Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəyirman
thumb|200px|Külək dəyirmanları Dəyirman — hər hansı məmulu əzib üyütmək üçündür. Əvvəllər yalnız külək və su ilə işlədilən olsalar da, sonralar elektrik mühərriki ilə işlədilməyə başlayır. Dəyirmanın seçilməsi ilkin məmulun ölçüsündən asılı olaraq aparılır. Ən kiçik dəyirman kimi kofe dənəciklərini üyüdən maşını göstərmək olar. == Un dəyirmanı == Un dəyirmanları külək, su və əl ilə işləyən olur. Buğdanın üyüdülməsində dəyirmanların ümumi prinsipini görmək olur. Ancaq burada da bəzi fərqlər mövcuddur. Müasir sənaye dəyirmanı əvvəlcə taxılı xarici hissələrdən ayırır, sonra onu uyüdüərək una çevirir. Qədimdə uzunqulaq,öküz, at, camış kimi ev heyvanlarından da dəyirmanların işlətməsində istifadə edilmişdir. İbtidai insanların sadə alətlərindən müasir qurğularadək böyük inkişaf yolu keçmişdir.
Dəyirman (dəqiqləşdirmə)
Dəyirman — bərk obyektləri üyütmək üçün mexanizm. Dəyirman (qrup) — Azərbaycanda musiqi qrupu. Dəyirman (oyun) — stolüstü oyun. Dəyirman (şahmat) — şahmatda kombinasiya.
Dəyirman (qrup)
Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi. "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Tarixi == === Qrupun yaranması === Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi. === Populyarlıq qazanması === "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.
Dəyirman (roman)
Dəyirman (türk. Değirmen) məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin 1941-ci ildə satirik üslubda yazdığı qısa roman.Roman ilk dəfə 1944-cü ildə nəşr edilmişdir. Romanın bəhs etdiyi dövr 1914-cü ildir və hadisələr Osmanlı imperiyasının Sarıpınar adlanan məntəqəsində cərəyan edir. == Məzmunu == "Dəyirman" romanında uydurma bir zəlzələ hadisəsinin böyüyərək Osmanlı dövlətinin və hətta dünyanın gündəminə girən bir məsələ halına gəlməsi təsvir edilir. Sarıpınar adlanan bir bölgədə meydana gəldiyi düşünülən bir zəlzələdən sonra baş verən tragikomik hadisələr, baş verməmiş zəlzələnin zəlzələ olubmuş kimi ortaya çıxarılması cəhdi canlandırılmışdır.Anadoludakı yoxsul bir qəsəbə olan Sarıpınarın 1914-cü ildə rəhbər vəzifədə çalışanlar ruh dünyası canlandırılmış, səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır. Romandan hasil olan qənaət budur ki, dövlət məmuru olmayan hadisələri sanki baş vermiş kimi göstərməməlidir və hər kəs öz vəzifə və məsuliyyətlərinə uyğun hərəkət etməlidir. Çünki ört-basdır edilən səhvlər daha böyük problemlərə səbəb olur. === Obrazlar === Xəlil Hilmi Efendi: Vilayətin valisi, mülayim xasiyyətli və nəzakətli bir adam Rəşid bəy: Vilayətin bələdiyyə başqanı, yardımsevər bir insan Arif bəy: Vilayətin həkimi, valinin ən yaxın dostu Ömər bəy: Vilayətin zənginləridən, səxavətli bir insan Xurşid: Valinin mühafizəçisi, saf niyyətli insan Həmid bəy : Vilayətin mutasarrıfı (qubernatoru) Rüfət : Bələdiyyənin baş katibi Kızanlıklı Naciyə: Şəhərdə düzənlənən əyləncələrdə oynayan rəqqasə === Nəşr === "Dəyirman" romanı ilk dəfə 1944-cü ildə İstanbulda Semih Lütfi nəşriyyatında yayınlanmışdır. Bundan sonra roman 1958, 1966, 1970, 1977, 1983, 1985, 1987, 1990, 1993, 2004, 2014 və daha sonrakı illərdə nəşr olunmuş, 2017-ci ildə müəllifin "Bütün əsərləri" toplusunun 7-ci cildinə daxil edilmişdir. === Azərbaycan dilinə tərcümə === "Dəyirman" romanı Vaqif Sultanlının tərcüməsində 1994-cü ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən "Yarpaq tökümü" ilə birlikdə 10.000 nüsxədə nəşr olunmuşdur.
Dəyirman (şahmat)
Dəyirman — Şahmat termini Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı.
Dəyirman daşı
Dəyirman daşları — Buğda və ya digər taxılların üyüdülməsi üçün, üyüdücülərdə istifadə olunan daşlar.
Dəyirman oyunu
DƏYİRMAN-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlar dairəvi əyləşirlər. Başçı əlində çubuq, başı papaqsız ortada dayanır. Qalan uşaqların başında papaq olur. Başçı çubuğu yerə vurub uşaqları qorxudur. Hamı əl çala-çala deyir: - Tağı-tağı, tağbatağı... Bu sözləri 4-5 dəfə təkrar edəndən sonra başçı sağdan bir uşağın papağını götürüb öz başına qoyur. Papağı götürülən uşaq da yanında olan uşağın papağını götürüb öz başına qoyur. Bu hərəkət dairənin sonuna qədər gedir. Bu minvalla papaqgötürmə 4-5 dəfə dövrə vurur.
Dəyirman qrupu
Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi. "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Tarixi == === Qrupun yaranması === Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi. === Populyarlıq qazanması === "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.
Dəyirman FK
Dəyirman dərəsi yaşayış yeri
Dəyirmаn dərəsi yаşаyış yеri — Yuхаrı Yаycı kəndindən şərqdə Аğbulаğın yахınlığındа yеrləşir. Burаdа dаğ çаyının sаğ sаhilində qаyа pаrçаlаrındаn tikilmiş dördkünc fоrmаlı binа qаlıqlаrı və bоru şəklində yоnulmuş iri qаyа pаrçаlаrınа rаstlаnmışdır. Yеrli əhаlinin məlumаtınа görə burаdа vахtilə dəyirmаn оlmuşdur. Lаkin hаzırdа о tаmаmilə dаğıdılmışdır. Yаşаyış yеrindən Еrkən Оrtа əsrlərə аid bir nеçə kеrаmikа pаrçаsı аşkаr оlunmuşdur. Yаşаyış yеrini III-X əsrlərə аid еtmək оlаr.
Gəgiran
Gəgiran — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Gəgiranda iqtisadi vəziyyət çox ağır olduğundan cavanların burdan köçməsinə səbəb olur. Kənddə 300 təsərrüfat var. Torpaq bölgüsü nəticəsində kənddə adambaşına 9 sot torpaq düşüb. Kəndə suyun çəkilişi isə 2015-ci ildə nəzərdə tutulub. == Din == Kənddə Gəgiran kənd məscidi dini icması fəaliyyət göstərir.
Dərman
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə.Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır. Dərman bazara iki il öncə daxil olub.
Yel dəyirmanı
Yel dərmanı (ing. Windmill, alm. Windmühle‎, rus. Ветряная мельница) — enerji əldə etmək üçün küləyin gücündən faydalanaraq hərəkət gələn iri çarxlı qurğu. Qədim zamanlardan yel dərmanları buğdanı üyütmək və su ehtiyatını qorumaq üçün istifadə olunmuşdur. Orta əsrlərdə Hollandiyada yerləşən yel dərmanları sahildə toplanan suyu təziqlə geri vururdu. Texnikanın sürətlə inkişaf etməsi nəticəsində yel dərmanlarının əhəmiyyəti müəyyən qədər azalmışdır. Orta əsrlərdə yel dərmanlarından əsasən kənd təsərrüfatında istifadə olunurdu. Enerji əldə etmək üçün ilk yel dərmanı 1890-cı ildə Danimarkada tikilmişdir. Yel dərmanlarının növu və hərəkətə gəlməsi küləyin sürəti, istiqaməti və hündürlüyünə əsaslanır.
Şar dəyirmanı
Şar dəyirmanı — möhkəm materialları əzmək üçün qurğu. Əsasən rənglərdə,pirotexniki vasitələrdə(müəyyən effekt-fişəng vəya siqnal,yanacaq tərkibli-alov,yardırıcı vasitələr) və keramikada istifadə olunan toz məhsulu istehsalında istifadə olunur. Şar dəyirmanı sement,əhəng,gips, keramika məhsulları və s. istehsalı zamanı materialı ən az 1/10 ölçülərində əzmək üçün istifadə olunur. Üyütmə prosesi böyük enerji sərfiyyatı və xərclərinə görə fərqlənir. Şar dəyirmanlarında materialın üyüdülməsi barabanın daxilindəki boşluğun içində fırlanaraq əzəlməsi şəklində baş verir. Üyütmə obyektlərinin (şar,millər) fırlanması zamanı və üyüdülən obyektlər («yük» adlanan) əvvəlcə dairəvi trayektoriya üzrə barabanla bir hərəkət edir, sonra isə parabolaya çevrilir. Yüklərin bir hissəsi fırlanma oxuna yaxın yerləşir, aşağı təbəqəyə doğru sürüşür. Materiallar aşınma nəticəsində xırda tərkiblər və material hissəciklərinin nisbi hərəkəti zamanı zərbələr nəticəsində üyüdülür. Şar dəyirmanları iki cür olur: laboratoriyada və sənayedə istifadə olunan.
Gəgiran bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dərman (Soyuqbulaq)
Dərman (fars. درمان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Dərman acıqıjısı
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Dərman alpiniyası
Dərman alpiniyası (lat. Alpinia officinarum) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Dərman bitkiləri
Dərman bitkiləri qədim dövrlərdən bəri kəşf edilmiş və xalq təbabətində istifadə edilmişdir. Bitkilər həşəratlara, göbələklərə, xəstəliklərə və ot yeyən məməlilərə qarşı müdafiə və qorunma da daxil olmaqla, müxtəlif funksiyalar üçün yüzlərlə kimyəvi birləşmə sintez edir. Dərman bitkiləri haqqında ən erkən tarixi qeydlərə Şumer sivilizasiyasına məxsus olan e.ə. 3000-ci ilə aid gil lövhələrdə rast gəlinir. Bu qeydlərdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi yer alır. Qədim Misirə məxsus olan e.ə. təxminən 1550-ci ilə aid Ebers papirusunda isə 850-dən çox dərman bitkisi təsvir edilmişdir. Roma ordusunda işləmiş yunan həkimi Dioskorid e.ə. təxminən 60-cı ildə De materia medica adlı əsərində 600-dən çox dərman bitkisinin istifadə edildiyi 1 000-dən çox dərmanın reseptini sənədləşdirmişdir. Bu əsər təxminən 1 500 il ərzində digər farmakopeyaların əsasını təşkil etmişdir.
Dərman bulaqotu
Dərman bulaqotu (lat. Veronica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. == Sinonimlər == Cardia officinalis (L.) Dulac Veronica officinalis var. officinalis Veronica officinalis f.
Dərman bədrənci
Melissa officinalis L. - Dərman bədrənci - Мелисса лекарственная - Medical balmBallınanə, bədrənc və ya limonotu (lat. Melissa L.) Dalmazkimilər (Lamiaceae Lindi.) fəsiləsinin Bədrənc(Melissa L.) cinsindən olan çoxillik ot bitkisidir. Gövdəsi dördkünc,budaqlı, yarpaqları ilə birlikdə yumşaq tüklüdür. Yarpaqları qarşılıqlı düzülmüş, saplaqlı, yumurtavarı formalı, kənarları mişarvarı, demək olar ki, çılpaqdır. Çiçəkləri ağ rəngdə xırda,ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə,qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan çoxillik yumşaq tüklü ot bitkisidir. Gövdəsi kəsikdə dördkünc, budaqlıdır.
Dərman bəlğəmotu
Dərman bəlqəmotu (lat. Althaea officinalis) - bəlğəmotu cinsinə aid bitki növü. == Sinonim == Althaea kragujevacensis Pančić Althaea kragujevacensis Pančić ex Diklić & Stevan. Althaea micrantha Borbás Althaea multiflora Rchb. ex Regel Althaea officinalis subsp. micrantha Dostál Althaea officinalis var. pseudoarmeniaca Polg. Althaea officinalis subsp. pseudoarmeniaca (Polg.) Kárpáti ex Soó Althaea sublobata Stokes Althaea taurinensis DC. Althaea vulgaris Bubani Malva althaea E.H.L. Krause Malva maritima Salisb. Malva officinalis (L.) Schimp.
Dərman ciyərotu
Dərman cəbrayılotu
Dərman dəfnəgilənarı
Dərman fillantusu
Dərman fillantusu (lat. Phyllanthus emblica) - fillantus cinsinə aid bitki növü. == Sinonimləri == Cicca emblica Kurz Emblica officinalis Gaertn. Mirobalanus embilica Burm. Phyllanthus mairei Lév.
Devilman Crybaby
Devilman Crybaby (azərb. Ağlayan şeytan-adam‎) – Qo Naqainin Devilman manqasının üzərində istehsal olunmuş anime serialı. Serialın rejisoru Masaaki Yuasa, ssenaristi isə İçiro Okouçidir. Anime serialı 5 yanvar 2018-ci ildən Netflix video axınından orijinal serial kimi yayımlanmışdır.
Stiq Daqerman
Stiq Halvard Daqerman (isv. Stig Halvard Dagerman, 5 oktyabr, 1923 - 4 noyabr, 1954) - isveçli jurnalist və yazıçı. İkinci Dünya müharibəsindən sonra yazan ən görkəmli İsveç müəlliflərindən biri idi. == Həyatı == Stiq Daqerman 1923-cü ildə İsveçrənin Uppsala şəhərinin kiçik bir bölgəsində anadan olmuşdu. Anası o doğulduqdan qısa müddət sonra evi tərk etmişdi, atası isə işinə görə daim gəzməli olduğundan Stiq uşaqlığını öz baba və nənəsi ilə birgə keçirtmişdi. Gənc yaşlarından işçi qəzetində siyasi mövzularda şeirlər və məqalələr yazmağa başlayır. 1943-cü ildə Almaniya qaçqını olan Annemarie Götze ilə evlənir və bundan sonra Hitler Almaniyasına və militarizmə qarşı nifrətini bildirən əsərlər yazır. İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə müharibənin faciəvi təsirindən bəhs edən "İlan" adlı ilk romanını yazır. Tənqidçilər tərəfindən müsbət rəy alan Stiq növbəti il "Lənətlənmiş ada" adlı ikinci əsərini də yayımlayır. Frans Kafka, Alber Kamü, Vilyam Folkner kimi yazıçılardan olduqca təsirlənən ekzistensialist yazıçı əsərlərində qorxu, günahkarlıq, yalnızlıq hislərinə xüsusi yer verir, insan varlığının əzablı həqiqətlərini araşdırırdı.