ixtiyarsızlıq
ikebana
OBASTAN VİKİ
İkebana
İkebana (生花, ike – "həyat", bana – "güllər", tərc. "canlı güllər") və ya Kado (華道, "güllərin yolu") – XV əsrdə Yaponiyada meydana gəlmiş kəsilmiş güllərdən müxtəlif kompozisiyalar yaratmaqdan ibarət ənənəvi yapon sənəti. İkebana üsulu ilə hazırlanmış kompozisiya 3 əsas elementi birləşdirir və adətən 3 gül budağından ibarət olur. Onlar bəzi inanclara görə göyü (sin), yeri (tay) və insanı (tae), digərlərinə görə isə Günəşi, Ayı və Yeri simvolizə edirlər. İkebana sənəti əvvəllər dini xarakterli olmuş və allahlara hədiyyə məqsədi daşımışdır. İkebana hazırlanarkən "susso", yəni bitkilərin təbiəti, "xarakter"i nəzərə alınmalıdır. == Tarixi == === Rikka === VI əsrdən başlayaraq buddizm Yaponiyada təşəkkül tapdıqdan sonra tikilən buddist məbədlərinin səcdəgahlarının qıraqlarına qeyri-adi buketlər düzülməsi ənənəsi yarandı. Bu nəhəng, əyilməyən budaqları rikka (yap. “duran güllər”) adlandırırdılar. Məbədlərin digər bər-bəzəyi kimi rikka da Çindən gətirilirdi.
вы́звериться заторча́ть комиссио́нные мура́ш подкла́сс тримара́н чека́нный черешо́к чи́сто я́вственно искорёживать лиха́ беда начало ре́стлинг снегоубо́рщик accelerograph built-up horny ichthyosis Navaho river novel tantrum unrefined индетерминист парогенератор шелест