Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dardanel
Dardanel boğazı (yun. Δαρδανέλλια, Δαρδανέλια) və ya Çanaqqala boğazı (türk. Çanakkale boğazı eyni adlı şəhərin şərəfinə) — Asiyanı Avropadan ayıran boğazlardan biridir; Egey və Mərmərə dənizləri arasında yerləşir. Qara dənizi Dünya okeanına bağladığına görə beynəlxalq əhəmiyyətə malikdir. Həmçinin dünyanın ən dar boğazıdır. Hellespontos (q.yun. Ἑλλήσποντος, lat. Hellespontus) boğazın qədim adlarından biridir.
Dardanel adaları
Dardanel adaları - Xəzər dənizində yerləşən Azərbaycana məxsus adalar qrupu. Dardanel qrupu kiçik adalardan ibarətdir. Relyefi düzənlikdir və hündürlüyü 1 metri keçmir. Kiçik Tava adası və Koltiş adalarından cənubda, Yal adası və Çurki adasından şimalda yerləşir. Abşeron arxipelaqının tərkib hissəsini təşkil edir. Okean səviyyəsində -28 metr aşağıda yerləşir.
Dardanel boğazı
Dardanel boğazı (yun. Δαρδανέλλια, Δαρδανέλια) və ya Çanaqqala boğazı (türk. Çanakkale boğazı eyni adlı şəhərin şərəfinə) — Asiyanı Avropadan ayıran boğazlardan biridir; Egey və Mərmərə dənizləri arasında yerləşir. Qara dənizi Dünya okeanına bağladığına görə beynəlxalq əhəmiyyətə malikdir. Həmçinin dünyanın ən dar boğazıdır. Hellespontos (q.yun. Ἑλλήσποντος, lat. Hellespontus) boğazın qədim adlarından biridir.
Vardane
Vardane — Krasnodar diyarında, Soçi şəhərinin mikrorayonu. Lazarevski rayonunun "Soçi kurort-şəhər" tərkibinə daxildir. Vardane rayonu Qara dəniz sahilində, Buu çayının mənsəbində yerləşir. Rayon mərkəzi Lazarevskoeden 37 km cənub-şərqdə, Soçinin mərkəzindən 40 km şimal-qərbdə və Krasnodardan 270 km cənubda (yolla) yerləşir. A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmiryolunun bir qolu yaşayış məntəqəsindən keçir. Vardane dəmir yolu platforması yaxınlıqda yerləşir. Çınqıllı çimərlik zolağının uzunluğu 600 metr, eni isə 5 metrdir. Vardana qəsəbəsi dar sahil zolağında yerləşir və üç tərəfdən dağlar və silsilələr ilə əhatə olunub. Kəndin relyefi əsasən dağlıqdır. Orta hündürlük dəniz səviyyəsindən 36 metrdir.
Dardan Şervaşidze
Dardan Şervaşidze — XIII əsr Abxaziya knyazı. Səlcuq sultanı II Key Xosrovla birlikdə Monqollara qarşı baş vermiş Kösedağ döyüşündə öldürülmüşdür. Dardan Şervaşidze 3000 gürcü əsgərinə sərkərdəlik edirdi.
Dürdanə Araslı
Dürdanə Araslı (9 iyun 1939, Bakı)— fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Araslı Dürdanə Həmid qızı 1939-cu il iyunun 9-da Bakı şəhərində doğulmuşdur. O, 1956-cı ildə orta məktəbi qızıl medalla, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda İnstitutun baş elmi işçisidir. Moskva Dövlət Nadir Metallar İnstitutunda məqsədli aspiranturada oxumuş, 1967-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. D. H. Araslının tədqiqatları mikro və optoelektronika sahəsində geniş tətbiq olunan perspektivli yarımkeçirici materiallarda köçürmə hadisələrinin öyrənilməsi istiqamətindədir. O, əsasən bərk cisimlər fizikasının əsas məsələlərindən biri olan istilik keçiriciliyinin tədqiqi, onlarda fonon-fonon, fonon — elektron qarşılıqlı təsiri, həmçinin fononların kristaldakı qeyri bircinsliliklərdən səpilməsi məsələlərinin aydınlaşdırılması problemi ilə məşğul olur. Araslı D. H. İnstitutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. == Əsas elmi nailiyyətləri == Yüksək dərəcədə legirlənmiş klassik yarımkeçiricilərdə — germanium və silisiumda kinetik effektlərin kompleks tədqiqi ilə məşğul olmuş və müxtəlif növ aşqarların istiliyin köçürmə hadisələrində yaratdığı xüsusiyyətləri müəyyənləşdirmişdir. III–V və II–VI birləşmələri, onların əsasında alınan bərk məhlullarda və evtektikalarda istilikkeçiricilik məsələlərini hərtərəfli və dərindən tədqiq etmişdir.
Dürdanə Balakişiyeva
Dürdanə Balakişiyeva (d. 7 iyun 1976, Bakı) — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru. == Həyatı == Dürdanə Balakişiyeva 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb. == Fəaliyyəti == Alim 2001-ci ildə Nyu-Yorkdakı Sirakuz Universitetində (ing.