Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cache
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Cycas
Saqo (lat. Cycas) — saqovniklər fəsiləsinə aid bitki cinsi.
Cycas aculeata
Cycas aculeata (lat. Cycas aculeata) — saqovniklər fəsiləsinin saqo cinsinə aid bitki növü.
Phyllanthus nyale
Phyllanthus nyale (lat. Phyllanthus nyale) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Silent Circle
Silent Circle — Almaniyanın Avro disko janrında ifa qrupudur. == Tarixi == "Silent Circle" musiqi qrupu 1979-cu ildə Martin Tihsen, Aksel Braytunq və Yurqen Berens tərəfindən yaradılmışdı. Lakin qısa müddətdən sonra qrup dağılır. 1985-ci ildə köhnə triolar yenidən birləşir və "Hide Away — Man Is Coming!" mahnısını ifa edirlər. Həmin ildə "Touch in the night" mahnını ifa edərək Almaniya hit-paradının 15-ci mövqesində yer tuturlar. 1993-cü ildə "Best Of Silent" adlı kompilyasiyada əvvəlki ifa etdkləri mahnılarının remiks formasını çıxarırlar. 1994-cü ildə "Back" albomunda yeni mahnılar buraxılır. 2010-cu ildə isə qrupun son albomu olan "25 Years – The Anniversary Album" adlı albomu çıxır. == Diskoqrafiya == === Albomlar === 1986 "No.1" 1993 "Best Of Vol.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir.Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Cümlə
Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur. Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz. Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir. Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır. Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.
Dəclə
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Çuçxe
Çuçxe (kor. 주체, 主體) — Şimali Koreyada Kim İr Sen tərəfindən əsası qoyulmuş ideologiya. == Etimologiya == "Çuçxe" sözü xanmun sözləri kateqoriyasına aiddir. "Çu" – "sahib", "yiyə", "çxe" – "cisim, varlıq, substansiya, təbiət" deməkdir. Beləliklə, "çuçxe" elə hala deyilir ki, insan eyni zamanda həm özünə, həm də ətrafdakılara sahib olur. == Ədəbiyyat == Vurğun Əsgərli, "Çuçxe İdeologiyası",məqaləsi.
A Perfect Circle
A Perfect Circle (APC) gitarist Bili Hoverdel və Meynerd Ceyms Kinen tərəfindən qurulmuş alternativ rok qrupu. Bili Hoverdel Nine Inch Nails, The Smashing Pumpkins, Tool kimi musiqi qruplarında gitarist olmuşdur. Öz mahnılarını Tool qrupunun vokalisti Meynerd Ceyms Kinenə dinlədərkən Kinendən vokalisti olacağı bir qrup qurmaq təklifini almışdır. Hoverdel əvvəlcə qadın vokalist fikirləşdiyi üçün qərarsız qalmışdır, lakin sonralar təkliflə razılaşaraq 1999-cu ildə "A Perfect Circle" qrupunu qurmuşdur. Tooldakı xarakterindən ayrılmaq istəyən Kinen "APC"-nın bütün kliplərində foto çəkilişlərində canlı çıxışlarada əvvəllər keçəl olan başına parik taxmışdır.
Gilbert Ryle
Gilbert Ryle (1900-1976) müasir İngilis filosofudur. Dil fəlsəfəsi ənənəsi içində iştirak etməklə birlikdə, Aristoteldən təsirlənib, Edmund Husserl və Meinong ilə də maraqlanan Ryleinn ən əhəmiyyətli iki kitabı Zehin Anlayışı və Qərarsızlıqdır. == Əsərləri == === Kitabları === 1949, The Concept of Mind, London: Hutchinson. (Zihin Kavramı) 1954, Dilemmas, Cambridge: Cambridge University Press. (İkilemler) 1966, Plato's Progress, Cambridge: Cambridge University Press. (Platon'un Gelişimi) 1971a, Collected Papers, vol. 1, London: Hutchinson. (Toplu Eserler 1) 1971b, Collected Papers, volume 2, London: Hutchinson. (Toplu Eserler 2) 1979, On Thinking, ed. K. Kolenda, Oxford: Blackwell.
J. Cole
Jermaine Lamarr Cole səhnə adı ilə J. Cole (28 yanvar 1985, Frankfurt-Mayn, Hessen) — Amerikalı reper, müğənni, mahnı sözü yazarı, prodüser və səsyazma rejissoru. Almaniyada hərbi baza ərazisində anadan olub, Şimali Karolinanın Fayetteville şəhərində böyümüşdür. 2007-ci ilin əvvəlində "The Come Up" çıxış miksteypinin yayımlanması Cole'un reper kimi tanınmasında böyük rol oynayır. Solo karyerasını reper olaraq davam etdirmək niyyəti ilə 2009-cu ildə Jay-Z-nin Roc Nation şirkətiylə müqavilə bağladıqdan sonra iki əlavə miksteyp — The Warm Up (2009) və Friday Night Lights (2010) albomlarını yayımladı. Cole, ilk studiya albomu olan "Cole World: Sideline Story"ni 2011-ci ildə yayımladı. ABŞ Billboard 200-də bir nömrədə çıxış etdi və tezliklə Amerikanın Musiqi Sənayesi Birliyi (RIAA — Recording Industry Association of America) tərəfindən platin sertifikatla mükafatlandırıldı. Sonrakı iki buraxılışı — 2013-cü ildə Born Sinner və 2014-cü ildə 2014 Forest Hills Drive, tənqidçilərdən əsasən müsbət rəylər aldı, və hər albomu da ABŞ-da platin sertifikat aldı. Son olaraq, ona ən yaxşı rep albomu kategoriyasında Qremmi mükafatına nominasiyasını qazandırdı. 2016-cı ildə Billboard 200-də bir nömrəli çıxış edən və daha sonra platin sertifikat almış dördüncü albomu olan "Eyez Only" albomunu yayımladı. Beşinci albomu KOD, 2018-ci ildə yayımlandı və eyni zamanda Billboard 200-də ilk sırada çıxış edərək bir nömrəli çıxış etmiş beşinci albomu oldu.
Cecə
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
Larry the Cable Guy
Daniel Lawrence "Larry" Whitney (ing. Larry the Cable Guy; 17 oktyabr 1963, Pawnee City, Nebraska) — ABŞ aktyoru.
Televisión Nacional de Chile
Televisión Nacional de Chile (TVN) Çili bir ictimai xidmət televiziya yayımçısıdır. Prezident Eduardo Frei Montalva'nın əmri ilə quruldu və 18 Sentyabr 1969-cu ildə ölkə miqyasında başladıldı. O vaxtdan bəri şirkət bir neçə dəfə yenidən təşkil edildi və fəaliyyət sahələri bu illər ərzində artaraq Çilinin aparıcı televiziya yayımçılarından biri halına gəldi. və Cənubi Amerika. 1970-ci il tarixli 17 377 saylı qanun, TVN-nin ictimai, muxtar, plüralist və təmsilçi bir ictimai xidmət olması lazım olduğunu təsbit etdi. TVN-in ictimai missiyası milli mədəni kimliyi, demokratiya dəyərlərini, insan haqlarını, ətraf mühitə qayğı və müxtəlifliyə hörməti təşviq etmək vəzifəsini müəyyənləşdirir. Bundan əlavə, Televisión Nacional, xidmətlərinin proqramlaşdırılmasını Milli Televiziya Şurası (CNTV) tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq idarə edir.
Amorf cümlə
Amorf cümlə — Cümlənin adi, kanonik (müəyyən dil üçün məqbul sayılan) üzvlərinə görə bölünə bilməməsi.
Budaq cümlə
Budaq cümlə - tabeli mürəkkəb cümlənin baş cümləyə semantik və qrammatik cəhətdən tabe olan tərkib hissəsi. Budaq cümlə baş cümləyə müxtəlif cəhətdən xidmət edir; baş cümlədə ifadə olunan hal-hərəkətin zamanını, yerini, səbəbini və digər əlamətlərini bildirir. Azərbaycan dilində budaq cümlənin aşağıdakı növləri vardır: mübtəda budaq cümləsi xəbər budaq cümləsi tamamlıq budaq cümləsi təyin budaq cümləsi zərflik budaq cümlələri şərt budaq cümləsi qarşılıq-güzəşt budaq cümləsi. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.17. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974, Abdullayev Ə., Cəfərov N., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Sintaksis. Bakı, 2009.
Böyük Çillə
Böyük Çillə (az.-əbcəd بویوک چیلله‎) – Azərbaycan xalq təqviminə görə qışın birinci ayı. Bu dövrdə Çillə gecəsi və Səməni bayramı keçirilir. == Müddəti == Böyük Çillə qışın əvvəlindən, dekabrın 22-dən fevralın əvvəlinə qədər olan aydır. 40 gün davam edir. == Təsviri == Böyük Çillənin qarlı-tufanlı, dondurucu, sümük üşüdən günlərinə "qaraqış" deyirlər. Qaraqış dövründə fəsil ağır, üzücü keçir, qarlı külək uğuldayır.Böyük Çillənin ilk günündə, Çillə gecəsində tonqallar yandırılır, şənliklər və tamaşalar keçirilir. Çillə gecəsi süfrəsinin ən vacib yeməyi yaydan bu gün üçün saxlanılmış Çillə qarpızıdır. Çillə qarpızının qabıqları atılanda niyyət tutulur, tumları isə bərəkətli il olması üçün saxlanılır.Böyük Çillədə bağları, bostanları, üzümlükləri suvarırlar. Bu suvarma "Çillə suyu" adlanır. Çillə suyu torpağın nəmliyinin qarşısını alır, ziyanvericiləri öldürür, ağacların tez çiçəkləməsinə qoymur.
Cümlə üzvləri
Cümlə üzvləri – bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr. == Mahiyyəti == Sadə cümlənin əsasını bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr təşkil edir. Bu cür söz və birləşmələr sintaktik səviyyədə cümlə üzvü adlandırılır. Azərbaycan dilindəki əksər cümlələr tərkib hissələrinə ayrılır, yəni üzvlənir. Cümlə üzvlərini öyrənmək üçün: onların sintaktik vəzifəsini; ifadə vasitələrini; aralarındakı sintaktik əlaqə üsullarını; quruluşunu; sintaktik suallarını; daxili növlərini müəyyənləşdirmək vacibdir. == İfadə vasitələri == Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri cümlə üzvü vəzifəsində iki cür çıxış edir: öz əsas funksiyasında; əlavə funksiyalarda. Nitq hissələrinin əsas funksiyası o deməkdir ki, əsas nitq hissələrinin hər biri sanki təbiət etibarilə bu və ya digər bir cümlə üzvünə təhkim olunmuşdur və əksərən həmin vəzifədə çıxış edir. Məsələn, mübtəda üçün adlıq halda, tamamlıq üçün yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında isim və əvəzliklər səciyyəvi ifadə vasitəsidir. Xitab və ara sözlərin sintaktik vəzifəsi olsa da, cümlə üzvü ola bilmir.
Cümlə üzvü
Cümlə üzvləri – bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr. == Mahiyyəti == Sadə cümlənin əsasını bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr təşkil edir. Bu cür söz və birləşmələr sintaktik səviyyədə cümlə üzvü adlandırılır. Azərbaycan dilindəki əksər cümlələr tərkib hissələrinə ayrılır, yəni üzvlənir. Cümlə üzvlərini öyrənmək üçün: onların sintaktik vəzifəsini; ifadə vasitələrini; aralarındakı sintaktik əlaqə üsullarını; quruluşunu; sintaktik suallarını; daxili növlərini müəyyənləşdirmək vacibdir. == İfadə vasitələri == Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri cümlə üzvü vəzifəsində iki cür çıxış edir: öz əsas funksiyasında; əlavə funksiyalarda. Nitq hissələrinin əsas funksiyası o deməkdir ki, əsas nitq hissələrinin hər biri sanki təbiət etibarilə bu və ya digər bir cümlə üzvünə təhkim olunmuşdur və əksərən həmin vəzifədə çıxış edir. Məsələn, mübtəda üçün adlıq halda, tamamlıq üçün yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında isim və əvəzliklər səciyyəvi ifadə vasitəsidir. Xitab və ara sözlərin sintaktik vəzifəsi olsa da, cümlə üzvü ola bilmir.
Dəclə çayı
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Hansjorq Eyçler
Hansjorq Eyçler (ing. Hansjörg Eichler; 1 aprel 1916 – 22 iyun 1992, Berlin) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Hansjorq Eyçler toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Atriplex eichleri Aellen, 1965 Bassia eichleri Ising, 1961 [syn. Sclerolaena holtiana (Ising) A.J.Scott, 1978] Chionogentias eichleri L.G.Adams, 1995 [syn. Gentianella eichleri (L.G.Adams) Glenny, 2004] Euphrasia eichleri W.R.Barker, 1982 Gomphrena eichleri J.Palmer, 1998 Haloragis eichleri Orchard, 1975 Millotia eichleri P.S.Short, 1995 Naravelia eichleri Tamura, 1986 [syn. Clematis menglaensis M.C.Chang, 1980] Picris eichleri Lack & S.Holzapfel, 1993 Ptilotus eichlerianus Benl, 1970 Ranunculus eichlerianus B.G.Briggs, 1960 Tribulus eichlerianus K.L.Wilson, 1992 Xanthosia eichleri J.M.Hart & Henwood, 1998 Zygophyllum eichleri R.M.Barker, 1998 [syn. Roepera eichleri (R.M.Barker) Beier & Thulin, 2003] == İstinadlar == == Ədəbiyyat == Orchard, A.E. A History of Systematic Botany in Australia // Флора Австралии = Flora of Australia. — 2. — 1999 —.
Kiçik Çillə
Kiçik Çillə (az.-əbcəd کیچیک چیلله‎) – Azərbaycan xalq təqviminə görə qışın ikinci ayı. Bu dövrdə Səddə və Xızır Nəbi bayramları keçirilir. == Müddəti == Kiçik Çillə Böyük Çillədən sonrakı, Boz aydan əvvəlki qış ayıdır. 20 gün davam edir, fevralın 1-dən 20-nə qədərdir. == Təsviri == Kiçik Çillə qışın ən sərt keçdiyi dövrdür. Buna görə də bu dövr "qışın oğlan çağı", "qışın zəlo-zəlo vaxtı", "girəvəli qış" da adlandırılır. Kiçik Çillənin "yalquzaq zamanı" adlanan ilk 10 günü daha şiddətli keçir. Kiçik Çillə xalq inanclarında əsəbi oğlan kimi təsvir edilir, bu dövr dəqiq olmamasına görə xaos dövrüdür.Kiçik Çillənin ilk günündən Xıdır Nəbi bayramına hazırlıqlar gedir. Qovrulmuş buğdadan qovut hazırlanır, günəşi və yazı simvolizə etməsi üçün yumurtalar qırmızı və yaşıl rənglərə boyanır. Xıdır Nəbi bayramında qovut və yumurta görünməyən yerə qoyulur ki, Xıdır Nəbi gecə gəlib əlini qovuta bassın və beləliklə də evə bərəkət gəlsin.
Mürəkkəb cümlə
Mürəkkəb cümlə — iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahiddir. Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir. Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyanır. Quşların səsi eşidilir -cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyanır, quşların səsi eşidilir.
Nəqli cümlə
Nəqli cümlə — obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli "naqil" sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır). Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq. Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə formalaşır. Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər. Nəqli cümlələrdə adətən mübtəda "məlum olan"ı — temanı, xəbər isə "yeni"ni bildirir. Ona görə də bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir. Nəqli cümlə adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.
Çillə gecəsi
Çillə gecəsi — Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, şəmsi ilinin, dey ayın başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir. 40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ilk günüdür. Sonra 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir. Milad tarixi ilə dekabrın 20-dən 21-nə keçən gecədir. Bu gecə əsasən, İran, Azərbaycan, Türkiyədə qeyd edilir. Çillə gecəsindən sonra, yer kürəsinin şimal bölgələrində görünən günəş, ən aşağı vəziyyətə çatandan sonra, ufuqda üç gün hərəkətsiz qalır və dördüncü gün yuxarı qalxır. Bu hadisə 25 dekabr günü, yəni çillə gecəsindən dörd gün sonraya təsadüf edir. Həmin gün, yəni 25 dekabr günü günəş tanrılarının bir çoxunun doğum günüsüdür və həmdə qədim roma təqviminin başlanqıc günü kimi qeyd olunmuşdur. Qədim roma təqvimi miladdan öncə 753cü ildə Rem və Romul tərəfindən icad olunmuşdur, Yuli Sezar tərəfindən dəyişdirilmişdir, Bu təqvim hər 128 ildə bir gün geri qalırdı.
Çuçxe Qalası
Çuçxe Qalası (Ümumilikdə Kim Çen In Qalası kimi tanınan) Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşir və çuçxe ideologiyasının ilk lideri sayılan Kim İr Sen tərəfindən adlandırılmışdır. == Arxa plan == Qala Tedonqan çayının şərq sahilində və Kim İr Sen meydanı ilə üz-üzə yerləşir. Qala Kim İr Senin 70 illiyi xatirəsinə tikilmişdir. Həmçinin onun oğlu və davamçısı olan Kim Çen İrin abidənin rəsmi dizayneri olduğu deyilsədə Şimali Koreyanın keçmiş rəsmiləri öz intervyularında bu xəbərin yanlış olduğunu iddia edirlər.170 metr (560 ft) hündürlüyündə olan abidə 25,550 qranit qəlibdən hazırlanıb və uc hissəsində 20 metr (66 ft) hündürlüyündə və 45 ton çəkiyə malik metal alov qoyulmuşdur. Lift ilə alovun aşağısında yerləşən hissəyə qədər qalxmaq və buradan bütün Pxenyanı seyr etmək mümkündür. Qalanın birinci mərtəbəsində resepşn otaqları yerləşir və burada qalanın ideoloji əhəmiyyətindən bəhs edən video çarxlar göstərilir. Abidənin hazırlanmasında Vaşinqton abidəsindən nümunə götürülmüşdür və hündürlük baxımından çox az fərqlə onu keçmişdir. Çuçxe Qalası dünyada San Yakinto Abidəsindən sonra ikinci ən hündür abidə xarakterli sütundur. Qala ilə birlikdə ortaq olan və qarşısında yerləşən 30 metr hündürlüyündə 3 ideoloji fiqurların hər biri əlində — çəkic (fəhlə), oraq (kəndli) və yazı (İntellektual işçi) qələmi tutmuşdur və bu klasik kommunist stilində olan obrazlar məhz sovet dövründə olan fəhlə və kolxozçu abidəsindən götürülmüşdür. Bu işarələr Koreya İşçi Partiyasının bayrağında da öz əksini tapmışdır.
Çölcə (Bicar)
Çölcə (fars. چولجه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 328 nəfər yaşayır (68 ailə). Əhalisini kürdlər təşkil edir.
Çölcə (İcrud)
Çölcə (fars. چولچه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (23 ailə).
Grevillea montis-cole
Grevillea montis-cole (lat. Grevillea montis-cole) — proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü.