Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elmlər
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).
Elmlər Akademiyası
Elmlər Akademiyası — elmin müxtəlif sahələri ilə peşəkar şəkildə məşğul olan insanları birləşdirən dövlət və ya ictimai qeyri-kommersiya təşkilatı. Onun üzvləri akademik adlanırlar. == Azərbaycan == Azərbaycan Respublikasında akademiyalar ancaq dövlət akademiyası ola bilər. Sahə akademiyası kimi Azərbaycan Mühəndislik Akademiyası fəaliyyət göstərir. == Beynəlxalq Elmlər Akademiyaları == Beynəlxalq Elmlər Akademiyası (IAS) Beynəlxalq San-Marino Elmlər Akademiyası (AIS San-Marino) == Rusiya == Rusiya Federasiyasında yeddi dövlət, on səkkiz ictimai akademiya fəaliyyət göstərir.
Elmlər doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Elmlər namizədi
Elmlər namizədi (rus. кандидат наук) — elmi dərəcə. == Haqqında == Bir sıra MDB ölkələrində elmlər namizədi elmi dərəcəsi namizədlik imtahanlarını müvəffəqiyyətlə verən və açıq şəkildə namizədlik dissertasiyası müdafiə edən ali təhsilli şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinin adı dəyişdirilərək fəlsəfə doktoru adı ilə əvəz olunub.
Humanitar elmlər
Humanitar elmlər — analitik və tənqidi metodlardan istifadə edərək insan həyatının mənəvi, idrak, mədəni, ictimai sahələrdə tələblərini öyrənən elmlər toplusu. Təbiət elmləri ilə istifadə üsulları (orada emprik üsullardan istifadə edirlər) və predmetinə görə kəskin fərqlənir. Predmetinə və metodologiyasına görə İctimai elmlərlə kəsişsə də onunla da fərqli sahələri vardır. == İstiqamətlər == Antropologiya Jurnalistika Mədəniyyətşünaslıq Tarix Kulturologiya Liqvistika Ədəbiyyatşünaslıq Elmşqnaslıq Pedaqoqika Politologiya Hüquq Psixologiya Sosiologiya Filologiya Fəlsəfə Esterika Etika Etnoqrafiya == Ədəbiyyat == Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən.Bakı, "Zəkioğlu" nəşr, 544 səh.
Sosial elmlər
İctimai elmlər və ya sosial elmlər — insan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət elmlərii və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. Emil Dyurqeym, Karl Marks və Maks Veber müasir sosial elmlərin əsas yaradıcılarından sayılırlar.
Tətbiqi elmlər
Texniki elmlər — Texnikanın özünü və ya onun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən hadisələri tədqiq edən elmlər məcmusu. Texniki elmlərin inkişafına qədim dövr mühəndislərindən Arximed, Heron, Papp, Leonardo da Vinçi və başqaları böyük töhfə vermişlər. İlk texniki elmlərdən biri fizika və arxitektura elmləri daxilində öyrənilən mexanika elmi olmuşdur. Sənayedə inqilabın baş verməsi ilə texnika və texnologiyanın akademik səviyyədə öyrənilməsinə tələbat yarandı. Texniki elmlərin tədrisi ilə məşğul olan belə təhsil müəssisələrindən biri 1794-cü ildə əsası qoyulan Qaspar Monjanın Politexnik məktəbi olmuşdur. Bununla da kütləvi şəkildə mühəndis biliklərinə yiyələnmək dövrü başladı. Bu da XIX əsrdə elektrotexnikanın, XX əsrdə isə radiotexnikanın, kosmonavtikanın, robot texnikasının yaranması və inkişaf etdirilməsinə gətirib çıxarıblar. Tətbiqi elmlər bir və ya bir neçə təbiət elmləri sahəsindəki elmi biliklərin praktikada yaşanan problemlərinin həllindəki istifadəsinə verilən addır. Mühəndislik elmləri tətbiqi elmlərin ən yaxşı nümunələridir. Tətbiqi elmlər texnologiya üçün çox vacib bir sahədir.
Yalan elmlər
Yalan elmlər ( yun. ψευδής — «yalan» + elm, yaxın terminlər: paraelm, kvazielm, 'alternativ elm, qeyri-akademik elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan fəaliyyət və ya nəzəriyyə. == Haqqında == Yalançı elm çox mürəkkəb bir ictimai fenomendir. Onun təzahürləri arasında bir tərəfdən elmi əsası olmayan, lakin elm kimi təqdim olunan ideyalar, digər tərəfdən isə dünyanın mövcud qanunauyğunluqlarına uyğun olmayan, guya yeni qanunlara əsaslanan ixtiralardır. Bacarıqlı yalançı alimlər iddia etdikləri tədqiqatların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə çalışır və bununla da vergi ödəyicilərinin pulunu mənimsəyirlər. Üstəlik, yalançı elm bir qayda olaraq, korrupsiya ilə bağlıdır. Vətəndaşlar da bu cür saxtakarlardan əziyyət çəkirlər. Məs.,“ulduz falı” (qoroskop), əl, pəncə və barmaq izləri əsasında falçılıq edənlər, ekstrasenslər heç bir elmi əsası olmayan, saxtalaşdırılmış elmi faktlarla insanları inandırmaqla müalicə edir, ixtisas seçmək və ya idman, musiqi ilə məşğul olmaq üçün təkliflərini verirlər. Postsovet dövründə Rusiyada, həmçinin postsovet dövlətlərində yalançı elm nəzarətdən çıxaraq vətəndaşların sağlamlığı və təhsilindən başlayaraq dövlət proqramları və strategiyalarına qədər bütün səviyyələrdə dövlət qurumlarının fəaliyyəti və təhlükəsizliyinə dağıdıcı təsirlər etməyə başladı. Rusiyanın dövlət orqanları yaranmış fövqəladə hala yaxın olan bu vəziyyəti nəzərə alaraq məsələnin həlli ilə məşğul olan xüsusi Komissiya yaratdılar.
İctimai elmlər
İctimai elmlər və ya sosial elmlər — insan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət elmlərii və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. Emil Dyurqeym, Karl Marks və Maks Veber müasir sosial elmlərin əsas yaradıcılarından sayılırlar.
Albaniya Elmlər Akademiyası
Albaniya Elmlər Akademiyası (alb. Akademia e Shkencave e Shqipërisë ) — 1972-ci ildə qurulmuşdur və Albaniyanın ən vacib elmi qurumudur. 1980-ci illərdə Tirana Universitetində başlayan bir neçə tədqiqat institutu Akademiyanın yurisdiksiyasına verildi. Qurumun tərkibində Albaniyadakı və xaricdəki araşdırma mərkəzləri və digər təşkilatlarla əlaqəli olan "akademiklər" adlandırılan ən görkəmli elm adamları da var. 2009-cu ilə olan məlumata əsasən Akademiyanın 23 daimi üzvü, 10 əlaqəli üzvü, 1 uzunmüddətli üzvü və 26 hörmətli üzvü var.Akademiya 1994-cü ildə Yeni Delhi Əhali Sammitində yaradılan Sammit Bəyanatını imzalamaqla təsdiqlənmiş dünyanın bir çox elmi akademiyalarından biri idi. == Təşkilat == Akademiya iki hissədən ibarətdir: İctimai Elmlər və Albanoloji Bölməsi; Təbiət və Texniki Elmlər Bölməsi;Buraya həmçinin aşağıdakı bölmələr də daxildir: Texnoloji və İnnovasiya İnkişafı Layihələri; Xarici və İctimaiyyətlə əlaqələr şöbəsi; Kitabxana; Nəşriyyat evi;Albaniya Elmlər Akademiyası ölkənin ən böyük akademik kitabxanasına malikdir. 1975-ci ildə 10.000 cilddən başlayaraq 1986-cı ilə qədər buaray 812.000 cild daxil edilmişdir.2008-ci ildə akademiyanın əksər tədqiqat funksiyalarının maliyyələşdirilməsi geri alındı, həmin tədqiqat funksiyaları sonradan universitetlərə və tədqiqat mərkəzlərinə verildi. Akademiyadan ayrılmış dörd tədqiqat institutu Albanoloji Tədqiqatlar Mərkəzini yaratdı.
Azərbaycan Elmlər Akademiyası
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. == Tarixi == Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi.
Bolqarıstan Elmlər Akademiyası
Bolqarıstan Elmlər Akademiyası — Bolqarıstanın əsas elmi qurumu. == Tarixi == Bolqarıstan Elmlər Akademiyası 1869-cu ildə yaradılmışdır. Prezidenti Nikola Sıbotinovdur. == Şöbələri == 9 şöbəsi var: riyaziyyat kimya biologiya Yer haqqında elmlər mühəndislik humanitar sosial elmlər və s.Bundan başqa Akademiyanın tərkibində 50-yə yaxın institut fəaliyyət göstərir.
Elmlər Akademiyası metrostansiyası
Elmlər Akademiyası metrostansiyası — Bakı metrosunda stansiya. Metronun yeddi dərində yerləşən stansiyalarından biridir. Stansiyaya daxil olan qatarlarda "Tələbə" musiqisindən fraqment səslənir. == Haqqında == 2015-ci il dekabrın 28-də stansiyanın 2-ci çıxışı istifadəyə verilmişdir. Bununla da stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına,ikinci çıxış Mətbuat prospektinə,digər iki çıxış isə Bəxtiyar Vahabzadə küçəsinə çıxır. Stansiyaya daxil olan qatarlarda "Tələbə" mahnısından fraqment səslənir. == Yenidən qurulması == "Elmlər Akademiyası" stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanıb. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra 15 sentyabr 2016-cı ildə yenidən istifadəyə verilib.
Elmlər Akademiyası silsiləsi
Elmlər Akademiyası silsiləsi (tac. Қаторкуҳи Академияи Фанҳо) — Tacikistanda, Qərbi Pamir dağlarında yerləşən dağ silsiləsi. Silsiləsi meridional istiqamətdə təxminən 110 km məsafəyə uzanır.Elmlər Akademiyası silsilənin ən yüksək zirvəsi və Tacikistanın ən yüksək nöqtəsi İsmayıl Somoni zirvəsidir (7,495 metr). Silsilənin 24 zirvəsinin hündürlüyü 6,000 metrdən yuxarıdır. Silsilə Paleozoy çökmə və metamorfik süxurlardan, qismən də qranitlərdən ibarətdir . Elmlər Akademiyası silsiləsini əhatə edən əbədi qarlar çoxlu sayda iri buzlaqları qidalandırır. Dağ silsiləsi 1927-ci ildə Nikolay Korjenevski tərəfindən kəşf edilmiş və SSRİ Elmlər Akademiyasının adını daşıyır.
Fransa Elmlər Akademiyası
Fransa Elmlər Akademiyası (fr. Académie des sciences) və ya Paris Elmlər Akademiyası — fransız alimləri ilhamlandırmaq və qorumaq üçün Jan Batist Kolberin təklifi ilə 1666-cı ildə XIV Lüdovik tərəfindən yaradılan elmi təşkilat. Dünyadakı ilk elmlər akademiyalarından biridir. Fransa Elmlər Akademiyasının ümumi qeyri-rəsmi adı Paris Elmlər Akademiyasıdır. Fransa İnstitutunun bir hissəsidir (beş milli akademiyadan biri). XVII və XVIII əsrlərdə Avropadakı elmi araşdırmaların önündə getmişdir.
Gürcüstan Elmlər Akademiyası
Gürcüstan Milli Elmlər Akademiyası (GMEA) (gürc. საქართველოს მეცნიერებათა ეროვნული აკადემია) Gürcüstanın elmini öyrənən bir cəmiyyətidir. 1990-cı ilin noyabr ayına qədər Gürcüstan SSR Elmlər Akademiyası adlandırıldı. Akademiya Gürcüstanda elmi tədqiqat işlərini əlaqələndirir və xarici ölkələrin akademiyaları və elmi mərkəzləri ilə əlaqələri inkişaf etdirir. == Tarixi == GMEA 1941-ci ilin fevral ayında Tiflisdə yaradıldı. Akademiyanın qurucusu akademikləri Giorgi Akhvlediani (dilçilik), İvane Beritaşvili (fiziologiya), Arnold Çikobava (İbero-Qafqaz dilləri), Giorgi Chubinashvili (incəsənət), Simon Janashia (tarix), Alexander Janelidze (geologiya), Korneli Kekelidze (filologiya), Niko Ketsxoveli (botanika), Tarasi Kvaratsxeliya (subtropik mədəniyyətlər), Niko Muskhelishvili (riyaziyyat, mexanika; Akademiyanın ilk prezidenti), İlia Vekua (riyaziyyat; Akademiyanın ikinci prezidenti), Akaki Shanidze (dilçilik), Alexander Tvalchrelidze (mineralogiya), Dimitri Uznadze (psixologiya), Kiriak Zavriev (konstruktiv mexanika) və Philip Zaitsev (zoologiya) idi. Akademiyanın digər görkəmli üzvləri arasında Ekvtime Takaişvili (tarix), Şalva Nutsubidze (fəlsəfə), Giorgi Sereteli (şərqşünaslıq), Simon Kauxchishvili (klassik filologiya), Konstantine Gamsaxurdia (ədəbiyyat), Giorgi Melikishvili (tarix), Nikoloz Berdzenishvili (tarix)., Revaz Dogonadze (fizika), Malxaz Abdushelishvili (antropologiya), Guram Mchedlidze (paleobiologiya) və Levan Chilashvili (arxeologiya) var idi. == Mövcud üzvlər == Bu gün Akademiyanın üzvləri arasında tanınmış elm adamları Tamaz Qamkrelidze (dilçilik), David Muskhelishvili (tarix), Revaz Qamkrelidze (riyaziyyat), Simon Xeçinaşvili (med.), George Nakhutsrishvili (botanika), Vladimer Papava (iqtisadiyyat), David Lordkipanidze (paleeoantropologiya) və s. var.Gürcüstan Milli Elmlər Akademiyasının prezidentləri: Niko Muskhelishvili (1941–1972), İlia Vekua (1972–1977), Yevgeni Xaradze (1977–1986), Albert Tavxelidze (1986–2005) və Tamaz V. Gamkrelidze (2005–2013). 2013-cü ilin fevral ayından bəri Akademiyanın prezidenti akademik Giorgi Kvesitadzedir.
Latviya Elmlər Akademiyası
Latviya Elmlər Akademiyası və ya qısaca: LEA — Latviyada əsas elmi qurum. Prezidenti akademik Oyars Sparitisdir.
Litva Elmlər Akademiyası
Litva Elmlər Akademiyası (lit. Lietuvos mokslų akademija) və ya LEA — 1941-ci ildə Litva SSR Elmlər Akademiyası (lit. Lietuvos TSR Mokslų akademija) olaraq Litva SSR hökumətinə elmi məsləhət orqanı kimi xidmət edən muxtar, dövlət tərəfindən maliyyələşdirilən bir müəssisə kimi yaradılmışdır. Müəssisənin ilk prezidenti Vintsas Kreve olmuşdur. Akademiya Litva Respublikasını ALLEA (Bütün Avropa Akademiyaları Federasiyası), ICSU ( Beynəlxalq Elm Şurası), EASAC (Avropa Akademiyaları Elmi Məsləhət Şurası) və IAP (İnterAcademy Panel) kimi beynəlxalq təşkilatlarda təmsil edir. Bir neçə elmi müəssisə və fondlar təsis etməklə yanaşı, nəşrlər və dərsliklər buraxır, simpozium və konfranslara sponsorluq edir. Akademiya 15 xatirə mükafatı təsis etmiş və hər il gənc alimlərə 10 mükafat və tələbələrə 15 mükafat təqdim edərək gənc alim və tələbələri tədqiqat işləri ilə məşğul olmağa təşviq edir. 2008-ci ildən bəri Litva Bankı ilə birlikdə Vladas Jurgutis mükafatını verir. Akademiyanın qərargahı Vilnüsdə yerləşir. == Struktur == Litva Elmlər Akademiyası beş şöbədən ibarətdir: Prof.
Macarıstan Elmlər Akademiyası
Macarıstan Elmlər Akademiyası (mac. Magyar Tudományos Akadémia (MTA)) — Macarıstanın ən önəmli və prestijli elmi təşkilatı. Budapeştdə Dunay çayının sahilində yerləşir. Onun əsas vəzifələrinə elmin inkişaf etdirilməsi, elmi tapıntıların yayılması, tədqiqat və inkişafı dəstəkləmək və Macarıstan elmini ölkə daxilində və dünyada təmsil etməkdir. == Tarixi == Akademiyanın tarixi 1825-ci ildə İştvan Seçeninin Bratislavada elm cəmiyyətin məqsədlərini həyata keçirtmək üçün əmlakının bir illik gəlirini təklif etdiyi vaxtdan başlayır. İştvandan sonra bir sıra insanlar onun yolunu davam etdirdilər. Məqsədi Macarıstanın inkişafı və ölkədə elm və sənətin öyrənilməsi və yayılması kimi göstərildi. Müəssisə hazırkı adını 1845-ci ildə aldı. Mərkəzi binası 1865-ci ildə Neointibah memarlığı üslubunda inşa edilmişdir. Binanın memarı Fridrix Avqust Ştüler idi.
Moldova Elmlər Akademiyası
Moldova Elmlər Akademiyası (mold. Academia de Ştiinţe a Moldovei) — Moldovanın ən yüksək elmi qurumu, ölkənin təbii və ictimai elmlər sahəsində fundamental tədqiqatlar aparan mərkəzi. Kişinyovda yerləşir. == Tarixi == Moldova Elmlər Akademiyası 1961-ci ildə SSRİ Elmlər Akademiyasının Moldova şöbəsi əsasında yaradılmışdır. Sovet dövründə burada "Moldaviya SSR Elmlər Akademiyası Xəbərləri" (3 seriyada) və s. elmi jurnallar nəşr edilmişdir. 1961-ci ildə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Академия наук Молдавской ССР / Гросул Я. С. // А — Ангоб. — М. : Советская энциклопедия, 1969. — (Большая советская энциклопедия : [в 30 т.] / гл.
Pedaqoji elmlər doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Papa Elmlər Akademiyası
Papa Elmlər Akademiyası (it. Pontificia Accademia delle Scienze) — 1847-ci ildə Roma Katolik Kilsəsi tərəfindən qurulan papa akademiyalarından biri. Papa Elmlər Akademiyasının məqsədi riyazi, fiziki və təbiət elmləri və əlaqəli teoloji sualları araşdırmaqdır. == Akademiyanın işi == Bu gün Akademiyanın işi altı əsas məsələyə yönəlib: (a) əsas elm, (b) qlobal problemlərin elmi və texnologiyası, (c) Üçüncü Dünya problemlərinin həllində elm, (d) elm etikası və siyasəti, (e) bioloji tədqiqat etikası, (f) epistemologiya.Bu suallar doqquz fənə bölünür: Fizika və əlaqəli fənlər Astronomiya Kimya Yer və Ətraf Mühit Elmləri Həyat elmləri (botanika, aqronomiya, zoologiya, genetika, molekulyar biologiya, biokimya, nevrologiya, cərrahiyyə) Riyaziyyat Tətbiqi Elm Fəlsəfə Elmlər tarixi.
Peterburq Elmlər Akademiyası
Peterburq Elmlər Akademiyası — Rusiya imperiyasında ali elmi müəssisənin 1724–1917-ci illər arasında ədəbiyyatda ümumiləşdirilmiş adı. Akademiya imperator I Pyotrun fərmanı ilə 8 fevral 1724-cü il tarixində Sankt-Peterburqda yardılmışdır. Akademiyanın rəsmi adı (1724–1917) 1724-cü ildən — Sankt-Peterburqda Elm və Rəssamlıq Akademiyası (rus. Академия наук и художеств в Санкт-Петербурге) 1747-ci ildən — Sankt-Peterburqda İmperator Elm və Rəssamlıq Akademiyası (rus. Императорская академия наук и художеств в Санкт-Петербурге) 1803-cü ildən — İmperator Elmlər Akademiyası (rus. Императорская академия наук) 1836-cı ildən — Sankt-Peterburq İmperator Elmlər Akademiyası (rus. Императорская Санкт-Петербургская академия наук) olmuşdur.1917-ci ilin martında isə akademiklər yeni — "Rusiya Elmlər Akademiyası" (RAN) adını təklif etdilər, hansı ki daha sonra müvəqqəti hökumət tərəfindən təsdiq olundu və 1917-ci ilin oktyabrında qüvvəyə mindi.
Qazaxıstan Elmlər Akademiyası
Qazaxıstan Elmlər Akademiyası — Qazaxıstan Respublikasının Prezidenti 1993-cü il 21 yanvar fərmanı ilə "yenidən qurulma" nəticəsində Qazax SSR Elmlər Akademiyasını yaratdı Qazaxıstan Respublikasının Prezidentinin 2001-ci il 6 Noyabr əmri ilə Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasına dövlət büdcəsindən maliyyələşdirilən əsas tədqiqat proqramları çərçivəsində görülən işlərin təhlili funksiyaları həvalə edildi.Hökuməti, 22 May 2002-ci ildəki Fərmanı ilə "Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası" Respublika Dövlət Qurumunun Nizamnaməsi kimi təsdiq edildi. Nizamnaməyə əsasən, Qazaxıstan Milli Elmlər Akademiyası üzvlərini (akademiklərini), Qazaxıstanın müxbir üzvlərini və aparıcı elm adamlarını birləşdirən dövlət elmi bir qurumdur. Elmlər Akademiyası inzibati, elmi, texniki, sosial-mədəni və digər funksiyaları yerinə yetirmək üçün yaradılmış respublika dövlət qurumudur. Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi Elmlər Akademiyasının dövlət orqanı, habelə bununla əlaqədar funksiyaları yerinə yetirən dövlət mülkiyyət hüquqları subyektidir. Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının məqsədi və əsas fəaliyyətləri bunlar idi: tədqiqat fəaliyyəti; RK-da elmin vəziyyəti və inkişafının təhlili; elmin inkişafı və elmi kadr hazırlığı üçün prioritet sahələrin müəyyənləşdirilməsi; elmi və ekspert dəstəyi; tədqiqat proqramlarının formalaşdırılması və həyata keçirilməsinin əlaqələndirilməsi; öz səlahiyyətləri daxilində beynəlxalq əməkdaşlığın, innovasiya və investisiya fəaliyyətinin inkişafına kömək etmək. Milli Elmlər Akademiyasının fəaliyyətinə ümumi rəhbərlik və koordinasiya səlahiyyətli orqan (nazirlik) tərəfindən həyata keçirilmişdir. Elmlər Akademiyası İdarə Heyətinin icraedici orqanı Qazaxıstan Elmlər Akademiyasının prezidenti idi. Qazaxıstan Respublikasının Prezidenti, 2003 21 oktyabr Fərmanı ilə "Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası" respublika dövlət qurumu ləğv edildi və "Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası" ictimai birliyi yaradıldı.
Rusiya Elmlər Akademiyası
Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır. Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 860 həqiqi üzvü, 1113 müxbir üzvü, 715 akademiyasının professoru vardır. == Rəhbərlik == Gennady Krasnikov — Rusiya Elmlər Akademiyasının Prezidenti (2022). == Ədəbiyyat == Пекарский А. История Императорской академии наук в Петербурге. СПб., 1873.
Elflər
Elflər (alm. elf‎ — ing. elf) — alman-skandinav və kelt folklorunda sehrli xalq. "Alvla" (q.skan. álfr) və sidlər (qəd. irl. sidhe) adları ilə tanınır. Müxtəlif miflərdə elflərin təsviri müxtəlifdir, ancaq bir qayda olaraq onlar gözəl, işıqlı, insana dost məxluqlardır. Ancaq onlar insanlardan daha hündür və gözəl təsvir olunur. Bununla belə insandan daha cəld və qüvvətlidir.
Ellər
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. == Tarixi == Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == İstinadlar == == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Dəquq qəzası
Daquq qəzası (ərəbcə: قضاء داقوق) — İraq Respublikasının Kərkük mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Daquq şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.430 km² ərazini əhatə edir.
Dəqiq idarə olunan sursat
Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi. Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.
Dəqiqi
Dəqiqi, tam adı Əbu Mənsur Məhəmməd bin Əhməd (fars. ابو منصور محمد بن احمد دقیقی‎, d. 935/942-ö. 976/980, Tus) — İran şairi. == Həyatı == Samanilər dönəminin ən tanınmış şairlərindəndir. İslam öncəsi İran dönəminin tarixini şeirə döndərən ilk şairdir.Nisbəsinə baxılaraq onun ya da atasının dəyirmançı olduğu sanılmaqdadır. Öncələri Mavəraünnəhrdə hökm sürən Çağaniyan ya da Al-i Muhtac əmirlərindən Fəxrüddövlə Əbu Səid Mənsura mədhiyələr yazdı. Samani hökmdarları Mənsur bin Nuh (hökmdarlığı 961-976) və II Nuh bin Mənsur (hökmdarlığı 976-997) dönəmində məşhur oldu. Gənc yaşda köləsi tərəfindən öldürüldü. Dəqiqi, əsl ününü sağlayan əsəri, II Nuh bin Mənsurun əmriylə yazmağa başladığı və ölümüyle yarım qalan 1.000 beytlik Quştaspnamə'dir.
Dəqiqə
Dəqiqə — zaman ölçü vahidi. 1 dəqiqə = 60 saniyədir. == Həmçinin bax == Saat Saniyə == Ədəbiyyat == Henry Campbell Black, Black's Law Dictionary, 6th Edition, entry on Minute. West Publishing Company, St. Paul, Minnesota, 1991. Eric W. Weisstein.
Əllər
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. == Anatomiya == Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. == Əllər haqqında maraqlı faktlar == iz hər gün əllərimizdən istifadə edirik və həyatımızı onlarsız təsəvvür edə bilmirik.
Əqiq
Əqiq – SiO2 — Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Haqqında == Xalsedonun zolaqları və təbəqəcikləri müxtəlif rəngdə olan, konsentrik-zonal və zolaqlı növ müxtəlifliyidir. Çox vaxt əqiqin quruluşunda xalsedonla yanaşı silisium oksidi ailəsinin digər mineralları, habelə müxtəlif karbonatlar və seolitlər, hötit, seladonit və s. iştirak edir. Rəngi: müxtəlif çalarlı boz, tutqun-ağ, yaşıl, çəhrayı, göy, qara. Əqiqlər (Ə) təkcə rəng müxtəlifliyinə görə deyil, həm də aqreqatlarının morfologiyasına və dekorativ xüsusiyyətlərinə, şəffaflıq dərəcəsinə, başqa mineral möhtəvilərinin xarakterinə görə də fərqlənirlər. Göstərilən xüsusiyyətlərin müxtəlif tərkibdə uzlaşması əqiqin bir sıra növ müxtəlifliklərinin əmələ gəlməsinə səbəb olur: rənginə görə – oniks (paralel təbəqəli), farforovik (tutqun-ağ), əlvan rəngli, muar tipli, alovlu, göy və s.; aqreqatlarının formasına görə– jeodalar, badamcıq- və salxımvarı, ulduz- və boru şəkilli Ə və b.; şəklinə görə – qala (bürc) şəkilli, brekçiyalaşmış, nöqtəli, landşaft tipli, gözlüklü Ə; başqa mineral möhtəvilərinin formasına görə – dendritli, mamırlı, oolitli Ə və s. Tez-tez əqiqin başqa mineralların, əsasən, kalsit və anhidritin konkresiyaları üzrə, həmçinin müxtəlif üzvi qalıqlar – ağaclar (ağac və ya oduncaq Ə), mərcanlar (mərcan Ə), mollüskalar (şelf-əqiq) üzrə psevdomorfozlarına rast gəlinir. Arizonada (ABŞ) bütün dünyada məşhur olan Daşlaşmış meşə və Monqolustanda Qobi səhrasının cənubunda Ulugey-Xid ətrafında silisium oksidinin (xalsedon, o cümlədən əqiq və b.) ağaclar üzrə psevdomorfozaları geniş sahələrdə kütləvi şəkildə təzahür etmişdir. Bunlar vulkan fəaliyyəti ilə əlaqədar olaraq yaranmışdır.
Dövr dəqiqə
Dəqiqədə edilən dövriyyə sayı (dövr/dəq, 1/dəq, dəq−1, həmçinin rpm [revolutions per minute]) — Dərəcə tezliyinin ölçü vahidi (sabit ox ətrafında baş verən tam dövriyyələrin sayı). Mexaniki komponentlərin fırlanma sürətini ölçmək üçün istifadə olunur. Həmçinin saniyədə dövrlər sayı istifadə olunur (simvollar: dəq/s və ya s−1). Dəqiqədəki dövrlər sayı 60-a bölünmə ilə saniyədə dövrlər sayına çevrilir. Əks dönüşüm: saniyədə dövrlər dəqiqədəki dövrlər sayına keçmək üçün 60 tərəfindən vurulur.
Dəqiqə evi
Dəqiqə evi və ya Dəqiqənin yanındakı ev (çex. Dům U Minuty) — Praqanın Köhnə Şəhər meydanı №2-də yerləşən tanınmış memarlıq abidəsi. Bina Köhnə Şəhər ratuşası və Qızıl buynuz evlərinin arasında yerləşir. Tikili Çexiya İntibah memarlıq üslubunun ən tipik nümunələrindəndir. Onun fundamenti XV əsrə aiddir və qotika üslubunda inşa olunmuşdu. XVI əsrdə isə Dəqiqə evi yenidənqurmaya məruz qalır. Həmin əsrdə də binanın dördüncü mərtəbəsinə ifadəli lünet karniz əlavə olunur. Karnizin həcmi elə də böyük olmadığından, evin ümumi quruluşu və ansamblı pozulmur. Əlbəttə ki, "Dəqiqə evi" haqqda ilk dəfə eşidən insanlar onun qeyri-adi adına diqqətlə nəzər yetirilər. Və evin adının tarixi həqiqətən də çox maraqlıdır.
9 dəqiqə
9 dəqiqə filmi rejissorlar Xamiz Muradov və Tofiq Məmmədov tərəfindən 1999-cu ildə çəkilmişdir. Film "Azərkinovideo" istehsalat birliyinin sifarişilə "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film ağır həyat şəraitinə məruz qalan qaçqınlardan bəhs edir. Burada doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılıb. Film 2000-ci ildə film "Humay" Mükafatına, 2003-cü ildə isə "Ən yaxşı sənədli film" nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb. == Məzmun == Film uzun illər vaqonlarda yaşamağa məcbur olan Azərbaycan qaçqınlarının həyat və məişətinə həsr edilmişdir.Burada həyat davam edir. Xəstə qoca radionu qoşur və radioda gedən verilişlər fonunda qapı ağzından görünən qatar vaqonlarının şütüyərək keçməsilə müəlliflər tamaşaçıya zamanın ötüb keçməsini izah edir. Ana uşağını doydurur, ayağını itirmiş müharibə veteranı nisgilli halda protezini taxır, nənə ip əyirir, uşaqlı ana xalça toxuyur. Burada şad günlər də olur, bəd günlər də. Şad günləri müəlliflər xudmani toy səhnəsilə, bəd günləri isə xəstə qocanın ölümü ilə göstərirlər.
20 Dəqiqə (serial)
20 dəqiqə (türk. 20 Dakika) — Türkiyənin Star TV telekanalında yayımlanan teleserial. == Məzmun == Xoşbəxt ailə həyatı sürən cütlük üçün hər şey bir günün içində alt-üst olur. Bir gecə polis onların qapısını döyüb ailənin xanımı Mələk Halaskarı (Tuba Büyüküstün) törətmədiyi bir cinayətdə günahlandırır. Ailə başçısı Əli Halaskar (İlker Aksu) çarəsiz qalır. Onun həyat yoldaşının günahsız olduğunu sübut etməsi üçün 20 dəqiqə zamanı var. Tarix müəllimi olan Əli fəaliyyətə başlayır. == Surətlər == Melek Halaskar (Tuba Büyüküstün): Əlinin yeganə eşqi, iki uşaq anası və evin dirəyi. Əli daxil üç uşağa həm analıq həm atalıq edən, məsuliyyət sahibi, hər cür vəziyyəti idarə etməyi bacara bilən bir qadın. Yorulur amma həyatla döyüşməkdən imtina etmir.
Daquq
Daquq — İraqın Kərkük mühafazasıdə şəhər. Kərkükün cənubunda və Bağdad şossesi üzərində yerləşən Daquq şəhərinin əhalisi təxminən 50.000 nəfərdir. Mərkəzini əsasən türkmanlar təşkil edir və azlıq olaraq ərəblər də vardır.Daquqdakı türkmanlar şiə və azlığda olan ərəblər sünni məzhəbinə inanırlar. Daquq şəhərindən Qaradağdan gələn Daquq çayı keçir və Zab çayının bir qolu da keçir və bütün ərazilərin sulanmasını sağlar. İdari olaraq Daquqa 4 nahiyə bağlıdır (Tazexurmatu, Leylan, Rəşat və Geda). Daquqda çox sayda tarixi əsərlər vardır, bunların ən önəmlisi Daquq Ulu Minaresi (1600 üncü illərdə bir Osmanlı sultanı tərəfindən tikilmiş və eynisi Ərbil şəhərində inşa edilmişdir.
Dəməq
Dəməq — İranın Həmədan ostanının Rəzən şəhristanının Sərdrud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,847 nəfər və 757 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Dərəq
Dərəq- İranın Şimali Xorasan ostanının Gərmə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,594 nəfər və 1,012 ailədən ibarət idi.
Dəsuq
Dəsuq (ərəb. دسوق‎) — Misirin Kəfr əş-Şeyx mühafəzəsinin mərkəzidir. == Əhalisi == Əhalisi 129,604 nəfərdir (2009). == Həmçinin bax == Dəsuqilik == Xarici keçidlər == Dəsuq Arxivləşdirilib 2012-04-24 at the Wayback Machine.