Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Didəban (Mərənd)
Didəban (fars. ديده بان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 677 nəfər yaşayır (157 ailə).
Didabad
DİDABAD — Naxçıvan əyalətinin Qışlağat nahiyəsində kənd adı. == Toponimi == Qədim fars dilində dida — "qüvvətləndirilmiş şəhər", "qala divarı"3 və farsca abad "kənd", "yaşayış məntəqəsi" sözlərindən ibarətdir. XIX əsrdə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında Did- vəng adlı kəndi vardı.
Didəçay
Dudəçay və ya Didəçay (fars. دوده چاي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 506 nəfər yaşayır (119 ailə).
Didivan qalası
Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala. == Ümumi məlumat == İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir. Planda qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur.
Jerar Dədəyan
Jerar Dədəyan (fr. Gérard Dédéyan; 4 fevral 1942[…], Nant, Fransa metropoliyası) — erməni əsilli Fransa tarixçisi. O, Monpelye Pol Valeri Universitetinin orta əsrlər tarixi üzrə professoru, Ermənistan Milli Elmlər Akademiyasının üzvü və Kollec de Fransın müxbir üzvüdür. Dədəyan Frederik-Arman Feydit ilə klassik erməni dilini öyrənmişdir. 1983-cü ildə Dədəyan "Ermənilərin tarixi" əsərinə görə Fransa Akademiyasının "Biget" mükafatını almıştır. Atası professor Çarlz Dədəyan idi. == Əsərləri == Les pouvoirs arméniens dans le Proche-Orient Méditerranéen (1068–1144) 5 vol., doctoral thesis, Paris 1, 1990 OCLC 490070319. Smbat le Connétable, introduction, translation and notes by Gérard Dédéyan, La Chronique attribuée au connétable Smbat, Geuthner, Paris, 1980 OCLC 9944662. Les Arméniens, histoire d'une chrétienté, Privat, Toulouse, 1990 ISBN 978-2708953567. et al., Arménie : 3000 ans d'histoire, Éditions Faton, coll.
İlqar Bizəban
Şarl Dədəyan
Şarl Dədəyan (fr. Charles Dédéyan; 4 aprel 1910[…], İzmir, Aydın vilayəti – 21 iyun 2003[…], Paris) — erməni əsilli Fransa filoloqu və ədəbiyyatşünası, fransız ədəbiyyatı üzrə mütəxəssis. Şarl Dədəyan Sarbonnada dissertasiyanı müdafiə etmişdir. O, 1942-ci ildən Renn Universitetində müəllim, 1945–1949-cu illərdə isə Lion Universitetinin professoru olmuşdur. Dədəyan 1949-cu ildən Sarbonnada müqayisəli ədəbiyyat kafedrası işləmişdir. Şarl Dedeyan Fransa Akademiyasının bir neçə mükafatına layiq görülmüşdür. O, həm də "Fəxri legion" ordeninin laureatı olmuşdur. Dədəyan tarixçi Jerar Dədəyanın atasıdır. (direction d'ouvrage) Jean Mairet, La Sophonisbe, Paris 1945, 1969 (direction d'ouvrage) Montaigne, Journal de voyage en Italie par la Suisse et l'Allemagne en 1580 et 1581, Paris 1946 Le Thème de Faust dans la littérature européenne, 6 Bde., Paris 1954–1967 Madame de Lafayette, Paris 1955, 1965 Stendhal et les "Chroniques italiennes", Paris 1956 Gérard de Nerval et l'Allemagne, 3 tomes, Paris 1957–1959 Dante en Angleterre, 2 tomes, Paris 1961–1966 Rilke et la France, 2 tomes, Paris 1961–1963 Stendhal chroniqueur, Paris 1962 L'Italie dans l'œuvre romanesque de Stendhal, 2 tomes, Paris 1963 Victor Hugo et l'Allemagne, 2 tomes, Paris 1964–1965 Le cosmopolitisme littéraire de Charles du Bos, 6 tomes, Paris 1965–1971 Racine et sa "Phèdre", Paris 1965, 1978 Lesage et "Gil Blas", Paris 1965, 2002 Jean-Jacques Rousseau et la sensibilité littéraire à la fin du XVIIIe siècle, Paris 1966 Le nouveau mal du siècle de Baudelaire à nos jours, 2 tomes, Paris 1968–1972 Une guerre dans le mal des hommes, Paris 1971 Chateaubriand et Rousseau, Paris 1973 Le cosmopolitisme européen sous la Révolution et l'Empire, 2 tomes, Paris 1976 Lamartine et la Toscane, Genève 1981 Le Drame romantique en Europe. France, Angleterre, Allemagne, Italie, Espagne, Russie, Paris 1982 Dante dans le romantisme anglais, Paris 1983 Le Roman comique de Scarron, Paris 1983 Le Critique en voyage ou Esquisse d'une histoire littéraire comparée, Paris 1985, 1998 (italien : Il critico in viaggio.
Aşağı Didan (Urmiya)
Aşağı Didan (fars. ديدان سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 680 nəfər yaşayır (165 ailə).
Yuxarı Didan (Urmiya)
Yuxarı Didan (fars. ديدان عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 198 nəfər yaşayır (48 ailə).
Dodekan
Dodekan (C12H26) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Direjan
Direjan (kürd. Dirêjan) — Türkiyənin şərq və cənub-şərq regionlarında, həmçinin İranda yaşayan kürd tayfası. == Etimologiya == Direjan tayfasının adı həmçinin, Dirican, Dirijan və Dirican kimi qeyd edilir. Bir nəzəriyyəyə görə, tayfanın adı türkcədəki "diri" və farscadakı "can" sözlərindən formalaşmışdır, "güclü və qüvvətli" deməkdir. Başqa bir nəzəriyyəyə görə, bu ad kürd dilinin kurmanci dialektində "uzun" mənasında olan "direj" və "uzunboylu insanlar" mənasında olan "direjbun" sözləri ilə əlaqədardır. == Məskunlaşma == İndiki dövrdə Malatya və rayonlarından başqa, müxtəlif şəhərlərlə yanaşı, Sivas, Elazığ, Adıyaman vilayətlərində də məskunlaşıblar. Tayfanın əksəriyyəti Malatya vilayətində yaşayır. Osmanlı imperiyası dövründə onlar Anadolunun şərqi, cənub-şərqi, mərkəzi hissələrində, qismən Qara dəniz regionunda yaşamışlar. Osmanlı dövründə səpələndikləri regionlarda şəraitə görə heyvandarlıq həyat tərzindən ayrılaraq müxtəlif ərazilərə üz tutmuşdular. == İstinadlar == == Əlavə ədəbiyyat == Akın, Fatma.
Videman-Frans qanunu
Videman-Frans qanunu — fiziki qanun; bu qanuna görə metalın istilikkeçiriciliyinin (κ), xüsusi elektrik keçiriciliyinə (σ) nisbəti temperaturla (T) mütənasibdir. κ σ = L T {\displaystyle {\frac {\kappa }{\sigma }}=LT} Lorens ədədi adlanan mütənasiblik əmsalı L nəzəri olaraq aşağıdakı bərabərliklə təyin olunur: L = κ σ T = π 2 3 ( k B e ) 2 = 2.44 × 10 − 8 V t O m K − 2 . {\displaystyle L={\frac {\kappa }{\sigma T}}={\frac {\pi ^{2}}{3}}\left({\frac {k_{\rm {B}}}{e}}\right)^{2}=2.44\times 10^{-8}\,\mathrm {Vt\,Om\,K^{-2}} .} Bu empirik qanun 1853-cü ildə κ/σ-nın eyni temperaturda müxtəlif metallar üçün təqribən eyni qiymətə malik olduğunu göstərən Qustav Videman və Rudolf Fransın şərəfinə adlandırılmışdır. κ/σ-nın temperaturla mütənasibliyi 1872-ci ildə Lüdviq Lorens tərəfindən kəşf edilmişdir. Keyfiyyətcə bu əlaqə həm istilik, həm də elektrik nəqlinin metaldakı sərbəst elektronlarla bağlı olmasına əsaslanır. Qanunun riyazi ifadəsini aşağıdakı kimi çıxarmaq olar. Metalların elektrik keçiriciliyi məşhur bir hadisədir və şəkildəki kimi ölçülə bilən sərbəst keçirici elektronlara aid edilir. Cərəyan sıxlığı j-nin tətbiq olunan elektrik sahəsinə mütənasib olduğu müşahidə edilir və əmsalın xüsusi elektrik keçiriciliyi olması Om qanununa uyğundur. Elektrik sahəsinin intensivliyi və cərəyan sıxlığı vektor olduğundan Om qanununda qalın hərflərlə göstərilirlər. Keçiricilik ümumiyyətlə ikinci tərtib tenzor kimi ifadə edilə bilər (3×3 ölçülü matris).