Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daft Punk
Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar. Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü. 2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.
Rorks Drift döyüşü
Rorks Drift döyüşü (Battle of Rorke’s Drift) — həmçinin "Rorks Driftin müdafiəsi" və ya "Rork keçidi döyüşü" kimi tanınan, 1879-cu il Anqlo-Zulu müharibəsi zamanı 22-23 yanvar 1879-cu ildə zulular və britaniyalılar arasında baş vermiş hərbi toqquşmadır. == Əvvəlki tarix == Zululendin işğalı zamanı, keçmiş İsveç Lüteran Missiyası Rorks Driftin yerində, İngilislər xəstəxana və ərzaq anbarı yerləşdirdilər. Postun rəhbəri Kral mühəndislərinin (ing. Corps of Royal Engineers) leytenantı Con Rouz Merriot Çard idi. Rorks Driftin qəhrəmancasına müdafiəsində böyük rol oynayan 24-cü piyada alayının, 2-ci batalyonun, "B" bölüyünə (2-ci Vorvikşir alayı, indi Uels Kral alayı) leytenant (ing. Gonville Bromhead) komandanlıq edirdi. 22 yanvar 1879-cu ildə, müharibənin başlanmasından 9 gün sonra, başçı Ntsinqvayonun komandanlığı altında Zulu ordusu İsandlvanadakı İngilis düşərgəsini əzdi, demək olar ki, 24-cü İngilis piyada alayının 1-ci batalyonu da daxil olmaqla burada yerləşən İngilis qoşunlarını tamamilə məhv etdi. Məğlub olan düşərgədən fərqli olaraq, Rorks Drift kifayət qədər möhkəmləndirilmişdi: missiya binaları arasındakı boşluq daşlarla doldurulmuş qutulardan və kisələrdən hörülmüş divarla hasarlanmışdı, istehkamların qarşısında şimal-şərqdən iri daşlarla örtülmüş hərəkət üçün əlverişsiz bir sahə var idi, qərbdən və cənubdan isə missiyanın köhnə divar qalıqları hücumçular üçün əlavə maneə rolunu oynayırdı. == Döyüşün gedişi == Yanvarın 22-də axşam Zulu kralı Keçvayonun qanbir qardaşı Dabulamanzinin komandanlığı altında Zulu ordusunun arxa müdafiəçiləri İsandlvandan 11 mil (17,7 km) məsafədə olan Rorks Driftə hücum etdi. Hücum edən qüvvələrin döyüşçüləri 30-40 yaş arası evli kişilərdən toplanan "uDloko", "uSulvana", "inDlonqo" amabuto (alaylar) və subay gənclərin xidmət etdiyi "inDlu-yenqve" ibusodan ibarət idi.
Delft
Delft— (nid. Delft) Hollandiyada yerləşən bir şəhər və bələdiyədir. Əhalisi (may 2013-cü il əhalisinin təxmininə görə) 98727 nəfərdir.Şimal dənizi sahilindən 10 km məsafədə, Sxi çayı sahilində, Haaqa və Rotterdam şəhərləri arasında yerləşir. Rotterdam–Haaqa–Amsterdam avtomobil və Rotterdam–Leyden–Amsterdam dəmiryol magistralları Delftdən keçir. == Tarixi == Əsası 11 əsrdə qoyulmuşdur. 1246 ildə şəhər statusunu almışdır. 13–14 əsrlərdə mahud və pivə istehsalına görə şəhərin iqtisadiyyatı yüksəlmişdi. 1389-cu ildə Delft məhsullarının ixracı üçün Maas çayının mənsəbindəki Delftxaven portu ilə kanallar vasitəsilə birləşdirilmişdi. 1428-ci ildən (faktiki olaraq 1433-cü ildən) 1477-ci ilədək Burqundiya hersoqlarına (bax Burqundiya hersoqluğu), 1477-ci ildən (qəti olaraq 1482 ildən) Habsburqlara məxsus olmuşdur; Hollandiya əyalətinin iri və iqtisadi cəhətdən inkişaf etmiş şəhərlərindən biri idi.1512-ci ildən Müqəddəs Roma imperiyasının tərkibində olmuşdur. 1536-ci ildə baş vermiş yanğın nəticəsində dağıntılara məruz qalmışdır.
Draba
Yastıqotu (lat. Draba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Qrafit
Qrafit (yun. γράφω — yazıram) — karbonun allotropik modifikasiyası olub, bircinsli elementlər sinfinə aid mineraldır. Laylı struktura malikdir. Kristallik qəfəsin layları bir-birinə nisbətən müxtəlif cür yerləşə bilər (heksaqonal, triqonal). Laylar zəif dalğavaridir, müstəviyə daha yaxındır, karbonun atomlarının altıbucaqlı layndan ibarətdir. Kristalları plastik olub, kələkötürdür. Moos bərkliyi 1 və 2 arasındadır, sıxlığı 2,1-2,3 q/cm³-dir. Rənqi bozdur. == Fiziki xassələri == Qrafit elektrik cərəyanını yaxşı keçirir. Almazdan fərqli olaraq daha aşağı bərkliyə malikdir, nisbtən yumşaqdır.
Qrant
Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Qrand – 1)dövlət sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və yeniliklərin maliyyələşdirilməsi üçün subsiyalar; 2)elmi-tədqiqatların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin maliyyə dəstəyi üçün xeyriyyəçilik məqsədilə ayrılan pul vəsaitləri; 3)hər hansı fəaliyyət sahəsində yüksək ustalıq və peşəkarlığa nail olan insan (reklam qrandı). Konkret insanlara deyil, firmalara, təşkilatlara aiddir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.
Şratt
Şratt — relyefin karst formalarından biri. Eynilə karr kimidir.
Şrift
Şrift yada Yazı tipi (en. font) – eyni üsluba (məsələn, Courier), şəklə (kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan simvollar yığını; şriftlərin üslublarını (TYPEFACE) bir-birilə dəyişik salmaq olmaz. Şrift, verilmiş dizayna malik müəyyən ölçülü, üslublu və qalınlıqlı bütün simvolların çoxluğudur; şriftin üslubu isə dizaynın özüdür. Ekran görüntüsünü formalaşdırarkən və sənədləri çap edərkən şriftlər ya rastr görüntülər (nöqtələrin kombinasiyası) vasitəsilə, ya da konturlara (müəyyən riyazi düsturlara) görə formalaşdırılır. Müxtəlif şriftlərin tətbiqinə imkan verən proqramlar, onları ekranda yarada bilməsələr belə, şriftin şəkli və ölçüsü haqqında informasiyanı printerə verir. Printerin lazım olan şrifti əks etdirməsi üçün, ya şrift haqqında tam informasiya proqram tərəfindən printerə yüklənməli, ya da printerin özünə və ya printerin şrift kartricinə (FONT CARTRİDGE) yerləşdirilməlidir . == Rəvan == Rastr şrifti — unikal bit görüntüsü (nöqtələrin kombinasiyası) kimi təsvir olunan, müəyyən ölçü və üslublu simvolların yığınıdır. Rastr şriftlərə misal olaraq Microsoft Windows və Mac OS əməliyyat sistemlərinin ekran şriftlərini göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
Arat
Arat — türk və altay mifologiyasında Baykal gölündə və ya yeraltındakı böyük dənizdə yaşadığına inanılan qorxunc nəhəng, ölüm balığı. Arağıt, Arağut, Aravut olaraq da tanınmaqdadır. Monqol mədəniyyətində Aratan və ya Arağatan olaraq tanınar. Zaman-zaman yer üzündə yaşayan insanlardan qurban istəyər. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynadanda zəlzələlər olur, tufanlar qopar. "Ker Balıq" olaraq da adlandırılar. İndiyə qədər udduğu bütün canlılar orada yaşayırlar.
Baft
Baft— İranın Kirman ostanının şəhərlərindən və Baft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,008 nəfər və 8,265 ailədən ibarət idi.
Dart
Dart — Lars Bak və Kasper Lund tərəfindən hazırlanmış və Google tərəfindən hazırlanmış proqramlaşdırma dili. Veb və mobil proqramlar, həmçinin server və masaüstü proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Dart obyekt yönümlü, sinif əsaslı, C üslublu sintaksisi olan tullantı toplayan dildir. O maşın kodu, JavaScript və ya WebAssembly kompilyasiya edə bilər. O interfeysləri, miksinləri, abstrakt sinifləri, refikasiya olunmuş generikləri və tipləri dəstəkləyir. == Tarixi == Dart 10-12 oktyabr 2011-ci ildə, Danimarkanın Orhus şəhərində keçirilən GOTO konfransında təqdim olundu. Layihənin əsasını Lars Bak və Kasper Lund tərəfindən qoyulub. Dart 1.0 14 noyabr 2013-cü ildə yayımlandı.Dart əvvəlcə qarışıq qəbul edilmişdi. Təşəbbüs Chrome-da Dart VM-ni yaratmaq planlarına görə interneti parçaladığına görə tənqid edilirdi. Bu planlar 2015-ci ildə Dart 1.9 versiyası ilə ləğv edildi.
Arafat (Çaldıran)
Arafat (fars. عرفات‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (37 ailə).
Chris Pratt
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
Culiya Qrant
Culiya Qrant (ing. Julia Grant; 26 yanvar 1826, Sent-Luis, Missuri – 14 dekabr 1902, Vaşinqton) - ABŞ-nin Prezidenti Uliss Qrantın həyat yoldaşıdır.
Daxili şrift
Daxili şrift ( ing. internal font ~ ru. встроенный шрифт ~ tr. iç yazıtipi) – printerin özündə olan və onun daimi yaddaşında (READ-ONLY MEMORY, ROM) saxlanılan və buna görə də printeri söndürdükdə “itməyən” şrift. Printerlərin əksəriyyəti başqa yardımçı şriftlərlə də işləyə bildiklərindən, daxili şrift anlayışı yalnız verilmiş printer üçün həmişə “əlçatan” olan şriftlərə aid edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Draba albertina
Draba albertina (lat. Draba albertina) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü.
Draba allenii
Draba lactea (lat. Draba lactea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü.
Draba aretioides
Draba aretioides (lat. Draba aretioides) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü.
Draba asterophora
Draba asterophora (lat. Draba asterophora) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü.
Draba aureola
Draba aureola (lat. Draba aureola) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü.
Draba breweri
Draba breweri (lat. Draba breweri) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü.
Draba californica
Draba californica (lat. Draba californica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü.