DERLİ TOPLU
DERME ÇATMA
OBASTAN VİKİ
Fatma Çiçək Derman
Fatma Çiçək Derman (1945, Ankara) — təzhip-miniatür sahəsi üzrə mütəxəssis, professor . == Həyatı və yaradıcılığı == Fatma Çiçək Derman 1945-ci ildə Ankarada doğulmuşdur. İstanbul Qız Liseyini və İstanbul Universiteti ədəbiyyat fakültəsinin sənət tarixi bölümünü bitirib. O, 1985-ci ildən 2012-ci ilə qədər Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsində müəllimlik etmişdir. Fakültə dekanı, Ənənəvi Türk Sənətlər Bölümü və Təzhip-miniatür əsas sənət sahəsinin yaradıcısı kimi rəhbərliklərdə çalışdı. 1976-cı ildən başlayaraq 24 il müddətində fəxri olaraq Kubbealtı Nakışhânesinde təzhip müəllimliyi etmişdi. Fatma Çiçək Derman ilk şəxsi sərgisini 1987-ci ildə Qanuni Sultan Süleyman Sərgisi əhatəsində Çikaqoda açmış, müxtəlif illərdə Türkiyədə və xarici ölkələrdə sərgiləri olmuşdur. Türkiyə Respublikası Kültür Nazirliyi tərəfindən keçirilən Dövlət Türk Süsləmə Sənətləri seçici təşkilatında 1990-cı ildən etibarən yer alan F.Ç.Derman Yaponiyada Türk ili olaraq elan edilən 2003-cü ildə professor Uğur Dermanla birlikdə East Asia (Toua) Universiteti tərəfindən dəvət edilmiş, burada sərgi və konfranslarla sənətlərini tanıtmışlar.Professor Uğur Dermanın həyat yoldaşı olan Fatma Çiçək Dermanın üç oğlu, üç nəvəsi vardır. Professor Fatma Çiçək Derman 9 magistr işinin və 7 doktorluq dissertasiyasının elmi rəhbəri olmuşdur. 2012-ci ildə Fatma Çiçək Derman təzhip sahəsində Türkiyə Cümhuriyyəti Kültür və Turizm Nazirliyi tərəfindən Kültür və Sənət Böyük mükafatına layiq görülmüşdür.
бербе́рский Гнедко́ гра́ве давни́шний мра́морный стриго́льник цифрово́й атрофи́рованность жест мисте́рия пульпово́дный пустить поезд под отко́с тайквондо́ чучело горо́ховое нериас biographee détente many-bottom plough peace platitudinization pupil thriven underwit доброта драндулет