Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abstraksiya
Abstraksiya və ya Abstraktlaşdırma (lat. abstractio — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi. Abstraksiya tədqiq edilən cisim və hadisələrin şəklini sadələşdirməyə, onların inkişaf qanunauyğunluqlarını müəyyənləşdrməyə imkan verir. Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaəqlərindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir. Abstraksiyanın öz hüdudları var: necə deyərlər, yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümkün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ. Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir. Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar ("bitki", "heyvan", "insan" və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər ("həcm", "uzunluq" və s.) meydana çıxır. İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir.
Destruksiya
Destruksiya (lat.destructio-pozulma) — Yer səthində süxurların aşınma prosesləri ilə pozulub dağılmasıdır.
Distinksiya
Distinksiya [lat. distinctio – fərqləndirmə] – şüur aktı; predmetlər arasında və yaxud şüurun özünün ünsürləri arasında [duyğular, anlayışlar arasında və s.] olan obyektiv fərqi əks etdirir.
Ekstraksiya
Ekstraksiya — iki faza arasında, bir çox hallarda iki qarışmayan mayelər arasında (adətən su və üzvi həlledici arasında)maddənin fiziki-kimyəvi paylanma prosesi və maddələrin uyğun ayrılma, parçalanma və qatılaşdırma üsuludur. == Ekstraksiya zamanı baş verən prosesler == Ekstraksiya zamanı aşağıdakı prosesler baş verir: Ekstraksiya olunan birləşmələrin yaranması Su və üzvi fazalar arasında ekstraksiya olunan birləşmələrin paylanması Üzvi fazada nüfuz olan reaksiyalar –dissosiasiya, assosiasiya və polimerizasiya Ekstraksiya olunan birləşmələrin yaranması hesabına birləşmə (adətən üzvi fazada)ekstraqent adlanır.Ekstraqentin fiziki və ekstraksiya xassələrinin yaxşılaşdırılması üçün tətbiq olunan təsirsiz üzvi həlledicilər-xloroform, karbon turşuları, benzol və s.durulaşdırıcı adlanır. Su fazasından ayrılan ekstraksiya olunan birləşmələri saxlayan üzvi faza ekstrakt adlanır.Üzvi fazadan su fazasına maddə köçürülməsi reekstraksiya, reekstraksiya üçün istifadə olunan məhlul reekstraqent adlanır. == Maddənin ekstraksiya şərtləri == Metal ionunun və digər yüklü zərrəciklərin üzvi fazaya keçməsi üçün yükü neytrallaşdırmaq lazımdır.Metal ionlarını yüksüz kompleksə birləşdirmək olar, yükü olan kompleksləri ion assosiatları şəklində ekstraksiya etmək olar. Əgər ekstraksiya olunan birləşmələrin üzvi həlledicidə həllediciliyi sudaki həlledicidən yüksəkdirsə, ekstraksiya mümkündür.Solvatasiya enerjisi nə qədər çox və hidrotasiya enerjisi nə qədər azdırsa ayrılma dərəcəsi bir o qədər yüksəkdir. Birləşmənin üzvi həlledicidə yaxşı həll olunması üçün onun hidrofobluğunu təmin etmək lazımdır, yəni bir qayda olaraq (-SO3H,-COOH,-OH) və s. olmalıdır və xelatın xarici üzvi hissəsi kifayət qədər həcmli olmalıdır ki,molekulun hidrofil hissəsini təcrid edə bilsin. Ekstraksiya olunan birləşmə malekulunun ölçüləri artdıqca ayrılma dərəcəsi adətən artır, çünki iri malekullar suyun strukturunu pozur. Ekstraqentin malekulları ilə solvatasiya ekstraksiyaya səbəb olur. İon assisotlarının ekstraksiyası zamanı ionlarının yükü və ölçüsü mühümdür: ionların yükü artdıqca və olçüsü azaldıqca ekstraksiya pisləşir.Digər bərabər şəraitlərdə biryüklü ionlar pis ekstraksiya olunur.
Obstraksiya
Obstraksiya – [lat. obstructio – maneə] məqsədyönlü şəkildə yığıncağı, iclası pozmaqla qəti etirazı bildirmək (səs-küy, qışqırtı, işin mahiyyətindən yayındıran sözlər deməklə). R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Difraksiya
Difraksiya — fizikada mexaniki və elektromaqnit dalğalarının qarşılaşdığı bəzi maneələri aşaraq keçməsi hadisəsidir. Maneələrlə qarşılaşdıqda dalğaların həndəsi yayılma istiqamətindən kənara çıxma (maneəni aşaraq onun arxasına keçməsi) hadisəsi dalğaların difraksiyası adlanır. Difraksiya latınca difractus – sındırılmış mənasındadır. Maneədən keçərək, dalğaların əvvəlki yayılma istiqamətindən meyletmə bucağı difraksiya bucağı adlanır. Difraksiya dalğaların kiçik aralıqlardan (yarıqlardan), maneələrdən və ya kəsik kənarlı yerlərdən keçməsi ilə yaranır. İşığın bu cür maneələrdən keçməsi zamanı əvvəlki yayılma istiqamətindən meyletməsi işığın dalğa təbiətli olmasını ortaya çıxardır. Su, səs, işıq və ya radiodalğalar kimi istənilən dalğa növündə bu hadisə baş verə bilir. Difraksiyaya ən sadə misal bir borunun içinə danışıldığı zaman borunun digər ucundan çıxan səsin bütün istiqamətlərdə yayılmasıdır, baxmayaraq ki, bağ xortumundan çıxan su düz xətt istiqamətində yayılır. Difraksiya sınma ilə qarışdırılmamalıdır; dalğalar fərqlı sıxlığa malik mühitlərdə fərqli sürətlərlə hərəkət edirlər, dalğa yayılma sürəti fərqli olan bir mühitə keçdikdə sınma baş verir. Difraksiyanın yaranması üçün dalğanın keçəcəyi aralığın ölçüsü dalğanın dalğa uzunluğunu tərtibində və ya ondan kiçik olmalıdır.
Lirik abstraksiya
Lirik abstraksiya müharibədən öncəki modernist üslublu rəssamlıqda iki əlaqəli, lakin fərqli tendensiyalardan biridir. Avropa Lirik Abstraksiyası Paris şəhərində təşəkkül tapmışdır. Bu ad ilk dəfə 1947-ci ildə Jan Joze Merşand tərəfindən işlənmişdir. Abstrakt Ekspresionizm ilə əlaqəli mücərrəd boyama növünü xarakterizə edən təsviri termin 1940-cı ildən bəri istifadə olunur. Arxeil Qorki kimi tanınmış çoxsaylı ekspresyonist rəssamlar kontekstdə göründüyü kimi lirik abstraktlıqdan istifadə etmişdir.
Kompression-distraksion üsulu
Kompression-distraksion üsulu — Sümüklərin sınığı qədim zamanlardan çox zəhmət tələb edən, çox vaxt müvəffəqiyyətsizliklə nəticələnən xəsarətlərdən sayılır. Keçmiş zamanlarda sınıqları müalicə etmək üçün yumurta, saqqız sarğılarından, adi taxta parçalarından, palma yarpağından istifadə edilmişdir. Bu əməliyyatı sadə sınıqçılar və yaxud xalq həkimləri yerinə yetirirdilər. Naşı adamların müalicə etdiyi xəstələrin çoxu ya axsayır, ya da onlarda başqa fəsadlar baş verirdi. Açıq sınıqların müalicəsi daha çətin olurdu. Çox hallarda yaralar irinləyir, irin sümüyə keçir və tibbi dilində desək, “osteomielit” xəstəliyi əmələ gəlir. İlk dəfə məşhur rus cərrahı, müasir cərrahiyyənin atası Nikolay Piroqov sümük sınıqlarında gips sarğılarından istifadə etmişdi. Bu üsul cərrahiyyədə bir inqilab olub, hələ indi də istifadə edilir. Sonra fransız alimləri daimi dartma üsulunu tətbiq etməyə başladılar ki, bu, bir çox üstün cəhətlərə malikdir. Xəstə bir qədər hərəkətli olur və bir çox fəsadların qarşısı alınır.
Ekstraksiya (film, 2020)
Xilasetmə (ing. Extraction) — ABŞ istehsalı triller filmi. Film 24 aprel 2020-ci ildə Netflix-də yayımlanmışdır. == Mövzu == Muzdlu əsgər Tayler Reyk, Hindistanın ən böyük narkotik alverçisinin qaçırılan oğlu Ovi Mahacanı Banqladeşin Dəkkə şəhərindən xilas etmək üçün tapşırıq alır. Ovini xilas etdikdən sonra şəhərin ən böyük narkotaciri Əmir şəhəri bağladır. Tayler artıq hər addımında düşmənlə üz-üzə gələcək. Yolboyu Taylerin kiçik yaşda itirdiyi oğlu ağlına gəlir və Oviyə qarşı yaxınlıq hiss edir. Ovinin atasının sağ qolu Sacu xidmət haqqını ödəməmək üçün uşağı tək başına xilas etməyə cəhd edir. Hər nə qədər Sacu və Tayler bir-biriləri ilə dalaşıb Ovini xilas etməyə cəhd etsələr də şərtlər ikisini də əsgərlər və polislər ilə döyüşüb şəhərdən çıxmağa məcbur edir. Sacu döyüş zamanı ordu lideri tərəfindən öldürülür.