Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diana
Diana — qadın adı. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Diana Dadaşova — Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Hacıyeva — azərbaycanlı caz musiqiçisi, müğənni Diana Doman — Azərbaycanın bədii gimnastı.DigərDiana (mifologiya) — Qədim Roma mifologiyasında Ay ilahəsi.
Diana (mifologiya)
Diana — Qədim Roma mifologiyasında Ay ilahəsi. Roma mifologiyasında Diana (lat. "Səma" və ya "ilahi") vəhşi heyvanlar və meşə ilə bağlı ov, ay və doğum ilahəsi idi. Onun heyvanlarla danışmaq və onlara nəzarət etmək gücü var idi. Baxmayaraq ki, Diana İtaliyada müstəqil mənşəyə malik idi, o, Yunan ilahəsi Artemisə bərabər tutulurdu. Qədim Roma dinində Dianaya sitayiş edilirdi. Ov ilahəsi kimi, Diana çox zaman qısa tunik və ov çəkmələri geyinirdi. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Diana Abla
Diana Abla (d. 29 iyul 1995) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Diana Abla, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Diana Abqar
Diana Abqar (erm. Դիանա Աբգար; 12 oktyabr 1859, Yanqon, Britaniya Hindistanı – 8 iyul 1937, Yokohama) – xaricdə yaşamış erməni yazıçı, Birinci Ermənistan Respublikasının Yaponiyadakı fəxri konsulu. İlk erməni qadın diplomatdır və XX əsrdə diplomatik posta təyin olunan ilk qadınlardan biridir. == Həyatı == Diana Aqabeq (Aqabeqyan) 12 oktyabr 1859-cu ildə Britaniya Burmasının Ranqun şəhərində (hazırda Myanmarın Yanqon şəhəri) anadan olmuşdur. Atası İranda yerləşən Yeni Culfa məhəlləsindən olub və Cənub-şərqi Asiyaya miqrasiya edib. Anası Avet Şiraz şəhərindən idi. Diana yeddi uşaqlı ailənin ən kiçiyi olub. Kəlkətə şəhərində böyüyüb və təhsilini yerli məktəbdə alıb. İngilis, erməni və hind dillərini səlis danışmağı öyrənib. Yeni Culfada Apkar ailəsindən gələn Apkar Mixale Apkarla evlənmişdir.
Diana Ahadpour
Diana Ankudinova
Diana Antonova
Diana Antonova (d. 17 yanvar 1993) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Diana Antonova, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Diana Arbüs
Diana Arbüs (14 mart 1923[…], Nyu-York, Nyu-York ştatı – 26 iyul 1971[…], Qrinviç Villic[d], Nyu-York ştatı) — fotoqraf. == Həyatı == Rus-yəhudi əsilli amerikalı fotoqraf Diana Arbüsün də həyat və yaradıcılığının çiçəklənən vaxtları ikinci dünya müharibəsi və faşizmin meydan suladığı zamanlara düşüb. Əsl soyadı Nemerov olan Diana Arbüs 1923-cü ildə Nyu-Yorkun Qrinviç rayonunda doğulub, Park-Avenyu rayonunda isə böyümüşdü. Onun atası ticarət maqnatı idi, vaxtının çoxunu biznesinə və kənardakı eşq macəralarına sərf edirdi. Elə anası da telefon danışıqlarından uşaqlarına ayırmağa vaxt tapmırdı. Buna görə də Diana və qardaşını hərəsinin öz dayəsi tərbiyə etməli olmuşdu. Və bacı-qardaş — gələcəyin məşhur fotoqrafı (Diana Arbüs) ilə gələcəyin məşhur şairi (Hovard Nemerov) dostcasına bir yerdə böyümüşdülər. Dianadan beş yaş balaca bacıları Rene isə anaları kimi dizayner olmuşdu. 1937-ci ildə Diana gələcəyin məşhur aktyoru Alan Arbüslə tanış olur və ona ərə getmək istəyir. Valideynləri bunun qarşısını ala bilmək üçün Diananı Kaminqton İncəsənət məktəbinin yay kurslarına göndərirlər.
Diana Başo
Diana Başo (d. 5 dekabr 2000) — Albaniyalı üzgüçü. Diana Başo Albaniyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Diana Başo birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:22.86 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Diana Doman
Diana Əhmədbəyli (qızlıq soyadı: Doman; 22 iyun 1998, Estoniya) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Diana Doman 1998-ci ili iyunun 22-də Estoniyada anadan olub. 2003-cü ildən idmanla məşğul olur. == Karyerası == 2014-cü ilin iyununda baş tutan Avropa Çempionatında Azərbaycanı Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman və Siyana Vasilevadan ibarət qrup təmsil elədi. Ümumi turniri 34.050 balla beşinci, 10 gürz turnirini isə 17.166 balla altıncı pillədə başa vuran Platonova, Paşayeva, Mustafayeva, Doman və Vasilevadan ibarət qrup 3 top+2 lent turnirində 17.650 ballıq nəticə göstərdi və Avropa Çempionatının gümüş medalına sahib oldu. Daha sonra Diana Doman 2014-cü ilin sentyabrında İzmir şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, |Diana Doman, Səbinə Abbasova və Siyana Vasilevadan qrup ümumi turniri 33.332 balla altıncı, 10 gürz turnirini 15.416 balla, 3 top+2 lent turnirini isə 16.608 balla 8-ci pillələrdə başa vurdu. 2018-ci ilin iyununda İspaniyanın Qvadalaxara şəhərində baş tutan Avropa Çempionatında Azərbaycanı Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi. Ümumi turniri 35.700 balla yeddinci pillədə başa vuran Paşayeva, Bayramova, Doman, Vasileva və Hümmətovadan ibarət qrup 3 top+2 lent turnirində 22.550 ballıq nəticə göstərdi və Avropa Çempionatının bürünc medalına sahib oldu. Daha sonra Diana Doman 2018-ci ilin sentyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.
Diana Duraeş
Diana Marqarida Duraeş (d. 8 iyun 1996, Fafi[d]) — Portuqaliyalı üzgüçü. Diana Duraeş Portuqaliyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil edib. == Karyerası == Diana Duraeş birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:01.48 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 26-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi. Bu nəticə ilə o, 200 m sərbəst stildə Portuqaliya rekordunu yeniləmişdir.
Diana Emeri
Diana Emery (ing. Dianne Emery) — Cənubi Afrikalı yol velosipedçisidir. O, 2004-cü ildə UCI Yol üzrə Dünya Çempionatında öz ölkəsini təmsil etmişdir.
Diana Hacıyeva
Diana Hacıyeva (13 iyun 1989, Mariupol, Donetsk vilayəti) — Azərbaycanlı müğənni və bəstəkar, Bəri bax kollektivinin solisti. O, eyni zamanda musiqiçi dostları ilə birlikdə təşkil etdiyi Dihaj qrupunun solistidir. Diana "Skeletons" mahnısı ilə Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Başlanğıc === Diana Hacıyeva 13 iyun 1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olmuşdur. Uşaqlıqdan musiqi ilə məşğul olan Diana fortepiano dərsləri almış və caz musiqisi ilə maraqlanmışdır. O eyni zamanda Bəri bax musiqi kollektivində fəaliyyət göstərir. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirmiş və bundan sonra Bakı Musiqi Akademiyasına daxil olaraq, "Xor dirijorluğu" peşəsinə yiyələnmişdir. Bu illər ərzində caz ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Diana hal-hazırda Bakı Caz Mərkəzində çalışır. 2009-cu ildə Diana Əli Nəsirov ilə ailə həyatı qurmuşdur.
Diana Spenser
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], Parisin 13-cü dairəsi[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Diana Yovetiç
Diana Yovetiç (d. 22 may 1984; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Diana Yovetiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Diana boğazı
Diana boğazı (rus. Дианы пролив) — Sakit okeanına daxil olan Şumişir adasını Ketoy adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 20 km təşkil edir. Dərinliyi 500 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severo-Zapadnıy, Sovetskıy, Storojevoy, Otvestnıy (Şimuşir) və Lejbişnıy, Monolitnıy, Onruqlıy (Ketoy) burunları vardır. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Boğazın şimal sahillərində çoxlu sualtı və suüstü daşlar vardır. Boğazın cənubunda Brout, şimalında isə Diana və Yujnıy buxtası vardır.
Diana Əhmədbəyli
Diana Əhmədbəyli (qızlıq soyadı: Doman; 22 iyun 1998, Estoniya) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Diana Doman 1998-ci ili iyunun 22-də Estoniyada anadan olub. 2003-cü ildən idmanla məşğul olur. == Karyerası == 2014-cü ilin iyununda baş tutan Avropa Çempionatında Azərbaycanı Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman və Siyana Vasilevadan ibarət qrup təmsil elədi. Ümumi turniri 34.050 balla beşinci, 10 gürz turnirini isə 17.166 balla altıncı pillədə başa vuran Platonova, Paşayeva, Mustafayeva, Doman və Vasilevadan ibarət qrup 3 top+2 lent turnirində 17.650 ballıq nəticə göstərdi və Avropa Çempionatının gümüş medalına sahib oldu. Daha sonra Diana Doman 2014-cü ilin sentyabrında İzmir şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, |Diana Doman, Səbinə Abbasova və Siyana Vasilevadan qrup ümumi turniri 33.332 balla altıncı, 10 gürz turnirini 15.416 balla, 3 top+2 lent turnirini isə 16.608 balla 8-ci pillələrdə başa vurdu. 2018-ci ilin iyununda İspaniyanın Qvadalaxara şəhərində baş tutan Avropa Çempionatında Azərbaycanı Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi. Ümumi turniri 35.700 balla yeddinci pillədə başa vuran Paşayeva, Bayramova, Doman, Vasileva və Hümmətovadan ibarət qrup 3 top+2 lent turnirində 22.550 ballıq nəticə göstərdi və Avropa Çempionatının bürünc medalına sahib oldu. Daha sonra Diana Doman 2018-ci ilin sentyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.
Diana Əhədpur
Dirty Diana
Dirty Diana — Maykl Ceksonun mahnılarından biri.
Lethe diana
Lethe diana – Nimfalidlər fəsiləsindən kəpənək növü. Qanadları tünd qəhvəyi rənglidir, üzərlərində arpacıqlar olur, qanad açıqlığı 45–55 mm təşkil edir. Lethe confusa növünü xatırladır, lakin Lethe confusa kəpənəyinin qanadlarında ağ zolaq olur. == Görünüş == Qanad açıqlığı 45–55 mm arasında dəyişir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, üzərlərində kiçik ağ zolaqlar olur, dişilərdə bu daha aydın sezilir. Bir qanadının üzərində 6-yə qədər arpacıq olur. Damarları açıq-aydın sezilə bilir. == Yayılması == Növə Rusiyanın regionlarında – Primorye, Saxalin və Cənubi Kurildə təsadüf edilir. Həmçinin Yaponiyada yayılmışdır: Hokkaydo, Honşu, Şikoku, Kyuşu və Tsuşima. Əsasən enliyarpaqlı meşələrdə, dağlarda və düzənlikdə rast gəlinir.
Diana, Uels şahzadəsi
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], Parisin 13-cü dairəsi[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Diana (Uels şahzadəsi)

Şahzadə Diana

Diana Da Rucna
Diana Da Rucna (d. 16 oktyabr 1989; Feltre, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Diana Da Rucna İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Diana Uinn Cons
Diana Uinn Cons (ing. Diana Wynne Jones; 16 avqust 1934 – 26 mart 2011) — Britaniyalı yazıçı. == Həyatı == Diana London şəhərində iki müəllim olan Marcori (qızlıqda Cekson) və Riçard Enyurin Cons ailəsində anadan olub. Az sonra müharibə başlayıb və ailəsi bir neçə dəfə Britaniyanın müxtəlif yerlərinə köçürülməli olub. Axır ki, 1943-cü ildə Conslar İngiltərənin Esseks qraflığının Taksted şəhərində məskünlaşıblar.Məktəbini qutarandan sonra, Diana Oksfordun Müqəddəs Anna Kollecində İngilis dilini öyrənməyə başlayıb. Orada, 1956-ci ildəki məzuniyyətinə qədər K.S. Luis və Con Tolkinin leksiyalara dinləyirdi. Həmin ildə o, orta əsr ədəbiyyatşunası olan Con Barrou ilə evlənib. Onların üç oğlanı var idi. Londonda qısa vaxt yaşadığdan sonra, 1957-ci ildə onlar Oksforda qayıtdılar və orada 1976-cı ildə Bristola köçənədək qalırdılar. === Xəstəliyi və ölümü === 2009-cu ilin yayında onda ağciyər xərçəngi tapılıb.
Pietro Diana (rəssam)
Pietro Diana (28 Dekabr 1931 – 12 Oktyabr 2016) — İtaliyalı çapçı, oymaçı və dizayner. Diana həm də "avtomatlaşdırılmanın" yaradıcısı hesab edilir. == Boioqrafiya == Giorgio Auneddu, Pietro Diana: incisioni, disegni, automates (opere recenti 1975-1991), Torino, Tuttagrafica, 1991 == İstinadlar == == Xarici keçidlər == Pietro Diana.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Dian
Dian - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Fikrimizcə, Dian toponimi Diau adlı sülalənin adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304 nəfər, 1904 - cü ildə 272 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1919 - cu ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Kəndə Türkiyənin Taron və Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
IANA
IANA— (ing. Internet Assigned Numbers Authority; azərb. İnternet nömrələrinin verilməsi mərkəzi‎) — internetdə .com, .net, .org kimi ən yüksək səviyyəli domenlərin inzibati idarə olunmasına cavabdeh olan və ABŞ hökumətinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. IANA qlobal ərazilər üzrə (əsasən Avropa, Asiya və Amerika) adlar fəzasını müəyyənləşdirəcək təşkilatları əlaqələndirir. 1998-ci ilin sentyabrından bu funksiyanı beynəlxalq qeyri-kommersiya təşkilatı olan ICANN öz üzərinə götürüb. ICANN tərəfindən yaradılan və onun strukturuna daxil olan IANA İnternet səbəkəsində rəqəmli ünvanların paylanması üzrə səlahiyyətli təskilatdır və əsas funksiyası (gTLDs) ümümi istifadəli domenlərin beynəlxalq verilənlər bazasını və (ccTLDs) yüksək səviyyəli milli domenləri dəstəkləməkdən ibarətdir. Bu təşkilatlar internet ictimaiyyətinin maraqlarını təmsil edirlər. == IANA fəaliyyətləri == IANA RFC-də müəyyən edilmiş protokollarda istifadə olunan bütün ehtiyatda saxlanılan adların və nömrələrin bölgüsü üçün cavabdehdir. === IP-ünvanların paylanması === IANA regionlarda hər bir ölkəyə məxsus olan birinci səviyyəli IP-ünvanları idarə edir. Regional registratorlar da, öz növbəsində, daha kiçik internet-provayderlərə nümayəndə göndərir.