Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pul daxılı
Pul daxılı — dəmir və ya kağız pulların saxlanılması üçün xüsusi qab. == Donuz pul daxılı == Orta əsrlərdə İngiltərədə "pygg" sözü ev avadanlığı hazırlanan gil növü mənasını verirdi. Belə gildən hazırlanmış küplərdə insanlar tez-tez pulunu, zinət əşyalarını və s. saxlayırdılar. Belə küpplər "pygg jar" adlanırdı. Zamanla bu termin "pig bank" söz birləşməsinə çevrildi. Pul daxılı üçün istifadə olunan əşyaların donuz formasında düzəldilməsinin səbəbi də məhz bu termindir..
Sığorta daxılı
Sığorta daxılı – hər hansı eyni sığorta növünü aparan sığortaçıların həmin sığorta növü üzrə maliyyə sabitliyinin təmin edilməsi məqsədi ilə sığorta müqavilələri üzrə iştirakçılarının birgə öhdəliyini nəzərdə tutan hüquqi şəxs olmayan birliyi
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Dazı
Dazı (lat. Hypericum) — dazıkimilər fəsiləsinə aid bitki cinsi.
DAX
DAX (alm.Deutscher Aktienindex) - Almaniyanın ən əhəmiyyətli fond indeksidir. Bura Almaniyanın ən böyük otuz şirkəti daxildir. DAX 1988-ci ildə Almaniyanın Frankfurt şəhərində olan işadamları tərəfindən səhmləri idarə altında tutmaq məqsədiylə quruldu. Almaniyanın ən əhəmiyyətli şirkətlərinin səhmləri saxlayan Alman birjası indeksi, Alman birjasının nəbzini tutur. DAX-in içərisində yer ala bilmək üçün Prime Standart adı verilən kriteriyalara sahib olunması və birjada ticari şirkətin iqtisadi vəziyyətinin şəffaf olması və şirkətin cəmi gəlirinin 33%-inin birjada olması lazımdır.
Acıdərə dağı
Acıdərə — Şamaxı rayonu ərazisində dağ. == Ümumi məlumat == Acıdərə Şamaxı rayonu ərazisində dağ. Hündürlüyü 931 m.1. Şamaxı rayonunda eyniadlı çayın dərəsi. Şamaxı şəhəri kənarından başlayıb,Acıdərə kəndi yaxınlığında qurtarır.2. Qazax rayonunun şm.-q.-ində yarğan. Yaylacıq dağlarından cənub istiqamətdə ayrılan Dəmirdağ, İlanlıcadağ və Sacdağ yüksəklikləri ilə birləşir. Həmin yüksəkliklərin arasındakı dərə keçmişdə Böyük Acı adlanırdı. Oronim buradakı şor sulu bulaqlarla əlaqədardır. 3.
Acıçeşmə dağı
Acıçeşmə dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 2094,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Gilançayın sağ sahilində zirvə. Ələhi kəndindən 2,2 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Adı cənub yamacındakı acıtəhər dadı olan mineral bulaqla əlaqədardır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ələngəzdağ sinklinalının nüvə hissəsində yerləşir. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri müşahidə edilir.
Adi dazı
Adi dazı (lat. Hypericum perforatum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi dazı üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Hündürlüyü 30-60 sm, bəzən də artıq olur. Gövdəsi iki qabırğalıdır. Yarpaqları saplaqsız olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər, ovalşəkilli, bir qədər uzunsov və tam kənarlıdırlar. Yarpaqlarının üzərində çoxlu vəzilər vardır. 5 kasa və 5 taç yarpaqlarından ibarət olan qızılı-sarı rəngli çiçəkləri qalxanabənzər süpürgə çiçək qrupu əmələ gətirir. Ləçəklərinin kənarlarında nöqtə şəkilli qırmızı rəngli vəzilər yerləşir. Meyvəsi yumurtavari, üç yuvalı qırmızımtıl qəhvəyi rəngli çoxtoxumlu qutucuqdur.
Alacıdərə dağı
Alacıdərə dağı — Culfa rayonu ərazisində dağ (hünd. 799,5 m). Arazın sol sahilində, Gülüstan (keçmiş Cuğa) kəndindən 1,2 km cənub-şərqdədir. Zirvəsi və cənub-şərq yamacı Orta Eosen yaşlı Dərəlik lay dəstəsinin, şimal-qərb yamacı isə Alt Eosen yaşlı Arısu lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli, submeridional istiqamətli Cuğa antiklinalının maili cənub-şərq qanadında yerləşir.
Alagöz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. == Toponim == Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır.
Amuduq dağı
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Amundsen dağı
Amundsen dağı — Şərqi Antarktidada, Uilks Topağı ərazisində, Deman buzlağının şərqində, 67° 13' cənub enliyi və 100° 44' şərq uzunluqları arasında yerləşir. Dağ ilk dəfə 1912-ci ilin dekabrında Avstraliya Antarktika ekspedisiyası zamanı kəşf edilmişdir. Duqlas Mouson norveçli səyyah Raul Amundsenin şərəfinə adlandırmışdır.
Ara dağı
Qarnıyarıq dağı və ya Ara dağı (erm. Արա լեռ, translit. Ara ler) — Ermənistan ərazisində yerləşən sönmüş vulkan. Zirvə hazırda Ara olaraq adlandırılır. İnzibati baxımından Araqacotn mərzi ərazisində, Kotayk mərzi ilə sərhəddə yerləşir. Zirvə Zəngiçay və Abaransuçay arasında qərarlaşır. Vulkanik zirvənin hündürlüyü 2577 metrə bərabərdir. Vulkan halqaya bənzər kraterə malik olub, düz olmayan konusludur. Dağda faydalı qazıntılardan adnezitobazalt və andezit mövcuddur. == Flora == Qarnıyarıq dağını yerləşdiyi ərazi yarımsəhra iqliminə malikdir.
Aracı dağı
Aracı dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 3071,6 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın Şahbuzçay və Əlincəçayın Ərəfsəçay qollarının mənbə hissəsində, Keçili kəndidən 6,5 km şərqdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli uzunsov ştok formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir.
Arsia dağı
Arsia dağı — Marsda vulkan. Planetin ekvatora yaxınlığında Tharsis çöküntüsündə üç vulkan Tharsis cənubunda yerləşir. Şimalına Pavonis dağı , şimaldan isə Askraus dağı yerləşir. Günəş sistemindəki ən yüksək vulkan, Olmpus Dağı, şimal-qərbindədir. Onun adı Giyovanni Siparelli tərəfindən ardıcıl Roman Arsiya Silvanın meşəsindən sonra adını verdiyi bir xəritədə müvafiq albedo xüsusiyyətindən gəlir. == Quruluş == Arsia Dağı zirvəsində nisbətən aşağı yamacda və kütləvi olan bir qalxan vulkandır. Üç Tarsis dağı vulkanının cənub hissəsi ekvatorun cənubundakı yeganə böyük Tarsis vulkanıdır. Vulkan 435 kilometr (270 mil) diametri, təxminən 20 km (12 mil) yüksək (ətrafdakı ovalardan 9 kilometr (5,6 mil) yuxarıda) ) və zirvə 110 km (72 mil) geniş. Zirvədə 107 Paskaldan aşağı atmosfer təzyiqi aşağı olur. Olmpus dağı istisna olmaqla, həcm baxımından ən böyük bilinən volkan.
Arvan dağı
Arvan dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1280,0 m). Müasir relyefda iki konusvari yüksəklik əmələ gətirir.
Arxac dağı
Arxac dağı – Babək rayonu ərazisində dağ (hünd. 1094,4 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənar hissəsində, Nehrəm kəndindən 4,3 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinin alt hissəsinə aid Alt Dərəlik yarımlay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş, sıldırımlı cənub-qərb yamaclarında Üst Tabaşirin Turon mərtəbəsinin alt hissəsinə aid eyniadlı lay dəstəsinin vulkanogen törəmələri açılan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Arısu dağı
Arısu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1404,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə. Əylisçayın sağ sahilində, Aşağı Əylis kəndindən 1,5 km şimal-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təskil olunmus konusvari yüksəklikdir. Ilkin subhorizontal yatımlı süxur qatlarının neotektonik mərhələdə dizyunktiv deformasiyalar təsirindən bloklara parçalanması və sonradan aşınması nəticəsində əmələ gəlmiş geomorfoloji obyektdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin ucqar cənub-şərqində müşahidə edilən asimmetrik quruluşlu eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Cənub-qərb yamacında Alt Eosen (Arısu lay dəstəsi) və Üst Paleosen (Ordubad lay dəstəsi) yaşlı süxurlar eyniadlı şimal-qərb istiqamətli dərinlik qırılması boyu tektonik təmasa gətirilmişdir.
Ayçınqıl dağı
Ayçınqıl dağı — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Vənəndçayın mənbəyində dağ (hünd. 3707,0 m). Mehri-Ordubad] batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid kvarslı siyenit-dioritlərdən təşkil olunmuş yamacları sıldırımlı konusvari zirvədir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Ətrafında şimal-şərq istiqamətli eyniadlı dərinlik qırılması və onun şaxələri müşahidə olunur. Yerli əhali dağə Ay-çonqal dağı da adlandırır.
Ayıdərəsi dağı
Ayıdərəsi dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3115,0 m). Zəngəzur silsiləsindəki Qapıcıq yüksəkliyindən (3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayırıcısında zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan eyniyaşlı, şimal-şərqə istiqamətlənmiş, uzunsov Qaranquş andezit-dasit intruziyası hüdudlarında sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-qərb kənarında izlənilən şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir.
Ağababa dağı
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var.Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağaverdi dağı
Ağaverdi dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin cənub-qərb hissəsində, silsilənin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun cənub-qərb istiqamətli Ağqaya şaxəsində yerləşən, 2099,2 metr hündürlüyü olan dağ. Dağ Keçili kəndindən 2,5 km qərbdə, Nursu kəndindən 2 km şimal-şərqdədir. Sıldırım yamaclıdır. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.
Ağrı dağı
Ağrı dağı — Qərb dillərində: Ararat, kürd. Çiyayê Agirî, erm. Մասիս (Masis) — Türkiyənin ən yüksək dağı. Türkiyənin şərq ucqarında, Ağrı ilinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan 32 km qərbdədir. Dağın 65% -i İğdır vilayətindədir, qalan 35% -i isə Ağrıdadır.Ağrı dağı 2 yanaşı vulkan konusundan ibarətdir: 5137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Dağ 4000 metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunmuşdur. 4250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox daimi buzlaqlarla örtülmüşdür. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır. Böyük Ağrı dağının yamaclarında Sərdarbulaq yaylası və 3896 m yüksəkliyə malik Kiçik Ağrı dağı yerləşir.
Ağsal dağı
Ağsal dağı — Şərur rayonunu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Mehridərəsi və Şahbulaqdərə çaylarının suayrıcında, Şahbulaq kəndindən 2 km şimal-şimal-şərqdə dağ (hünd. 1928,0 m). Zirvəsi Orta Eosen yaşlı Dərəlik lay dəstəsinin çökmə, yamacları Üst Tabaşirin Gərməçataq lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadli sinklinalın nüvə hissəsində yerləşir. Şimal-şərq və cənub-qərb yamaclarında şimal-qərb istiqamətli qırılmalar izlənilir.
Ağçala dağı
Ağçala dağı Gürcüstan Respublikasının Borçalı bölgəsində yaşayan azərbaycanlılara məxsus Qaraxaç yaylaqlarında yerləşən və regionda ən uca dağ. Gürcüstanın Ermənistanla sərhəd xəttinin üzərində, Ağçala çayının yuxarı axarında və Dibsiz gölünün üzərində kəskin parçalanmış dağ-nival hündürlük qurşağına yerləşir. Hündürlüyü 3196 metr təşkil edir. 80-ci illərdən erməni mənbələrində adı erməniləşdirilərək Açkasar kimi təqdim edilir.
Ağoğlan dağı
Ağoğlan dağı — Laçın rayonu ərazisində dağ. Türk dillərində "oğlanak" — "kiçik oğlan, kiçik şahzadə" deməkdir. Müqəddəs dağ sayılır.
Babakar dağı
Babaqar silsiləsi (rus. Папакарский хребет) — Gürcüstan, Ermənistan və Azərbaycanda dağ silsiləsi. == Oronimin mənşəyi == Babaqar və ya Babakar/Babakər oronimi baba (Türkdilli xalqların böyük əksəriyyətində, o cümlədən azərbaycanlılarda yüksək dağ zirvələri baba adlandırılır) və kar/qar (qədim türk dillərində dağ mənasını verirdi) sözlərindən düzəlib, "yüksək dağ", "müqəddəs dağ" deməkdir. == Zirvələri == SSRİ ordusunun 1976-cı ildə tərtib etdiyi və 1985-ci ildə yenilədiyi topoqrafik xəritəyə əsasən (miqyas 1:100000): === Ermənistan ərazisində, qərbdən şərqə doğru === Danadağ — hündürlüyü 800.1 m Eldağ — hündürlüyü 831.8 m Günəştəpə — hündürlüyü 747 m Körpülü — hündürlüyü 959.3 m Keçəltəpə — hündürlüyü 629 m Tərs — hündürlüyü 883.8 m === Gürcüstan ərazisində, qərbdən şərqə doğru === Qavaxtəpə — hündürlüyü 513.2 m Ağtəpə — hündürlüyü 451.8 m Adamdaş — hündürlüyü 535.2 m Şiştəpə — hündürlüyü 623 m === Azərbaycan ərazisində, şərq sonluğu === Babaqar — hündürlüyü 700.6 m (bəzi mənbələrdə 700 m və ya 708 m olaraqda verilir) == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb" nəşriyyatı, 2007-ci il. Анохин Генрих Иосифович . "Малый Кавказ". Москва, "Физкультура и спорт", 1981 год.
Dali
Salvador Dali (tam adı Salvador Domenek Felip Jasint Dali i Domenek, markiz de Pubol, kat. Salvador Domènec Felip Jacint Dalí i Domènech, Marqués de Dalí de Púbol, isp. Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí y de Púbol; 11 may 1904[…] və ya 21 may 1904, Fiqeras[d] – 23 yanvar 1989[…], Fiqeras[d]) — məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri idi. == Həyatı == === Uşaqlığı === Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi,özünü bu keyfiyyətdə dərk edirdi və bu özəlliyində israr edirdi. Onun böyük qardaşı (12 oktyabr 1901 - 1 avqust 1903) meningitdən öldü. Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı. Çoxsaylı komplekslər və fobiyalar - məsələn, çəyirtkə qorxusu - onun adi məktəb həyatına qarışmasına, uşaqlarla adi dostluq və rəğbət bağları qurmasına mane oldu, lakin hər bir insan kimi, duyğusal aclıq hiss edərək, emosional olmağa çalışdı.
Dari
Dəri dili – (dəri دری ) Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Bakı Qulaqları (Kərkəs dağı)
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Xan bağı (Bakı)
Xan bağı - İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. == Tarixi == Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. == Tarixi == Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir.Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. == Xüsusiyyətlər == Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.