Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Döy-la-Barr
Döy-la-Barr (fr. Deuil-la-Barre) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Anq'yan-le-Ben. Əhalisi — 21.230 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 15 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Qətl sındı
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. == Həyatı == Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbi Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.
Dey
Dey (fars. دی‎) — İran və Əfqanıstanın rəsmi təqviminin onuncu ayı. Dey ayında 30 gün var. Bu ay dekabr ayında başlayıb yanvar ayında sona çatır. Dey qışın ilk ayıdır.
Göy
Yerin Qorunan Tavanı: Atmosfer Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır. Göy üzünün "qorunmuş tavan" olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlib. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Sindirk
Sindirk — İranın Hörmüzgan ostanının Minab şəhristanının Sindirk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 277 ailədən ibarət idi.
Windir
Windir — Norveçli, artıq fəaliyyətini dayandırmış bir black metal qrupudur. Skandinaviya dastanlarının və şimal mifologiyasının təsirində qalıb, albomlarındaki mahnı sözlərini və folklorik melodiyalarını buna əsasən yaratmışlardır. 1995-ci ildə Det Gamle Riket adı ilə ilk demolarını çıxartmış, sonra isə ilk albomları olan Sóknardalr işıq üzü görmüşdür. Uğur gətirən bu alboun ardından qrup, Windir Triadını ortaya çıxarmışlardır. bu albomlar xronoloji sıraya görə : Arntor (1999), 1184 (2001), Likferd (2003)dür. Qrup, solistləri Valfar'ın 17 yanvar 2004'də donaraq ölməsinin ardından öz fəaliyyətini dayandırmışdır.
B'Day
B'Day – Beyonsenin ikinci studio albomudur.
Day.az
Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub.11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya-Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub.2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib. == İstinadlar == == Həmçinin bax == Azərbaycan xəbər saytlarının siyahısı Trend İnformasiya Agentliyi AzerNews == Xarici keçidlər == Day.az "Anar Məmmədxanlı Day.Az-ın satıldığını xəbər verib" (az.). bbc.com. 2009-02-25.
Dey-treydinq
Dey-treydinq (ing. Day-Trading) — əməliyyat günü ərzində açıq mövqeləri ertəsi günə köçürmədən birjada spekulyativ ticarət. Gündüz ticarəti termini, yalnız gün içi əməliyyatların istifadə olunduğu, qiymətli kağızların saxlanma müddətinin bir neçə dəqiqədən bir neçə saata qədər olduğu strategiyanı ifadə edir. Bir çox treyder eyni anda bir neçə strategiyadan istifadə edə bilər ki, bunlardan biri də gün içi əməliyyatlardır. Başlanğıcda bir günlük ticarət yalnız maliyyə şirkətləri və peşəkar spekulyantlar tərəfindən istifadə olunurdu. Bu ticarət bankların və investisiya firmalarının işçiləri tərəfindən həyata keçirildi. Bununla birlikdə, elektron ticarət və marja ticarətinin yayılması ilə bu fəaliyyət növü, qeyri-peşəkar ticarətçilər arasında populyarlaşır. Ümumiyyətlə, marjinal ticarəti əməliyyatların rentabelliyini artırmaq üçün istifadə olunur ki, bu da risklərin artmasına səbəb olur. Gün içi ticarət fundamental təhlildən çox texniki analizə güvənməyə meyllidir. 1996-cı ildən bəri Birləşmiş Ştatlarda fiziki şəxslər üçün gündəlik ticarətə icazə verilir.
Doris Dey
Doris Dey (3 aprel 1922[…], Sinsinnati, Ohayo – 13 may 2019[…]) — amerikalı aktrisa, müğənni, prodüser. Təxminən 50 ilini əyləncə sektoruna verib. Dey karyerasına 1939-da bir qrupda müğənni olaraq başladı, amma 1945-də ilk səsyazması olan "Sentimental Journey"i yazdıqdan sonra məşhurlaşmaya başladı. Qrupu "Brown & His Band of Renown"dan ayrıldıqdan sonra Columbia Records ilə uzun müddətli olan yoldaşlığa və solo kariyerasında təcrübələr qazanmağa başladı. Columbia Records Doris Deyin müqavilə bağladığı tək şirkətdir. Ortaqlıqları 1947-ci ildən 1967-ə qədəd davam etmiş və ortaqlıqları Deyi 20-ci əsrin ən populyar və sevilən müğənnilərindən biri olmasını təmin edən 650-dən çox səsyazmadan ibarətdir. == Həyatı == Doris Meri Enn Kappelhoff 1938-ci ildə başına gələn bir qəza sonrasında bir daha rəqs edə bilmir və bunun yerimə mahnı oxumağı öyrənir. Daha sonradan aldığı "Doris Dey" adı ilə böyük orkestrlar ilə işləməyə başlayır. 1948-dən etibarən teatrda vaxt keçirdir. Qısa bir müddət sonra Warner Bros.
Duy (albom)
Duy – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. == Hazırlanması == Albom 2018-cü ildə Gürcüstanda hazırlanmışdır. Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan "Duy" adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifalarda muğamdan istifadə olunub. Həmçinin tar, kaman, zurna, ud kimi musiqi alətlərinin səsinə rast gəlmək olar. Albomun musiqi prodüsseri gürcü musiqiçi Kakhaberidir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. Layihənin "cover" fotosu üçün Kazımovaya maraqlı bir obraz yaradılıb. O, uzunqollu əlçək, böyük şlyapa və dərin sinə dekolteli qara paltarda kamera qarşısına keçib. Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir.
Duy (konsert)
== Konsert haqqında == 1 dekabr 2018-ci ildə Aygün Kazımova, David Vendetta və Kakhaberinin "Bakı Elektra Events Hall”-da keçirilən konserti. Konsertdə ilk öncə Rizvan Əliyev və Röya Miriyeva Aygün Kazımovanın mahnılarını akustik versiyada təqdim etdilər. Daha sonra səhnədə Gürcüstanın məşhur qrupu “Kahaberi” səhnə aldı. Rəqsləri və milli mahnıları ilə tamaşaçıları coşduran qrup “Ay lolo” xalq mahnısını da ifa etdilər. Qrupun çıxışından sonra səhnəyə Aygün Kazımova çıxdı. Gecədə Rüfət İsmayıl imzalı üç libas dəyişən Aygün Kazımova, rəqqas oğlanlarla olan ehtiraslı və çılğın rəqsləri ilə diqqət çəkməyi bacardı. Ən sonda isə səhnəyə dünya şöhrətli DJ David Vendetta çıxdı. O, Aygün Kazımovanın ifasında olan “ Duy” mahnısını səsləndirdi. Konsertdə “ Duy” mahnısının klipi üçün bəzi kadrlar lentə alındı. Klipin reissoru Fuad Əlişovdur.
Duy (mahnı)
Duy — Aygün Kazımovanın "Duy" albomundakı mahnılardan biri. == Mahnı haqqında == Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan “Duy” adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifada muğamdan istifadə olunub. Həmçinin milli musiqi alətlərinin səsinə rast gəlmək olar. Albomun musiqi prodüsseri gürcü musiqiçi Kakhaberidir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. == Klip haqqında == Klipdə Aygün Kazımovanın 1 dekabr "Baku Elektra Events Hall"-da baş tutan konsertindən görüntülərdən istifadə olunmuşdur. Dünyaca məşhur DJ David Vendettanın da rol aldığı ekran işini Fuad Əlişov ərsəyə gətirib. Klip Türkiyənin məşhur “NetD Müzik” və “NetD Müzik World” musiqi portallarında yerləşdirilib.Ekran işində David Vendetta və Aygün arasında səmimi mesajlaşmalar diqqət çəkir. Lakin bu mesajlaşmalar sözügedən “NetD Müzik” kanalında ingilis dilində həyata keçirilsə də, bildirilir ki, “NetD Müzik World” kanalında Azərbaycan dilindədir.
Döş aortası
== İstinadlar == == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Döş giləsi
Döş giləsi — qadınlarda südün, uşağı qidalandırmaq üçün döşdən gələn laktasiya kanallarından keçməsini təmin edən döşün səthindəki qaldırılmış toxuma sahəsidir. Süd döş giləsindən passiv şəkildə axa bilər və ya kanal sistemi boyunca meydana gələn hamar əzələlərin daralması ilə xaric edilə bilər. Döş giləsi ətrafındakı dəridən daha tünd rəngdə olan areola ilə əhatə olunmuşdur. Qeyri-insanlara istinad edərkən onu çox vaxt məmə ucları adlandırırlar. Əmzik uşaqların qidalandığı qida butulkasının elastik ağız hissəsini təsvir etmək üçün də istifadə edilə bilər. İnsanlarda, həm kişilərin, həm də qadınların döş gilələri cinsi oyanmanın bir hissəsi kimi stimullaşdırıla bilər. Bir çox mədəniyyətlərdə insanların, daha dəqiq desək qadınların döş gilələri cinsiləşdirilir, "… cinsi obyekt hesab edilir və onların fiziki xüsusiyyətləri və seksuallığına görə qiymətləndirilir.
Döş məbədi
Mama Kanno məbədi (間々観音) və ya Ryuon məbədi (龍音寺) – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir. == Tarixi == Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur. Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür. == Xüsusiyyətlər == Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır. Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir. Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.Məbəddə döş formasında heykəllərə və üzərində döş təsviri olan emalara rast gəlinir.
Döş nişanları
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədi ilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Döş nişanı
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədi ilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Döş sinirləri
Döş sinirləri və ya döş qəfəsi sinirlərinin lat. nervi thoracici ventral şaxələri lat. rami ventralis nervorum thoracicum boyun, bel, oma sinirlərindən fərqli olaraq kələf təşkil etmirlər və seqmentasiya xarakterlərini saxlayırlar. Bunlar qabırğaarası sahələrdə yerləşdikləri üçün qabırğaarası sinir lat. n. intercostalis adını daşıyır; ümumi miqdarı XII cütdür. I qabırğaarası sinir bazu kələfinə, XII cüt isə bel kələfinə şaxə verir. XII qabırğaarası sinir XII qabırğanın aşağı kənarı ilə gedir və lat. n. subcostalis adlanır.
Döş sümüyü
Qalın mətnDöş sümüyü (yun.στέρνον, lat.sternum )— uzunsov yastı sümük olub, döş qəfəsinin ön divarının mərkəzi hissəsində yerləşərək qığırdaq vasitəsilə qabırğalara birləşir. Döş qəfəsinin təşkilində iştirak etməklə daxili üzvlərdən ürəyi, ağciyərləri, aorta qövsünü və döş aortasını xarici təsirlərdən qorumuş olur. Döş qəfəsi ürək cərrahiyyəsində döş qəfəsi məhz bu sümüyün mişarla tən boylama bölünməsi ilə yarılır. Bu əməliyyat sternotomiya adlanır. == Qurluşu == Döş sümüyü yuxarıdan sağ və soldan körpücük sümükləri, yanlardan 7 cüt qabırğa sümükləri ilə bitişmiş olur. Döş sümüyünə yuxarı hissədə döş-körpücük-məməyəbənzər əzələ ()lat. musculus sternocleidomastoideus bağlanmış olur. Döş sümüyü üç hissədən ibarətdir: Döş sümüyü dəstəyi (lat. manubrium) Döş sümüyü cismi (lat. corpus sterni) xəncərəbənzər çıxıntı (lat.
Green Day
Green Day – ABŞ punk rok qrupu. == İnkişaf tarixi == Green Day 1986-cı ildə uşaqlıq yoldaşı olan Billi Co Armstonq (gitara, vokal) , Mike Dirnt (bas) və Tre Cool (baraban) tərəfindən 1986-cı ildə "Sweet Children" adı altında Kaliforniyada quruldu. 1989-cu ildə qrup "1,000 Hours" adlı ilk EPlərini çıxardıqdan sonra 1990-cı ildə "Smooth Out Slappy Hour" adlı albomlarını bazara sürdü. Əsas səs gətirən albomları 1992-ci ildə çıxardıqları ikinci albom "Kerplunk!" ilə oldu və qrup Amerikada underground radiolarda bir nömrəyə yüksəldi. 1994-cü ilə gəlindiyində "Dookie" albomuyla yükləlişləri fərqli bir təcil qazandı. Albomda iştirak edən "Longview" parçası siyahılarda yüksəlməyə başladı və bir müddət sonra Top 40 siyahısının zirvəsində iştirak etdi. Daha sonra parçanın videosuyla MTV Video Musiqi Mükafatlarında 3 budaqda namizəd göstərildi. "Dookie" iki dənə platin val mükafatı al/götürərkən qrup, Rolling Stone jurnalının etdiyi ən yaxşı yeni qrup sıralamasında ən çox səs ver birinci oldu. Bu albomda iştirak edən "When I Come Around" adlı parça 1995-ci ildə Top 10 siyahılarında 1 nömrəyə yüksəldi. Eyni il Green Day "Dookie" albomuyla "Ən Yaxşı Alternativ Musiqi Performansı" kateqoriyasında Grammy Mükafatı al/götürdü.
Göy-Qal
Göy-Qal - türk və altay mifologiyasında bir təbiət layı. Eyni zamanda köhnə türk inancında bir ruh kateqoriyası. Kök-Qal (Gök-Kal), Gök-Kalığ və ya Kovak-Kalığ olaraq da deyilər. Əleyhdarı Yer-Sudur. Atmosferi və kosmosu, həmçinin buralarda olan qoruyucu ruhları ehtiva edər. Yakutcada və Dolqancada Qalan göy deməkdir. == Göy == Göy - yer üzünün xaricində qalan və hava kürə ilə kosmosu əhatə edən bölgə. Gök, (Kök, Kük, Göy) olaraq da deyilər. Monqollar "Tenger" deyərlər. Bəzən kosmos mənasında da istifadə edilər.
Göy-göl
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası - Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. == Coğrafiyası == Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir.
Göy (rəng)
Göy – rənglərdən biri. == Ümumi məlumat == Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən başlıca əlamət mavinin açıq, göyün isə tünd olmasıdır. Amma bu o demək deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal anlamına gələn göy meyvə – göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy (yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça, mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir. Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox, substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman adları daşıyan Göy qübbəsinin – göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi Göy" deyilir.
Göy Börü
Göy Börü (başqırdca:күк бүре / Kük Büre) — başqırdların milli gənclər təşkilatı. Göy Börü sözünün başqırd dilindəki mənası Boz Qurd deməkdir. Rusiya Federasiyasına bağlı Başqırdıstanda rəsmi təşkilat olaraq qeydiyyatdan keçmişdir. == Simvol == Təşkilatın simvolu türk dünyasının milli simvolu olan qurd başı və arxa planda da günəşdir Türk xalqlarının mifologiyasındakı qurd milli yaddaşın, bilgəliyin, cəsarətin, fədakarlığın və vətənlərinə olan bağlılığın rəmzidir. Millət adı olan başqırd sözünün də qurdla bağlı olduğu ehtimal edilir. Təşkilat başqırdların öz müqəddəratını təyin etmə haqqının olduğunu bildirir və ideologiyası liberal millətçiliyə əsaslanır. == Digər təşkilatlarla əlaqə == 2012-ci ildə yerli rus mediası iki millətçi təşkilat olan Azadlıqla (tatarlar) "Göy Börü"nün ittifaqda birləşdiyini yazmışdır. Tatar millətçilərinin lideri Nail Nabiulla "birliyin rus olmayan xalqlar üçün mübarizədə Rusiya Federasiyasındakı bütün millətçi təşkilatlarla birləşməyə açıq olduğunu" bildirmişdir. "Azadlıq" və "Göy Börü" təşkilatlarının rəhbərləri bəyanatlarında Çuvaşiya, Udmurtiya, Mari El, Altay və Saxa Yakutiyadakı bütün millətçi təşkilatlar ilə potensial ittifaq olduğunu bildirdilər.
Göy Tanrı
Göy Tanrı (Qədim Türkcə: 𐱅𐰭𐰼𐰃 [teŋri]; Monqolca: Хөх Тэнгэр [Xöx Teŋger]; Çincə: 腾格里 [teŋ-ge-li] Türkiyə Türkçəsi : Gök Tanrı ) — göytanrıçı dininin panteonunda baş tanrı. == Sözün kökü == Türkcə Tanrı/Teŋri və monqolca Teŋger sözləri çincə 撑犁 (çeŋ-li) kəlməsindən hunnular dövründə törənilmişdir. Hunnular bu sözü Çin hərfləri ilə 腾格里 (teŋ-ge-li) kimi, göytürk damğaları ilə isə 𐱅𐰭𐰼𐰃 (Teŋri) kimi yazırdı. == Göy Tanrı inancı == Orxon-Yenisey kitabələrində Tanrı(Allah yox) kimi nəzərdə tutulan Göy Tanrı bütün insanları yaradan və həm də onlara vaxt qoyan (yaşayış müddəti), dünyada hər şeyi öz nəzarətində saxlayan ilahi güc kimi götürülüb. «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd tək imiş, yağısı qoyun tək imiş» (Kültigin abidəsi, şərq tərəf, sətir 12). Və ya: «Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanlını xaqansızlaşdırmış, yağını tabe eləmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş». «Türk oğuz bəyləri, xalqı, eşidin: üstdə Tanrı əzməsə, altda yer dəlinməsə, türk xalqını, elini, qanununu kim dağıdar?» (Kültigin, şərq tərəf, 22). Quranda da hər bialqın yalnız öz yolundan sapdığı halda Allahın qəzəbinə məruz qalması, «zalım qövmü Allahın doğru yola çəkməməsi» haqda ayə var. Quranda kainatı, bütün insanları Allahın yaratdığı və hər bir kəsin, hətta bitkinin belə taleyinin, yarpağın düşməsinin belə Onun nəzarəti altında olduğu deyilir. Runik abidələrdə də xeyirin və şərin Tanrıdan gəlməsi, bütün məsələlərdə Tanrıya təvəkkül inancının olduğunu görürük: «İnsan övladı hamısı yaranıb ki, Göy tərəfindən qoyulmuş vaxtda ölnəsbir sıra an» abidəs.rast gəlinir.
Sindi
Sindi (est. Sindi) - Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. == Tarix == Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Sinir
Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat.
Toy boy (mahnı)
Azan sinir
Azan sinir - (lat. Nervus vagus). 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Dilaltı sinir
== İstinadlar ==
Gizli sinir
Qamış siniri (lat. nervus saphenus → safin - ərəb sözü olub "gizli" mənasını verir ) bud nahiyəsinə aid sinir. Başlanğıcını bud sinirindən (L3, L4) götürür.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Qapayıcı sinir
Qapayıcı sinir (lat. Nervus obturatorius) bel kələfiniə aid II - IV bel sinirlərinin (L2 - L4) liflərindən təşkil olunmuşdur.
Dandır
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Fındıq
Fındıq (lat. Corylus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Məlum 15 növündən 7 növü daha çox yayılmışdır. Fındıq özünün yüngül, ətirli və dadlılığına görə yeyinti sənayesində geniş istifadə olunur. Axır 20 ildə dünyada fındıqdan istifadə 2 dəfə artmışdır. Fındıq – tam və xırda, qızardılmış və qovurulmuş halda – konfetlərin, şokoladın, şirniyyatların, tortların, piroqların, bişintilərin hazırlanmasında istifadə olunur. == Tərkibi == Fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla zəngindir; tərkibində isə xolesterin yoxdur. Fındığın səhhətə xeyrinin əsas səbəbi tərkibində çox miqdarda xeyirli və doymamış yağların olmasıdır. Fındıq ləpəsinin tərkibində olan yağın 96%-i insan üçün xeyirli olan doymamış turşulardan – olein və linol turşularından təşkil olunmuşdur. == Əhəmiyyəti == Fındıq insan üçün enerji mənbəyidir – 100 q.
Sander
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Çıldır
Çıldır — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Sindi Krouford
Sindi Krouford (20 fevral 1966[…]) ([ˈsɪndi ˈæn ˈkrɔfɚd]) — Məşhur amerikalı supermodel, aktrisa və teleaparıcı. == Həyatı == Sindi Krouford 20 fevral 1966 -cı ildə ABŞ-də, İlinoys ştatında anadan olub. Atası elektrik, anası tibb bacısı idi.
Sindi Mun
İpək (ing. Silk) və ya əsl adı ilə Sindi Mun (ing. Cindy Moon) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) peyda olmuşdur. Koreyalı-amerikalı mənşəyə malik olan İpək Hörümçək-adam personajlarından biridir. İpək bir neçə video oyunda və filmdə görünmüşdür. "Hörümçək-adam: Evə qayıdış" filmində Sindi Mun rolunu Tiffani Espensen canlandırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmində isə çox qısa səhnədə görünmüşdür. Sony 22 iyun 2018-ci ildə "İpək" filmi üzərində işlədiklərini bildirmişdir. == Nəşrolunma tarixi == İpək Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) üzsüz şəkildə kameo etmişdir.
Sindi Ninos
Sindi Ninos (d. 27 mart 1972) — Yunanıstanı təmsil edən skeletonçu. Sindi Ninos, Yunanıstanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Sindi Ninos, 2002-ci ildə Yunanıstan yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Sindi Ninos, 1-ci gedişdə 54.54 saniyə, 2-ci gedişdə isə 54.74 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında sonuncu, 13-cü yerdə başa vurdu.
Sinir sistemi
Sinir sistemi (lat. Systema nervosum) — heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir. == Ümumi məlumat == Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir.
Uzaqlaşdırıcı sinir
== İstinadlar ==
Üçlü sinir
== İstinadlar ==
Şindi dağı
Şindi dağı-Qızılkilsə və Şindilər kəndləri ilə ehatələnmiəş hündürlüyü dəniz səviyəsindən 1857 metrə çatan Borçalıda yerləşən dağdır.
Əlavə sinir
== İstinadlar ==
Yoyçi Doy
Yoyçi Doy (d. 25 iyul 1973) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şoma Doy
Şoma Doy (21 may 1992, Yamaqata) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Zındıq
Zındıq (ərəbcə: الزنديق, farsca زنديک‎) — İslamda və orta əsr islam mədəniyyəti və ədəbiyyatında, monoteist olmayan dinlərin üzvlərini, əsasən manixeiləri (maniləri) və zərdüştları, tanrıya və axirətə inanmayan, islam inancına zidd çıxan kafir insanları adlandırmaq üçün istifadə olunan termin.
Ali sinir fəaliyyəti
== Ali sinir fəaliyyəti tipi və davranışı == İ.P. Pavlov beyində baş verən oyanma və ləngimə hadisələrinin müxtəlif təzahürləri, onların arasındakı qarşılıqlı əlaqə və təsirləri təhlil edərək sinir sistemini müxtəlif tiplərə bölməyə səy göstərmişdir. Buraya mərkəzi sinir sisteminin gücü, oyanma ilə ləngiməninmüvazinəti (oyanma və ləngimənin gücü arasındakı münasibət)və əsas sinir hadisələrinin mütəhərrikliyi daxil edilmişdir.Павлов, Иван Петрович Sinir sisteminin gücü qabıq hüceyrələrinin işgörmə qabiliyyətinə görə müəyyən edilir. Müəyyən qüvvəyə çatdıqdan sonra şərti qıcıq gücünün artması effektin artmasına deyil, onun azalmasına səbəb olur, yəni hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyır, məsələn, bu bir itdə çox tez, başqasında nisbətən gec baş verə bilər. Bu onu göstərir ki,heyvanın birində oyanma çox tez ləngiməyə çevrilir, digərində isə bunun üçün xeyli vaxt tələb olunur. İ.P. Pavlov bu xüsusiyyətlərə əsasən sinir sistemini zəif və güclü tiplərə bölünür.Beyin fəaliyyətinin ikinci səciyyəvi oyanma və ləngimə qabiliyyəti eyni gücdə olan heyvanlara müvazinətli tip deyilir. Əgər heyvanda oyanma yaxud ləngimə hadisələrindən biri güclü inkişaf etmişsə, buna müvazinətsiz sinir tipi deyilir.Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oyanma və ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur. Şəraitin dəyişməsi ilə əlaqədar olaraq,çox vaxt tezliklə oyanmanın və ləngiməyə və əksinə, ləngimənin oyanmaya keçməsi baş verir.Bunun çox böyük uyğunlaşma əhəmiyyəti vardır. Tədqiqatlar göstərir ki, sinir sisteminin bu tipi iki cür ola bilər: 1)mütəhərrik (cəld) tiplər-bunlarda bir hadisədigərinə çox tez keçir, 2) durğun tiplər-bunlarda oyanma və ləngimə bir-birinə çox gec və çətinliklə keçir. 4 yerə ayırmışdır: 1) güclü və müvazinətsiz tip; bunlarda oyanma və ləngimədən üstündür; 2) güclü və müvazinətli tip;bu tipdə sinir hadisələri çox mütəhərrik olur(diribaş tip) ; 3) güclü müvazinətli,lakin qeyri-mütəhərrik-durğun tip (sakit tip); 4)zəif tip, bunlarda oyanma və ləngimə çox zəif cərəyan edir.
Mərkəzi sinir sistemi
Mərkəzi sinir sistemi— Mərkəzi sinir sistemi hüceyrələr , toxumalar və ayrı-ayrı orqanlar arasında qarşılıqlı əlaqə yaradaraq orqanizmin tamlığını təmin edir. O, orqanizmdə gedən prosesləri tənzimləyir və orqanların işinə istiqamət verərək bütün fəaliyyətlərini nəzarət altında saxlayır. Orqanizmlə xarici mühit atrasındakı əlaqə MSS-nin funksional vəziyyətindən asılıdır. Mərkəzi sinir sistemi afferent implusları qəbul edir, analiz və sintez edir, efferent impulsları formalaşdırır və onların təsiri ilə orqanların fəaliyyətini bu və ya digər istiqamətə yönəldir. O, həmçinin mühitin dəyişkənliklərinə və təsirlərinə qarşı bütöv orqanizmin uyğunlaşma reaksiyalarını formalaşdırır. Mərkəzi sinir sistemi fəaliyyətini öyrənmək fiziologiya elminin qarşısında duran çətin və son dərəcə mühüm məsələlərdən biridir. Mərkəzi sinir sisteminin müxtəlif şöbələri bir-birindən ayrılır. Onurğa beyni Baş beyin Arxa beyin Orta beyin Beyincik Ara beyin Ön beyin == Onurğa beyni == Onurğa beyni orqanizmdə bütün mürəkkəb hərəki reaksiyaların baş verməsində iştirak edir. O, dəri səthindəki eksteroreseptorlardan, proprioreseptorlardan və bədənin interoreseptorlarından (azan siniri ilə mərkəzi sinir sisteminə daşınan interoseptiv impulslardan başqa) impulslar alır. Onurğa beyni baş əzələlərindən başqa bütün skelet əzələlərini innervasiya edir.
Periferik sinir sistemi
Periferik sinir sistemi, beyin və onurğa beynindən başqa sinirlər və qanqlidən ibarətdir. Periferik sinir sisteminin əsas vəzifəsi, mərkəzi sinir sistemi ilə orqan və üzvlər arasındaki rabitəni yaratmaqdır. Periferik sinir sistemi somatik və vegetativ olmaqla iki yerə ayrılır. Somatik skelet əzələlərinin sinirləridir. Vegetativ və ya avtonom sinir sistemi isə daxili orqanların fəaliyyətini tənzimləyir. Vegetativ sinir sistemi də özlüyündə iki yerə ayrılır, simpatik sinir sistemi və parasimpatik sinir sistemi. Simpatik qanla təchiz olunmanı yaxşılaşdırır, ürəyin işini gücləndirir, arterya damarlarında qan təzyiqini yüksəldir, qanda şəkərin miqdarını artırır. Parasimpatik isə əksinə ürəyi sakitlik vəziyyətinə gətirir, qan təzyiqini aşağı salır, qanda şəkərin miqdarını aşağı salır. Sinirləri bir növ "telefon kabelinə" bənzədə bilərik, onlar bədəndən aldıqları mesajları beyinə çatdırır. Bədənin içində və ya xaricində meydana gələn və bədəndə müəyyən reaksiyalara səbəb olan olan fiziki, kimyəvi və ya biyoloji təsirlərə "xəbərdarlıq" deyilir.Xəbərdarlıqlar bədənimizdə mövcud olan müəyyən hüceyrələr vasitəsi ilə alınır.
Qalça-qarınaltı sinir
Qalça-qarınaltı sinir (lat. nervus iliohypogastricus) XII döş və bel kələfiniə aid II bel sinirlərinin ( Th12 və L2 ) liflərindən təşkil olunmuşdur. == Şaxələri == Yan dəri şaxəsi (lat. R. cutaneus lateralis) qalça darağının ortasında qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn əzələsindən keçərək bud nahiyəsi dərisinin yuxarı bayır hissəsinə şaxələnərək XII döş sinirinin (Th12)yan dəri şaxələri ilə birləşir. Ön dəri şaxəsi (lat. R. cutaneus anterior) qalça-qarınaltı sinirin davamı olaraq, xarici köndələn əzələ aponevrozundan keçərək, qasıq naiyəsi dərisinə şaxələnir. Əzələlər şaxəsi (lat. Rami musculares) qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn və daxili çəp əzələlərinə şaxələnir. == Vəzifəsi == Qalça-qarınaltı sinir qarışıq sinirlərdən olub hissi və hərəki sinir liflərindən təşkil olunmuşdur. Hissi sinir lifləri sarğının yuxarı hissəsinin dərisini, qasıq naiyəsinin dərisini innervasiya edir.
Cıdır
Cıdır - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən yeniyetmələr və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Cıdır oyunu Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biri. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud" boylarından Nizami Gəncəvinin "Xosrov və Şirin" pomasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir. == Oyunun qaydaları == Cıdırın keçirildiyi meydan, gün və şərtlə əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar. Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini – onun başlanmasını və qurtarmasını zurnaçılar dəstəsi müşayət edir. Cıdır özünə- məxsus musiqi nömrəsi olur.
Iğdır
İğdır – İğdır ilinin inzibati mərkəzi olan şəhər və dörd ilçəsindən biri. İğdır Türkiyənin əkinçilik və heyvandarlıq baxımından əhəmiyyətli şəhərlərindən biridir. == Coğrafiya == İlçənin ərazisi 1431.17 km²–dir. == Əhali == 2011-ci ilə olan rəsmi təxminə əsasən ilçənin 127.609 nəfər əhalisi var . Onun 81.162 nəfəri (41.561 nəfər kişi, 39.601 nəfər qadın) ilçənin və eyni zamanda ilinin inzibati mərkəzi olan İğdır şəhərində, 46.447 nəfəri (24.238 nəfər kişi, 22.209 nəfər qadın) isə ilçənin kəndlərində yaşayır . İlçənin bələdiyyələrinin sayı dörddür - İğdır şəhər bələdiyyəsi və 3 kənd bələdiyyəsi : Xəlfəli, Xoşxəbər, Mələkli . Kənd bələdiyyələri eyniadlı kəndlərin ərazisini və əhalisini əhatə edir. === Milli tərkib === İğdır şəhəri : şəhərdə əhalinin yarıdan çoxunu azərbaycanlılar təşkil edir. Qalan əhalinin çox hissəsi kürdlərdən və az bir qismi Axısqa türklərindən ibarətdir. 2004-cü ilə olan rəsmi məlumata əsasən İğdır şəhərində 717 nəfər (371 nəfər kişi, 346 nəfər qadın) Axısqa türkü yaşamaqdadır.
Sıfır
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
Sığır
Alces alces (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin alces cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Xıdır
Xızır — türk, İslam və Yaxın Şərq inanclarında adı çəkilən şəxs. Bəzi mənbələrdə "Xıdır" olaraq da adlandırılmışdır. Çətin anlarda insanların köməyinə çatan, başqalarının cildinə girə bilən, fövqəladə xüsusiyyətlərə malik bir insan, zaman-zaman peyğəmbər kimi də təsvir olunur. Quran-ı Kərimdə adı birbaşa keçməsə də, bir sıra alimlər tərəfindən Kəhf surəsində təsvir olunan şəxsin Xızır olduğu iddia olunmuşdur.
Adi fındıq
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır.
Ağacvari fındıq
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.
Böyük fındıq
İri fındıq (lat. Corylus maxima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Tərkibində 70 % piyli yağ, 9, 6 % şəkər, dəmir duzu, B1 vitamini, qabığında isə boyayıcı və aşı maddələri vardır. Fındıq ləpəsindən sidik yolunda daş əmələ gəldikdə ağrıkəsici vasitə kimi istifadə olunur. Revmatizm xəstəliyinin müalicəsində, həmçinin orqanizm qüvvətdən düşdükdə və ya ümumi zəiflik yarandıqda fındığı bala qatıb yemək faydalıdır. Omeqa 3 qaynağı olduğu üçün ürəyin və damarların dostudur, təzyiqi salır, şəkər xəstələrində ürək xəstəliyi riskini azaldır. E vitamini ilə zəngin olan fındıq tez yaşlanmağın qarşısını alır, yaraların tez sağalmasına kömək edir, prostat xərçəngindən qoruyur. Fındıqda olan B5 vitamini stresi ardan qaldırmağa yardım edir, immuniteti gücləndirir. Tərkibindəki B9 vitamini isə damar sərtliyi, infarkt, iflic riskini azaldır, qırmızı qan hüceyrələrini yaradır. Fındıq borla zəngin olduğundan sümükləri gücləndirir.
Dandır çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. == Ümumi məlumat == Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Fındıq uzunburunu
Fındıq uzunburunu (lat. Curculio nucum) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Fındıq uzunburun böcəyinin başı xortum şəklində irəliyə doğru uzanmışdır. Bu xortum dişi fərdlərdə bədəndəndə uzundur. Böcək qara rəngdədir, sarımtıl pulcuqlarla örtülmüşdür. Xortum və ayaqları qırmızımtıl-qonurdur. Bığcıqları xortumun düz ortasında yerləşmişdir. Yumurtası ellipsvaridir, təzə qoyulan vaxt ağ rəngdə olur, sonra qonurlaşır. Sürfəsi ayaqsızdır, sarılımtıldır, baş və döş buğumları qırmızı olur. axırıncı yaşda uzunluğu 10–15 mm olur, pupu ağ rənglidir, xortumu yaxşı seçilir.
Müxtəlifyarpaq fındıq
Müxtəlifyarpaq fındıq (lat. Corylus heterophylla) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiya, Koreya, Mərkəzi və Şimal-Şərqi Çində, Keçmiş SSRİ-nin ərazisində, Şərqi Sibirdə, Uzaq Şərqdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan ağac və koldur.Cavan budaqları tükcüklüdür. Yarpaqların uzunluğu 6-8 sm, eni 5-7 sm, yumurtavari, bünövrəsi ürəkşəkilli, üçqanadlı, kənarları qeyri-bərabər dişli, üstü çılpaq, alt tərəfi damarcıqlardan tükcüklüdür. Saplaqların uzunluğu 3 sm-ə qədər tükcüklüdür. Meyvələri budaqların uclarında 23 ədəd, uzunluğu 3 sm-ə qədər olan saplaqlarda yerləşir. Meyvənin qını qozanı tamamilə örtən ikiyarpaqlı və tükcüklüdür. Qının yarpaqları uzunluğunun 1/3-1/6 hissəsinə, təxminən bərabər üçkünc hissələrə bölünmüşdür. Yarpaqlarının bünövrəsində saplaqlı vəziciklər yerləşir.
Sander Paavo
Sander Paavo (d. 27 avqust 1998) — Estoniyalı üzgüçü. Sander Paavo Estoniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Sander Paavo birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 1:00:05.8 saniyəlik nəticə ilə 53-cü yeri tutdu və yarışı başa vurdu.
Sander lucioperca
Adi sıf (lat. Sander lucioperca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulsuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bel üzgəcləri bir-birinə yaxın durur və ya toxunurlar. Bədənin rəngi yaşımtıl-bozdur. Yanlarında eninə yerləşən 8-12 ədəd qonur-qara rəngli zolaqlar, belində və quyruq üzgəcinin üzərində bir neçə sırada yerləşən tünd ləkələr olur. Yerdə qalan üzgəcləri açıq sarı rəngdə olur.
Sander marinus
Dəniz sıfı (lat. Sander marinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulcuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bədəninin rəngi açıq bozdur, üzərində tünd rəngli 12-13 köndələn ləkə olur. Birinci bel üzgəcində 12-14 şaxəsiz, ikinci bel üzgəcində 1-3 şaxəsiz, 14-16 şaxəli, anal üzgəcində isə 2 şaxəsiz, 11-12 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 78-84 arasında dəyişir. == Yayılması == Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır.
Sander vitreus
Sarı sıf (lat. Sander vitreus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəninin malksimal uzunluğu 107 sm, çəkisi isə 11,3 kq təşkil edə bilir. Bədəöni uznunsovdur. Yetkinləşdikcə yanlardan sıxılmış formasını alır. Böyük ağıza sahibdir. Köpək diçlərinə bənzər dişləri vardır. İki bel üzgəcinə sahibdir. İki bel üzgəcinə sahibdir. Onurğasında 44–48 fəqərə olur.
Sander volgensis
Volqa sıfı (lat. Sander volgensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bel üzgəcləri sıfdakıdan daha hündürdədir və bir-birinə toxunur. Yanları pulcuqla örtülüdür. Köpək dişləri yoxdur. Bədəni rəngi daha açıqdır. Tünd köndələn zolaqlar daha kəskin seçilir. == Yayılması == Xəzər, Azov və Qara dəniz hövzələri çaylarının orta və aşağı axarlarında, əsas su anbarlarında yayılmışdır. Volqada və onun delta hissəsində çoxsaylıdır. Uralda, Terekdə, Sulakda və Samurda azdır, Kürdə yoxdur.
Sandor Petöfi
Şandor Petöfi (mac. Petőfi Sándor, 1 yanvar 1823[…] – güm. 31 iyul 1849[…], güm. Albeşti[d]) — Məşhur macar şairi və liberal inqilabçı. Macarıstanın milli şairi hesab edilən Şandor Petöfi Macarıstan ədəbiyyatında və şeiriyyatında özünə məxsus iz qoymuşdur. Vətənpərvər Petöfi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olmuşdur. O, Macar inqilabından ilhamlanaraq Milli Mahnı (Nemzeti dal) şeirini yazmışdır. == Həyatı == Şandor Petöfi 1823-cü ildə yanvar ayının 1-də Kişkunfeledxaza şəhərində serb əsilli bir ailədə anadan olmuşdur. Ailəsinin maddi durumu ilə bağlı tez-tez başqa şəhərlərə köç edən Petöfi təhsilini də müxtəlif şəhərlərdə almışdır, lakin ilk şeirlərini 1835–1838-ci illərdə Asod şəhərində yaşayarkən yazmışdır. 1841-ci ildə Papa şəhərində təhsil aldığı bir vaxtda Petöfinin həyatında yeni bir mərhələ başlayır.
Sandıq (1982)
== Məzmun == Film sehrli sandıqla bağlı maraqlı əhvalatdan bəhs edir. == Film haqqında == Film şair Yuri Yakovlevin şeri əsasında çəkilmişdir. Film rejissor Vahid Talıbovun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Yuri Yakovlev (titrlərdə yoxdur) Ssenari müəllifi: Yuri Koval Quruluşçu rejissor: Vahid Talıbov Quruluşçu rəssam: Teymur Məmmədov Quruluşçu operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Mahnı ifa edən: Oleq Anofriyev Emalatxana: R.Kaçanov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Sundar Pichai
Sundar Piçay (Sandar Piçay, Pichai Sundararajan; 10 iyul 1972, Maduray[d], Tamilnad) — Google şirkətinin baş icraçı direktoru. == Həyatı == Sundar Piçai (eng. Sundar Pichai) 12 iyul 1972-ci ildə Hindistanın Çennai (eng. Chennai) Tamil Nadu əyalətinde iki otaqlı bir evdə dünyaya gəldi. Atası elektrik mühəndisi, anası isə stenoqraf idi. Xaragpur`da Hindistan Texnologiya İnstitutun Metallurgiya Mühəndisliyini diplomunu alan Piçai, oxuğuduğu vaxtda dövrünün ən yaxşısı olaraq tanınırdı və Stenford Univesitetinindən magistr üçün burs qazandı. Amma Piçainı ABŞ göndərmək üçün kifayət qədər pulu olmadığından və kredit ala bilməyincə atası Requnatha Piçai, topladıqları pulla Sundarı ABŞ-yə göndərdi. Piçai, Stenford Universitetini bitirə bilmədi, amma Pensilvaniya Univesitetindən MBA dərəcsi aldı. Applied Materials və McKinsey & Company şirkətlərində işlədi. 2004-cü ildə Googleda işləməyə başladı.
Dingir
Dingir, Diĝir (şumercə: 𒀭; deyilişi [ tiŋiɾ ]) — mixi yazılı qaynaqlarda "Tanrı" anlayışını ifadə edir. "Tinqir" sözü "İlah" və ya "İlahə" olaraq tərcümə edilə bilər. Şumer mixi yazılarında 𒀭 işarəsi adətən ilahiliyi, bəzən də müqəddəsliyi müəyyənləşdirmək üçün dini adların qarşısında istifadə edilir (məs.: 𒀭𒈹 = dingirİnanna; "İnanna tanrı"). İşarə əvvələr şumercə "göy", "ulu", "ən" (yüksək, uc, son) məna yükünü daşıyan an sözünün ideoqramı kimi istifadə olunub; sonralar isə işarə həm də dingir (tanrı) sözünün loqoqramına çevrilib və şumer panteonunun ən ulu tanrısı, bütün digər ilahların əcdadı hesab edilən An tanrının adını daşıyır; bundan əlavə, sözlərdə /an/ hecasını ifadə edən fonoqram kimi tətbiq edilir. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin El (və ya ilu) İlahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur. Şumer ilahiyyat anlayışı göylərlə sıx bağlıdır, faktlardan bu aşkar olunur ki, "göy" ideoqramının işarəsini iki dəfə yazdıqda ulduzun gerçək şəkli formalaşır. İlahiyyatın gerçək bağlılığı səmadakı parlaq hierofaniya ( yunan dilində "müqəddəs işığı gətirmək" anlamına gəlir) ilə bağlıdır. Bu da mümkündür ki, Şumercə olan Dingir sözü tədricən dəyişilib, Türk dilində olan Tenqri (səma, Göy Tanrısı) sözünə çevrilmişdir. Güman ki, türk panteonunun baş ilahı (T2NQR2İ /teŋri/ = göy; Tanrı) şumer panteonundakı Dingir ilə bağlıdır. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin il (yaxud ilu) ilahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur.
Kindio
Kindio (isp. Quindío) — Kolumbiyanın departamentlərindən biri. Departament ölkənin qərb hissəsində And dağlarında yerləşir. İnzibati mərkəzi Armeniya şəhəridir. Departament əsasən qəhvə istehsalına görə tanınır. Ərazi qəhvə üzrə məşhur olan regionlar sırasının tərkibinə qatılmışdır. Bu səbəbdən Kolumbiya 2011-ci ildə YUNESKO tərəfindən Ümumdünya irsinin siyahısında tanındı.
Kəndir
Kəndir (lat. Apocynum) - kəndirkimilər fəsiləsinə aid bitki cinsi.Çoxillik ot və yarımkollardır. Yarpaqları qarşı-qarşıya düzülür. Ağ, çəhrayı, qırmızı-bənövşəyi xırda çiçəkləri yarımçətirvarı çiçək qrupunda yerləşir. Şimali Amerika, Cənubi Avropa və Cənub-Şərqi Asiyada 6, Azərbaycanda 1 növü — sarmat kəndiri (T. sarmatiense) bitir. Bir qismi lifli, digəri kauçukverən, bəzi növləri isə dərman bitkisidir. Qafqazda geniş yayılmışdır. Kəndirə Azərbaycanda başlıça olaraq Lənkəran və Quba zonalarında təsadüf edilir. Məişətdə və təsərrüfatın müxtəlif sahələrində işlənən kəndir məmulatı son zamanlaradək qalmaqda idi. Azərbaycanda keçmişdə kəndir lifi istehsalı ev peşəsi səciyyəsi daşımışdır.
Pendir
Pendir — südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Adətən ağ və açıq-sarı rəngdə, deşikli və ya deşiksiz olur. Pendirin tərkibində zülal (25%-ə qədər), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) vardır. Pendirin tərkibində olan zülallar insan orqanizimində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahın yaranmasına şərait yaradır. Onun təşkilediciləri orqanizm tərəfindən tam həzm olunur. Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Yağın tərkibindən asılı olaraq 100 q pendirdə enerji ehtiyatı 200-400 kkal arasındadır. Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar: buraya zülallar, yağlar, mineral maddələr, kalsium, fosfor da daxildir. Pendirin hazırlanmasında istifadə edilən südün tərkibi (qoyun, keçi, inək), istehsal prosesi (temperatur, ölçü), əlavə olunan dadvericilər, bakteriyalar, kiflər, sonrakı emalı (barlanma, duzda saxlama) və yetişmə vaxtından asılı olaraq dadına və kondinsesninə görə müxtəlif pendir növləri əldə edilir.
Pindar
Pindar (q.yun. Πίνδαρος; e.ə. 517 – e.ə. 437, ehtimal ki, Аrqоs, Peloponnes, Qərbi Yunanıstan və İon adaları) — qədim yunan şairi. Ədəbi irsindən epinikiyalardan (ümumyunan idman yarışlarının qaliblərini mədh edən odalar) ibarət 4 kitab qalmışdır. Yarışda qalib çıxan gənclərin şücaətini və fiziki gözəlliklərini tərənnüm edən Pindar bu keyfiyyətlərin fitri istedad və zəhmətlə vəhdətdə qazanıldığını göstərirdi. Odaları üslub gözəlliyi, bədii təsvir vasitələrinin zənginliyi ilə seçilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bowra C M. Pindar. Oxford: Clarendon Press, 1964 (и мн. репринты).
Sincar
Sincar(ərəb. سنجار‎, kürd. شنگال, süry. ܫܝܓܪ) — İraqın şimal-qərbində şəhər. == Tarix == Zəngilər sülaləsinin bir qolu Sincarda hökumət qurmuşdu. == Coğrafiyası == Sincar şəhəri Mosulun Ninəvə mühafazasının şimalında yerləşir. == Əhalisi == Sincar şəhərində Ərəblər və müsəlmanlarla yanaşı əhalinin böyük əksəriyyətini Yezidi məzhəbindən olanlar təşkil edir.
Sindao
Sindao - Çində, Şandonq əyalətində, Sarı dənizin sahilində qədim şəhər. Sindao, Şandonq əyalətinin ən vacib ticarət və turist mərkəzidir. Şəhərin adı çin dilindən tərcümədə "mavi ada" deməkdir.2008 Pekin Yay Olimpiya oyunlarının yelkən yarışları bu şəhərdə keçirilmişdir. == Tarixi == Şəhər ərazisində ilk məskunlaşma 6000 il əvvələ aiddir. İkinci dünya müharibəsindən sonra şəhər ABŞ donanmasının Qərbi Sakit Okean Donanmasının baş qərargahı olmuşdur. Çinin 1984-cü ildəki xarici ticarət siyasəti dəyişikliyindən sonra şəhər sürətlə inkişaf etmişdir. == Coğrafiya == Şəhər Şandun yarımadasının cənub sahilində yerləşir. Şəhərin ən hündür yeri 1.133 metr yüksəklikdə yerləşir. Şəhərdə musson iqlimi hakimdir.
Sinderk
Sindirk — İranın Hörmüzgan ostanının Minab şəhristanının Sindirk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 277 ailədən ibarət idi.
Sınevir
Sınevir (ukr. Синевир) — Ukrayna Karpatı ərazisinin ən məşhur və iri gölüdür. Göl Tereblya çayının yuxarı ararında yerləşir. Su səthinin sahəsi 4-5 hektardır. Gökü əsasən bulaqlar qidalandırır. Dağlardan gələn axarlar gölə tökülür. Göldən isə axan axar Tereblya çayına tökülür. Sinevir gölündə çoxlu sayda forel gölü yaşayır. Ancaq onların ovlanması qadağandırGöl 989 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir. Orta dərinliyi 10-12 metr təşkil edir.
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.
Şindilər
Şindilər – Gürcüstanın Dmanisi rayonunda yerləşən kənd. == Coğrafiyası və iqlimi == Şindilər kəndi Şindi dağının ətəyində yerləşir. Şindi dağı Dmanisi (Başkeçid) rayonunda yüksək dağlardan biridir. Onun hündürlüyü dəniz səviyyəsindən 2050 metr yüksəklikdədir. Şindilər kəndi isə 1350 metr yüksəklikdədir. Şindilər kəndi Suludərə və Tağlı çaylarının arasında, Dmanisi qəsəbəsindən 4 km aralıda yerləşir. == Tarixi == Şindilər - mənsub olduğu millət Azərbaycan türkü. Başkeçid rayonunda məskunlaşmışlar. Başkeçid 1947-ci ildən Dmanisi adlanır. Başkeçid Gürcüstanın Borçalı mahalında yerləşir.