Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dini
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
I Diniz
I Diniz (port. Dinis I de Portugal; 9 oktyabr 1261[…], Lissabon – 7 yanvar 1325[…], Santaren[d]) — Portuqaliya krallığının VI kralı.
Aton dini
Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı.
Bəhai dini
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Dini ekstremizm
Fundamentalizm (ing. fundamentalism; fr. Fondamentalisme) və ya dini ekstremizm — dini əsaslı əsl qaydalara geri dönmə tələbiylə özünü müəyyən edən və bu qaydalara qatı bir şəkildə bağlı olan digər görüşlərə qarşı toleranssız və dünyəvilik əleyhdarı dini hərəkət və ya dünyagörüşü. Kökdən dinçilik, ümumiyyətlə dini təbiətdəki bir sıra qaydaya bağlı, müasir ictimai və siyasi həyat ilə əlaqədar üzərində uzlaşılmış prinsiplərə qarşı reaksiyası olan inancı ifadə edər. Kökdən dinçilik termini İncilin sözcüyü sözcüyünə oxunub müdafiə olunması, həyata keçirilməsi üçün başladılan protestant hərəkata deyilirdi, zamanla genişlənərək bütün dini hərəkatlardakı ideoloji özə vurğu edən bir xarakterə bürünmüşdür. Dinin təməl prinsiplərinə bağlı, bu prinsiplərə dönməyi müdafiə edən, modernizm və sekülerizm əleyhdarı dini cərəyanları təyin etmək üçün istifadə edilər. Dini mətnləri ümumiyyətlə söz mənalarıyla anlarlar və yeni şərhlərə qarşı çıxarlar. Bu anlayış sıxlıqla radikalizm qarışdırılmışdır. == Fundamentalizmin yaranması və yüksəlişi == Fundamentalizm sözü, latınca "təməl" mənasını verən "fundamentum" kökündən törəmişdir. Bu anlayış ilk dəfə 1910–1915-ci illər də (XX əsrdə) Amerikada yevangelist protestantlar tərəfindən istifadə edilməyə başlanmışdır.
Dini icma
Dini icma — eyni dinə etiqad edən insanlar birliyi. Bu ifadə dar və geniş mənada istifadə olunur. Özlərinin xüsusi bir dinə etiqad etdiyini müəyyən edən edən insanlar həmin dinin icmasının üzvləri hesab olunurlar. Daha geniş mənada bu termin qruplar şəklində yaşayan və ya həmin dinə yaxın və ya həmin dinə qarışmış başqa dinlərə mənsub olan şəxslərlə yaşayan eyni dinə mənsub olan şəxslərin birliyi kimi başa düşülür. Gündəlik həyatda həmin şəxslər bir yerdə, məsələn, kilsə və ya məscid kimi həmin dinə məxsus məbədlərdə və ya ayrılıqda ibadət edə bilərlər. Nümunə kimi Belfastın Katolik icmasını və ya Fransada Yəhudi icmasını göstərmək olar. Bəzən şəxsin hər hansı icmanın üzvü kimi tanınması üçün onun həmin icma tərəfindən rəsmi olaraq qəbul edilməsi tələb oluna bilər. İsraildə ancaq eyni dini icmaya mənsub olan cütlüklər evlənə bilərlər. Dar mənada dini icma dedikdə dini məqsədlər üçün xüsusi olaraq bir araya gələn eyni dinə mənsub insanlar birliyi başa düşülür, məsələn, monastırda dini andlar kimi formal öhdəliklərin icrasını bura aid etmək olar.
Dini milliyətçilik
Dini millətçilik — millətçiliyin müəyyən bir dini inanc və ya doğma ilə olan əlaqəsidir. == Mahiyyəti == Bu əlaqə iki yerə ayırıla bilər: Din siyasəti Dinin siyasət üzərindəki təsiri Paylaşılan bir din millətin vətəndaşları arasında ortaq bir əlaqə olan birlik duyğusuna əlavə dəyər yükləyir. Dinin digər bir siyasi tərəfi, bəzi hallarda paylaşılan etnik mənsubiyyət, dil və ya kültür kimi milli kimliyi dəstəkləməsidir. == Xristianlıq və millətçilik == Xristian millətçilər xristianlıq qanunlarını keçərək, daxili siyasıtə daha çox diqqət ayırırlar. Birləşmiş Krallıqda Xristian millətçiliyi mühafizəkar olmağa daha meyillidirlər. XX əsrin ilk yarısındakı müharibələr dövründə xüsusi olaraq müxtəlif Avropa ölkələrində siyasi görüşlərin sağ cinahında dini millətçilik və ya din millətçiliyinin (klero-millətçilik və ya kretizm-millətçiliyi) müəyyən radikallaşmış formaları ortaya çıxırdı. Polşada millətçilik hər zaman Katolik kilsəsinə bağlı olmuşdur. Polşa Milli Dirilməsi kimi qruplar, Vielka Polska Katolicka (Böyük Katolik Polşa) kimi şüarlardan istifadə edirlər, cinsi azlıq evliliklərinin və abortun qanuniləşdirilməsinə şiddətlə qarşı çıxırlar. Radio Maryja ilə əlaqəli mühafizəkar dini qruplar, əsasən millətçi və anti-semit mövqelərinə görə günahlandırılırlar. Şərqi Ortodoks və milli Ortodoks Kilsələrinə ortaq olaraq bağlılıq ilə xarakterizə olunan dini millətçilik, bir çox Şərqi Avropa ölkəsində və Rusiya Federasiyasında var.
Dini millətçilik
Dini millətçilik — millətçiliyin müəyyən bir dini inanc və ya doğma ilə olan əlaqəsidir. == Mahiyyəti == Bu əlaqə iki yerə ayırıla bilər: Din siyasəti Dinin siyasət üzərindəki təsiri Paylaşılan bir din millətin vətəndaşları arasında ortaq bir əlaqə olan birlik duyğusuna əlavə dəyər yükləyir. Dinin digər bir siyasi tərəfi, bəzi hallarda paylaşılan etnik mənsubiyyət, dil və ya kültür kimi milli kimliyi dəstəkləməsidir. == Xristianlıq və millətçilik == Xristian millətçilər xristianlıq qanunlarını keçərək, daxili siyasıtə daha çox diqqət ayırırlar. Birləşmiş Krallıqda Xristian millətçiliyi mühafizəkar olmağa daha meyillidirlər. XX əsrin ilk yarısındakı müharibələr dövründə xüsusi olaraq müxtəlif Avropa ölkələrində siyasi görüşlərin sağ cinahında dini millətçilik və ya din millətçiliyinin (klero-millətçilik və ya kretizm-millətçiliyi) müəyyən radikallaşmış formaları ortaya çıxırdı. Polşada millətçilik hər zaman Katolik kilsəsinə bağlı olmuşdur. Polşa Milli Dirilməsi kimi qruplar, Vielka Polska Katolicka (Böyük Katolik Polşa) kimi şüarlardan istifadə edirlər, cinsi azlıq evliliklərinin və abortun qanuniləşdirilməsinə şiddətlə qarşı çıxırlar. Radio Maryja ilə əlaqəli mühafizəkar dini qruplar, əsasən millətçi və anti-semit mövqelərinə görə günahlandırılırlar. Şərqi Ortodoks və milli Ortodoks Kilsələrinə ortaq olaraq bağlılıq ilə xarakterizə olunan dini millətçilik, bir çox Şərqi Avropa ölkəsində və Rusiya Federasiyasında var.
Dini plüralizm
Dini plüralizm — (ing. Religious Pluralism) — Dinlərarası münasibətlərin müəyyənləşdirilməsində əsas fəlsəfi yanaşmalardan biri. Dini plüralizm qısa formada, müxtəlif din və məzhəbləri təsdiqləmək və onların hamısının həqiqəti olmasına hökm etmək mənasındadır. Dini pluralizm, dinlərin haqq olması barəsində olan suala verilən bir cavabdır. == Dini plüralizm nədir? == Bəşər həyatının müxtəlif sahələrindəki və çoxluğu və müxtəlifliyi təbliğ edən və eyni zamanda onların hamısını eyni vaxtda təsdiq edən cərəyan "Plüralizm" adlanır. Plüralizm latın dilində plüralist sözündən götürülmüş və çoxlu mənasını ifadə edir. Plüralizmin din sahəsindəki cərəyanı və bu cərəyanın digər dini baxışlarla fərqini araşdırmaq bizim əsas məqsədimizdir. Plüralizim çoxluğa meyillilik mənasındadır. (plural- cəm) Bu mövzu müxtəlif sahələrdə o cümlədən, din və əxlaq fəlsəfəsində, hüquq və siyasi və sair … sahələrdə çoxluğa tərəf meyl mənasında olub, müxtəlif istifadələri var və bütün bu mənalar arasında müştərək məna, təkliyə meyillilik və ya münhəsirliyin (Exclusivism) qarşısında çoxluğa meyilliliyin rəsmi tanınması mənasıdır.
Dünya dini
Dünyanın əsas dinləri və mənəvi ənənələri az sayda əsas qruplara təsnif edilə bilər, baxmayaraq ki, bu, vahid təcrübə deyil. Bu nəzəriyyə XVIII əsrdə müxtəlif cəmiyyətlərdə sivilliyin nisbi səviyyələrini tanımaq məqsədilə başlamışdır, lakin o vaxtdan bu təcrübə bir çox müasir mədəniyyətlərdə nüfuzdan düşmüşdür.
Etrusk dini
Etrusk mifologiyası Etrusk əfsanəsinə görə, əvvəllər köçəri yaşamla keçinən etrusklar bir gecə ulduzdan qopan işığın yerə düşdüyünü görürlər. Zərbə ilə yerə dəyən işıq parçalanıb kiçik gümüş güzgülərə çevrilir. Etrusklar həmin yeri qazırlar, oradan uşaq görkəmində, lakin saçı ağarmış möcüzəli bir adam çıxır. Taq (Taqes)adlanan və gələcəkdən xəbər verən bu müdrik etrusklaraçox şey öyrədir.İtalyada ilk sikkələrin basılması da əvəzolunmaz görücü Taqın məsləhəti ilə gerçəkləşir. Taq çıxan yerdə etrusklar Tarkvini adlı şəhəri salınır.Dini və siyasi mərkəzə çevrilən bu şəhər Roma yaranandan sonra ona tabe olur. Tarixdən bəllidir ki, dəmir çağının başlandığı dövrdə bir çox xalqlarda mifik qəhrəmanlar sırasından peyğəmbər obrazı yaratma meyli artmışdı. Bu çağda etrusk kahinləri də Taq adlı birindən tanrı elçisi kimi danışırlırdı. == Tanrılar == Etrusk dünya görüşündə dini baxışlar ilə sosial qurumların arasında bir uyğunluq vardı. Toplumun müstəqil qəbul edə bilən səlahiyyətli vahid hökmdarı olmadığı kimi, etrusk panteonları sistemində də baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, vacib məsələlərin həllini tapmaqda yardımcı olurdu. Tinin mahiyəti romalıların Yupier tanrısında təcəssüm edirdi.
Finikiya dini
Finikiya dini — politeistik etiqad və ayinlərdən biri. == Haqqında == E.ə. II–I minilliklərdə Finikiyanın şəhərlərində və koloniyalarında, xüsusilə Karfagendə yayılmış politeistik etiqad və ayinlərdən biri də Finikiya dini adlanırdı. Siyasi pərakəndəliyə görə finikiyalıların qədim misirlilər, babillər və yunanlardan fərqli olaraq vahid ilahilər panteonu, mürəkkəb kahin rütbələrivə təmtəraqlı ayinləri yox idi. Onların ibadətgahları çox sadə idi. Hər bir şəhərin öz yerli ilahəsi var idi və bu ilahələrin adları hakimiyyətin müxtəlif rəmzlərini təşkil edirdi: Vaal-"hökmran", El-"ilahi", Molox-"çar", Melkart-"şəhərin çarı", Adonis-"ağa". Əvvəllər finikiyalıların etiqadları çöllərdən və səhralardan gəlmiş cəddilərinin köçəri həyatını əks etdirirdi. Sonra bunları əkinçilik ayinləri əvəz etdi. Bu ayinlər nəbatatın gənc ilahəsinin ölməsi və həyata qayıtması əfsanələri ilə bağlıdır (Aliyon-Vaal və onun bacısı və ya arvadı Anat haqqında, Adonis və Astarta haqqında). Finikiya dilində ilahilər çar hakimiyyətinin və quldarlıq quruluşunun hakimləri kimi təqdim olunurlar.
Mesopotamiya dini
Mesopotamiya dini qədim zamanlardan Xristian və İslam dövrünün başlanmasına qədər Yaxın Şərq reqionunda yayılan dini inaclardır. Bu inanclar o zaman orada yaşayan bütün xalqlar arasında yayılmışdır. Bu inancların mənşəyi Şumerdən gəlir. Sonra onlar başqa xalqlar arasında yayılmışdır. Şumer, Akkad, Babil, Assuriya kimi dövlətlərin dinlərinin mənşəyi birdir. Onların hamısını Mesopotamiya dini kimi adlandırırlar. Assuriya və Babil dinlərinin xüsusiyyətləri ayrıca məqalələrdə verilmidir: Babil dini Assuriyada din Mesopotamiyada, bütün Yaxın Şərqdə olduğu kimi, dinlər əsasən çoxtanrılı (politeist) və bütpərəst olmuşdur. Politeist düşüncəsi dünyanın hər bir təzahürünün arxasında bir tanrın olduğunu iddia edir. Qədim şumerlər inanırdılar ki, tanrılar hər bir şeyi yaradıb, idarə edirlər. Onlar insan cildində və insanabənzər təsəvvür edilirdi: insanlar kimi ailə qururlar, xəstələnirlər, əsəbləşirlər, savaşırlar, yaralanırlar, sevirlər, nifrət edirlər, bir birinə xəyanət edirlər, uşaq doğurlar və s.
Misir dini
Qədim Misir dini — Misirdə xristianlığın qəbul edilməsinə qədər yayılmış inanclar və ibadətlər O zaman Misirdə çox sayda regional tanrılara və inancları sitayiş etmişlər. Ancaq müəyyən zamanlarda ümumi dinə bənzər inanclar da olmuşdur. Ümumiyyətlə Misir dini politeistik olmuşdur. Bəzi misirşünaslara görə bir zamanlar orada monoteistik inac da olmuşdur. Ayrıca məqalələrdə verilmişdir: Qədim Misir tanrıları Qədim Misir tanrılarının siyahısı Mirir dinində yaradan və ölüb-dirilən tanrılar da olmuşdur. Onlar haqqında ayrıca məqalələr: Xnum Osiris Ptah Əski misirlilərin inanclarına görə, bu dünyadakı həyat ölümlə bitmir, məzarda davam edir. Buna görə də onlar ölülərin bədənlərini mumyalayaraq çürüməkdən qorumağa böyük önəm verirdilər. Bundan başqa, onlar ölülər üçün geniş məzarlar qazmış, oraya yeyəcəkləri, məişət əşyalarını qoyurdular. Məzar bağlandıqdan sonra ölünün orada dirilib bütün bunlardan yararlandığını sanırdılar. Daha sona ölülərin ruhlarının (BA-larının) məzarlardan çıxması, tanrıların yanına qalxmaları, yeraltı dünyada gəzməsi inancları yaranmışdır.
Roma dini
Qədim Romada din — qədim zamanlardan b.e. IV əsrində xristianlığın hökmranlığına qədər Roma dövlətinin sakinlərinin inancları və adətləri. Romalılar üçün din gündəlik həyatın bir parçası idi. Məhəllələrdə yerləşən ziyarətgahlar, bulaqlar, bağlar kimi müqəddəs yerlər şəhəri əhatə edirdi. Bu, Qədim Yunanıstan dini kimi, vahid təşkilat və qanunlara malik deyildi, lakin politeizm olmaqla, müxtəlif tanrıların kultlarından ibarət idi. Ailə həyatı və şəxsi işlərlə bağlı dini ayinləri ailənin atası özü yerinə yetirirdi. Kənddə onu xüsusi səlahiyyətlərə sahib mülkün ağası əvəz edə bilərdi. Rəsmi dövlət mərasimləri dolayısı ilə bəzi ali hakimiyyət daşıyıcıları tərəfindən həyata keçirilirdi. Bu, ilk növbədə sözdə keşiş padşahları vasitəsilə bir kral kimi, sonra konsul və pretor kimi, kritik anlarda isə diktator kimi həyata keçirilirdi. Eyni zamanda, baş pontifik funksiyasını birləşdirən imperator adətən öz təşəbbüslərini ifadə etmirdi.
Xristian dini
Xristianlıq (yun. Χριστός — məsh olunmuş) İsa Məsihin Əhdi-Cədid digər adı ilə İncil (anlamı xoş müjdə) dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteist dünya dini. Digər adları: məsihçilik, məsihilik, nəsranilik, nəsraniyyət, tərsa. Üç əsas dünya dinlərindən (Yəhudilik və İslamla bərabər) biri, İbrahimi dini kimi də sayılır. Xristianlar inanırlar ki, Nazaretli olan İsa "məsh olunmuş ilahi varlıqdır (Məsihdir)", Tanrının Kəlamıdır, bəşər olmuş Kəlamdır, Tanrıdır, Tanrının oğludur və bəşəriyyəti xilas edəcək Məsihdir. Bibliya və İsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir. Avropada, hər iki Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır. Xristianlığın üç əsas cərəyanları Katoliklik , Pravoslavlıq və Protestantlıqdır. Demək olar ki, hər Xristian məzhəbi kilsə formada təşkil olunur. Xristianlıq Üçlü Birliyə digər adı ilə Üç üqnuma, yəni, tək Tanrının üç ilahi Şəxsiyyətdə var olmasına inanır.
Yoruba dini
Yoruba dini — Yoruba dini Yorubalıların adət-ənənələrini və digər mənəvi təlimlərini özündə əks etdirir.Yoruba dini mifologiya,fəlsəfə,inancların təzahürü kimi çıxış edir.Dinin hər hansı bir peyğəmbəri və ya yaradıcısı yoxdur.Dinin ana vətəni Yorubaland adlanan Benin və Togonun sərhəd ərazilərində yerləşən ərazidir. Yoruba dinində hekayələr,miflər,musiqilər xüsusi yer tutur. Bundan başqa Yorubalılar arasında müsəlman və xristianlarda vardır.İlk İslamın gəlişi Wangara tacirləri nəticəsində olmuşdur.Daha sonra Mali imperiyası Yorubalılar arasında İslamın yayğınlaşmasında böyük rol oynamışdı. Xristianlar isə burda aktiv şəkildə 19-cu əsrdə fəaliyyət göstərirdilər.Yorubalılar arasında bir çox məzhəbdən Xristian vardır.İlk xristianlar 16-cı əsrdə bura gəlmiş niderlandlar idi.Daha sonra onları fransızlar,ingilislər,almanlar gəldilər.
Yəhudi dini
İudaizm (q.yun. Ἰουδαϊσμός), yaxud musəvilik və ya yəhudilik — e.ə. I minillikdə Fələstində yaranmış monoteist ibrahimi din. İudaizm qədim yəhudi qəbilələrinin politeizmindən yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur. Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad; axirətə, qiyamət gününə, o dünyada əcr veriləcəyinə inam; ölülərin diriləcəyinə və Məsihanın zühr edəcəyinə etiqad; ruhun varlığına və taleyinə inam və s. iudaizmin əsas etiqad ehkamlarıdır. Müqəddəs kitabları Tanax və Talmuddur. Musa peyğəmbərin adıyla bağlı olaraq bu dinə "Musəvilik" də deyilir. Yəhudilər demək olar ki, dünyanın hər yerinə yayılıblar. Dünyanın əksər ölkərində yəhudilər yaşayır.
Zərdüşt dini
Zərdüştçülük və ya Zərdüştilik (avest. vahvī- daēnā- māzdayasna- — "Müdriklərə hörmət bəsləyən xoş inam", fars. «بهدین»‎ — behdin, "Xoş inam") dünyanın ən qədim dinlərindən biri. Azərbaycanın qədim dövləti olan Atropatena da bu dinə sitayiş edirdi. Dünyanın ən qədim etiqadlarından biri olan zərdüştçülük İran ərazisində meydana gəlmişdir. Zərdüşt dini onun banisi Zərdüştün adı ilə bağlıdır. Bu yeni dini etiqad yalnız İran ərazisində yaşayan tayfalar tərəfindən qəbul edilmədi. O, eyni zamanda Azərbaycan, Orta Asiya, Hindistan və digər ölkələrdə yaşayanların da dininə çevrildi. Zərdüştün həyat və fəaliyyəti haqqında indi də tədqiqatçılar arasında mübahisələr davam edir. Uzun illər ərzində bu barədə külli miqdarda tədqiqatlar aparılmasına baxmayaraq, hələ də Zərdüştün nə vaxt və harada yaşayıb, yaratmasıyla bağlı dəqiq fikir yoxdur.
İslam dini
İslam (ərəb. الإسلام‎, əl-'islām), hərfi tərcümə: "Tanrının iradəsinə") — Quran və dinin banisi Məhəmmədin təlimlərinə əsaslanan ibrahimi monoteist dinlərdən biri. Dünya üzrə təxminən 2 milyard sayda olan və xristianlardan sonra dünyanın ən böyük ikinci dini əhalisi olan islam tərəfdarlarına müsəlmən deyilir. "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq). İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
Dini eksklüzivizm
Dini eksklüzivizm (ing. Religious exclusivism) — Dini inanca eksklüzivist yəni inhisarçı mövqedən çıxış edir. Müxtəlif dinlər, cəmiyyətlər, mədəniyyətlər, siyasi fraksiyalar və s. arasındakı əlaqəni anlamaq üçün dinşünaslıqda, antropologiyada və ya vətəndaşlıqda bir neçə yanaşmadan biri. == İnklüzivizmin izahı == Dini inanca eksklüzivist yəni inhisarçıların fikrincə: Xoşbəxtlik, qurtuluş, kamala çatmaq və yaxud dinin nəhayət amalı hesab olunan hər hansı bir zirvə yalnız bir dinin vasitəsilə əldə oluna bilər. Digər dinlərin pərəstişkarları etika baxımından doğru yolda olsalar da öz dinləri onları xoşbəxtliyə çatdıra bilməz. Biz insanlara nicat yolu açmaq üçün yeganə səadət yolunu onlara təqdim etməliyik. Səadət və xoşbəxtlik yalnız Tanrının insanlara qarşı mərhəmətindən asılıdır. Bu səbəbdən Allahın mərhəmətinin harada təzahür etməsini bilməliyik. Bizə qurtuluş bəxş edən İlahi mərhəmətin hansı dində zühur etməsini bildikdən sonra səadət dalınca başqa dinlərin sorağında olmaq mənasız görünür.
Urartu dini
Urartu dini və ya Urartu mifologiyası — e.ə. VIII–VI əsrlərdə Qərbi Asiyanın Ermənistan yaylası ərazisində mövcud olmuş qədim Urartu dövlətində qəbul edilmiş inanc sistemi. Urartu dini qədim dünyanın Yaxın Şərq despotik dövlətlərinə xas olan çoxtanrılı bir din idi və öz kökləri Mesopotamiya və Anadoludakı köhnə dini sistemlərdən götürmüşdür. Qədim Şərqin digər dini sistemləri kimi, Urartu dinində də müxtəlif hadisələri himayə edən böyük tanrılar panteonu var idi. Urartu panteonunun ali tanrısı Haldi idi. İnsanlarla panteonun tanrıları arasında əlaqə qurbanlıq ayinləri vasitəsilə qurulmuşdur. Urartu dininə Qədim Şərqə xas olan həyat ağacı, ilan, qanadlı disk, həmçinin Qədim Mesopotamiyanın digər dini sistemlərinin oxşar elementləri ilə üst-üstə düşən başqa motivlər də daxil idi. Urartu dininin xarakterik xüsusiyyəti dövlətin çoxmillətli quruluşu ilə bağlı olan nisbi dini tolerantlıq idi. Urartu dinini öyrənmək üçün mənbələr azdır, çünki elmi akademiya urartuluların dini rituallarını və ya inanc sistemini təsvir edən mixi yazılı mənbələrin çox məhdud sayına malikdir. Türkiyədə Torpaqqala yaxınlığında yerləşən, padşah İşpuini dövründə tərtib edilmiş və sonradan "Mher qapısı" adlanan abidə mövcud olan azsaylı mənbələrdən biridir.
Dini assimilyasiya
Dini assimilyasiya — çoxluğu təşkil edən və ya dominant mədəniyyətin dini təcrübə və inanclarının azlığı təşkil edən və ya tabe vəziyyətində olan mədəniyyət tərəfindən mənimsənilməsi. Bu, mədəni assimilyasiyanın mühüm formasıdır. Dini assimilyasiya fərdlərin azlığı təşkil edən konfessiyasından dominant konfessiyaya dinidəyişdirməsini əhatə edir. Bu, həmçinin uşaqların dinini qəbul etmiş valideynləri tərəfindən dominant dinə indoktrinasiya olunmasını da əhatə edə bilər. Bununla belə, dini assimilyasiya dominant dini inanc sisteminin bir azlıq tərəfindən topdan qəbul edilməsini əhatə etməməlidir. Bu konsepsiya dominant mədəniyyətinkinə uyğun olaraq dini iştirak tezliyində dəyişiklikləri əhatə edəcək qədər genişdir. İmmiqrant qruplar arasında dini assimilyasiya dini inanc sistemlərində köklü dəyişikliklərdən daha çox bu cür kiçik dəyişiklikləri özündə birləşdirir.:134 Dil və milliyyət kimi mədəni assimilyasiyanın digər aspektlərindən kəskin fərqli olaraq, dominant mədəniyyətlər ümumiyyətlə immiqrantların dominant dini qəbul etmələrini gözləmirlər.:3 Bəzi tədqiqatçılar, məsələn, Vill Herberq immiqrantların mədəniyyətin digər aspektlərində tam mədəni assimilyasiyadan sonra belə, adətən öz dini mənsubiyyətlərini qoruyub saxlayacaqlarına dair əbədi dini plüralizm tezisini irəli sürmüşdülər.:368 :Buna baxmayaraq, bəzi dominant mədəniyyətlər dini assimilyasiya üçün bəzi tədqiqatçılara görə, dini təqib formasına çata biləcək ifrat dərəcədə təzyiq göstərə bilərlər. Bu təzyiqlər mədəni assimilyasiyanın digər, daha cəlbedici formalarını, məsələn, sekulyar sosial klub fəaliyyətlərinə üzvlük kimi azlıqların dini ayinlərində iştiraka ciddi şəkildə müdaxilə edəcək qədər vaxt aparan və ictimai yerlərdə azlıqların dini inanclarının ifadəsini çəkindirməklə həyata keçirilə bilər.
Dini seqreqasiya
Dini seqreqasiya — insanların dinlərinə görə ayrılması. Termin ictimai hadisə kimi baş verən dini əsaslı seqreqasiya hallarına, eləcə də açıq və ya gizli formada baş tutmasından asılı olmayaraq qanunlardan irəli gələn seqreqasiya hallarına tətbiq edilmişdir. Oxşar dini aparteid termini insanların dinlərinə, o cümlədən sosioloji hadisələrə görə ayrıldığı vəziyyətlər üçün də istifadə edilmişdir. == Ölkələrə görə == === İran === Şiə islam 1979-cu ildə İran inqilabından bəri İranın dövlət dinidir. İudaizm, xristianlıq və zərdüştilik rəsmi olaraq tanınan və qanunla qorunan dini azlıqlar olsalar da, onlara dini təbliğ etmək və ya müsəlman iranlıların başqa dinlərə keçməsinə icazə verilmir. Bəhai inancına mənsub olanlar kimi digər dini azlıqlar hökumət tərəfindən tanınmır və buna görə də öz dinlərinə etiqad etmək üçün heç bir qanuni müdafiə və ya konstitusiya hüququ yoxdur. Bəhai Hüquqları üzrə Müsəlman Şəbəkəsi bəhai tələbələrinin dinlərinə görə universitetdən qovulması halları barədə məlumat vermişdir. "Times Higher Education" qəzetinin məlumatına görə, bəhai pedaqoqlarından İran universitetlərində dərs demək üçün öz inanclarından əl çəkmələri tələb olunur. === Malayziya === 2015-ci ildə Malayziya hüquq müdafiəçisi Şəfiqə Osman Həmzə Malayziyada müxtəlif dinlərə qarşı aparteid siyasətlərinin tətbiqinin institutlaşdığını və geniş yayıldığını qeyd etmişdir. O, əlavə etmişdir ki, "Malayziyada yaşadıqlarımızın demək olar ki, aparteiddən heç bir fərqi yoxdur".
Dini satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir. Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər.
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..