Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akif Musayev (film direktoru)
Akif Hacıbaba oğlu Musayev (26 iyun 1942) — film direktoru, icraçı prodüser, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. == Həyatı == Akif Musayev 26 iyun 1942-ci ildə anadan olub. Əməkdar incəsənət xadimidir.
Baş icraçı direktor
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
Direktiv bant (film, 1932)
Direktiv bant — 1932-ci ildə çəkilmiş səssiz Azərbaycan filmi. == Məzmun == Filmdə keçmişin qalıqları, yeni həyat quruculuğuna mane olan mənfi hallar kəskin satira atəşinə tutulur. == Film haqqında == Film İlf və Petrovun əsəri əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin Müəllifi: İlya İlf, Yevgeni Petrov Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: Əsgər İsmayılov, Mirzə Mustafayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.
Direktoriya
Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) tərəfindən irəli sürülür və Ansionlar Şurası (fr. Le Conseil des Anciens Ağsaqqallar Şurası) tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171).
Direktoriya (fayl sistemləri)
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.
Direktorlar şurası
Direktorlar şurası – səhmdar cəmiyyətinin ali kollegial, idarəetmə orqanıdır ki, bura səhmdarların ümumi yığıncağında seçilən qurumun (idarəetmə aparatının) rəhbəri və xarici üzvlər daxildir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının optimal sayı 10-12 nəfər hesab olunur. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı bu şirkətdən asılı olmayan xarici üzvlər də (elmlər akademiyasının, istehlakçıların nümayəndələri, məsləhətçilər və s.) daxildir ki, bunların xüsusi çəkisi 1/3-ə çata bilər. Bu isə səhmdar cəmiyyətinin ziyanına olaraq rəhbərlərin və səhmdarların şəxsi maraqları ilə diktə olunan əsassız qərarlardan yaxa qurtarmağa imkan verir. Direktorlar Şurası çərçivəsində müxtəlif komitələr (audit, strategiya, maliyyə, şura üzvlərinə namizədlərin seçilməsi və s. üzrə) yaradılır. Direktorlar Şurasının fəaliyyəti səhmdar cəmiyyətində qəbul olunan qaydalarla və prosedurlarla tənzimlənir ki, bunlar da iclasların davamiyyətini və aparılması yerini, qərarların qəbul edilmə qaydasını (bir səslə, ixtisaslı və ya sadə əksəriyyət əsasında), xərclər smetasını və s. müəyyən edir.
Fransa Direktoriyası
Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) tərəfindən irəli sürülür və Ansionlar Şurası (fr. Le Conseil des Anciens Ağsaqqallar Şurası) tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171).
INCLUDE direktivi
Mehdi Abbasov (direktor)
Mehdi Abbasov (tam adı:Mehdi Əli oğlu Abbasov, d.1898, İrəvan-v.1979, Bakı) — dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (II) direktoru. == Həyatı == Mehdi Əli oğlu Abbasov 1898-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində pinəçi ailəsində anadan olmuşdur. 1909-1911-ci illərdə İrəvan şəhərindəki Rus-Tatar məktəbində, 1911-1913-cü illərdə isə şəhər ibtidai məktəbində təhsil almışdır. 1912-ci ildə anası, 1913-cü ildə isə atası vəfat edən Mehdi Abbasov təhsilini yarımçıq qoyaraq, çörək pulu qazanmaq üçün işləmək məcburiyyətində qalmışdır. Əmək fəaliyyətinə 1913-cü ildə İrəvandakı quberniya nəşriyyatında cildçi-fəhləlikdən başlamışdır. 1916-1917-ci illərdə nəşriyyatda usta köməkçisi işləmiş, 1917-1918-ci illərdə isə şəhər məhkəməsində katiblik etmişdir. Erməni daşnaklarının 1918-ci ildə şəhərdə törətdiyi vəhşiliklər nəticəsində yerli əhalinin yaşayış səviyyəsi ağırlaşdığına görə doğma şəhərini tərk edərək, əvvəlcə Tiflis şəhərinə, oradan da Gəncə şəhərinə gəlmişdir. Bir müddət yeməkxanada çayçı, 1919-cu ildən isə Xankəndində yerləşən Atıcı diviziyasında katiblik etmişdir. Diviziyanın mollası Mirzə Cəlal və xəstəxananın baş həkimi Marqulisin köməkliyi ilə 1920-ci ildə Xankəndinə gələn, dövrünün tanınmış inqilabçıları Çingiz İldırım və Serqo Orconikidze ilə tanış olmuşdur. Bu görüşdən az sonra ona Şuşa şəhərində yerləşmiş hərbi komissarlıqda katiblik işini aparmaq tapşırılmışdır.
Qüsurlu məhsul məsuliyyəti direktivi (1985)
Qüsurlu məhsul məsuliyyəti direktivi — 1985-ci ildə istehlakçı hüquqları ilə bağlı qəbul edilmiş direktiv. == Haqqında == Bu Direktivə görə üzv dövlətin qanunları istehsalçının məhsuldakı qüsurla vurduğu ziyana görə götürəcəyi öhdəliklə əlaqələndirilməlidir. Üzv dövlətlər arasındakı təcrübədəki fərqlər də rəqabəti haqsız edir. Bu ümumi bazarda dövriyyədə olan məhsullardan təsirlənir. İstehlakçıların sağlamlığına gələ biləcək təhlükələrdən qorunması fərqli təcrübələrə görə dəyişəcəkdir.İstehsalçının qüsursuz borclu olması, müasir texnoloji istehsalın gətirdiyi risklərin ədalətli paylanması ilə şübhə doğuracaqdır. Parçada və ya xammalda qüsurları olan bütün istehsalçılar süni vasitələrlə istehsal olunan süni məhsullar, daşınmaz məhsulların inşasında istifadə olunan məhsullar, daşınmaz əmlakda istifadə olunan portativ məhsullar, tədarük olunan son məhsullar və hissələrdə və ya xammalda qüsurlar üçün məsuliyyət daşıyırlar. Bu məsuliyyət özlərini cəmiyyətə istehsalçı kimi təqdim edənləri və ya istehsalçı müəyyən edilə bilməsə də məhsulları təqdim edənləri əhatə etməlidir.Eyni zərər üçün birdən çox adamın məsuliyyət daşıdığı hallarda, istehlakçıların müdafiəsi üçün zərər çəkən şəxs bu insanlardan hər hansı birinin tam ödənilməsini istəməyi bacarmalıdır. Qüsur istehlakçıların həmin məhsuldan gözləmək hüququna malik olduqları təhlükəsizliyə əsaslanaraq müəyyən edilməlidir. İstehlakçıların qorunması üçün ölüm və ya yaralanma halında kompensasiya, habelə əmlaka dəyən ziyanı ödəmək lazımdır. Kompensasiya tələbi irəli sürmək üçün vaxtın məhdudlaşdırılması həm zərərçəkənə, həm də istehsalçıya xeyir verəcəkdir.
Ruslan Əliyev (baş direktor)
Əliyev Ruslan Yusif oğlu — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin Baş direktoru, Texnika üzrə Fəlsəfə doktoru. == Həyatı == Ruslan Əliyev 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Evlidir, 3 övladı var. == Təhsili == 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib. 1999–2001-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik elektrik stansiyaları" ixtisası üzrə ali peşə istiqaməti üzrə magistr dərəcəsi bitirib. 2004–2007-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" ixtisası üzrə aspirantura təhsili almışdır. 2011–2014-cü illər — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə bakalavr dərəcəsi bitirib. 2016–2020-ci illər — Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmlər doktoru proqramı üzrə dissertantura təhsili almışdır. 2021–2022 ci illər — University of Oxford The Oxford Executive Leadership Programme 2021 üzrə sertifikat almışdır. 2022-2022 ci illər - SDA Bocconi Scholl of Management General Management program üzrə online kurs keçmişdir.
Tofiq Heydərov (direktor)
Heydərov Tofiq Ələddin oğlu == Həyatı == Tofiq Ələddin oğlu Heydərov 14 yanvar 1957-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1974-cu ildə Lənkəran rayonun Hirkan qəsəbə orta məktəbinin bitirmiş, 1974-cu ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif fakultəsinə daxil olaraq 1977-ci ildə özfaliyyət dram kollektivi rəhbəri ixtisasına yiyələnmişdir. 23 yanvar 1978-ci ildən H.Ərəblinski adına Lənkəran rayon Mədəniyyət Evində metodist, 21 iyul 1979-cu ildən 1 yanvar 1983-cü il tarixə kimi H.Ərəblinski adına Lənkəran rayon Mədəniyyət Evinin direktoru vəzifəsində çalışmışdır. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuş və mədəni-maarif işçisi, özfəaliyyət teatr rəhbəri ixtisası üzrə tam kursu başa çatdırmış, 2 noyabr 1984-cü ildən 30 aprel 1987-ci ilə kimi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışmış, müxtəlif tamaşalarda iştirak etmişdir. 14 may 1987-ci ildən 18 sentyabr 1989-cu il tarixinədək Lənkəran Ekskursiya və Səyahətlər Bürosunda metodist vəzifəsində işləmişdir. 20 sentyabr 1989-cu ildən sahibkarlıq fəaliyyətinə bşlamış, “Turist” Kooperativini təsis etmiş və 10 iyun 1990-cı ilədək bu özəl müəssisəyə rəhbərlik etmişdir. T.Heydərov 1996-ci ildən 2013-cü ilə kimi “Xanbulan Turizm İstirahət Mərkəzi” MMC-nə rəhbərlik etdiyi müddətdə respublika turizm sərgilərində, ölkədə turizm potensialının inkişafı ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak etmiş, vətəndaşlara keyfiyyətli mehmanxana və turizm xidməti göstərmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Turizm şirkətləri, Lənkəran Turizm informasiya Mərkəzi və Lənkəran Dövlət Dram Teatrı ilə geniş əməkdaşlıq etmişdir. 2014-cu ilin mart ayından Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunmuşdur. Ötən 7 il müddətində T.Heydərovun biləvasitə rəhbərliyi ilə teatrın truppası bir sıra nüfuzlu beynəlxalq festivallarda Azərbaycanı təmsil etmiş, diplom və mükafatlara layiq görülmüşdür. Yüksək nailiyyətlərinə görə teatr həmçinin “Aparıcı teatr” statusunu almışdır.
Ufa direktoriyası
Ufa direktoriyası — Oktyabr çevrilişindən (1917) sonra Ufada bolşeviklərə qarşı yaradılmış hakimiyyət orqanı. == Tarixi == 1918-ci il sentyabrın 23-dən noyabrın 18-dək fəaliyyət göstərmişdir. Ufa direktoriyası oktyabrın 9-da Ufadan Omska köçmüşdü. Direktoriya Rusiyanın yenidən birləşdirilməsi uğrunda mübarizə aparır, Avstriya-alman blokuna qarşı müharibənin davam etdirilməsi tərəfdarı kimi çıxış edirdi. Sibir, Ural və Uzaq şərqdə Kolçak hakimiyyətinin bərqərar edilməsinə kömək göstərirdi. Lakin A.V. Kolçak 1918-ci il noyabrın 18-də çevriliş edərək Ufa direktoriyasını da qovmuş, özünün hərbi diktaturasını qurmuşdu. General Biçeraxov Kolçakla əlaqə yaratmışdı. O, Bakıya müdaxilə edən ingilis hərbi qüvvələrinin komandanı Tomsonla əlaqə yaradaraq. Kolçak hökumətinə tabe olmadığı halda, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini buraxmağa təhrik edirdi. Lakin Biçeraxovun dövlət çevrilişi cəhdlərinin üstü açıldıqdan sonra, onun hərbi hissələri buraxıldı.
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
İnformasiya direktoru
İnformasiya direktoru – təşkilatın aşağıdakılar üçün məsul rəsmi şəxsi: İnformaiya texnologiyalarının əldə edilməsinin və informasiya resurslarının idarə edilməsinin qanunvericiliyə, sərəncamlara, göstərişlərə, siyasətlərə, qaydalara və rəhbərliyin müəyyən etdiyi prioritetlərə uyğun tərzdə həyata keçirilməsini təmin etmək üçün təşkilatın icra rəhbərliyinə və digər yuxarı idarəetmə heyətinə məsləhət və digər köməyin təmin edilməsi; Təşkilat üçün nöqsansız və inteqrativ informasiya texnologiyaları arxitekturasının işlənməsi, gerçəkləşdirilməsi, saxlanması və inkişaf etdirilməsi; İş proseslərinin təkmilləşdirilməsi də daxil olmaqla təşkilat üçün bütün əsas informasiya resurslarının idarə edilməsi proseslərinin effektiv və səmərəli layihə və istismarını təkmilləşdirmək. == Ədəbiyyat == İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
İstehlakçı hüquqları direktivi (2011)
İstehlakçı hüquqları direktivi — 2011-ci ildə istehlakçı hüquqları ilə bağlı qəbul edilmiş direktiv. == Haqqında == Avropa Parlamenti və Şurası 2011-ci il 25 oktyabrda köhnə direktivlərə əlavə və dəyişiklik edən yeni Direktiv qəbul etdi.Bu Direktivin məqsədi iş yerlərindən kənarda bağlanmış müqavilələr üzrə istehlakçıların müdafiəsi ilə bağlı 20 dekabr 1985-ci il tarixli 85/577 / AİB Direktivi və Avropa Parlamentinin 97/7 / EC Direktivi və 20 may 1997-ci il tarixli məsləhət müqavilələri ilə əlaqədar istehlakçıların müdafiəsi haqqında Direktivinə əlavə olaraq istehlakçılar üçün bir sıra müqavilə hüquqlarını yaratmaq idi. Bu Direktivə əsasən: Daxili bazarın əsas əlamətlərindən biri olan məsafədən satış potensialı tam istifadə olunmur. Son bir neçə ildə daxili məsafəli satışların əhəmiyyətli dərəcədə böyüməsi ilə müqayisədə, sərhəd məsafəsi satışlarında artım məhdud olmuşdur. Bu uyğunsuzluq, gələcək artım potensialının yüksək olduğu internet satışları üçün xüsusilə əhəmiyyətlidir. İşgüzar binalardan kənarda (birbaşa satış) razılaşdırılmış müqavilələrin sərhədyanı potensialı bir sıra amillərlə məhdudlaşır ki, bu da sənayedə tətbiq olunan müxtəlif istehlakçı hüquqlarının qorunması qaydalarıdır. Son bir neçə ildə, xüsusən xidmət sektorunda, məsələn kommunal xidmətlərdə daxili birbaşa satışın artması ilə müqayisədə bu kanaldan transsərhəd alış-veriş üçün istifadə edənlərin sayı eyni olaraq qalmışdır. Bir çox üzv dövlətlərdə artan iş imkanlarına cavab olaraq, kiçik və orta müəssisələr (fərdi ticarətçilər daxil olmaqla) və ya birbaşa satış şirkətlərinin agentləri digər üzv dövlətlərdə, xüsusən də sərhəd bölgələrində iş imkanları axtarmağa daha meylli olmalıdırlar. Buna görə istehlakçı məlumatlarının tam uyğunlaşdırılması və məsafədən və kənarda olan müqavilələrdə geri çəkilmə hüququ istehlakçının yüksək səviyyədə qorunmasına və işgüzar-istehlakçı daxili bazarının daha yaxşı işləməsinə kömək edəcəkdir. Bu Direktivin məqsədləri üçün aşağıdakı tərif tətbiq olunur: "İstehlakçı" dedikdə, bu Təlimatla bağlanmış müqavilələrdə ticarət,sənətkarlıq və ya peşə xaricində olan hər hansı bir fiziki şəxs nəzərdə tutulur.
Əli bəy Direktor
Əli bəy Direktor (1844 – 1899) — Türkiyə yazıçısı. == Həyatı == Əli bəy Direktor 1844–cü ildə İstanbulda doğulmuşdur.Məmurluğa ilk dəfə Babiali tərcümə şöbəsində başlamışdır. Karantin idarəsində də işləmişdir. 1899-cu ildə İstanbulda vəfat etmişdir. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.35-36.
Direktiv (Avropa İttifaqı)
Avropa İttifaqı qanunvericiliyində direktiv, birliyə üzv olan bütün dövlətlərin həyata keçirməyə və həyata keçirməyə borclu olduğu siyasətdir. Onun digər Avropa İttifaqı qaydalarından fərqi ondan ibarətdir ki, o, dərhal qüvvəyə minmir, lakin hər bir üzv dövlətə öz daxili qanunlarında direktivlərin tələblərini müəyyən edə bilməsi üçün vaxt verir. Direktivlər yalnız onların ünvanlandığı ölkə və ya ölkələr üçün məcburidir, lakin praktikada Ümumi Kənd Təsərrüfatı Siyasəti istisna olmaqla, demək olar ki, bütün direktivlər bütün üzv dövlətlərə ünvanlanır.
Direktor
Film direktoru
Film direktoru
Film rejissoru, film direktoru, direktor və ya kinorejisor hər hansı bir kinoya və ya seriala rəhbərlik edərək onun çəkilişləri işlərini öz üzərinə götürən şəxsə deyilir. Ümumi qəbul edilmiş tərifə görə, teatr və ya kino rejissoru “aktyorların rollarını bölüşdürən və tamaşanı təşkil edən, ərsəyə gətirilmiş əsərdə bütün müvafiq rolların ahənginə və düzülüşünə cavabdeh olan şəxsdir”. Kinorejisoru bəzən rejissor da adlandırırlar. Kinorejissor filmin bədii və dramatik strukturunu ssenari əsasında tərtib edir. == Vəzifələri == Həmçinin kinorejisor; teletamaşa, serial və kino kimi çəkilişlərin olduğu audiovizualları idarə edir;Filmin ümumi bədii mahiyyətini müəyyənləşdirir;Ssenaridə müəyyən olunduğu kimi, filmin məzmun və süjet axınına nəzarət edir və onu təşkil edir.Aktyorların ifalarını həm mexaniki, həm də dramatik şəkildə idarə edir;Filmin çəkiləcəyi yerlərin müəyyənləşdirilməsi və təşkili işlərini həyata keçirir;Texniki detalların təşkili və idarə edilməsi;Rejissorun film üçün nəzərdə tutduğu bədii baxışı müəyyən edən hər hansısa digər bir fəaliyyət;Rejissorlar zaman-zaman rejissorluq etdikləri filmlərin ssenarilərini də yazırlar.
Teatr direktoru
Rejissor (fransızca régisseur, idarəetmə deməkdir) — tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir. İlk rejissor kimi Sesil Balunt de Mill sayılır. O, ilk dəfə olaraq tamaşalara öncədən baxış keçirmiş, film ulduzlarını reklam etmiş, ən başlıcası isə o ilk dəfə olaraq çəkiliş meydançasında meqafonla görünmüşdür. Rejissorun əsas vəzifələri bunlardan ibarətdir: Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı Aktyorların seçilməsi Texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması Səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı Səhnələr üçün yerlərin seçilməsi Kütləvi səhnələrin və xüsusi effektlərin təyini Əsas aktyorlarla danışıqların aparılması Əsər üçün musiqi konseptinin işlənməsi Çəkilişin aparılması (işin həcminin təyini) Arxiv materiallarının seçilməsi Çəkilmiş filmin incə emalı Son variantın hazırlanması Filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək == Xarici keçidlər == Aydın Dadaşov. Rejissorluğun üslub problemləri. Bakı: "Elm və təhsil", 2010.
Tele-direktor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Tele direktor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Televiziya direktoru
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Dirək aralığı
Dirək aralığı — üfüqi bir daşıyıcı quruluş elementi olan dirəklərin dayaq nöqtələri arasındakı hissənin uzunluğudur. Memarlıq və inşaat mühəndisliyindəki körpülər, tağlar və damlar kimi inşaat hissələri ilə bu hissələri daşıyan sütunlar və dayaqlar arasında fərqli bir dayaq olmadan əlavə edilmiş dirəklər arasındakı məsafədir.
Dirək rəqsi
Dirək rəqsi və ya pole rəqsi fikirlərdə striptiz klublarını xatırlatsa da, pole rəqsi əslində rəqs və akrobatikanı birləşdirərək şaquli dirək ətrafında həyata keçirilən bir performans sənətidir. Şaquli dirəyin mərkəzində rəqs və akrobatika hərəkətlərini özündə birləşdirir. Bu performans sənəti forması yalnız striptiz klubunda erotik rəqs kimi deyil, həm də idman zallarında və xüsusi rəqs studiyalarında tətbiq olunan əsas fitness forması kimi istifadə edilir. 2000-ci illərin ortalarından etibarən dünyada alternativ fitnes sahəsi kimi məşhurlaşmağa başlamış və bu sahə ixtisaslaşmış studiyalarda və ya ümumi fitnes mərkəzlərində tədris edilmişdir. Dünyanın bir çox yerlərində dirək rəqsinə həsr olunmuş çoxlu həvəskar və peşəkar yarışlar keçirilir. Eyni zamanda da dirək rəqsi üzrə mütəxəssislər və bu rəqs növünün müdafiəçiləri bu rəqs növü ilə bağlı tamaşaçıların qavrayışında olan mənfi çalarları aradan qaldırmaq üçün dirək rəqsinin akrobatik tərəfini vurğulamağa başlamışdırlar və beləliklə də dirək rəqsinə Çin dirəyi (Chinese Pole) adlanan sirk şou sənətinin böyük təsiri olmuşdur. Dirək rəqsi çox ciddi bir formada güc, çeviklik və tarazlıq tələb edir. O, dırmaşmalar, dönmələr, inversiya (tərsinə dayanmaq) kimi müxtəlif atletik hərəkətlərə əsaslanır. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün bədənin yuxarı və mərkəzi hissələrinin əzələlərinin gücləndirilməsi və eyni zamanda da ciddi və nizam-intizamlı bir məşq prosedurunu icra etmək lazımdır. == Dirək növləri == Standart rəqs dirəkləri qalınlığı 40, 45 və ya 50 mm olmaqla xrom və ya pirinç materialdan hazırlanır.
Derek Barton
Derek Barton(ing. Sir Derek Harold Richard Barton; 8 avqust 1918, Qreyvsend, Kent — 16 mart 1998, Kollec-Steyşen, Texas) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1969). == Həyatı == İngilis kimyaçısı Derek Barton 1918-ci ilin avqustun 8-də Qreyvzenddə anadan olmuşdur. 1940-cı ildə Londonda Kral kimya kollecini bitirmişdir. Orada da işləmişdir, 1942-1945-ci illərdə hərbi idarələrdə, 1945-1946-cı illərdə və 1957-ci ildən Londonun Kral kollecində işləmişdir. 1946-1949-cu illərdə “Si-Ay” firmasının laboratoriyasında çalışır. 1950-1955-ci illərdə və 1957-1978-ci illərdə London universitetində dərs demişdir (1953-cü ildən professor). 1955-1957-ci illərdə Qlazqoda universitetdə işləmişdir. Derek Barton 1978-ci ildən Fransada Jif-sür İvetdə təbii maddələr institutunda direktor işləmişdir. Konformasiya analizinin yaradıcılarından biridir.
Derek Parfit
Derek Parfit (11 dekabr 1942[…], Çenqdu, Çin Respublikası[d] – 1 yanvar 2017[…]) — Britaniyalı filosof və yazıçı. 1960-cı illərdə yazdığı kitabların bir çoxu Oksford Universiteti nəşriyyat evindən çıxıb. 1942-ci ildə Çinin Çendu şəhərində anadan olub. Parfit Oksford Universitetinin məzunudur. Uzun illərdir eyni universitetdə fəlsəfə fənnini tədris edən məşhur filosof və yazıçı Derek Parfit 1 yanvar 2017-ci ildə 74 yaşında Britanyanın Oksford şəhərində vəfat etmişdir.
Derek Rae
Derek Rae (1967, Aberdin) — Şotlandiya televiziya aparıcısı və idman şərhçisi. == Həyatı == === Erkən illəri === Gənc yaşlarında şərhləri üzərində işləmək üçün lent yazıçısı ilə futbol matçlarına gedirdi.
Derek Sua
Derek Sua (29 dekabr 1987) — Samoalı cüdoçu. Derek Sua Samoanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Derek Sua birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər +100 kq çəkidə, 1/16 final mərhələsində Özbəkistanın nümayəndəsi Abdullo Tanqriyev ilə üz-üzə gəldi. Həmin görüşdə Derek Sua rəqibinə 0:100 hesabı ilə uduzdu.
Derek Uolkott
Derek Elton Uolkott (ing. Derek Alton Walcott; 23 yanvar 1930[…], Kastris – 17 mart 2017[…]) — Sent-Lüsiya şairi və dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992). == Həyatı == Ədəbiyyat sahəsində Nobel mükafatı alan ikinci qara dərili şair və dramaturq Derek Alton Uolkott Qərbi Hindistanın Sent-Lusi adasında, müəllim ailəsində doğulmuşdur. İosif Brodski Uolkottun doğulduğu və əsərlərində məhəbbətlə söz açdığı kiçik ada haqqında demişdi: "Bu torpağı Kolumb kəşf etdi, britaniyalılar müstəmləkəyə çevirdilər, Uolkott isə ona ölməzlik qazandırdı". 1953-cü ildə ailə Trinidad və Tobaqoya köçmüşdü. Derek Uolkott burada yerli Santa Mariya kollecində, sonra isə Kinqstondakı Vest İndia universitetində təhsil almışdı. Rokfeller fondunun təqaüdü hesabına Londonda təcrübə keçmiş və bir müddət Nyu-Yorkda işləmişdir. Hazırda Boston universitetinin professorudur. Derek Uolkott öz yaradıcılığında Karib dənizi hövzəsi və Afrika ədəbiyyatının ənənələrini bacarıqla sintez edə bilmişdir. O, eyni zamanda Cənubi Amerika ədəbiyyatı üçün səciyyəvi olan "sehrli realizmə" və klassik Avropa ədəbi təcrübəsinə də yad deyildir.
Kazım Dirik
Mehmet Kazım Dirik (dekabr 1881, Bitola – 3 iyul 1941, Ədirnə, Ədirnə ili) — türk əsgəri və siyasətçisi. == Həyatı == Atası Salonikidən olan Mülazım Həsən Tahsin bəydir. Kiçik yaşlarında valideynlərini itirdi. 1897-ci ildə Manastır Hərbi Liseyinə daxil oldu. 1899-cu ildə Hərbi Akademiyanı bitirib Piyada leytenantı oldu. 1900-cü ildə Debre Valiliyi və Redif Kontinental Komandanlığında hərbi katib vəzifəsində çalışmağa başladı. 1904-cü ildə Şkodra Qubernatoru və Komandiri Filibəli Saleh Paşanın köməkçisi və Mühimmə katibi vəzifəsinə təyin edildi. 1906-cı ildə Osmanlı İmperatorluğunun qərb sərhədindəki son bölgə olan Şkodra vilayətinin Tuz bölgəsinə rayon valisi vəzifəsinə təyin edildi. 1912-ci ildə Hərbi Məktəbdən məzun oldu və heyət kapitanı oldu. Birinci Dünya Müharibəsində Çanaqqala və Suriya cəbhələrində vuruşdu.
Pol Dirak
Pol Adrien Moris Dirak (8 avqust 1902[…], Bristol[…] – 20 oktyabr 1984[…], Tallahassi[d]) — britaniyalı fizik-nəzəriyyəçi, kvant mexanikasının banilərindən biri. Fermiyonların hərəkətini təsvir edən Dirak tənliyinin müəllifi. Bu tənliyin vasitəsilə sonralar antimaddənin mövcudluğu sübut ediləcəkdi. 1933-cü ildə Ervin Şredingerlə birlikdə "atom nəzəriyyəsinin yeni məhsuldar formalarını kəşfinə görə" Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Pol Adrien Moris Dirak Bristolda fransız dili müəllimi isveçrə əsilli Çarlz Adrien Ladislav Dirak və ingilis Florens Hanna Dirakın ailəsində anadan olmuşdur. Dirak əvvəlcə Bristolda ticarət məktəbində oxuyur, sonradan Bristol universitetinin elektrotexnika fakültəsinə daxil olur. Universitetdə oxuduğu illərdə Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə maraqlanır və iki il müddətində riyaziyyatla məşğul olur. Daha sonra Kembridcdə Müqəddəs İona kolledcinin riyaziyyat üzrə aspiranturasına daxil olur və 1926-cı ildə doktorluq dissertasiyasını müdafiə edir. Növbəti ildə isə Dirak elə həmin kolledjin elmi şürasına üzv seçilir. Dirak Kembridcə aspiranturada oxuduğu illərdə Verner Heyzenberq və Ervin Şredinger kvant nəzəriyyəsini atom və subatom sistemlərinin və elektron kimi mikrohissəciklərin hərəklətinin təsvirinə tətbiq etməyə imkan verən kvant mexanikası üzərində çalışırdılar.
Yuzef Çirek
Yuzef Çirek (pol. Józef Czyrek; 20 iyul 1928 – 3 iyun 2013, Varşava) — Polşa siyasətçisi, 1980–1982-ci illərdə Polşa Xalq Respublikasının Xarici İşlər naziri. == Erkən illəri == Yuzef Çirek 1928-ci ildə Polşanın Lvov voyevodalığının Biloberegi kəndində anadan olmuşdur. O, 1950-ci ildə Yagellon Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. == Karyerası == Yuzef Çirek karyerasına Yagellon Universitetində və Krakov İqtisadiyyat Universitetində tədqiqatçı kimi başlamışdır. O, 1952-ci ildə Polşa Xalq Respublikasının Xarici İşlər Nazirliyində işə başlamışdır. Çirek 1955-ci ildə qoşulduğu Polşa Birləşmiş Fəhlə Partiyasının Siyasi Bürosunun üzvü idi. O, 1962–1968-ci illərdə Belqradda hüquq konsultantı (1962–1968) və direktor müavini, həmçinin 1969–1971-ci illərdə Xarici İşlər Nazirliyinin Tədqiqat və Proqramlaşdırma Departamentinin direktoru vəzifələrində çalışmışdır.Çirek 1980-ci ilin avqust ayına qədər xarici işlər nazirinin müavini olmuşdur. O, 1980-ci ilin avqustunda bu vəzifədə Emil Voytaşekin yerinə xarici işlər naziri təyin edilmişdir. O, 1981-ci ildə partiya katibliyinə üzv təyin olunmuşdur.
Dire Straits
Dire Straits — Böyük Britaniya rok-qrupu. 1977-ci ildə jurnalist və müəllim olan Mark Nopfler, qardaşı Devid Nopfler , Con İllsli və Pik Uizers tərəfindən yaradılmışdır. Ən çox satılan albomları Brothers in Arms albomudur (30 milyondan çox kopyası satılıb). Həmçinin, dünyanın ən çox albom satan qrupudur, ümumi satış 120 milyonu keçirdi. Qrup ilk illərdə pub-rock ifa edirdi. Qrupun musiqisinə bir çox janrlar təsir etmişdir (caz, kantri, folk, blyuz) və bit-musiqiyə yaxınlaşmışdır. Mahnılarının çoxu melanxolik idi. Qrupun məşhurlaşmasında əsasən Mark Nopflerin rolu olmuşdur. == Tarix == Dire Straits qrupunu Nopfler qardaşları, Con İllsli və Pik Uizers 1977-ci ildə yaratdılar. Qrupun adını Uizersin musiqiçi dostu təklif etmişdir.
Dirk Frimout
Dirk Frimout (nid. Dirk Dries David Damian Frimout; 21 mart 1941) — Belçika astronavtı.
Dirk Kuyt
Dirk Kuyt (22 iyul 1980) – Hollandiya milli futbolçusu, hal-hazırda Fənərbaxça komandasının heyətində çıxış edir. Hücum xətti ilə yanaşı həmçinin yarım-müdafiədə də oynaya bilir. Kuyt karyerasına Hollandiyanın Ultrext komandasında başladı. 5 il bu komanda çıxış etdi və 2002–2003 mövsümündə Hollandiya Kubokunu və Hollandiya Qızıl Butsu Mükafatını qazandı. 2003-cü ildə 1.000.000 € qarşılığında Feyenorda transfer oldu və 3 il müddətində komandasında ən çox qol vuran oyunçu oldu. 2004–2005 Eredivisie-de ( Hollandiya Lİqası) qol kralı oldu və növbəti mövsüm Hollandiyada İlin Futbolçusu seçildi. Feyenordda göstərdiyi uğurlu çıxışdan sonra 2006-cı ildə 10 milyon £ qarşılığında İngiltərə Premyer Liqası komandalarından olan Liverpul FK-ya transfer oldu. Liverpul FK-dakı ilk sezonda UEFA Çempionlar Liqası finalı oynadı və finalda 1 qol atdı. Kuyt Liverpul FK-dakı ilk həttrikini Mart 2011-də Mançester Yunayted FKə qarşı etmişdir. 3 iyul 2012-ci il tarixində 1.000.000 € qarşılığında Fənərbaxça komandasına 3 illik müddətinə transfer oldu.
İrek Zaripov
İrek Ayratoviç Zaripov (başq. Ирек Айрат улы Зарипов, rus. Ирек Айратович Зарипов; 27 mart 1983, Sterlitamak, Başqırd MSSR) — Rusiya xizəkçi və biatlonçusi. Rusiya Əməkdar İdman Ustası, 2010-cu ildə Vankuverdə keçirilən Paralimpiya Qış Oyunlarının dördqat çempionu. == Həyatı == İrek Zaripov 27 mart 1983-cü ildə Sterlitamak şəhərində anadan olmuşdur. Valideynlərinin adları Ayrat Qabdulhamatoviç və Vəsilə Mustafinovna Zaripovlar idi, onlar kərpic zavodunda işləyirdilər.Məktəbdə İrek xizək və basketbola həvəs göstərirdi, futbol oynayır, boks və güləşlə məşğul olurdu.2000-ci ildə 17 yaşında ağır qəzaya düşdü: motosiklet sürərkən 9 tonluq "MAZ" avtomobilinə çırpıldı; xəstəxanaya çatdırıldıqdan sonra ayağlarını də amputasiya etdilər. Bundan sonra praktiki olaraq iki il hərəkət etmədi, amma sonra fiziki formasını bərpa etməyə başladı. Əlil olmasına baxmayaraq, peşə liseyi və Başqırdıstan İqtisadiyyat və Hüquq Kollecini bitirdi. Məşqlərini "İdel" idman kompleksində başladı, ilk məşqçisi F. N. Qabdullin idi.İrek özünü atletika və ağır atletika, üzgüçülük, stolüstü tennis kimi müxtəlif idman növlərində sınadı. 2004-cü ildə o, Başqırdıstan Respublikasının Atletika üzrə Milli Komandasının üzvü oldu; Rusiya çempionatında xizək sürmə və biatlon üzrə baş məşqçi İrina Qromova ilə tanış oldu, hansı ki İrekə Başqırdıstanın məşhur məşqçisi Salavat Qumerova müraciət etməyə məsləhət gördü.
İrek Zinnurov
İrek Haydaroviç Zinnurov (11 yanvar 1969, Yakutsk) — Rusiya idmançısı və siyasətçisi. Su polosu üzrə ikiqat Olimpiya medalçısı (2000, 2004). Dünya və Avropa çempionatlarının mükafatçısı. Rusiyanın əməkdar idman ustası. VII çağırış Rusiya Federasiyası Dövlət Dumasının deputatı. MDB üzrə komitənin üzvü. «Vahid Rusiya» fraksiyasının üzvü . == Bioqrafiyası == 8 nömrəli Kazan Uşaq-gənclər idman məktəbinin yetirməsidir. İrekin ilk məşqiçisi V. Qoryunov olmuşdur. Simferapol dövlət universitetini bitirmişdir (1992).
Dibək
Dibək (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Dibək (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd.
Dirsək
Dirsək — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir. Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.
Dirçək
Dirçək, sığırdili (lat. Ajuga) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Dirən
Dirən - türk və altay xalq inancında və mifologiyasında şeytan piri. Tiren (Tiyren, Teyren) də deyilir. Şeytanı İnsan. Quran-ı Kərimdəki "Şeytan Övliyası" təbiri ilə bənzərlik göstərir. İnsanların hər cür istəklərini yerinə yetirən şər ruhlara da bu ad verilər. Lakin bu ruhun qarşısındakı insan o qədər pisdir ki, onun tərəfindən aldadılar. Bu kəslərə "Diren" deyilər. Ərən anlayışının əleyhdarı olaraq qəbul edilər. == Təyrən == Təyrən - türk mifologiyasında iblis. Tayran da deyilir.
Fermi–Dirak statistikası
Fermi–Dirak statistikası — yarımtam spinə (1/2, 3/2, ..., h Plank sabiti vahidlərində) malik identik (fərqləndirilməyən, eyniləşmiş) zərrəciklərdən ibarət sistemlərə tətbiq edilən kvant statistikası. Bu statistika 1926-cı ildə Enriko Fermi tərəfindən irəli sürülmüş və elə həmin ildə onun kvant-mexaniki interpretasiyası Pol Dirak tərəfindən verilmişdir. Fermi–Dirak statistikası statistik mexanikanın bir hissəsidir və kvant mexanikasının prinsiplərindən istifadə edir. Kvant fizikasında sistemin halı, onu təşkil edən bütün zərrəciklərin koordinat və spinlərindən asılı olan dalğa funksiyası ilə ifadə olunur. Fermi–Dirak (F–D) statistikasına tabe olan zərrəciklər (fermionlar) üçün dalğa funksiyası antisimmetrikdir, yəni istənilən fərqləndirilməyən zərrəciklər cütünün yerlərini dəyişdikdə dalğa funksiyası işarəsini dəyişdirir. V. Pauli 1940-cı ildə isbat etdi ki, kvant zərrəcikləri üçün istifadə olunan statistikanın növü birqiymətli şəkildə zərrəciklərin spini ilə təyin olunur (yarımtam spinli zərrəciklərdən fərqli olaraq, tam spinə malik olan zərrəciklər sistemi Boze-Eynşteyn statistikasına tabe olur). F–D statistikasına əsasən hər bir kvant halında yalnız bir zərrəcik yerləşə bilər (Pauli prinsipi). == Tarix == 1926-cı ildə Fermi–Dirak statistikasının tətbiqindən əvvəl, zahirən ziddiyyətli görünən hadisələrə görə elektron davranışının bəzi aspektlərini başa düşmək çətin idi. Məsələn, otaq temperaturunda bir metalın elektronik istilik tutumu ondan elektrik cərəyanı axan vəziyyətdən 100 dəfə az elektrondan gəlmiş kimi idi. Otaq temperaturunda metallara yüksək elektrik sahələri tətbiq etməklə yaranan emissiya cərəyanlarının nəyə görə temperaturdan demək olar ki, asılı olmadığını anlamaq da çətin idi.
Entoni Dirk Mozes
Entoni Dirk Mozes (ing. Anthony Dirk Moses; 1967, Brisben) — soyqırım və intellektual tarix üzrə ixtisaslaşmış Avstraliya tarixçisi. O, Şimali Karolina Universitetində qlobal insan hüquqları tarixinin professorudur. Mozes geniş şəkildə soyqırım və etnik təmizləmə tarixi, eləcə də müstəmləkəçilik tarixi, xüsusilə müstəmləkə kontekstində soyqırımı üzrə aparıcı ekspert kimi tanınır. O, 1850–1950-ci illər dövrünə istinad edərək irq dövrü terminini işlətməsi ilə tanınır. Mozes "Journal of Genocide Studies" jurnalının baş redaktorudur. == Əsərləri == MüəllifMoses, A. Dirk. The Problems of Genocide: Permanent Security and the Language of Transgression (ingilis). Cambridge University Press. 2021.
Dizək
Dizək — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, nda, kənd.1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Orta fars dilində dizək-"qala" sözündəndir. Dağlıq Qarabağın orta əsrlərdə Dizak mahalının (indiki Cəbrayıl rayonunun ərazisi) adı ilə mənaca eynidir.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Zirək
Zirək və ya Zirak — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Arpaçayın sol qolu olan Zirakçayın sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. == Etimologiyası == Toponim qədim türk tayfalarından olan "siraq" etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 43 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914-cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Ağa Mirək
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur.Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var. == Həyatı == Baburun ölumundən sonra taxta onun oğlu Humayun çıxır.
Dibək (Maku)
Dibək (fars. ‎ديبك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (26 ailə). Kənd əhalisi etnik Azərbaycan türklərindən ibarətdir və şiə müsəlmandırlar.
Dibək (Xoy)
Dibək (fars. ديبك‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Dilək Gürsoy
Dilək Gürsoy (türk. Dilək Gürsoy) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah. == Erkən həyatı == Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur. İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir. Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi. Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür. Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur. İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.
Dilək Qaya
Dilək İmamoğlu (18 noyabr 1974, Trabzon) — Əkrəm İmamoğlunun həyat yoldaşı. == Həyatı == Dilək İmamoğlu 18 noyabr 1974-cü ildə Trabzonda, 10 uşaqlı bir ailədə anadan olmuşdur. Orta təhsilini Trabzonda aldıqdan sonra ali təhsilini İstanbul Universitetinin Turizm fakültəsində davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra dövlət idarəetmə sahəsində magistr dərəcəsini bitirmişdir. İmamoğlu Şüşə tavan sindromu sahəsində tezis yazmışdır və doktorluq işini davam etdirir.18 noyabr 1995-ci ildə Ekrem İmamoğlu ilə evlənən Dilek İmamoğlunun 1997-ci il təvəllüdlü Mehmet Səlim, 2005-ci il təvəllüdlü Semih və 2011 təvəllüdlü Beren adında üç övladı var. Dilek İmamoğlu "əlillər yaşadıqları çətinlikləri hiss etmək və fərqindəlik yaratmaq üçün" Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyinin vitse-prezidenti Səmra Çətinkaya ilə birlikdə əlil arabası ilə bir gün müddətində İstanbulda gəzmişdir. İmamoğluna 2014-ci ildə "fiziki məhdudiyyətli fərdlər üçün etdiyi maarifləndirmə fəaliyyəti" səbəbi ilə Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyi tərəfindən Şükrü Sürmən Mükafatı verilmişdir.2019-cu ilin oktyabr ayında İmamoğlunun şəkli "Madame Figaro" jurnalının qapağında "İstanbulun birinci xanımı" başlığı altında yerləşdirilmişdir.2020-ci ilin yanvar ayında Dilək İmamoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun xanımı Səlvi Kılıçdaroğlu ilə birlikdə Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Selahattin Demirtaşın yazdığı "Dövran" adlı kitabın teatr sərgisində iştirak etmişdir. Bu görüş Ədalət və İnkişaf Partiyası sədri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, o cümlədən Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalı tərəfindən tənqid olunmuşdur.
Dilək boğazı
Dilək boğazı (türk. Dilek Boğazı) və ya Dar boğaz, Mikale boğazı (yun. Στενό της Μυκάλης) – Yunanistanın Samos adasını Kiçik Asiya yarımadasındakı Aydın ilindəki Quşadası bölgəsindən ayıran dar bir boğaz. Samsun dağlarının (Dilek, Mikale) Egey dənizinə girdiyi nöqtədə yerləşir. Ən dar yeri 1,6 km-dir və bu yunanların Egey adalarını Türkiyə sahillərindən ayıran ən dar boğazdır. Boğazda Bayraq adası yerləşir. Boğazın materik sahili boyunca Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı yerləşir. Dilək boğazının cənubunda, Yerond boğazının sahilində Geson çayı və Skolopoent (indiki Doğanbey) bölgəsində Mikalenin cənub yamaclarında, eramızdan əvvəl 479-cu ildə meydana gələn, II Leotixid və Ksantippin rəhbərliyi altında yunanların farsları məğlub etdiyi məşhur Mikale döyüşü baş tutmuşdur.
Dilək piri
Dilək piri — Culfa rayonunun Qazançı kəndinin cənubunda, kəndin içərisində ziyarətgah. Pir daşdan tikilmiş bir оtaqlı binadan ibarətdir. Girişi cənub tərəfdəndir. Şərq tərəfə baxan bir pəncərəsi, qərb divarının içəri tərəfində bir dördkünc fоrmalı taxçası vardır. Binanın interyeri sadə оlub gəclə suvanmışdır. Binanın fasadında kiçik həcmli üçbucaq fоrmalı taxça vardır. Taxça hisdən qaralmışdır. Taxçada çıraq, ya da şam yandırılır, daş yapışdırmaqla niyyət edilir. Binanın içərisi İslam dininin müqəddəs şəxsiyyətlərinin şəkilləri və dini mоtivli digər rəsmlərlə bəzədilmişdir. Pirin indiyədək saxlanmış tikintiləri XIX əsrə aid оlsa da, ətrafdan aşkar оlunan şirli və şirsiz saxsı məmulatı оnun Erkən Оrta əsrlərdən fəaliyyət göstərdiyini deməyə əsas verir.
Dilək İmamoğlu
Dilək İmamoğlu (18 noyabr 1974, Trabzon) — Əkrəm İmamoğlunun həyat yoldaşı. == Həyatı == Dilək İmamoğlu 18 noyabr 1974-cü ildə Trabzonda, 10 uşaqlı bir ailədə anadan olmuşdur. Orta təhsilini Trabzonda aldıqdan sonra ali təhsilini İstanbul Universitetinin Turizm fakültəsində davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra dövlət idarəetmə sahəsində magistr dərəcəsini bitirmişdir. İmamoğlu Şüşə tavan sindromu sahəsində tezis yazmışdır və doktorluq işini davam etdirir.18 noyabr 1995-ci ildə Ekrem İmamoğlu ilə evlənən Dilek İmamoğlunun 1997-ci il təvəllüdlü Mehmet Səlim, 2005-ci il təvəllüdlü Semih və 2011 təvəllüdlü Beren adında üç övladı var. Dilek İmamoğlu "əlillər yaşadıqları çətinlikləri hiss etmək və fərqindəlik yaratmaq üçün" Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyinin vitse-prezidenti Səmra Çətinkaya ilə birlikdə əlil arabası ilə bir gün müddətində İstanbulda gəzmişdir. İmamoğluna 2014-ci ildə "fiziki məhdudiyyətli fərdlər üçün etdiyi maarifləndirmə fəaliyyəti" səbəbi ilə Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyi tərəfindən Şükrü Sürmən Mükafatı verilmişdir.2019-cu ilin oktyabr ayında İmamoğlunun şəkli "Madame Figaro" jurnalının qapağında "İstanbulun birinci xanımı" başlığı altında yerləşdirilmişdir.2020-ci ilin yanvar ayında Dilək İmamoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun xanımı Səlvi Kılıçdaroğlu ilə birlikdə Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Selahattin Demirtaşın yazdığı "Dövran" adlı kitabın teatr sərgisində iştirak etmişdir. Bu görüş Ədalət və İnkişaf Partiyası sədri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, o cümlədən Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalı tərəfindən tənqid olunmuşdur.
Dinək (Qəzvin)
Dinək (fars. دينك‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 39 nəfər yaşayır (11 ailə).
Dirsək (memarlıq)
Mötərizə və ya dirsək bir memarlıq elementidir: struktur və ya dekorativ bir ünsür sayılır. Taxta, daş, gips, metal və ya digər materiallardan hazırlana bilər. Ümumiyyətlə ağırlıq daşımaq üçün və bəzən “... bir bucağı gücləndirmək” üçün divardan proyeksiya edilir. Bir corbel və ya konsol dirsək növləridir. Mexanika mühəndisliyində bir dirsək bir hissəni digərinə, əsasən daha böyük hissəyə bərkidmək üçün hər hansı bir ara komponentdir. Dirsəyi dirsək edən şey, ikisi arasında ara olması və birini digərinə bərkidməsidir. Dirsəklər forma baxımından çox fərqlidir, lakin prototipik bir dirsək bir rəfi (daha kiçik komponent) bir divara (daha böyük komponentə) bağlayan L şəkilli metal parçadır: şaquli qolu bir elementə (ümumiyyətlə böyük) sabitlənir və üfüqi qol kənara doğru uzanır və başqa bir elementi (ümumiyyətlə kiçik) saxlayır. Bu rəf dirsəyi, memarlıq dirsəyi ilə effektiv şəkildə eynidır: divara quraşdırılmış şaquli bir qol və üstünə və ya altına başqa bir elementin bağlanması üçün kənara doğru uzanan üfüqi bir qol. Uzanmış qolun daha böyük bir ağırlığı dəstəkləməsini təmin etmək üçün, bir dirsəkdə ümumiyyətlə üfüqi və şaquli qollar arasında çarpaz bir üçüncü qol olmalı və ya dirsək möhkəm bir üçbucaq formasında olmalıdır.
Atrek
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. == Adının etimoloqiyası == Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. == Coğrafiyası == Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. == Gidroqrafiyası == İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.
Birsk
Börü (başqurdca: Börö, rus.
Ciren
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Diler
Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir. Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri).Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir. Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur. Tablo fond birjasının məcburi atributlarındandır.
Ditak
Ditak — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.