Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəməşq qızılgülü
Dəməşq qızılgülü (lat. Rosa damascena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Hündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi enliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoxçiçəkli, qalxanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Meyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır. == Ekologiyası == Soyuğa, rütubətə, işığa davamlıdır.
Fransa qızılgülü
Kazanlık qızılgülü
Mandenova qızılgülü
Mandenova qızılgülü (lat. Rosa mandenovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 110-130 sm olan, düz dayanan, alçaqboylu koldur. Gövdəsinin qabığı yaşılımtıl-qonurdur. Tikanları möhkəm, düz, çiçəkli budaqlarda yuxarıya istiqamətlənmiş, bünövrəsi ellipsvaridir. Yarpaqların uzunluğu 6-8 sm-dir, yarpağın oxu çılpaq və hamardır, seyrək vəzicikli və tikancıqlıdır. Yalançı zoğları yaxşı inkişaf etmiş, yarpaqvari enəlmiş, uzunluğu 2-2,5 sm, eni 1 sm, qulaqcıqları iti, yuxarıya istiqamətlənmiş, hər tərəfdən çılpaq və hamar, vəziciklidir. Xırda yarpaqları 5-7 ədəd, yumurtavari –ellipsvari formadadır, bünövrəsi pazşəkilli daralmış, bir-birindən aralı yerləşmiş, xırda, uzunluğu 1,5-2 sm, eni 0,7-0,8 sm, üstü çılpaq və hamardır, alt tərəfi ancaq əsas damarcıqda zəif tükcüklü və seyrək, iri vəziciklidir, kənarları sadə dişli, dişcikləri iti, vəzicikləri yoxdur. İyun-iyul aylarında çiçəkləyir Çiçəkləri 2-3 ədəd, çiçək altlıqları yaxşı inkişaf etmiş qalxanvari çiçək qruplarında yerləşir.
Obtusifoliya qızılgülü
Obtusifoliya qızılgülü (lat. Rosa obtusifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Böyük Britaniyada geniş yayılmışdır. Hündürlüyü 2 m-dək olan, yaşıl gövdəli, qısa iynəli bitkidir. 5-7 ədəd yumurtavarı xırda yarpaqları hər iki tərəfdən tükcüklüdür. Saplağı sıx tükcüklü vəziciklərlə örtülmüşdür. Ləçəkləri 12-18 sm, ağ və ya açıq çəhrayıdır. Meyvələri 1-2 sm, yumurtavari və ya şarşəkilli, çılpaq, qırmızıdır. İyundan iyuladək çiçəkləyir. Bu növ hermofroditdir (erkək və dişi orqanları vardır) arılarla tozlanır.
Çin qızılgülü
Çin qızılgülü (lat. Rosa chinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Dekorativ kol bitkisi; otaqlarda becərilir. Çin, Şərqi Himalayda, Nepal, Hindistan və Pakistanda, Avropada, Kiçik Asiyada və Yaponiyada yayılmışdır. Hündürlüyü 1–2 m, gövdəsi düz dayanan koldur. Budaqları bənövşəyi-qonur, kəsiyində yumru, təxminən iynəsizdir. Yarpaqları mürəkkəb, uzunluğu 5-11 sm, yalançı zoğları saplaqla bitişik, kənarları bütöv, vəzicikli-tükcüklü, ucu bizdir. Çiçəkləri sadə (5 ləçəkli), yarımçoxləçəkli və ya çoxləçəkli, 2-5 olmaqla qruplarla yerləşmiş, bəzən tək, bir az ətirli və ya qoxusuz, diametri 4-5 sm-dir. Çiçək saplaqları 2,5-6 sm, təxminən çılpaq və ya vəzicikli-tükcüklü, çiçək altlıqları 1-3, xətvari, çılpaq, kənarları vəzicikli və ya bütöv armudvari, çılpaqdır. Kasayarpaqları 5, yumurtavari, bəzən yarpaqvari formalı, kənarları bütöv və ya bir az lələkvari-pərli, bəzən bütövdür.