə, 1863–1870) (lat.) Benthamia A.Rich. Benthamiella Speg. Acanthocephalus benthamianus Regel Andropogon benthamianus Steud. Gardenia benthamianus F.Muell. Croton benthamianus Müll. Arg. Distemonanthus benthamianus Baill. Nicotiana benthamiana Domin Pinus ponderosa ssp.
Corc Berkli
Corc Berkli (12 mart 1685[…], Kilkenni[d] – 14 yanvar 1753[…], Oksford) — İngilis idealist filosofu. 12 mart 1685-ci ildə doğulub. 1753-cü ildə vəfat edib. Bir vaxtlar irland əsilli ingilis filosofu Corc Berkli (1685–1753) sübuta yetirmişdi ki, duyğularımıza təsir edən və çevrəmizdə var olan bu maddi aləm — yuxudur. Nə o özü, nə də başqaları sona qədər bu nəzəriyyəyə inanmayıblar. Danışırlar ki, bir gün Berkli həkim dostu Consonla birlikdə gəzintiyə çıxıbmış. Filosof özündən razı halda dostunun qarşısında öyünür: "Mən hamıya sübut eləmişəm ki, bu maddi dünyaya bel bağlamaq, inanmaq olmaz, çünki o, bir yuxu qədər keçicidir. Hələ ki, heç kəs bunun əksini sübut etməyə cürət etməyibdir". Bu sözləri eşidən həkim Conson əyilib, yerdən bir daş götürür və onu zərblə dostu Berklinin ayağına vurur. Özündənrazı filosofun ağrıdan bağırdığının şahidi olan Conson soyuqqanlılıqla deyir: "Hə, bax, bu daş — son dərəcə realdır.
Corc Best
Corc Best (ing. George Best; 22 may, 1946, Belfast, Şimali İrlandiya — 25 noyabr 2005, London, İngiltərə) — bir çoxları tərəfindən futbol tarixinin ən böyük oyunçularından hesab edilən Şimali İrlandiya futbolçusu. Heyətində oynayarkən əfsanəyə çevrildiyi Mançester Yunayted klubundakı oyununa görə daha çox məşhurdur. Best sağ cinah yarımmüdafəçisi mövqeyində oynayırdı. O, yüksək start və məsafə sürətinə, hərəkətlərinin əla koordinasiyasına , ona bir neçə rəqibini dalbadal keçməyə imkan verən əla driblinqə, həmçinin hər iki ayağı ilə əla zərbəyə və yüksək qol duyumuna malik idi. 1968-ci ildə Best Mançester Yunayted ilə birlikdə UEFA Çempionlar Kubokunu qazandı və "Qızıl Top" mükafatına layiq görüldü.
Corc Bidl
Corc Uels Bidl (22.10.1903, Nebraska ştatı, Uaxu – 9.6.1989, Kaliforniya ştatı, Pomona) — amerikan genetiki. Nobel mükafatı laureatı (1958, E. Teytemlə birlikdə). Nebraska ştatındakı universiteti bitirmişdir (1926). 1928–31-ci illərdə Kornell Universitetinin əməkdaşı, Stanforddakı universitetin professoru (1937–46), 1946–61 illərdə Pasadenadakı Kaliforniya Texnologiya İnstitutunun professoru, Çikaqo Universitetinin rektoru (1961–68 illərdə) olmuşdur. Əsas əsərləri biokimyəvi genetikaya həsr edilmişdir. Metabolizmin genetik nəzarətini, irsiyyətin fiziki və kimyəvi əsaslarını tədqiq etmişdir. Qarğıdalı, drozofil və neyrospor üzərindəki təcrübələrində genlərin təbiətini və funksiyalarını öyrənmişdir. “Bir gen – bir ferment” kimi fundamental konsepsiyanın (1941) müəllifidir.
Corc Blanko
Corc Blanko (19 dekabr 1991, Quadalaxara) — Meksikalı aktyor, müğənni və rəqqas. 2012-ci ildən bəri fəaliyyət göstərən "Violetta" serialında "Martina Stoessel" ilə birlikdə baş rolu paylaşdığı üçün məşhurluq qazandı.
Corc Bleyk
Corc Bleyk (ing. George Blake) anadan olanda George Blake (George Behar) 1966-cı ildən Georgi İvanoviç Bexter (11 noyabr 1922, Rotterdam, Cənubi Hollandiya – 26 dekabr 2020, Moskva) — Böyük Britaniyalı kəşfiyyatçı, MI6 zabiti, 1951-ci ildə şəxsi mülahizələri əsasında ikili agent kimi sovet kəşfiyyatçısı. 1961-ci ildə Sovet kəşfiyyatının xeyrinə fəaliyyəti, ifşa olunduqdan sonra Britaniya tarixində görünməmiş 42 illik həbs cəzasına məhkum edilmişdir. Bu o zamana qədər Britaniya tarixində ən böyük müddətli cəza idi (hazırda ikinci uzunmüddətli cəza sayılır, 1986-cı ildə uğursuz təyyarə terroru cəhdində ittiham olunan iordaniyalı Nazir Hindaviyə 45 il verildi). 1966-cı il oktyabrın 22-də həbsdən qaçmışdı. Sonradan Moskvada məskunlaşmış və ömrünün sonuna qədər orada yaşamışdır. Rusiya Xarici Kəşfiyyat xidmətinin polkovnikidir. "Sovet İttifaqının tərəfinə keçən ən məşhur Britaniya kəşfiyyat zabitlərindən biridir" — deyə BBC qeyd edirdi. "Əfsanəvi Sovet kəşfiyyatçısı" — Rusiyada Corc Bleyki belə adlandırırlar. "Lenin" ordeni kavaleri, Dövlət təhlükəsizlik xidmətinin fəxri əməkdaşı nişanı, "Kəşfiyyatda xidmətə" görə (sıra nömrəsi № 1) və Rusiya Federasiyası Xarici kəşfiyyat xidmətinin mükafatına layiq görülmüşdür.
Çor
One More Change
One More Chance — Maykl Ceksonun bir mahnısı.
Wind of Change
"Wind of Change" (azərb. Dəyişikliklər küləyi‎) — "Scorpions" qrupunun vokalçısı Klaus Mayne tərəfindən 1990-cı ildə yazılmış rok ballada. Mahnı SSRİ-dəki yenidənqurmaya və soyuq müharibənin başa çatmasına həsr olunub. İngilis dilində olan mahnı, sonralar qrup tərəfindən rus (rus. Ветер перемен) və ispan (isp. Vientos de cambio) dillərində də ifa olunub. Wind of Change qrupun ən məşhur mahnılarından biri hesab olunur. Kompozisiya Crazy World albomunun tərkibində 1990-cı ildə çıxıb və tezliklə Avropa və Amerika çartlarının zirvəsinə çıxaraq əsl hitə çevrilib. Mahnı Klaus Mayne tərəfindən yazılıb. O, bildirib ki, mahnını 1988-ci ildə SSRİ-yə ilk səfərindən və 1989-cu ildə keçirilmiş "Moscow Music Peace Festival"ından təsirlənərək yazıb.