Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəvasir
Dəvasir (ərəb. الدواسر‎) — Ərəbistan yarımadasının ən böyük ərəb qəbilələrindən biri. Onun özəyi Nəcdin cənubunda yerləşir. Qəbilə Mərib bəndinin sonuncu padşahı Zayıd Məltumun nəslindəndir. Onlar Əzd kimi tanınan daha böyük qəbiləyə aiddirlər. Dəvasir qəbiləsi Ərəbistanın ən güclü və nüfuzlu qəbilələrindən biridir, çünki onlar Səud ailəsinin çox hissəsinin dayılarıdır. Qəbilə sivilizasiya və köçəriliyi özündə birləşdirir. Bir tərəfdən dəvə və mal-qara sahibi olan bədəvilərdən ibarətdir, digər tərəfdən isə xurma ağacları, şəhərlər və təsərrüfatlarla məşğuldurlar və onların torpaqları Ərəbistan yarımadasının ən məhsuldar torpaqlarından biridir. == Etimologiyası == Dəvasir termininin tərifi və mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Bunlardan ən populyarı odur ki, o, ya qəbilənin sələfi "Dosser"in adından, ya da "əsgərlər" kimi tərcümə olunan eyniadlı ərəb sözündən götürülmüşdür.
Dəstor
Dəstor — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Dəstor Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçıların ehtimalına görə, oykonim kəndin ilk sakinlərinin Zərdüşt dininə mənsubiyyəti ilə əlaqədardır və fars dilindəki dəstor (calma, əmmamə) sözündəndir. Əslində, toponim Dəstor coğrafi adının yerli tələffüz formasıdır. == Etimologiyası == Coğrafi ad talış dilində Dasthore sözündən olub "əl daşı dəyirmanı" mənasındadır.
Dəstər
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (Talışca "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Dəstgir (Meşkinşəhr)
Dəstgir (fars. دستگير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 237 nəfər yaşayır (57 ailə).
İran əsatiri
Ameşa spenta - əksər irandilli xalqların ümumi mifoloji irsinə aid mifoloji personajlar. Qədim irandilli xalqların hər an qarşılaşdığı və izah edə bilmədiyi təbiət hadisələri barədə təsəvvürləri ilə bağlıdır. Bu hadisələrin izahı empirik düşüncə tərzinə uyğun idi. Qeyd etmək lazımdır ki, heç də bütün mifoloji surətlər qorunub, bəziləri xalq düşüncəsində transformasiyaya uğrayıb. Təsəvvürlərin dəyişməsində həlledici məqam dinin dəyişməsi oldu. İslam xalqın düşüncəsinə kainat haqqında yeni təsəvvürlər gətirdi. Div - iran mifoloji personajıdır. Qədim İran inanclarına xeyirlə şərin dualizmi səciyəvidir. Hər iki qüvvənin öz tanrılar iyerarxiyası var. Belə ki Xeyir Hürmüzün tərəfdarları olan ameşa-spentalar və yazatanlar tərəfindən qorunur.
Rəza Dəğati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Simcur Dəvati
Simcur Dəvati — X əsrdə Samanilərə xidmət etmiş türk sərkərdəsi. O, Samanilər dövlətində mühüm rol oynamış Simcurilər ailəsinin banisidir. Simcur türk mənşəli qulam idi. Karyerasının ilk illərində Heratda vergi yığan vəzifəsində çalışmışdır. 911-ci ildə Samani hökmdarı Əhməd Samani Səfəri hakimiyyəti altında olan Sistana hücum əmri vermişdir. Simcur digər Samani sərkərdələri ilə birlikdə Sistanın bəzi hissələrini tez bir zamanda özünə tabe etmiş və sonra onun paytaxtı Zərənci Səfəri hökmdarı Müəddaldan almışdır. Sistanın fəthi zamanı türkəsilli Səbükəri adlı bir xəlifə üsyankarı tutularaq Bağdada Abbasi xəlifəyə göndərilmiş, Əhməd Səmaninin əmisi oğlu Əbu Saleh Mənsur isə Sistan valisi təyin olmuşdur. Bununla belə, Sistandakı münaqişələr bununla bitməmişdir. Mənsurun vergi siyasəti bir il sonra 912-ci ildə Sistanda Səfəri Əmr ibn Yaqubun tərəfdarı olan xarici Məhəmməd ibn Hürmüzün başçılığı ilə üsyana səbəb olmuşdur. Mənsur 913-cü ildə Hüseyn ibn Əli Mərvərruzinin başçılığı altında Samani ordusu tərəfindən üsyan yatırılana qədər əsir götürülmüşdür.
Eniş dəsti
Eniş dəsti — Aviasiya sahəsində təyyarənin yerə enməsini asanlaşdıran qurğuya (adətən bu təkər olur) deyilir. Eniş dəstinin qapıları təyyarə havaya qalxdıqdan sonra enənə kimi bağlı vəziyyətdə saxlanılır. == Ümumi baxış == Aviasiyada eniş qurğuları təyyarələrin taksi hərəkətini etməsini, yerə enməsini və yerdən qalxmasını təmin edən mexaniki sistemlərdir. Eniş qurğuları ümumiyyətlə təkərlidir, ancaq eniş və ya qalxma həyata keçirdəcəyi əraziyə görə təkərlər, kirşələr və xizək olmaqla müxtəlif növlərin fərqli birləşmələri mövcuddur. Təyyarənin eniş qurğusunun tipi mühəndislər tərəfindən hava gəmisinin hansı məqsədli və necə uçuş pistlərində hərəkət edəcəyinə görə müəyyənləşdirilir. Bərk səthlərdə (uçuş-enmə zolağı, yol, gəmi göyərtəsində) uçuş həyata keçirdəcək təyyarələr eniş şok əmici sistemlər ilə təchiz edilmiş təkərli eniş dəstindən istifadə edir, müasir dövrdə bir çox təyyarədə təkərli eniş dəsti mövcuddur, amma qarlı səthlərə və suya eniş və ya qalxma həyata keçirən təyyarələr də vardır və onlar xizəklər və ya kirşələr ilə təchiz edilirlər. Eniş dəsti təyyarənin ən ağır hissələrindən biridir, təyyarənin ağırlığının 7% -i qədər ola bilərlər, lakin adətən ümumi ağırlığın 4-5 faizi civarında olurlar.
Delator
Delator — Qədim Romada prokuror və ya donosçu. Cinayət hüququ və fiskal iddialar məsələlərində donosçunun rolu adekvat polis qüvvəsi və ya dövlət ittihamçısı olmayan Roma cəmiyyətində asayişin qorunması üçün müstəsna əhəmiyyət kəsb edirdi. Mükafatlar vətəndaşlar üçün pul mükafatları və ictimai təriflərdən tutmuş kölələrə azadlıq və əcnəbilər üçün vətəndaşlığa qədər dəyişirdi. Donosçuluq imperiya dövründə gəlirli, lakin nüfuzsuz bir peşə oldu. Bundan sui-istifadə edənlər "infamia" (bir çox vətəndaş hüquqlarının itirilməsi), damğalanmaq, şallaqlanmaq və ya sürgünlə cəzalandırılırdı. Onların fəaliyyəti imperatora, xüsusən də tabeliyində olanlara etibar etməyən və ya maliyyə vəsaitinə ehtiyacı olan biri üçün müstəsna faydalı ola bildiyinə görə, bəzi delatorlar cəzadan qurtula bilmiş və hətta siyasi hakimiyyət əldə etmişdilər.
Naşatır
Nişadır — mineral, - NH4Cl. Nişadır - Kubik. Habitus tetraqon-trioktaedrik. Ayrılması qeyri-mükəmməl. Aqreqat: dendritlər, qabıqcıqlar, stalaktitlər, lifli, torpaqvari, ovuntu. Rəngi rəngsiz, ağ, qonur. Sərtliyi 1,5-2. Xüsusi çəkisi 1,53. Olduğca plastik. Suda həll olur.
İstirahət satir
İstirahət satir və ya söykənən Satir — Bu növün təxminən 115 nümunəsi məlumdur, onlardan ən yaxşısı Kapitolin Muzeylərində sərgilənir. İstirahət Satir heykəli tipi bəzən faun adlandırılan gənc satiri göstərir, onu aydın uclu qulaqları və gövdəsinə taxılan və ya satirik yaxınlığındakı dirəyə qoyulmuş pardalid (panter dərisi) ilə tanımaq olar. Qədim yunan mifologiyasında satirlər üzüm məhsulu, ritual dəlilik, teatr və məhsuldarlıq tanrısı Dionisin kişi yoldaşlarıdır. Dionysusun davamçıları olaraq, satirlər şərabı, qadınları sevmələri və borularında və ya fleytalarında musiqi çalmaqları ilə tanınırlar. Erkən Yunan sənətində satirlər çox vaxt sənətdə kobud, daha yaşlı və çirkin kimi təsvir olunurdu. Satirdə panter dərisinin olması onların vəhşi heyvan təbiəti ilə əlaqəsini bildirir. Satirlər də tez-tez saxsı qablarda vəhşi və vəhşi cinsi təbiətlərini ifadə etmək üçün dik fallus ilə çılpaq şəkildə təsvir edilmişdir.
Yazı dəsti
Yazı dəsti (yaxud şrift ailəsi) — ölçü, qalınlıq (məsələn, incə-qalın), maililik (məsələn, maili), genişlik (məsələn, dar) və s.ə görə fərqliliklər ehtiva edən letterinq dizaynı nümunəsi. Bu fərqliliklərin hər biri bir şrift deməkdir. Hal-hazırda minlərkə yazı dəsti mövcuddur və gün keçdikcə də yeniləri yaranmağa davam edir. Yazı dəsti incəsənəti və dizaynlarının istehsalı yazı dizaynı, yazı dəsti dizaynerləri isə yazı dizaynerləri adlanır və dizaynerlər, adətən, hərftökən emalatxanalarda işləyirlər. Hər bir yazı dəsti müxtəlif qliflər — hər biri ayrı-ayrılıqda bir hərf, rəqəm və yaxud digər işarə olan simvollar kolleksiyasıdır.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. == Ümumi məlumat == Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Dəlayir-i Süfla (Xudabəndə)
Dəlayir-i Süfla (fars. دلايرسفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (129 ailə).
Dəlayir-i Ülya (Xudabəndə)
Dəlayir-i Ülya (fars. دلايرعليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
Məşahir xalçaları
Məşahir xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır.
Nimfalar və Satir
Nimfalar və Satir (ing. Nymphs and Satyr) — tanınmış rəssam Vilyam Buqro tərəfindən 1873-cü ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsər 1873-cü ildə Parisdə tamamlanmışdır. Bir il sonra impressionistlər Buqronun stilindən tamamilə fərqlənən əsərlərdən ibarət sərgi təşkil etdilər. Əsər on doqquzuncu əsrin sonlarında Sterling Klark tərəfindən Nyu-York şəhərində, "Hoffman House Hotel"in barında aşkarlanmışdır. Klark yenidən kəşf etdiyi bu əsəri 1930-cu ildən 1943-cü ilə kimi özündə saxlamışdır. Əsər hazırda Massaçusets ştatının Vilyamstaun şəhərində Klark Mədəniyyət İnstitutunun muzeyində sərgilənir. Əsərdə gölməçədə çimən dörd nimfa və onları xəlvətcə güdən bir satir təsvir edilmişdir. Şəkildə, nimfalardan üçünün satiri gölməçəyə doğru çəkdiyi, digər birinin isə başqa nimfaları da onlarla birgə əylənçməyə çağırdığı görünür.
Yastıq (yataq dəsti)
İstirahət edən satir
İstirahət satir və ya söykənən Satir — Bu növün təxminən 115 nümunəsi məlumdur, onlardan ən yaxşısı Kapitolin Muzeylərində sərgilənir. İstirahət Satir heykəli tipi bəzən faun adlandırılan gənc satiri göstərir, onu aydın uclu qulaqları və gövdəsinə taxılan və ya satirik yaxınlığındakı dirəyə qoyulmuş pardalid (panter dərisi) ilə tanımaq olar. Qədim yunan mifologiyasında satirlər üzüm məhsulu, ritual dəlilik, teatr və məhsuldarlıq tanrısı Dionisin kişi yoldaşlarıdır. Dionysusun davamçıları olaraq, satirlər şərabı, qadınları sevmələri və borularında və ya fleytalarında musiqi çalmaqları ilə tanınırlar. Erkən Yunan sənətində satirlər çox vaxt sənətdə kobud, daha yaşlı və çirkin kimi təsvir olunurdu. Satirdə panter dərisinin olması onların vəhşi heyvan təbiəti ilə əlaqəsini bildirir. Satirlər də tez-tez saxsı qablarda vəhşi və vəhşi cinsi təbiətlərini ifadə etmək üçün dik fallus ilə çılpaq şəkildə təsvir edilmişdir.
İnternet protokol dəsti
Internet protokol dəsti və ya daha çox tanınan adı ilə TCP/IP — funksional meyarlara uyğun olaraq İnternetdə və oxşar kompüter şəbəkələrində istifadə olunan kommunikasiya protokollarının dəstini təşkil etmək üçün freymvork. Paketdəki əsas protokollar TCP, UDP və IP-dir. Bu modelinin ilkin versiyaları Müdafiə Departamenti modeli kimi tanınırdı, çünki tədqiqat və tərtibatı DARPA vasitəsilə ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilirdi. İnternet protokol dəsti verilənlərin necə paketləşdirilməsini, ünvanlanmasını, ötürülməsini, yönləndirilməsini və qəbul edilməsini təyin edən ucdan-uca kommunikasiyanı təmin edir. Müəyyən bir tətbiq üçün təbəqələrin tətbiqi protokol yığınını təşkil edir. Aşağıdan yuxarıya doğru təbəqələr bir şəbəkə seqmentində (bağlantı) qalan məlumatlar üçün kommunikasiya üsullarını ehtiva edən keçid təbəqəsidir: müstəqil şəbəkələr arasında interneti təmin edən internet təbəqəsi, host-to-host kommunikasiyasını idarə edən nəqliyyat təbəqəsi və proqramlar üçün process-to-process məlumat mübadiləsini təmin edən tətbiq səviyyəsi. İnternet protokol dəstinin və onun tərkib protokollarının əsasını təşkil edən texniki standartlar IETF tərəfindən qorunur. İnternet protokol dəsti ümumi şəbəkə sistemləri üçün daha əhatəli istinad çərçivəsi olan OSI modelindən əvvəl yaranmışdır. BBN Report 1822 Fast Local Internet Protocol Avtomatlaşdırma protokollarının siyahısı İnformasiya texnologiyaları akronimlərinin siyahısı IP protokol nömrələrinin siyahısı Şəbəkə protokollarının siyahısı TCP və UDP port nömrələrinin siyahısı Douglas E. Comer. Internetworking with TCP/IP – Principles, Protocols and Architecture.
Destin Votford
Destin Votford (ing. Destiny Watford) — Amerikalı ekoloq və ətraf mühit fəalı. 2016-cı ildə Goldman Ətraf Mühit Mükafatını almışdır. == Bioqrafiya == Destin Votford Merilend ştatının Kertis Bey şəhərində, əhəmiyyətli hava çirkliliyi olan bir ərazidə böyüyür. Orta məktəbdə o, şəhər və əyalət tərəfindən təsdiqlənmiş və gündə 4000 ton zibil yandıra bilən yandırma zavodu layihəsinə qarşı təbliğat kampaniyasına başlayır. Dörd ildən artıqdır ki, o, yerli əhali arasında astmanın yayılması da daxil olmaqla, ərazidə daha çox hava çirklənməsinin sağlamlığa təsirləri ilə bağlı narahatlıqlar əsasında Benjamin Franklin Liseyində digər tələbələrlə təbliğat aparır. Onların işinə torpaqdan istifadə və rayonlaşdırma siyasəti ilə bağlı araşdırmalar, həmçinin məktəblər və hökumət rəsmiləri ilə bağlı lobbiçilik daxildir. 2016-cı ildə onunda sayəsində Merilend Ətraf Mühit Departamenti yandırma zavodu layihəsini ləğv edir. Touson Universitetində təhsil alır. 2018-ci ildə Facing Race konfransında çıxış edir.
Reza Deqati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Mətbəx debatı
Mətbəx debatı (ing. Kitchen Debate) — ABŞ-ın vitse-prezidenti Riçard Nikson və SSRİ Nazirlər Şurasının sədri Nikita Xruşşov arasında 24 iyul 1959-cu ildə Moskvada "Sokolniki" parkının sərgi mərkəzində Amerika Milli Sərgisinin "ABŞ Sənaye Məhsulları"nın açılışında keçirilən bir sıra ekspromt dialoqlar. Sərgi, təşkilatçılarının fikrincə, istənilən amerikalının əldə edə biləcəyi bir evi nümayiş etdirdi. Ev Amerika istehlak bazarının məhsullarını nümayiş etdirən yeni məişət texnikası ilə dolu idi. == Debatlar == Mətbəx debatı 1955-ci ildə Cenevrədə keçirilən görüşdən sonra ABŞ və SSRİ liderləri arasında ilk yüksək səviyyəli görüş idi. Sərgidə mətbuat agenti kimi iştirak edən Uilyam Lyuis Safirin dediyinə görə, dialoqlar sərginin müxtəlif yerlərində, lakin əsasən şəhərətrafı evin nümunəvi mətbəxinin ərazisində aparılıb. Nikson və Xruşşov kapitalizm və sosializmin üstünlüklərini müzakirə etdilər. Müzakirələr 1957-ci ildə “Sputnik”in buraxılması ilə 1962-ci ildəki Kuba raket böhranı arasında dünya siyasi sistemləri arasında qarşıdurma fonunda baş tutmuşdu. Əksər amerikalılar belə hesab edirdilər ki, Niksonun ölkədəki populyarlığını artıran debatda qalib gəlməsi oldu. Müzakirə ABŞ-ın liderlik etdiyi yeni texnologiya olan rəngli videolentdə qeydə alınıb; debat zamanı Nikson bunu Amerikanın çoxsaylı texnoloji nailiyyətlərindən biri kimi göstərdi.
Üç təkərli eniş dəsti
Üç təkərli eniş dəsti sistemi, üç təkərli velosiped formasında yaradılmış bir təyyarə eniş dəsti sistemidir. Üç təkərli eniş dəsti sistemi tənzimləməsində ön tərəfdə bir burun təkəri və ağırlıq mərkəzindən bir qədər arxada iki və ya daha çox əsas təkər mövcud olur. Üç təkərli eniş dəsti enmə, qalxma və taksi üçün ən asan bir konfiqurasiya sayılır, buna görə təyyarələrdə ən çox görülən tənzimləmədir. Bir neçə erkən dövr təyyarələrində üç təkərli velosiped avadanlığı mövcud olmuşdur.
İzmirdə Yunanıstan desantı
İzmirdə Yunanıstan desantı (yun. Ελληνική απόβαση στη Σμύρνη) — Yunanıstan qüvvələri tərəfindən 15 may 1919-cu ildə başladılan, İzmir şəhəri və ətraf ərazilərə desant qoşunlarının daxil edildiyi hərbi əməliyyat. Antanta gücləri əməliyyatın planlaşdırılmasına icazə vermiş və ona nəzarət etmişdir. Onlar öz qüvvələrini bəzi əsas yerləri ələ keçirməyə yönəltməklə və döyüş gəmilərini İzmir limanına köçürməklə əməliyyatın gedişatına kömək etmişdir. Eniş zamanı Yunanıstan 1/38 Evzon alayına atəş açılmış, Yunanıstan qoşunları və İzmir yunanlarının iştirakı ilə şəhərdə əhəmiyyətli dərəcədə zorakılıq halları baş tutmuşdur. Bu, İzmirin Yunanıstan tərəfindən işğalına gətirib çıxaran əhəmiyyətli bir hadisə idi. İşğal üç il davam etmişdir və Türkiyə–Yunanıstan müharibəsi (1919–1922) üçün əsas qığılcım olmuşdur. Birinci Dünya müharibəsinin (1914–1918) sonunda və Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsində döyüşləri sona çatdıran Mudros barışığı ilə Antanta dövlətləri Osmanlı imperiyasının parçalanmasına yönəlmiş bir sıra sülh danışıqlarına başlamışdılar. 1919-cu ildə Paris Sülh Konfransı zamanı İtaliya qoşunları Anadoluya eniş edərək Antalyanı ələ keçirmiş və İzmirə doğru hərəkət etməyə başlamışdılar. İtalyanlar digər məsələlərə etiraz olaraq iclası tərk etmiş, bu zaman Britaniya Baş naziri Devid Lloyd Corc və Yunanıstanın Baş naziri Elefterios Venizelos sülh danışıqlarında xristian əhalinin birbaşa təhlükə altında olduğunu iddia edərək Fransa və ABŞ-ni Yunanıstanın mərkəzi İzmirdə olan Aydın vilayətinin ələ keçirməsini dəstəkləməyə inandırmaq üçün uydurulmuş hesabat irəli sürmüşdülər.
Dəşti-Kəbir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Dəşti-Kəvir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Dəşti-Marqo
Dəşti-Marqo (fars. دشت مارگو‎) — gilli-qumlu səhra, Yaxın Şərqdə, Əfqanıstannın cənub-qərbində, Qilmend çayı ilə Xaşrud çayı arasında qərarlaşır. Səhranın sahəsi 150 000 km², hündürlüyü 500–700 m təşkil edir. Cənub-qərbində qumlu massiv yerləşir. Burada takır və şoranlıqlar geniş sahə tutur.
Dəşti-Naümid
Dəşti-Naümid (fars. دشت ناامید‎) - Orta Asiyada, Əfqanıstan - İran sərhədində yerləşən səhra. Dəşti-Kəvir səhrasının tərkib hissəsini təşkil edir.
Dəşti-Qıpçaq
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. == Tarixi == Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir. Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Dəşti (Sərdəşt)
Dəşti (fars. دشتي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (14 ailə).
Dəşti şəhristanı
Dəşti şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xurmoc şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 71 285 nəfər və 15 465 ailədən ibarət idi.
Noir Désir
Noir Désir (azərb. Qara arzular‎) 1985-də Bordo şəhərində yaranan fransız rock qrupudur. Hal-hazırda aktiv deyil. Des visages, des figures albomunda Manu Chao ilə birlikdə ərsəyə gətirdikləri Le Vent Nous Portera daha çox məşhurdur. Nori Desir 'in solist ve gitaristi Bertrand Cantat 2003-də Latviya nın paytaxtı Vilnüs də otel otağında sevgilisi Marie Trintignant ilə aralarında mübahisə olur. Mübahisədən sonra qız huşunu itirir və bir neçə gün sonra ölür. Bertrand Cantata 8 il həbs cəzası verilir. Fransız məhkəməsi onun həbsdəki yaxşı halını nəzərə alıb onun tez təxliyə olunmasına qərar verir. Beləliklə 2007-nin 16 oktyabrı həbsdən çıxır. Sonra o musiqi fəaliyyəti göstərə bilmir və 2010-da rəsmi şəkildə qrupun dağıldığı elan edilir.