1. “Yüngül”dən mücər. (ağırlıq ziddi). Havanın yüngüllüyü. Paltarın yüngüllüyü. Xasiyyətin yüngüllüyü. Vəzifənin yüngüllüyü.
2. məc. Yüngül hərəkət, qeyri-ciddilik.
□ Yüngüllük etmək – qeyri-ciddi hərəkət etmək.
3. məc. Arxayınlıq, rahatlıq hissi; sevinc, fərəh.
Mədəd dərhal ürəyində ani bir yüngüllük hiss etdi.
Mən bu sözləri dedikcə bir yüngüllük, rahatlıq duyurdum.
Kərim özündə bir yüngüllük hiss edərək çıxıb getdi.