YAZIŞMA

fi. correspondence, exchange of letters; ~ aparmaq to be* in correspondence (with)

YAZISIZLIQ
YAZIŞMAQ
OBASTAN VİKİ
Nadir şah Əfşar: diplomatik yazışmalar (kitab)
Nadir şah Əfşar: diplomatik yazışmalar — AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında Nadir şah Əfşarın diplomatik irsinin toplandığı kitab. == Haqqında == 2015-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında hazırlanmış kitab. Kitabda Azərbaycanın və Yaxın Şərqin siyasi tarixində iz buraxmış, Qərb tarixçilərinin "Şərqin Napoleonu" adlandırdıqları Nadir şah Əfşarın diplomatik irsi toplanmışdır. Kitabın elmi redaktoru Akademik Ramiz Mehdiyev, redaktoru Paşa Kərimov, fars dilindən tərcümə edib, nəşrə hazırlayan, qeydlərin müəllifi Rauf Şeyxzamanlı və şərhlər və tarixi məlumatların müəllifi isə Eldar Əmirov və Taleh Hacıyevdir. Burada Nadir şahın Hindistanın fəth edilməsindən sonra Rum padşahı Sultan Mahmud xana, Hindistan şahı Məhəmmədə, Molla Məhəmməd Zəkiyə, Məşhədin mütəvəllisi Mirzə Məhəmməd Rzaya və Qəndəharın fəth olunması münasibətilə qardaşı İbrahim xana yazdığı məktublar toplanıb.
Xəzər yazışmaları
Xəzər yazışmaları — 950–960-cı illərdə Kardoba xəlifəsi III Əbdürrəhmanın xarici işlərindən məsul vəziri Hasday ibn Şaprut ilə Xəzər xaqanı Yusif arasında reallaşan məktublaşmalardır. Xəzərlər tərəfindən yazılıb günümüzə qədər gələn az sayıdakı sənədlərdən biri olub, Xəzər tarixi haqqında bilgi təqdim edən nadir qaynaqlardandır. Bu məktublaşmalardan həm xəzərlərin din dəyişdirməsi və gələcək nəsillərdə yaratdığı mənfəət ilə əlaqəli, həm də güclü ordusu olub digər dövlətlərdən vergi toplamasına rəğmən, bir nəsil içində (969) dövlətin süqutu barədə məlumat toplamaq mümkündür. == Məlumat == Məktublaşma Əndəlüs Əməvi dövlətinin xəlifəsi III Əbdürrəhmanın xarici işlərindən məsul vəziri Hasday ibn Şaprut tərəfindən başladılmışdır. Geniş şəbəkəsi və demək olar ki, qeyri-məhdud qaynaqları olan Hasday xorasanlı tacirlər tərəfindən xəzərlərin varlığı barədə məlumat almışdı. Haday Xəzərlər ilə əlaqəli bilgisinin olmaması qəribə vəziyyətdir, çünki Yusif xaqanın məktubunda iki cəmiyyət arasında daha əvvəl də əlaqələrin olduğu hiss edilir. Hasdayın ilk çaparı İstanbula qədər gəldi, lakin Bizans hakimiyyəti çaparın daha da içəri getməsinə icazə vermədi. Çapar şəhərdəki xəzərli tərəfindən Hasdaya yazılmış məktubla (bu məktub ehtimal ki, Schechter məktubudur) geri göndərildi. Ən sonunda məktub Xorvat elçiliyi vasitəsiylə Almaniyadan İsaak ben Eliezer çapar olaraq istifadə edilərək Xəzər xaqanlığına göndərildi.Yusifin cavabında Xəzər tarixi və zamanın sosio-siyasi, iqtisadi vəziyyəti barədə məlumatlar mövcuddur. Ardından Hasdayı Xəzər dövlətinə dəvət etməsinə rəğmən, ehtimal ki, bu səfər baş tutmamışdır.

Digər lüğətlərdə

безбоя́зненно востроно́сенький дота́чивание плау́новый та́к же до свида́ния за лучко́вый наста́ть несмотря́ на то что ука́чиваться клот amidship boat-deck ceiling corniculate enhalo Huddersfield peridium square cap unwonted братец водоизмерительный партизанский синель