Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. == Ümumi məlumat == Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Arhat
Arhat (sanskritcə: ləyaqətli, hörmətli, məşhur) — buddizmdə "nirvanaya daxil olmağa layiqli" olan; Budda müqəddəsi, ilk dəfə Budda Şakyamuni özünü arhat adlandırmış, ondan sonra şagirdləri va ardıcılları da bu adı ("Buddadan sonrakı Buddalar") daşımışlar. Hinayana məktəblərində, xüsusilə therevadada arhatliq ruhani kamilliyinin yüksək pilləsidir; arhat həyatını başa vurduqdan sonra bir daha yenidəndoğulma vərhələsini yaşamır, birbaşa nirvanaya keçir. İnsan təbiətinin bütün qeyri-kamilliklərindən, "mən" haqqında yanlış fikirlərdən tam azad olmuş arhat (kişi, yaxud qadın) üçlü biliyə (özünün əvvəlki doğulmaları, başqa şəxslərin doğulmaları və əqli pozuntunun aradan qaldırılması haqqında) malikdir. Mahayana ədəbiyyatinda arhatlarin "Budda torpaqlarında (buddha-kşetra) yaşamasında bəhs olunur. Mahayana ikonoqrafiyasında arhatın təsvirinə tez-tez rast gəlinir: məsələn, "Budda 16 böyük arhatın əhatəsində" adlı məşhur əsərdə.
Bəhai
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Dahar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. == Əhalisi == Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır.
Dəhnə
Dəhnə (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Dəhnə (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Dəhnə (coğrafiya) — çayın dənizə tərəf geniş açılmış qıfabənzər mənsəbi.
Dəhük
Dəhük — İraqın Dəhuk mühafəzəsində şəhər. Əhalisi 300,000-dir. Dəclə çayı üzərində yerləşir.
Dəhəb
Dəhəb (ərəb. دهب‎) — Misirin Cənubi Sinay vilayətində şəhərdir.
Dəram
Dəram (az.-əski. درام‎, fars. درام‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,701 nəfər yaşayır (520 ailə).
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
DiHaj
Diana Hacıyeva (13 iyun 1989, Mariupol, Donetsk vilayəti) — Azərbaycanlı müğənni və bəstəkar, Bəri bax kollektivinin solisti. O, eyni zamanda musiqiçi dostları ilə birlikdə təşkil etdiyi Dihaj qrupunun solistidir. Diana "Skeletons" mahnısı ilə Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Başlanğıc === Diana Hacıyeva 13 iyun 1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olmuşdur. Uşaqlıqdan musiqi ilə məşğul olan Diana fortepiano dərsləri almış və caz musiqisi ilə maraqlanmışdır. O eyni zamanda Bəri bax musiqi kollektivində fəaliyyət göstərir. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirmiş və bundan sonra Bakı Musiqi Akademiyasına daxil olaraq, "Xor dirijorluğu" peşəsinə yiyələnmişdir. Bu illər ərzində caz ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Diana hal-hazırda Bakı Caz Mərkəzində çalışır. 2009-cu ildə Diana Əli Nəsirov ilə ailə həyatı qurmuşdur.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Həyat
Həyat — bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər. Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır. == Həyat anlayışları == === Biologiyada === Biologiya canlıları tədqiq edən bir elm sahəsidir. Bioloqlar, bütün canlıları bütün planeti əhatə edən qlobal miqyasdan, hüceyrə və molekulları, mikroskopik ölçüyə qədər olan canlılara təsir edən mühüm dinamik hadisələrlə birlikdə araşdıran, biologiya elmi ilə məşğul olan insanlardır. Bir çox prosesi özündə saxlayan həyatı proseslərdən bəziləri: Enerji və maddənin işlənməsi, bədəni təşkil edən maddənin işlənməsi, yaraların sağalması və bütün orqanizmlərin çoxalmasıdır. Həyatın sirləri, tarixdəki bütün insanlara təsir etdiyindən; İnsanın fiziki quruluşu, bitkilər və heyvanlar haqqındakı araşdırmalar bütün cəmiyyətlərin tarixlərində yer tapır. Bu qədər marağın bir hissəsi, insanların həyata hökm etmə və təbii qaynaqları istifadə etmək istəyindən gəlir.
Kohat
Kohat — Pakistanın Hayber-Paxtunxva əyalətində şəhər. Şəhərin əsası 15-ci əsrdə qoyulub. Əhalisi təxminən 229 min nəfərdir. Şəhər Pakistanda əsasən "Puştun dairəsi" olaraq anılır.
Kəlat
Kəlat — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kəlat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,529 nəfər və 1,661 ailədən ibarət idi.
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Dəhnab (Bostanabad)
Dəhnab (fars. دهناب‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 195 nəfər yaşayır (46 ailə).
Dəhnə (Quba)
Dəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Dəhnə oyk., sadə. Şabran r-nunun Çuxurazəmi i.ə.v.-də kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır; Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin tam adı Dəhnə Püstəqasım olmuşdur. Kənd Rustov kəndinə gedən yolun başlanğıcında, iki dağ arasından keçən yeganə keçiddir. Bu keçid eyni zamanda Qələşdov enişinin başlanğıcıdır. Kəndin adı da onun coğrafi mövqeyi ilə bağlı yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 422 nəfər əhali yaşayır.
Dəhnə (coğrafiya)
Dəhnə və ya estuari (lat. aestuarium, su basmış mənsəb) – dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. Estuari çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialların qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. Estuari dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar Estuari nadir fiziki və bioloji əlamətləri ilə səciyyələnir. Estuarilər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, estuarilərin daim qorunması və səmərəli istifadəsi tələb olunur. Estuari mənsəbli çaylara Ob, Yenisey, Parana, Müqəddəs Lavrenti, Kolumbiya, Kolorado, Konqo, Taxo, Murrey aiddir.
Sosialist iqtisadiyyatında iqtisadi hesablamaya dair debat
Sosialist iqtisadiyyatında iqtisadi hesablamaya dair debat (ing. socialist calculation debate; economic calculation debate) — Sovet Rusiyasında müharibə kommunizmi (azad ticarətin qadağan edilməsi) dövründə baş verən hadisələrin nəzəri aspektinə verilən ad; müharibə kommunizmi siyasəti “kapitalist” bazarının olmadığı bir şəraitdə iqtisadi qərarların qəbulu ilə bağlı nəzəri suallar doğurdu. Bir sıra iqtisadçılar maya dəyəri (pul) uçotuna müraciət etmədən iqtisadi dəyərlərin müqayisəsi problemini həll etməyə çalışmışlar. Белых А. А. Введение; Л.Д.Троцкий и возможность построения социализма // Лев Троцкий и политика экономической изоляции. Экономическая история в прошлом и настоящем / Российская акад. народного хозяйства и гос. службы при Президенте Российской Федерации (1000 nüs.). М.: Дело. Р. Б. Дэй; науч. ред.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Death
Death — 1983-cü ildə 16 yaşındakı gitarist/vokalist Chuck Schuldiner, gitarist Rick Rozz və vurma alətlərdə Barney `Kam` Lee olmaqla Florida, Amerikada qurulan death metal qrupu. Qrupun ilk adı Mantas idi, amma daha sonra dəyişdirərək Death qərarını aldılar. Qrup Venom və Slayer'dan təsirlənmişdi amma fərqli bir şey etmək niyyətində idilər və Chuck`ın sərt vokalını istifadə etməyə qərar verdilər. 1987-ci ildə çıxardıqları «Scream Bloody Gore» albomu ilə bütün metal musiqi bazarını yerindən oynatdılar. Bu qədər sərt, iti ritmləri və vokalı olan bir musiqiyə insanlar vərdiş etməmişdilər, amma sonra bir çox vokalist Chuck'ın stilini təqlid edib death metal musiqisi hazırlamağa qərar verdilər. 1989-cu ildə əfsanəvi «Leprosy» albomunu çıxardıqları zaman artıq bütün dünya tərəfindən tanınmışdılar. İlk dəfə Amerika xaricinə çıxıb Avropa turnesinə çıxdılar. Albom böyük qalmaqal yaratmışdı. Bütün musiqi bazarı bu yeni musiqi stilini və yaradıcılarını heyranlıqla izləyirdi. 1990-ci il tarixli «Spiritual Healing» və 1991-ci il tarixli «Human» albomları ilə yerlərini yaxşıca sağlamlaşdırmışdılar.
Debal
Debal (urdu ديبل‎) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri. == Adımın mənşəyi == Ərəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir. == Tarixi == IX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi". Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi.
Debet
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Debüt
Debüt (fr. début) bu mənaları ifadə edə bilər: Debüt — incəsənət xadiminin geniş ictimaiyyətə ilk tanınması. Debüt — şahmat partiyasının başlanğıcı. Debüt — Azərbaycanda rok qrup.
Decay
Half-Life: Decay (azərb. Parçalanma‎) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir. Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır. Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı.
Dedal
Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı, görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur). Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü.
Dehli
Dehli (hind. दिल्ली, pənc. ਦਿੱਲੀ, urdu دِلّی‎, ing. Delhi, köhnə adı Şahcahanabad) — Hindistanın böyüklüyünə görə ikinci böyük şəhəri (Mumbaydan sonra), Hindistanın ittifaq ərazisi statusuna malikdir (Dehli milli paytaxt dairəsi). Hindistanın şimaında Yamuna çayının sahilində yerləşir.
Dehqan
Dehqan - Antik və Erkən orta əsrlər dövründə mövcud olmuş ictimai təbəqə. Bu ictimai təbəqə Sasanilər sülaləsinin hakimiyyəti dövründə böyük rol oynamışdır. Dehqan təbəqəsi haqqında bir sıra mülahizələr irəli sürülmüşdür. M.Ravəndi bu haqda yazır ki, əyanların ən aşağı təbəqəsini təşkil edən dehqanla öz malikanələrində yaşayırdılar. Onlar ancaq tərbiyə və geyim nöqteyi-nəzərdən əkinçilərdən fərqlənirdilər. Sasanilərin hakimiyyətinin son dövründə geniş yayılmış dehqan termini ərəblərin hakimiyyəti dövründə də işlədilirdi. Bu nəsildən olan bir sıra əyalətlərin əyanları və siyasi xadimlər dehqan nəslindən olduqlarına görə fəxr edirdilər. Digər tərəfdən həmin termini ərəblərdən fərqlənmək üçün əsilzadəliyə nişanə kimi saxlayırdılar. Şərik adlanan mahal hakimləri də dehqanlardan təyin olunurdu. Ərəb işğalları dövründə incidilməyən yeganə silk dehqanlar idi.
Dehəc
Dehəc — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Dehəc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,756 nəfər və 1,600 ailədən ibarət idi.
Dehəq
Dehəq — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,828 nəfər və 2,174 ailədən ibarət idi.
Deist
Deizm (lat. deus — Tanrı) — tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə, bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.