Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Durusu gölü
Durusu və ya Terkos (türk. Durusu Gölü; Terkos Gölü) — Türkiyədə, İstanbul şəhərindən 45 km şimal-qərbdə yerləşən su hövzəsi. Gölün maksimal dərinliyi 11 metr, eni 1–2 km, səthinin sahəsi isə 30,4 km²-dir. Göl suyunda 27 balıq növü mövcuddur. == Ümumi məlumat == Gölün sahil xətti son 1000 ildə çox dəyişilmiş və dəyişməyə davam edir. Durusu əvvəlcə Şərqi Frakyada strateji əhəmiyyətli bir yerdə yerləşən körfəz idi. Bu bölgə süquta uğramaqda olan Bizans imperiyasının son məntəqələrindən biri idi. Körfəzdə zaman-zaman Genuya dəniz quldurları sığınırdılar. Yaxınlıqda olan qalanın qalıqları buna sübutdur. Lakin çayın və dəniz axınlarının gətirdiyi allüvial qumun Durusu çayının deltasına toplanmasına səbəb oldu.
Drust Qurdinmox
Drust Qurdinmox və ya II Drest — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == "Piktlərin xronikası"na əsasən Drust Qurdinmox və ya II Drest VI əsrdə I Nextanla Qalanan arasında on üç il hakimiyyətdə olmuşdur. Bu tarixi mənbəyə görə o, mənası bu vaxta qədər dəqiqi məlum olmayan "Gurthinmoch" epitetini daşıyırdı, lakin bu sözün birinci hissəsini Valliy (Uels) dilindəki "gwrdd" sözü ilə izahına cəhd göstərildikdə "Böyük" mənasında işlənildiyi ehtimal olunur. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland.
İsmail Haqqı Durusu
İsmail Haqqı (Durusu) (1871, Zincidərə, Kayseri — 1940, İstanbul), Mustafa Kamal və köməkçilərini Samsuna gətirən Bandırma Gəmisinin kaptanı. == Həyatı == 1871-ci ildə Kayserinin Zincidərə diyarında anadan oldu. Atası da onun kimi gəmi kapitanı olan Hacı Əhməd Əfəndidir. O, 1891-ci ildə Leyli Dəniz Ticarəti Məktəbini bitirdi. 24 mart 1892-ci ildə praktikant kapitan olaraq Kayseri gəmisinə təyin edildi. 1892–1893-cü illər arasında, Bahri Cedit (1892), Əli Saib Paşa (1893) və Dolmabağça (1892) gəmilərində üçüncü kapitanlıq vəzifəsini yerinə yetirdi. 1897–1907-ci illər arasında, Şərəf (1897), Mədinə (1897), Məkkə (1899), Saloniki (1900), Kaplan (1900), Sakarya (1901), Bahri Cedir (1905), Sakarya (1907) və Kaplan (1907) gəmilərində ikinci kapitanlıq vəzifəsini yerinə yetirdi. 1 aprel 1915-ci ildə kapitan kimi təyin olunduğu Doğan Gəmisi fırtına nəticəsində Mərmərə dənizində batdı. Osmanlı Seyr-i Sefain İdarəsi tərəfindən vəzifədən kənarlaşdırılıb sorğuya cəlb olundu və prosesin sonunda laqeydliyi olmadığı üzə çıxarıldı və vəzifəsinə geri döndü, Ankara gəmisində ikinci kapitanlıq vəzifəsini icra etdi. 1 may 1919-cu ildə Bandırma Gəmisinin Kapitanı oldu.
Eripin oğlu Drust
Eripin oğlu Drust (V əsr – bilinmir) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri–843-cü illərdə hakimiyyətdə olmuş piktlər sülaləsinin əfsanəvi kralı. Onun adı ilk dəfə "Piktlərin xronikası" adlandırılan tarixi sənəddə xatırlanır. == Həyatı == "Piktlərin xronikası"nda verilən məlumata əsasən Eripin oğlu Drust və ya I Drest yüz il hökmranlıq etmiş və döyüşlərdə yüz qələbə qazanmışdır. Lakin bu məlumat tarixi fakt kimi deyil, əfsanə kimi qəbul edilir. "Piktlərin xronikası"nda qeyd olunur ki, müqəddəs Patrik V əsrin ortalarında, Eripin oğlu Drustun hakimiyyətinin 20-ci ilində İrlandiyaya gəlmişdir. I Nexton Eripin oğlu Drust və ya I Drest tərəfindən İrlandiyaya sürgün olunmuşdur. İohann Fordunskinin qeydlərinə əsasən Eripin oğlu Drust Palladiya dövründə qırx il hakimiyyətdə olmuşdur. I Drestin ölümündən sonra I Talorq piktlərin kralı olmuşdur. == Ədəbiyyat == Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Fudrusun oğlu Drust
Fudrusun oğlu Drust və ya III Drest (v. 530) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri — 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Piktlərin xronikasına əsasən Fudrusun oğlu Drust və ya III Drest Qiromun oğlu Drust və ya IV Derstlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə əsasən onun hakimiyyəti bir ildən on beş ilədək davam etmişdir. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A. O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Qiromun oğlu Drust
Qiromun oğlu Drust və ya IV Derst - müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Qiromun oğlu Drust və ya IV Derst Qiromun üç oğlundan biridir. "Piktlərin xronikası"nda xəbər verildiyi kimi IV Drest III Drestlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə görə o, bir ildən on beş ilədək hakimiyyətdə olmuşdur. Qiromun oğlu Drust və ya IV Derstin iki qardaşı I Qartnark və Keyltran sonralar Piktlər krallığının davamçıları olmuşdur. Onların başçısı Qvined krallığının hökmdarı Maylquna ərə getmişdir. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской.
Bayırku yürüşü
Bayırku yürüşü – Qapağan xaqanın Doqquz Oğuzlardan Bayırkular üzərinə təşkil etdiyi və qələbə qazandığı son yürüşüdür. == Döyüşdən əvvəl == Göytürk imperiyası böyük siyasi qarışıqlıq içərisində idi. Tanq imperatoru Hsüan Tsunq Qapağan xaqanı tamamilə ortadan qaldırmaq ya da ələ keçirmək istəyirdi. Bu məqsədlə Göytürk dövlətində üç ayrı bölgədə olan və Tanq ilə daha əvvəllər ittifaq qurmuş olan türk boylarının öndərlərinə daha öncə də edildiyi kimi müxtəlif titullar və hədiyyələr təqdim edildi. Beləcə, türk boyları Göytürk xaqanlığına qarşı üsyan etmələri üçün təhrik edildilər. 709-cu ildə çiklər və qırğızlar, 711-ci ildə türkeşlər, 714-cü ildə də qarluqlar üsyan qaldırdı və üsyanlar bir-birinin ardıyca meydana çıxdı. Buna əlavə olaraq, Qapağan xaqanın mərhəmətsizcə bütün üsyanları yatırtması vəziyyətin daha da pisləşməsinə səbəb oldu. Bir çox türk boyu Tanq sülaləsinə sığındı. Hətta bir müddət sonra Qapağan xaqanın öz kürəkəni Aşidə Hu-lu da Tanqa bağlılığını bildirdi. == Döyüş == Üsyanlar ardı-ardına davam edərkən bu dəfə də Göytürk xaqanlığının onurğasını təşkil edən Doqquz Oğuzların üsyan etməsi dövləti çətin vəziyyətə saldı.
Herat yürüşü
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi.Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər. Təhmasib bu işdə əlinin olmadığına Nadiri inandırmaq istəsə də, Nadir onun Zülfiqarla əlaqəsindən məlumatlı olduğunu bildirdi.
Suğdak yürüşü
Suğdak yürüşü — Anadolu Səlcuqlu qüvvətləri tərəfindən Qara dənizin şimal sahillərinə təşkil edilən dəniz və quru yürüşüdür. == Haqqında == Monqolların Qıpçak ölkəsini işğal etmələrindən (1223) sonra, Qara dəniz ticarət yolunun təhlükəsizliyi sarsıldı. Digər tərəfdən, Trabzon Rum imperiyasının hakimiyyəti altındakı Suğdakın rum hakimləri də cənubdan gələn tacirlərin hücumlara məruz qalmasına göz yumduqlarında, Anadolu ilə Krım arasında ticarətin həcmi xeyli dərəcədə azaldı. Ticarət əlaqələri baxımından Qara dəniz yolunun açıq tutulmasına önəm verən Anadolu Səlcuqlu hökmdarı I Əlaəddin Keyqubad Sinopda qurdurduğu tərzanədə güclü donanma hazırlatdıqdan sonra Kastamonu uc bəyi əmir Hüsamətdin Çobana Sudak yürüşünə çıxmağı əmr etdi (1224) 20 min əsgər və yeni yaradılmış ilk Səlcuqlu donanması iilə Qara dənizə çıxan Hüsamətdin Çoban Krım sahillərinə çıxaraq, mühasirəyə aldığı Suğdakı rumlardan aldı. Rus-Qıpçaq birləşmiş ordusunun etdiyi hücumları da dəf edib, bütün bölgəni Anadolu Səlcuqlu dövlətinə birləşdirdi. Sudakı bölgənin mərkəzi edən Çoban şəhərə əsgərlər yerləşdirdikdən sonra geri döndü.Səlcuqluların bölgədəki hakimiyyəti buraların 1239-cu ildə monqollar ətərfindən ələ keçirilməsinə qədər davam etdi. Monqollar, qıpçaqları dilləri və mədəniyyətləri ilə oxşarlıqlarına işarə edərək onları tərk etməyə inandırdıqdan sonra Alanları məğlub etdilər. Buna baxmayaraq, qıpçaqlar sonradan məğlub oldular. Xan Kötenin rəhbərliyi altında qıpçaqlar Kiyevin Böyük Knyazlığına (Ruteniyalılar) qaçdılar, burada qıpçaqların bir neçə evlilik əlaqəsi oldu, bunlardan biri də Qalisiyanın Köten'in kürəkəni Mstislav Mstislaviç idi.Rutenlilər və qıpçaqlar monqollara qarşı ittifaq qurdular və onları tapmaq üçün Dneprdə görüşdülər. Səkkiz günlük təqibdən sonra Kalka çayında görüşdülər (1223).
Səlib yürüşü
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. == Arxaplan == Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Təbuk yürüşü
Təbuk yürüşü — Təbuk müharbəsi (ərəb. غزوة تبوك‎) həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili Rəcəb və Şaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə həzrəti Peyğəmbər Romalılarla müharbə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi. == Təbuk yürüşünün səbəbi == İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları var. Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idi.
Uill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. == Həyatı == Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Vill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. == Həyatı == Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Xaç yürüşü
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. == Arxaplan == Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Xürəşt (Üşnəviyyə)
Xürəşt (fars. خورشت‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır (62 ailə).
Zigetvar yürüşü
Ziqetvar yürüşü (mac. Szigetvári csata, xorv. Bitka kod Sigeta və ya serb-xorv. Sigetska bitka, türk. Zigetvar Savaşı) - Osmanlının Macarıstana olan yürüşlərindən biri. Sultan Süleyman Qanuninin son səfəri. O, öldükdən sonra Sokullu Mehmed Paşa yürüşə başçılıq etdi. Yürüş 1566-cı ildə baş verib. == İstinadlar == == Mənbə == Lieber, Francis (1845). Encyclopædia Americana: A popular dictionary of arts, sciences, literature, history, politics, and biography.
Ziqetvar yürüşü
Ziqetvar yürüşü (mac. Szigetvári csata, xorv. Bitka kod Sigeta və ya serb-xorv. Sigetska bitka, türk. Zigetvar Savaşı) - Osmanlının Macarıstana olan yürüşlərindən biri. Sultan Süleyman Qanuninin son səfəri. O, öldükdən sonra Sokullu Mehmed Paşa yürüşə başçılıq etdi. Yürüş 1566-cı ildə baş verib. == İstinadlar == == Mənbə == Lieber, Francis (1845). Encyclopædia Americana: A popular dictionary of arts, sciences, literature, history, politics, and biography.
Ölüm yürüşü
Ölüm yürüşü — etnik qrup mənsublarını və məhkumları uzun müddət ərzində kilometrlərlə piyada yeridərək məhf etmək taktikasıdır. Yürüşdə olanlara çox az yemək və su verilirdi. Nəticə olaraq isə aclıqdan, susuzluqdan və əksər hallarda yorğunluqdan taqətdən düşən əsirlər ölürdülər. Yürüşə qarşı çıxanlar, dincəlmək üçün dayananlar və huşunu itirənlər edam edilir və ya işgəncəyə məruz qalırdılar.
İraqeyn yürüşü
İraqeyn yürüşü — Osmanlı ordusunun şərqə doğru tərtiblənən ən böyük və ən uzun müddətli hərbi səfəridir. Səfər 2 mərhələdən ibarətdir. Birinci mərhələ 1534-cü ilin yayında baş tutmuş və İraq-i Əcəm adlanan İranın şimal-qərbinə yönəlmişdi. İkinci mərhələ isə 1535-ci ilin yazında başlamış, Bağdad və ətrafına yönəlmişdir. Buna görə də tarixi mənbələrdə İraqeyn (iki İraq) Səfəri adlanır. == Sultan Süleymanın I yürüşü == Mənbələrdə deyilir ki, Üləma bəy Osmanlı sultanını Azərbaycana və İraqa yürüş etməyə sövq edirdi. O, şahı əmin edirdi ki, indi şahın başlıca qüvvələri özbəklərin Xorasana basqınını dəf edirlər və sultanın qızılbaş qoşunlarının olmadığı ölkəni ələ keçirməsi çətin olmayacaqdır. 1534-cü ilin yayında Sultan Süleyman çox böyük ordu ilə Azərbaycana hərəkət etdi. Ordunun ön dəstəsini Sədrəzəm İbrahim Paşanın 90 min nəfərlik qoşunu təşkil edirdi. Üləma bəy 10 min nəfərlə irəli çıxarılmışdı.
Qarabağ yürüşü
Qarabağ yürüşü — 2020-cı ilin 12-15 iyul tarixlərində Azərbaycanda Tovuz döyüşlərinin nəticələrinə görə başlayan aksiya. == Tarixi == 2020-cı il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun təmas xəttində yerləşən bölmələrini artileriya atəşinə tutması nəticəsində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev həlak olur. Üstəlik düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu da şəhid olur. Bunun ardından iyulun 14-ü saat 16:00 radələrində Sumqayıtda və Əhmədlidə “Qarabağ yürüşü” başlayır, burada yüzlərlə iştirakçı “Azərbaycan!”, “Qarabağ bizimdir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!!” və "Sumqayıt, yatma, şəhidimiz var" kimi sözlər səsləndirdi. Sonra nümayişlər minlərlə iştirakçı toplayaraq Bakının digər bölgələrinə də yayıldı. İştirakçılara görə, təxminən 15 min nümayişçi var idi. Qız Qalasına çatdıqdan sonra nümayişçilər Şəhidlər xiyabanına yönəldilər. Saat 23: 30-da nümayişçilər Şəhidlər Xiyabanına çatdılar. Burada nümayişçilər "Ya Qarabağ ya ölüm!!" və "Karantin bitsin, müharibə başlasın!". Bu zamana qədər yürüş dinc xarakter daşıyır.
Vaşinqtona yürüş
İş və azadlıq uğrunda Vaşinqtona yürüş (ing. March on Washington for Jobs and Freedom) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Linkoln memorialının ətrafında 28 avqust 1963-cü ildə 200–300 min insanın iştirakı ilə baş tutan dinc nümayiş. Nümayişdə Martin Lüter Kinq özünün məşhur "Mənim bir arzum var" nitqini səsləndirmiş, bir sıra digər siyasi və ictimai fəal şəxslər, sənətçilər iştirak və çıxış etmişlər. Yürüş iştirakçılarının 80%-ni qaradərililər, 20%-ni isə ağlar və digər irqlərin nümayəndələri təşkil edirdilər. Yürüş təşkilatçılarından 10 nəfər elə həmin gün ABŞ prezidenti Con Kennedi tərəfindən qəbul edilərək onların tələbləri dinlənilmişdir. Yürüş hüquq-müdafiə və fəhlə təşkilatları, dini qurumlar tərəfindən təşkil edilmişdi. Yürüşün nəticəsi olaraq ABŞ Konqresi ictimai yerlərdə seqreqasiyanı qadağan edən "Vətəndaş hüquqları haqda qanun" (1964) və qaradərililərə ağlarla eyni seçki hüquqları verən "Seçki hüquqları haqda qanun"u qəbul etdi. Hər 5 ildən bir Vaşinqtona yürüşün yubileyi münasibətilə yürüşlər təşkil edilir. Onlardan ən məşhuru 1988-ci ildə "Bizim hələ də bir arzumuz var!" şüarı ilə keçirilən 25 illik yubiley yürüşü olmuşdur. 2013-cü ildə yürüşün 50 illik yubileyi münasibətilə prezident Barak Obama 1963-cü ildəki yürüşün 16 nəfər iştirakçısını "Prezident Azadlıq medalı" ilə təltif etmişdir.
İsmail Türüt
İsmail Türüt (d. 8 iyun 1965, Rizə), Türkiyə xalq musiqisi sənətçisidir. 30-dan çox albomu yayınlanmışdır. == Həyatı == İsmail Türüt 8 iyun 1965-ci ildə Rizənin Ambarlıq kəndində dörd uşaqlı - üç oğlan, bir qız - ailənin ikinci uşağı olaraq dünyaya gəlmişdir. İbtidai məktəbi Ambarlıqda bitirmişdir. Ayşə Türüt ilə evlidir və dörd uşaq atasıdır. == Kariyerası == Laz Uşağı adlı ilk albomunu 1982-də çıxartmışdır. Kanal 7, TGRT, Flash TV və Vizyon Türk TV-də "Türüt Show", Kanal 7 və Flash TV-də Fıkralarla Türkiye, və Meltem TV-də isə "Türütten Türküler" proqramlarını aparmışdır.
Albiqoy səlib yürüşü
Albi müharibələri və ya Albiqoy (Katar) səlib yürüşü — Lanqedok əyalətində katar təriqətinin kökündən ləğv edilməsi məqsədi ilə Roma-Katolik kilsəsinin təşəbbüsü ilə keçirilən səlib yürüşləri. Roma papası III İnnokentinin katar hərəkatının dayandırılması təşəbbüsü yerli ruhanilərə və feodallara təsir etmədikdən sonra, o silah gücünə əl atmağa qərara gəldi. 20 il çəkən bu səlib yürüşü ərzində azı 1 milyon adam öldürüldü. Albiqoy səlib yürüşü Dominikan ordeninin və inkvizisiyanın təsis olunmasında, katolik kilsəsinin bidətlə mübarizəsində güclü vasitə olmasında əsas rol oynadı. Bəzi tədqiqatçılar Albiqoy yürüşünü Avropada ilk düşünülmüş soyqırım hesab edirlər. == Müharibənin səbəbləri == XII əsrin sonlarından etibarən Fransada aparılan mərkəzləşdirmə siyasətinin gedişində şimal əyalətlərinin cənuba qarşı apardığı müharibə. Cənub əyalətlərinin iqtisadi cəhətdən çox güclü olması şimal əyalətlərinin cənubu iqtisadi cəhətdən asılı hala salmasına mane olurdu. Cənubda yayılmış, öz xüsusiyyətlərinə görə şəhərlilərin mənafeyini müdafiə edən Valdenslərlə Katarlar təriqətinin Papa III İnnokenti tərəfindən bidətçi elan olunması bu müharibənin başlanmasını daha da sürətləndirdi. == Albiqoyçular hərəkatı == Cənubi Fransa şəhərlərinin tərəqqi etmiş iqtisadi vəziyyəti və onların siyası müstəqilliyi bu şəhərlərdə ictimai ziddiyətlərin qüvvətlənməsinə və kəskin məfkurə mübarizəsinə səbəb oldu.Bu özünü cənub vilayətlərində valdenslər və katarların təriqətçı təlimlərinin yayılmasında büruzə verdi.Bu təlimlər anti-feoadal xüsusiyyətə malik idilər.12-ci əsrin ortalarında onları ümumi adla-“Albiqoyçular” (təriqətlərin baş şəhəri Albi şəhərinin adı ilə) adlandırmağa başladılar.Albiqoyçular bu dünyanı və katolik kilsəsinin özünü şeytan əməli hesab edirdilər , əsas kilsə ehkamlarını rədd edirdilər , kilsə iyerarxiyası , kilsə torpaq sahibliyi , və desyatinin ləgv olunmasını tələb edirdilər.Dini örtük halında şəhərlərin daha da inkişafına mane olan feodallara qarşı , ilk növbədə , katolik kilsəsinə qarşı mübarizə başlamışdı.Albiqoyçuların əsas kütləsi şəhərlilər idi.Lakin onlara xüsusilə hərəkatın əvvəlində , kilsənin torpaq sərvətinə göz dikən cəngavərlər və əyanlar da qoşulmuşdular.Tuluza qrafı Raymond da albiqoyçulara meyl edirdi. == Müharibənin başlanması == Kilsə hələ 12-ci əsrin 70-ci illərində təriqətin qarşısını almağa cəhd göstərdi.Lakin bu uğursuzluqla nəticələndi.Onun təsiri Şimalı Fransada , habelə bəzi Qərbi Avropa ölkələrində də hiss olunmağa başladı.1209-cu ildə Papa III İnnokenti albiqoyçulara qarşı Şımalı Fransa yepiskopları və onların vassallarının Papa nümayəndəsinin başçılığı altında “xaç yürüşü” təşkil edə bildi.Varlı cənub şəhərlərinin hesabına varlanmaq niyyətinə düşən Şımalı Fransa cəngavərləri yürüşdə həvəslə iştirak etdilər.Onlardan biri-Baron Simon de Monfor yürüşün hərbi başçısı oldu.Mərdliklə müqavimət göstərmələrinə baxmayaraq bir çox cənub şəhərləri (Bezye , Karkasson və s ) alındı və qarət olundu.Əhali isə qilincdan keçırıldı.Müre yaxınlığındakı vuruşmada (1213) xaçlılar həlledcı qələbə qazandılar.Tuluzalı Raymond yalnız Tuluza , Nim , Boker və Ajanı öz əlində saxlaya bildi , başqa şəhərlərdə isə Monfor hökmranlıq edirdi.O, həlak olduqdan sonra (1218) Cənubi tabe etmək etmək uğrunda müharibəyə fransa kralı VIII Ludovikin özü qarışdı.1224-cü ildə və 1226-cı illərin uğurlu yürüşləri nəticəsində o , Tuluza qraflığını və Aralıq dənizi sahil boyu torpaqların bir hissəsinin (1229) kral mülklərinə birləşdirdi.Cənub-qərb qraflıqları müstəqilliklərini saxladılar.
Alman səlib yürüşü
Alman səlib yürüşü, həmçinin Reynland qırğınları (ivr. ‏גזירות תתנ"ו‏‎) — tarixdə Birinci səlib yürüşünün ilk mərhələsi kimi xatırlanır. Hadisə 1096-cı ildə fransız və alman kəndlilərinin cəngavərlərlə əlbir olub Avropada yəhudi icmalarına qarşı talanlara başlamasına müvafiq olaraq adlandırılmışdır. Tarixdə bu hadisə ilk antisemitizm kütləvi xalq hərəkatı kimi tanınmaqdadır. Bu hərəkat sonrakı əsrlər boyu geniş yayılaraq yekunda Holokostla nəticələnmişdir. == Tarixi == Yəhudilər əleyhinə əhval-ruhiyə Avropada yüzilliklərlə mövcud olmuşdur. VII əsrdə katoliklər tərəfindən yəhudilərin kütləvi xristianlaşdırılması, 888-ci ildə Fransanın Meç şəhərində baş vermiş, 1000-ci ildə Miladın minillik yubileyində olan iğtişaşlar, 1066-cı ildə Trir şəhərindən yəhudilərin qovulması kimi hadisələr buna misaldır. Lakin xristian dünyası tarixçiləri tərəfindən bütün bunlar ənənəvi olaraq yəhudi icmasının qanundan kənar, hüquqsuz olması ilə izah edilir. İspaniyada VIII əsrdə Rekonkista getdiyi bir dövrdə Pireneyə gəlmiş xaçlı cəngavərlər müsəlmanlarla yanaşı, yəhudiləri də qanına qəltan edirdilər. Cəngavər özbaşınalığı elə bir həddə çatmışdı ki, 1063-cü ildə papa II Aleksandr buna — yəhudilərin öldürülməsinə, eləcə də 1007–1012-ci illərdə geniş vüsət almış, yəhudilərin Fransada kral II Robert və Almaniyada II Henrix tərəfindən məcburi xristianlaşdırılmasına qarşı çıxmağa məcbur olmuşdur.
Birinci Səlib yürüşü
Birinci səlib yürüşü Qərbi Avropa ölkələrinin Yaxın Şərqə-Qüdsü və Fələstini ələ keçirmək məqsədilə hücum etdiyi Səlib yürüşlərinin bir hissəsidir. Bu yürüş səlib yürüşlərindən birincisi olmasa belə, elmi ədəbiyyatda Birinci səlib yürüşü adını almışdır. Çünki, səlib yürüşlərinin ilki olan İlk Səlib yürüşündə hakim feodallar deyil, qara camaat aparıcı qüvvə idi. 3 il çəkən müharibələrin sonunda xristianlar Qüdsü və bir sıra digər əraziləri ələ keçirərək, burada dörd feodal dövlət qurdular.
Dördüncü Səlib Yürüşü
Dördüncü Səlib Yürüşü yaxud Dördüncü Xaç Yürüşü ― (1200-1204) Səlib yürüşü. Papa III İnnokenti Qüdsü qurtarmaq üçün bütün Avropanı səfərə çağırır və 1202-ci ildə Venesiyadan səfər başlayır. Səlibçilərin yürüşə başladıqda məqsədi məqsədi Misiri tutmaq, daha sonra isə oradan Qüdsə gedərək şəhəri "azad etmək" idi. Amma venesiyalılar bu səfərin məqsədini dəyişdirdilər. Səlibçilər İstanbulu ələ keçirdi və 1204-cü ildə burada Latın imperiyası qurdular.
Fransanın Misirə yürüşü
Fransanın Misirə yürüşü — 1798-1801-ci illər arasında Fransanın Misir və şərq ticarət yolları üzərində üstünlük əldə etmək məqsədilə apardığı hərbi yürüş. == Kontekst == Misir yürüşü, öz dövründə Fransa hökumətinin cəhdi ilə gündəmə gəlmişdir. Yürüş, bu dövrdə Fransa və Böyük Britaniya arasındakı mübarizə məzmunu çərçivəsində dəyərləndirilə bilər. 1796-1797-ci illər arasında İtaliya da Fransanın lehinə uğurlu bir hərbi yürüş həyata keçirmiş olan General Napoleon Bonapart, 1797-ci ildə Fransaya geri qayıtmışdı. 1798-ci ilin fevral ayında dövrünün Fransa hökuməti, Böyük Britaniyanın Fransa tərəfindən işğal edilməsi istiqamətindəki planını General Bonaparta ünvanladı. Bonapart, gördüyü strateji dəyərləndirmələr nəticəsində bu planın gerçək olmadığı nəticəsinə gəldi və xarici işlər naziri Çarlz Maurike de Talleyrand-Perigordun da məsləhətiylə, hökumətə Misirin işğalını məsləhət gördü. Bu yolla, Osmanlı İmperatorluğunun bir vilayəti olan Misirin ələ keçirilməsiylə Böyük Biritaniyanın Misir və şərq ticarət yolları üzərindəki təsirinin aradan qalxması və Uzaq Şərqə daxil olmasının əngəllənməsinə hədəflənirdi. Bundan başqa yürüşün Fransanın Aralıq dənizi ticarətinin Böyük Britaniya rəqabəti qarşısında zəmanətə alınmasına da xidmət etməsi hədəflənmişdi.Mövcud idarəçilik, bir baxımdan İtaliya yürüşündən sonra ictimaiyyət tərəfindən çox təqdir olunan Napolyon Banapartı Fransadan uzaqlaşdırmaq üçün məsləhətə maraq göstərmişdi. == Səfərin Başlanğıcı və Nil Döyüşü == Fransız donanması Cənubi Fransanın Toulun limanından 19 may 1798-ci il tarixində ayrıldı. Yürüşü xəbər alan Böyük Britaniya hökuməti, Aralıq dənizində patrul gəzən Britaniya donanmasına Fransa donanmasının hərəkətinin qarşısının alınmasının əmrini verdi.
Herat yürüşü (1729)
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi.Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər. Təhmasib bu işdə əlinin olmadığına Nadiri inandırmaq istəsə də, Nadir onun Zülfiqarla əlaqəsindən məlumatlı olduğunu bildirdi.
I Səlib Yürüşü
Birinci səlib yürüşü Qərbi Avropa ölkələrinin Yaxın Şərqə-Qüdsü və Fələstini ələ keçirmək məqsədilə hücum etdiyi Səlib yürüşlərinin bir hissəsidir. Bu yürüş səlib yürüşlərindən birincisi olmasa belə, elmi ədəbiyyatda Birinci səlib yürüşü adını almışdır. Çünki, səlib yürüşlərinin ilki olan İlk Səlib yürüşündə hakim feodallar deyil, qara camaat aparıcı qüvvə idi. 3 il çəkən müharibələrin sonunda xristianlar Qüdsü və bir sıra digər əraziləri ələ keçirərək, burada dörd feodal dövlət qurdular.
Lənkəran yürüşü (1813)
Lənkəranın işğalı (rus. Штурм Ленкорани, translit. Ştrum Lenkorani) və ya Lənkəran yürüşü (fars. یورش به لنکران‎, translit. Yureş be Lankaran) — 1 yanvar 1813-cü ildə Rusiya imperiyası əsgərlərinin Talış xanlığının paytaxtı Lənkəran şəhərini ələ keçirməsi. Bu hərbi münaqişə qəddarlığına və amansızlığına görə fərqlənir. Ərazinin top atəşənə tutulduğu beş günlük mühasirədən sonra ruslar Qacar qoşunlarının üstünlüyünə baxmayaraq qalaya hücum etdilər. Sərkərdələrin və əsgərlərin əksəriyyətinin öldürüldüyü mühasirədə ağır itkilərə məruz qalsalar da, ruslar qalanı alaraq Lənkəranı işğal etdilər. Qala ələ keçirildikdən sonra Qacar ordusunun bütün əsgərləri rus ordusu tərəfindən qətlə yetirildi və ruslar heç kimi əsir götürmədilər. General Kotlyarevski özü mühasirə zamanı ağır yaralandı və bundan sonra döyüşlərdə iştirak edə bilmədi, Qacar canişini Sadiq Xan qalaya hücum zamanı öldürüldü.
Monqolların Fələstin yürüşü
Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır. == Yürüş hazırlığı == 1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvin və İranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu. Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi". Azərbaycanda və İranın şimalında yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi. == Qoşunların sayı == Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar. 15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi.
Bursut
Bursut — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bursut Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonimi tədqiqatçılar "alış-veriş yeri, bazar" mənasında izah edirlər. Altayda Bursol adlı yaşayış məntəqəsi, Türkiyədə Bursal şəhəri var. == Etimologiyası == Burs talış dilində "alqı-satqı yeri", ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.
Dursun
Dursun — Kişi adı. Dursun Hüseynov — tibb elmləri doktoru, professor. Dursun Əhmədov — Belorusiya SSR Volkovısk Şəhər Xald Deputatları Sovetinin deputatı.
Duruca
Duruca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Duruca — Oğuz rayonu ərazisində dağ. Duruca — Qəbələ rayonu ərazisində çay. Duruca — Şəki rayonu ərazisində çay. Duruca — Qax rayonu ərazisində çay.
Turist
Turist — gəzinti, səfər edən şəxs. Turist (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Turist (film, 2010) — rejissor Florian Henkel fon Donnersmarkın filmi. Turist tələsi — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı.17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Qurut
Qurut (qurub) — Cənubi Qafqazda, Azərbaycanın qərb rayonlarında, Kürd mətbəxində, Iranda, Əfqanıstanda və Orta Asiyada geniş istifadə olunan süd məhsulu. == Hazırlanması == Qurutu hazırlamaqdan ötrü qatıq və ya ayran torbada qatılaşanadək süzülür. Sonra ona duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurut isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlulu sarımsaqlı və ya sarımsaqsız istifadə etmək olar. == İstifadə == Alınmış məhlulu xəngəl, əriştə və s. xörəklərə əlavə edirlər. Qurutdan Naxçıvanda, Ağbaba mahalında və digər bölgələrdə qurut aşı, kələcoş və s. xörəklər bişirilir.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. == Coğrafi mövqeyi == Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. == Tarixi == 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Turut
Turut düzü — Şəki rayonu ərazisində düz. Turut (İran) — İranda kənd.
Murut
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd düzənlik ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Alba Auqust
Alba Auqust (ing. Alba August; 6 iyun 1993, Kopenhagen) — Danimarka-İsveç aktrisa, müğənni və bəstəkarı. == Həyatı == Auqust 6 iyun 1993-cü ildə Danimarkanın Kopenhagen şəhərində danimarkalı rejissor Billi Auqust və isveçli aktrisa və rejissor Pernilla Auqustun qızı olaraq dünyaya gəldi. Böyük bacısı Asta Osterqren də aktrisadır. Atası tərəfdən iki ögey böyük qardaşı Anders Auqust və Adam Auqust ssenaristdirlər. 2018-ci ildə Kopenhagendə Milli İfa Sənəti Məktəbini bitirib. == Karyerası == Auqust aktrisalıq fəaliyyətinə uşaq ikən başlamış və atasının "Martin üçün mahnı" (2001) filmində kiçik rol almışdır. 2017-ci ildə Danimarka istehsalı Netflix platformasında yayımlanan "Yağış" serialında yer aldı. Həmçinin "Astrid olmaq" filmində də rol almışdır.Aktrisalıq fəaliyyətindən başqa müğənni də olan Auqust 30 iyul 2020-ci ildə "We're Not Gonna Make It" adlı sinqlını nəşr etdi. 12 noyabr 2021-ci ildə isə "I Still Hide" adlı albomunu yayımladı.
Auqust Alle
Auqust Alle (est. August Alle; 1890‒1952 ) — Eston yazıçı və şair. == Bioqrafiyası == Auqust Alle 31 avqust 1890-cı ildə Vilyandi şəhərində daşyonan ailəsində anadan olmuşdur. Vilyandi və Nаrvа şəhərlərində təhsil almışdır. Kubanda və Ulyanovskda aptek şagirdi kimi işləmişdir. Sonra Vilnüsdə ev müəllimi kimi fəaliyyət göstərmişdir. 1915-ci ildə ekstern tərəfindən Orledə bilik attestatına imtahan vermişdir. 1915-ci ildən 1918-ci ilə kimi saratov Universitetinin tibb fakültəsində təhsil almışdır. Bir müddətdən sonra Estoniyaya köçmüş və burada jurnalist kimi fəaliyyətə başlamışdır. 1937-ci ildə Tartu Universitetinin hüquq fakültəsini bitirmişdir.
Auqust Landmesser
Auqust Landmesser (almanca: August Landmesser; 24 may 1910 – 17 oktyabr 1944. Ölümü 1 oktyabr 1949-cu ildə rəsmən açıqlanmışdır) — kütlə psixologiyasına uymazlıq simvolu və qorxu üzərində qurulmuş zorakı idarəçiliklə barışmazlığın real personajı. Almaniyanın Hamburq şəhərində Blohm+Voss tərsanəsində fəhlə işləyib, 13 iyun 1936-cı ildə "Horst Wessel" adlı döyüş gəmisinin təqdimatında çəkilmiş foto sayəsində nasist salamı verməyən yeganə adam kimi məşhurlaşıb. == Bioqrafiya == Auqust Frans Landmesser və Vilhelmina Maqdalinanın tək övladı olmuşdur. Ana xəttindən olan qohumları ilə birlikdə iş tapmaq ümidilə 1931-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasına (NSAFP, Nasist Patiyası) üzv olmuşdur. 1935-ci ildə yəhudi mənşəli İrma Eklerlə nişanlandığına görə partiyadan xaric edilmişdir. Bir ay sonra irqi təmizləmə haqqında Nürnberq qanunları qəbul edilmiş, dolayısı ilə Hamburq şəhərinin VVAQ idarəsi almanların yəhudilərlə evlənməsini təsdiqləməmiş olurdu. 29 oktyabr 1935-ci ildə qızı İnqrid doğulmuşdur. 1937-ci il iyul ayının əvvəllərində Auqust qanunsuz yolla Danimarkaya keçmək istəmiş, lakin sərhəddə yaxalanaraq, müvəqqəti nəzarətdə saxlanmışdır. Bu zaman arvadı İrma ikinci uşağa hamilə idi.
Auqust Sanq
Auqust Sanq (est. August Sang; 27 iyul 1914, Pyarnu — 14 oktyabr 1969, Tallin) — Estoniya şairi və ədəbi tərcüməçi. == Həyat və yaradıcılığı == Auqust Sanq Pyarnuda poçt qulluqçusu ailəsində anadan olmuşdur. 1932-ci ildə Pyarnuda kişi gimnaziyasını bitirmişdir. Hərbi xidmətini bitirdikdən sonra Auqust bir il yarım telefon bağlantısı işçisi kimi çalışmışdır. 1934-cü ildən 1942-ci ilə qədər Tartu Universitetində fəlsəfə fakultəsində təhsil almışdır. Bir neçə dəfə bəzi səbəblərdən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır.Artıq Auqust Sanq səkkiz yaşı olarkən şeirlər yazmağa başlamışdır. İnyo təxəllüsü altında şeirlər yazan Auqust 1933-cü ildə Improvisatsioon poeması ilə Kevadik adlı gənclər jurnalının ədəbi müsabiqəsinin qalibi olmuşdur. 1934-cü ildə onun şeiri ilk dəfə Looming ədəbi jurnalında çap olunmuşdur. 1936-cı ildə onun poetik toplusu Üks noormees otsib õnne işıq üzü görmüş və ona məşhurluq qazandırmışdır.
Durmuş Yılmaz
Durmuş Yılmaz (1947, Uşak) – türkiyəli iqtisadçı, bürökrat və siyasətçi. == Həyatı == Uşakın Eşme ilçəsinin Qaracağmərli kəndində anadan olmuşdur. İlk və orta məktəbini Uşakda tamamlamışdır. Lisey təhsilini Ankara Kupça və Kadastr Peşə iseyində tamamlamışdır. Muğlada Xəritə və Katastr texniki işçisi olaraq çalışarkən Muğla Turqutrəis liseyindən normal lisey diplomu almışdır. Ankara Universiteti Hüquq fakültəsində 3 il hüquq təhsili almışdır. 1970-ci ildə Milli Təhsil Nazirliyinin açmış olduğu dövlət təqaüdü imtahanından keçərək, İngiltərəyə Ticarət nazirliyi adından iqtisadiyyat təhsili almağa göndərilmişdir.London Şəhər Universitetində bakalavr, London Universitetində magistr təhsili almışdır. == Fəaliyyəti == 1980-ci ildə Türkiyə Respublika Mərkəzi Bankası kambiyo şöbəsinin müdirliyinə təyin edilmişdir. Xarici Borc Ertələmə, Valyuta Mübadiləsi və Valyuta Rezerv İdarəçiliyi sahələrində çalışmışdır. 1993-cü ildə Valyuta İşləri idarəsinin müdirinin köməkçisi, 1997-ci ildə Valyuta Risk İdarəçiliyi, Kreditlər, Valyuta və Effektiv Bazarlar ilə Açıq Bazar İşlərinə nəzarət edən Bazarlar Ümumi Müdirliyinin ümumi müdir köməkçiliyinə, 2002-ci ildə müdirliyə təyin edilmişdir.
Dursun Hümbətov
Dursun Hümbətov (tam adı: Dursun Oruc oğlu Hümbətov (Şahzeynallı); d. 10 mart 1930; Gürcüstan Respublikası, Marneuli ray., Qurdlar k.di; ö. 9 sentyabr 1990; Bakı) — alim, pedaqoq. == Həyatı == Dursun Hümbətov 1930-cu il mart ayının 10-da Gürcüstan Respublikasının Marneuli rayonunun Qurdlar kəndində anadan olmuşdur. Onun ata babası Borçalı bəylərindən biri-Hümmət Şahzeynallı olmuşdur. Məhz bu səbəbdən Dursun Hümbətovun atası Oruc Hümbətov bəy oğlu kimi 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, 10 il müddətinə SSRİ-nin uzaq Arxangelsk vilayətinə, siyasi dustaqlar koloniyasına göndərilmişdir. === Təhsili === Dursun Hümbətov 1945-ci ildə səkkizillik kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra orta təhsilini Marneuli şəhərindəki Pedaqoji Texnikumda davam etdirmişdir. 1949-cu ildə isə texnikumu fərqlənmə diplomu ilə bitirərək V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. O, həm fakültənin həmkarlar təşkilatının sədri, həm institutun komsomol komitəsinin büro üzvü, həm də qrup nümayəndəsi idi. Hümbətov ikinci kursdan etibarən Stalin adına Dövlət təqaüdünə layiq görülmüşdür.
Dursun Hüseynov
Hüseynov Dursun Yaqub oğlu — tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, "Tərəqqi" medalı laureatı(17.06.2000) == Həyatı == Dursun Hüseynov 1915-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub.ATU-nun farmakologiya kafedrasının professoru olmuşdur. 1990-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. == Əsərləri == Yeni dərman preparatları. Bakı, 1970. Ümumi və xüsusi reseptura Bakı, 1976. Dərman preparatları, I hissə. Bakı, 1983. Dərman preparatları, II hissə. Bakı, 1985.