Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Grevillea diminuta
Grevillea diminuta (lat. Grevillea diminuta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea diminuta (L.A.S.Johnson) Christenh.
Grevillea dimorpha
Grevillea dimorpha (lat. Grevillea dimorpha) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Grevillea oleoides var. dimorpha (F.Muell.) Benth. Grevillea speciosa subsp. dimorpha (F.Muell.) McGill. Hakea dimorpha (F.Muell.) Christenh. & Byng === Heterotipik sinonimləri === Grevillea dimorpha var. augustifolia F.Muell. Grevillea dimorpha var.
Helipterum dimorpholepis
Triptilodiscus (lat. Triptilodiscus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Triptilodiscus pygmaeus Turcz. Sinonim Argyrocome dimorpholepis (Benth.) Kuntze Dimorpholepis australis A.Gray Duttonia sessiliceps F.Muell. Helipterum australe (A.Gray) Druce Helipterum dimorpholepis Benth.
Kəlilə və Dimnə
Kəlilə və Dimnə — sanskrit dilində yazılmış, orijinal adı “Pançatantra” olan qədim hind mənşəli etik-didaktik hekayələr toplusunun daha sonra pəhləvi dilinə tərcümə edilmiş versiyasından İbn əl-Müqəffa tərəfindən VIII əsrdə ərəb dilinə tərcümə olunaraq “Kəlilə və Dimnə” adı ilə məşhurlaşmış əsər. Əsərin baş qəhrəmanları olan Kəlilə və Dimnə iki çaqqal (kiçik vəhşi it növü) olaraq təsvir edilir. Bu çaqqallardan biri – Dimnə, hakimiyyətə can atan və hiyləgər bir xarakteri təmsil edir, digər çaqqal Kəlilə isə daha çox ağıllı və ehtiyatlı davranışı ilə seçilir. “Kəlilə və Dimnə” əsərinin əsas məqsədi hökmdarlar və adi insanlar üçün mənəvi və əxlaqi dərslər verməkdir. Hekayələr heyvanların dili ilə danışılır, lakin insanların cəmiyyətində mövcud olan problemlər, siyasət, ədalət və əxlaq kimi mövzular simvolik şəkildə işıqlandırılır. Bu hekayələr vasitəsilə insanlar həyatın vacib dərslərini, xüsusilə düzgünlük, müdriklik, ədalət və hiyləgərlikdən çəkinməyi öyrənirlər. Əsər dünya ədəbiyyatında böyük iz qoymuş və müxtəlif dillərə tərcümə olunmuşdur. O, əsrlər boyu fərqli mədəniyyətlərdə oxunmuş və öyrədici əsər kimi istifadə edilmişdir. == Məzmun == Təmsillərin ilk və ən önəmli nümayəndələrindən olan "Kəlilə və Dimnə"dəki hekayələr siyasətdən xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirir. Əsər adını ilk bölümündəki bir hekayənin qəhrəmanları olan iki çaqqaldan almışdır - "doğrunun və dürüstlüyün" simvolu "Kəlilə" ilə "yanlışın və yalanın" simvolu "Dimnə".
Litla-Dimun
Luytla-Duymun (əvvəlki xəritələrdə — Litla-Dimun) (far. Lítla Dímun "Kiçik Duymun") — 18 Farer adasından ən kiçiyi. Şotlandiya və İslandiyanın arasında yerləşir. Sahəsi 0,8 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 414 m olan Ravan dağıdır.
Lucky Dime Caper
Lucky Dime Caper — 1991-ci ildə Sega oyun şirkəti tərəfindən yaradılan videooyun. Həcmi 8 bitdir. == Süjet == Bu oyun Donald Dak, onun bacısı oğlanları Hyui, Dyui və Lui və dayısı Skrucun macəralarından söhbət açır. Onlar Skrucun bankındakı kabinetində toplaşırlar. Skruc öz ilk 10 sentini göstərir. Sən demə, Magika de Spell hamısını güdürmüş. Onun ən böyük arzusu həmin qəpiyi ələ keçirmək idi. Onun qarğa görkəmli qardaşı Poe gəlib uşaqları oğurlayır. Daha sonra isə bacı oğlanlarını xilas etmək üçün Donald dünya səyahəti missiyasına göndərilir.
Maykl Dante DiMartino
Maykl Dante DiMartino (ing. Michael Dante DiMartino) — ABŞ cizgi rejissoru, produsserı və ssenari müəllifi. «Avatar: Aanq haqqında əfsanə» və «Korra əfsanəsi» cizgi serialların müəllifidir. == Həyatı == Rod Aylend dizayn məktəbində Brayan Konietzko ilə bir yerdə təhsil alıb. 12 il ərzində Film Roman studiyada fəaliyyət göstərib. Orada «King of the Hill», «Family Guy» və «Mission Hill» kimi serialların yaradılmasına kömək etmişdir. Bəzi yüksək statuslu kinoteatrlarda göstərilmiş, 8 dəqiqəli «Atomic Love» cizgi qısametrjlığı film yaradıcısıdır. == Xarici keçidlər == Maykl Dante DiMartino — IMDb səhifəsi Michael Dante DiMartino Avatar Wikia saytda (ing.) Maykl Dante DiMartino Arxivləşdirilib 2012-03-26 at the Wayback Machine AvatarSpirit.Net Arxivləşdirilib 2007-11-28 at the Wayback Machine saytda (ing.) "Maykl Dante Dimartino və Brayan Konietzko. İntervyu". «The Wall Street Journal».
Monodelphis dimidiata
Monodelphis dimidiata (lat. Monodelphis dimidiata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Müqəddəs Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Müqəddəs Dimitri kilsəsi (Novoçerkassk)
Müqəddəs Dimitri Kilsəsi ( rus. Свя́то-Дими́триевский храм) — Novocherkasskda Rus Pravoslav kilsəsi. Müqəddəs Dimitriyə həsr olunmuşdur. Kilsə şəhər qəbiristanlığında yerləşir və buna görə bəzən Müqəddəs Dimitri qəbiristanlığı kilsəsi adlanır. 1810-cu ilin payızında, şəhər qəbiristanlığının yerində Müqəddəs Dimitrinin taxta bir kilsəsi təqdis edildi. Bu taxta kilsə 1861-ci ilə qədər mövcud idi. Don kazağı Ataman Çomutov və Novoçerkassk arxiyepiskopu Conun təşəbbüsü ilə 1857-ci ildə taxta kilsənin yerində yeni bir daş kilsənin inşaatı başladı. İnşaat Don kazakları və müxtəlif tacirlər tərəfindən maliyyələşdirilmiş və 1859-cu ildə tamamlanmışdır. Layihənin memarı məşhur memar İvan Valpred idi. 1901-ci ildə kilsənin tərkibində bir kilsə məktəbi açıldı və hələ də fəaliyyətini davam etdirir.
O sizə Dimon deyil (sənədli film, 2017)
O, sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu(ru) tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.
Senecio dimorphocarpos
Senecio dimorphocarpos (lat. Senecio dimorphocarpos) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Solanum dimidiatum
Solanum dimidiatum (lat. Solanum dimidiatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Solanum sodiroi dimorphophyllum
Solanum sodiroi (lat. Solanum sodiroi) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Solanum carchiense Correll Solanum sodiroi var.
Solanum sodiroi var. dimorphophyllum
Solanum sodiroi (lat. Solanum sodiroi) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Solanum carchiense Correll Solanum sodiroi var.
Fessalonikili Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Solunlu Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Believe (Dima Bilan mahnısı)
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
O, sizə Dimon deyil
O, sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu(ru) tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.
Cinsiyyət dimorfizmi
Cinsi dimorfizm (q.yun. δι- — iki, μορφή — forma) — eyni cinsdən olan erkək və dişi arasındakı anatomik fərqdir. Cinsi dimorfizm özünü müxtəlif fiziki xüsusiyyətlərlə göstərə bilər. Ölçü. Əksər məməlilərdə və toyuqkimilərdə erkəklər dişilərdən daha böyük və ağırdır. Bir çox quşlarda (xüsusilə yırtıcı quşlarda), suda-quruda yaşayanlarda və buğumayaqlılarda, dişilər bir qayda olaraq erkəklərdən daha böyükdür. Tısbağalarda və ilanlarda dişilər erkəklərdən daha böyükdür; kərtənkələlərdə, əksinə, bir qayda olaraq, erkəklər dişilərdən daha böyükdür; gekkonlar istisna təşkil edir, onlarda böyük ölçü dişilərə xassdır. Tük örtüyü. Kişilər üçün saqqal, aslanlar və ya babuinlər üçün yal. Rəng.
"Georgi Dimitrov" ordeni
Georgi Dimitrov ordeni (bolq. Орден Георги Димитров) 17 iyun 1950-ci ildə təsis edilmiş Bolqarıstan Respublikasının ali mükafatıdır. == Haqqında == Birinci Milli Məclis Rəyasət Heyətinin 17 iyun 1950-ci il tarixli fərmanı ilə yaradılmışdır. İlk təltif edilmə mərasimi 17 iyun 1950-ci ildə, təsis edildiyi gün baş tutdu və orden 1950-1956-cı illərdə Bolqarıstanın Baş naziri olmuş Valko Çervenkova layiq görüldü. Mükafat müharibələrarası və müharibədən sonrakı illərin görkəmli bolqar kommunisti Georgi Dimitrovun şərəfinə adlandırılıb. == Kimlərə verilir == Bolqarıstanın müdafiəsi və azadlığı sahəsində görkəmli xidmətlərinə və ya sosializmə verdiyi töhfələrə görə bolqarlara və əcnəbilər təltif edilir. Orden həmçinin avtomatik olaraq Bolqarıstan Xalq Respublikası Qəhrəmanı və Sosialist Əməyi Qəhrəmanı adlarını alanlara verilirdi. Orden ilə ümumilikdə 4500-ə yaxın insan təltif edilb. == Təsvir == Orden SSRİ-nin ən yüksək ordeni olan Lenin ordeni ilə modelləşdirilmişdir və bütün digər sosialist ölkələrinin ali ordenləri ilə müqayisədə onunla ən çox oxşarlıqlara malikdir. Ordenin aşağı hissəsində GEORGI DIMITROV yazısı olan qırmızı minalı lent və hər iki tərəfində buğda sünbülləri, yuxarı hissəsində qırmızı minalı kiçik beşguşəli ulduz, aşağı hissəsində isə qırmızı minalı oraq və çəkic vardır.
Dimitri Kantakuzin
Dimitri Kantakuzin ( bolq. Димитър Кантакузин; XV əsr, Novo Brdo – 1487, Qara dəniz) - (yunan və serb yunan mənşəli mənbələrinə görə) XV əsrin ikinci yarısında yaşamış bolqar ilahiyyatçı. XV əsrin Bolqar ədəbiyyatı onun birbaşa varisi olduğu üçün Tırnovo Kitab məktəbinin nümayəndəsi hesab olunur O, Osmanlı İmperiyasında yüksək vəzifə tutmuş, ədəbi fəaliyyətin inkişafına himayədarlıq etmiş və 1469-1479-cu illərdə Rila monastırında yaşamışdır. 1469-cu ildə "Zaqreb Kolleksiyası" nı yazmağı tapşıran görkəmli yazıçı Vladislav Qramatik ilə əlaqələri olmuşdur. Əsərlərini bolqar və yunan dillərində yazmışdır. Onun üslubu emosional-lirik olaraq müəyyən edilir. Dimitri Kantakuzin ilk başda Kantakuzinlər sülaləsi ilə əlaqəlidir və Bolqarıstan kralı Aseni ailəsinin nəslindən olan Georgiy Brankoviçin ikinci arvadı İrina Kantakuzinanın qohumudur. İrinanın George Brankoviç ilə evli olsa da, Kantakuzenlərin bəziləri Moraviya despotizminə keçdilər. Beləliklə, Dimitri Kantakuzinin atası 1435-ci ildə Dimitrinin doğulduğu Novo Brdo qeysəri təyin edildi. Onun kiçik qardaşları Yan (İohann), Aleksey və Georgi idi.
Dimitri Çupovski
Dimitri Çupovski (mak. Димитрија Чуповски;8 noyabr 1878 – 29 oktyabr 1940, Leninqrad) — Makedoniyalı ictimai xadim, filoloq və leksikoqraf, "Makedon dili" dərsliklərinin müəllifi. == Həyatı == Dimitri Çupovski Osmanlı imperiyasının (indiki Şimali Makedoniya) Papradişte kəndində (indiki Çaşka icmasına daxildir) anadan olub. Onu atası, o, hələ dünyaya gəlməmiş vəfat edib. Çupovskinin 10 yaşı olanda yaşadığı kənd yandırılır və o, ailəsi ilə birgə anasının doğulduğu Kruşevo kəndində məskunlaşır. Təhsilini tamamladıqdan sonra o, qardaşları ilə birlikdə iş üçün Sofiyaya getməli olur. Yeni yaradılmış Bolqarıstan çarlığının paytaxtında Çupovski gün ərzində çalışıb, Damyan Qruyev, Petar Pop Arsov və digər tələbələrin təşkil etdiyi məktəbdə də təhsilini davam etdirib. Sonraki təhsilini Çupovski, Belqrad və Sankt-Peterburqda davam etdirib. O zaman Sankt-Peterburqda yaşayan bolqar inqilabçı Xristo Şaldev Çupovskini rusiyayönlü baxışlı şəxs kimi xarakterizə edirdi. Sankt-Peterburq və Daxili Makedoniya İnqilabi Təşkilatında gizli Makedoniya dərnəyinin üzvü Şaldevin fikrincə, Çupovski serb professorlar Stoyan Novakoviç, Yovan Sviyiç və Aleksandr Beliç kimi ideoloqlardan təsirlənib.
Hakea diminuta
Grevillea diminuta (lat. Grevillea diminuta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea diminuta (L.A.S.Johnson) Christenh.
Hakea dimorpha
Grevillea dimorpha (lat. Grevillea dimorpha) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Grevillea oleoides var. dimorpha (F.Muell.) Benth. Grevillea speciosa subsp. dimorpha (F.Muell.) McGill. Hakea dimorpha (F.Muell.) Christenh. & Byng === Heterotipik sinonimləri === Grevillea dimorpha var. augustifolia F.Muell. Grevillea dimorpha var.
Kim Mi-Sim
Kim Mi-Sim (d. 6 noyabr 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Mi-Sim Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Kim Çon-Şim
Kim Çon-Şim (d. 8 fevral 1976) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Çon-Şim Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Kim Çon-Şim Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
DIM
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma 2000-ci ildən Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbə Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.
BİM
Birləşmiş Mağazalar ASC və ya qısaca BİM — Türkiyədə satış yapan diskaunter mağaza. Mağaza sayına görə 2-ci, illik gəlir baxımından Türkiyənin ən böyük pərakəndə marketidir. BİM şirkətinin xalis mənfəət 2013-cü ildə 3,5%, 2014-cü ildə 2.7% və 2015-ci ildə 3.3% idi. 2013 413 milyon, 2014 395.3 milyon, 2015 583.1 milyon Türk lirəsi təşkil etmişdir. == Tarixçə == 1995-ci ildə 21 mağaza ilə fəaliyyətə başlayan BİM Birləşik Mağazalar ASC-nin əsas prinsipi əsas ərzaq və istehlak məhsullarını ən yaxşı qiymətə və ən yüksək keyfiyyətlə istehlakçıya çatdırmaqdır. Diskaunt tipli Türkiyədəki ilk nümayəndəsi olan BİM, məhdud sayda məhsulla, lakin yüksək keyfiyyətlə daim xidmətdədir. 1997-ci ildə Türkiyənin ilk xüsusi marka məhsulu olan Dost Süd BİM-in məhsuludur. 2000-ci ildə 599 mağazaya, 2005-ci ildə 1,194 mağazaya çatan BİM ASC, 2016-ci ilin dekabr ayı etibarilə Türkiyə daxilində 5.580 mağazası var. Şirkət 2005-ci ilin iyul ayında BIMAS kodu ilə Borsa İstanbulda siyahıya alındı. 2016-cı ilin dekabr ayına olan məlumata görə, səhmlərin 71,02 faizi açıq şəkildə satılır.
Dam
Dam — binanın yuxarı konstruksiyası, atmosfer yağıntılarından qorunmaq üçün qurulur. Digər funksiyası isə yaşayış yerindəki istiliyi və ya rütubəti qorumaq üçündür.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili, məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
Div
Div — Azərbaycan nağıllarının personajlarından biri. Avestadakı cinayətkar obrazından yaradılmışdır. Yarım heyvan, yarım insan nəhəng, azman əfsanəvi varlıqdır. Nağıllarda divin növləri də var: Ağ Div, Qara Div, Zili div və s. == Mənşəyi və xüsusiyyətləri == Div obrazı atəşpərəstlərin müqəddəs kitabı olan Avestanın 'Vi Dayevo Datom' ve ya 'Vidivdad' , 'Vendidat' adlanan (tərcüməsi 'Divlərə qarşı qanun') fəslindəki cinayətkar təsvirindən yaranmışdır. Kitaba görə cinayətkarlar dinindən dönənlər və dini ayinlərə riayət etmədiklərinə görə ictimai-təhlükəli əməllərə əl alanlardır. Nağıllardakı divlər nağıllarda insanları yeyir, böyük qulaqlı, böyük dişli, böyük ağızlı dəyişik növləri vardır. Böyük qulaqlı nəhənglər yer altında yaşayırlar. Bəzən alt dodağı yerdə, üst dodağı göydə bir zənci olaraq görünürlər. Əlində çox vaxt heyvan başlı bir çubuğu və ya toppuzu tapılar.
Diz
Diz (Şahrud) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Diz (Xoreşrüstəm) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Diz — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Diş
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
DİA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. == Tarixi == Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
DİP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan parlament seçkilərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan parlament seçkilərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
Gim
Գ, գ (Səslənməsi: gim, erm. գիմ) — erməni əlifbasının üçüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Kim
Kim (ad)
Tim
Tim — vəzifəsi yüz metrlik bir sahəsi atəş gücüylə idarə altına almaq olan iç təhlükəsizlik hərəkatında vəzifə yerinə yetirən ən kiçik əsgəri vahiddir. Komandiri ümumiyyətlə Çavuş olmaq üzrə ən az Kapral rütbəsindədir.
Vim
Vim — Bram Mulenar tərəfindən yazılmış və 1991-ci ildə istifadəyə buraxılmış mətn redaktorudur. Vim *nix əməliyyatlar sistemində ki, vi redaktoru əsasında yazılmışdır. Vim pulsuz və açıq kodlu redaktordur. Ilk olaraq Amiga üçün yaradılsada, sonradan inkişaf etdirilmiş və cross platform olaraq bir çox əməliyyatlar sitemində çalışır. 2006-cı ildə linux jurnalı oxucuları arasında keçirilən səsvermədə ən çox istifadə olunan redaktor seçilmişdir. Vim həm komanda rejimində, həm də qrafik rejimdə işləyir. Qrafik rejimdə istifadə olunan vim — gvim adlanır.
Çim
Çim — otlağın üst qatı. Əsasən çöl və çəmən ot bitkiləri ilə örtülmüş zəminin üst qatı. Daha çox çöldə, dağ yamaclarında və meşəli çəmənliklərdə olur. Rəngi adətən tünd-yaşıldır, strukturu kəsəkli-dənəvər və ya lilli olur. Gücü 3 sm dən çoxdursa, onu, zəminlərin təsnifatında Ad indeksli müstəqil üfuqa ayırılar. O bərkdir və, həcminin yarısından çoxuna canlı bitkilərin kökləri şəbəkəsi işləmişdir. Onu müəyyən edən əlamətlərdən biri odur ki, əgər otların saplarından dartılsa, onda onun üst təbəqəsi qalan zəmindən ayrılır. Əvvəllər yaşayış yerləri üçün və müdafiə istehkamlarında geniş istifadə olunurdu. Müasir vaxtda stadionların, parkların və yaşıllıq zonalarının salınmasından sitifadə olunur.
Dem
Dem ( q.yun. δῆμος, dēmos) — Qədim Attikada ərazi dairəsi, e.ə. VI əsrin sonlarından başlayaraq əsas iqtisadi, dini, siyasi və inzibati vahid. Hal-hazırda Yunanıstanda icmanın və Kipr Respublikasında bələdiyyənin adıdır. Klisfenin islahatlarının sonunda Afina 139 demə bölünmüşdü. Afinanın təsiri altında Qədim Yunanıstanın digər şəhərlərində (məsələn, e.ə. V əsrin sonlarında Kos və Rodos adalarında) demlər yaradılmışdır.
Dil Dil Pakistan
"Dil Dil Pakistan" (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı "Vital Signs" tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan "Vital Signs 1"ə daxil idi. == Qəbulu == "Dil Dil Pakistan" Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Dom-dom Əli (personaj)
Dom-dom Əli və ya Dom-dom — əsl adı Əli İrkan olan Rıfat İrqazın "Hababam sinfi" adlı romanında yaratdığı xəyali personaj. Roman əsasında çəkilmiş eyniadli film seriyasında Firudin Savlının canlandırdığı personajın türk əhali arasında populyarlıgı artmışdır. == Personaj xüsusiyyətləri == Hababam sinfinin kök, həm də nadinc tələbələrindən biridir. Tulum Hayri və Yıxılmaz Hadiylə birlikdə sinfin ən köklərindən hesab olunur. Güdük Nəcmi ilə durduq yerə dava edir. Daha çox Tulum Hayri və Avara İsmayıl ilə gəzir. Həmişə sinif nümayəndəsi olan üçün dərs ilinin əvvəlində Tulum Hayri ilə qol güləşi edir.
Ellinistik din
Ellinistik din — e.ə. 300-cü ildən b.e. 300-cü ilə qədər, ellinizm dövründə və Roma imperiyasında qədim yunan mədəniyyətinin təsiri altında yaşayan Şərqi Aralıq dənizi xalqlarının müxtəlif inanc və təcrübə sistemlərindən hər hansı biri. Ellinistik dində çoxlu davamlılıq var idi. İnsanlar yunan tanrılarına ibadət etməyə və Klassik Yunanıstanda olduğu kimi eyni ayinləri yerinə yetirməyə davam edirdilər. Dəyişiklik Misir tanrıları İsida və Serapis, Suriya tanrıları Atarqatis və Baal-Hadad da daxil olmaqla, digər ölkələrdən yeni dinlərin əlavə edilməsi nəticəsində baş vermişdir. Bu, həm yaşadıqları həyatda, həm də axirətdə tamamlılıq istəyən insanlar üçün yeni bir çıxış yolu yaratmışdır. İlahiləşdirilmiş ellinist hökmdarlara sitayiş də bu dövrün bir xüsusiyyətinə çevrilmişdir. Misirdə Ptolemeylər əvvəlki Misir təcrübələrini və yunan qəhrəman kultlarını adaptasiya edərək Makedoniyalı İsgəndərin Ptolemey kultu daxilində özlərini firon kimi təqdim etmişdilər. Başqa yerlərdə hökmdarlar tanrı statusunu tam əldə etmədən ilahi status ala bilmişdilər.
Ermənistanda din
== ERMƏNİLƏRİN "DİN" STRATEGİYASİ == Din amili ermənilərdə başlıca strateji vasitələrdən biridir. Bu sayədə din siyasi müstəviyə oturdulmaqda və dünyanın bir çox ölkəsində genişmiqyaslı təbliğatlar aparılmaqda, mövzu ilə əlaqəli konfranslar təşkil olunmaqda, sərgilər nümayiş etdirilməkdədir. Təşkil olunan bütün konfranslarda və nümayiş etdirilən hər bir sərgidə üzərində durulan əsas mövzular daha çox "Nuhun xəzinələri", "Nuh peyğəmbər və Ermənistan", "dünyanın ilk xristian etnosu və dövləti, eyni zamanda xristianlığın ilk şəhid milləti" məsələləridir (18, s. 114–115). Bu işlərin arxasında erməni kilsəsinin rolu inkaredilməzdir. Tarixi həqiqətlər də təsdiq edir ki, erməni millətçiliyi din üzərində qurulmuşdur. Dünyada bu cür millətçiliyin bənzərini tapmaq çox çətindir. Ümumiyyətlə, erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida qaynağı rolunu erməni kilsəsi böyük məharətlə oynamış və oynamaqdadır. Erməni tarixçisi Dikran Boyacıyanın təbiri ilə desək, erməni kilsəsi ilə erməni milləti o qədər iç-içədir ki, biri olmadan digərini təsəvvür etmək mümkün deyil (23, s. 57).
Filip Dik
Filip Kindred Dik (ing. Philip Kindred Dick; 16 dekabr 1928[…], Çikaqo, İllinoys – 2 mart 1982[…], Santa-Ana, Kaliforniya) — amerikalı məşhur yazıçı-fantast. Dikin əsərlərində sosioloji, siyasi və metafiziki mövzular araşdırılır, bu əsərlərdə inhisarçı şirkətlər, avtoritar hökumətlər və dəyişdirilmiş situasiyalar üstünlük təşkil edir.
Go (dil)
Go (proqramlaşdırma dili) — Google tərəfindən Robert Qreysmer, Rob Paykike və Ken Tombson tərəfindən tərtib edilmiş proqramlaşdırma dili. Go, C-yə sintaktik olaraq bənzəyir, ancaq yaddaş təhlükəsizliyi, zibil yığılması, struktur yazması ilə CSP ilə uyğunluq daşıyır. Veb-saytı olan golang.org səbəbiylə tez-tez "Golang" olaraq adlandırılır, lakin orijinal adı Go-dur. İki əsas tətbiqi var: Bir çox əməliyyat sistemlərini, mobil cihazları, və WebAssembly-i hədəf alan Google-un özünün hostingkompilyator alət dəsti GccGo Üçüncü tərəf bir tərcüməçi Gopher. JS veb inkişaf üçün önə gedən JavaScript üçün tərtib edir.
Henk Pim
Henk Pim (ing. Hank Pym) — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır. == Nəşr olunma tarixi == Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı".
HIM
HIM - Finlandiya rok qrupu, 1991-ci ildə vokalist Ville Valo, gitarist Mikko Lindström ve basist Mikko Paananen tərəfindən qurulan Rock qrupudur. Qrupun orjinal adı “His Infernal Majesty-(Onun Cəhənnəm E’lahəzrəti)” idi, Ancaq qrupa gələn bəzi iradlara görə adlarını qısaldaraq "HIM" adlandırdılar.1991-ci ildə əsası qoyulmuş qrupun ilk üzvləri : Ville Valo (vokal), Linde Lindstorm (gitara), Mige Amour (bassist), Yuhana Rastala (baraban) idi. 1996-cı ilde Antto Melasnemi (klaviş) qrupa qoşuldu. Lakin 1998-ci ildə Antto qrupu tərk etti və onu Yussi Salminen əvəz etti. Qrup heyətində 1999-cı ildə yenidən dəyişiklik oldu, bu dəfə Yuhananı Qas Lipstik əvəz etti və qrup bu heyətlə öz fəaliyyətinə bu gün də davam etməkdədir. Qrupun bu günədək 7 studio albom buraxmışdır.HIM qrupu gothic metal/rock üslubunda fəaliyyət göstərir,musiqi və mahnı sözləri kədər,hüzn və ölümdən bəhs edilir.Bundan əlavə qrup üslub üçün tənqidlərə məruz qalmışdır. == Qrupun simvolu == Qrupun Heartagram adlı simvolu ürək və pentaqram simvollarının birləşməsindən meydana gəlir. HIM vokalist və qurucusu Ville Valoya görə heratagram eşq və ölümü ifadə edir.Bəzi adamlar Heartagramın satanizm simvolu kimi hesab edirlər.Amma Ville Valo bunu çox sərt şəkildə təkzib edir. == İlk vaxtlar == Qrup əslində kariyerasına Kiss, Type O Negative, Danzig, Black Sabbath və Depeche Mode kimi qrupları mahnılarını coverlayaraq başladı.HIM, 20 Noyabr 1997-ci ildə ilk studiya albomları olan Greatest Lovesongs Vol. 666ın Finlandiyada çıxartdılar.
Sım
Sım — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Coğrafi adın tərkibindəki sım sözü talış dilində "sıldırım", "hündür" mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur.
Dığ
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.