Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dragon Ball
Dragon Ball (ドラゴンボール, Doragon Bōru) Akira Toriyama tərəfindən yaradılmış Yapon media franşizasıdır. İlk olaraq 1984-cü ildə Weekly Shonen Jump jurnalında nəşr olunan eyniadlı manqa seriyası ilə başlamış, daha sonra anime serialları, filmlər, video oyunlar və digər məhsullarla genişlənmişdir. == Manqa == Dragon Ball manqası 1984-cü ildən 1995-ci ilə qədər Weekly Shonen Jump jurnalında nəşr olunmuşdur. Manqa, Son Qoku adlı bir döyüş sənəti ustası olan gənc oğlanın macəralarını izləyir. Qoku, dünyanı gəzərək yeddi sehrli Dragon Ball-u toplayır və istəklərini yerinə yetirmək üçün əjdaha Şenronu çağırır. Manqa, döyüş sənəti, macəra və komediya elementlərini özündə birləşdirir. == Anime serialları == Dragon Ball franşizası bir neçə anime serialından ibarətdir: Dragon Ball (1986–1989): Son Qokunun uşaqlıq və yeniyetməlik illərini izləyir. Dragon Ball Z (1989–1996): Son Qokunun yetkinlik dövrünü və daha güclü düşmənlərlə döyüşlərini izləyir. Dragon Ball GT (1996–1997): Toriyama tərəfindən yaradılmamış, lakin Toei Animation tərəfindən istehsal edilmiş alternativ bir davam seriyasıdır. Dragon Ball Z Kai (2009–2015): Dragon Ball Z-nin yenidən işlənmiş və qısaldılmış versiyasıdır.
G-Dragon
Kvon Ci Yon (təxəllüsü: G-Dragon; kor. 권지용; 18 avqust 1988, Seul) — Koreya müğənnisi, repçisi, bəstəkarı, söz yazıçısı, musiqi prodüseri, modeli, BIGBANG qrupunun lideri. Ləqəbi K-Pop kralıdır. G-Dragon, 2006 -cı ildə, dünyanın ən məşhur qruplarından biri olan hip hop qrupu The Big Bang-in lideri olaraq cənubi Koreya əyləncə şirkəti YG Entertainment-da 6 il işlədi. İlk solo albomu Heartbreaker ve 2009'da satışa çıxan eyni adı ilə satışlar yaxşı getdi; həmin ərəfədə Koreyalı bir solist tərəfındən ən çox satılan album oldu və o "2009 Mnet Asiya Musiqi Mükafatları"nda İlin Albomunu qazandı. G-Dragon, 2010-cu ildə GD & TOP albomunu satışa vermək üçün Big Bang qrupundan dostu TOP ilə birlikdə işlədi. İlk EP One of the Kind (2012) çox bəyənildi və üç single qazandı: "One of a Kind", "Crayon", "This XX". EP, 2013 Seoul Music Awards-da İlın Rekordu'nu Qazandı. 2013 -cü ildə, dünya səviyyəsində ilk turuna solist olaraq başladı . G-Dragon, ikinci albomu Coup d'Etat'ın (2013) müvəffəqiyyəti ilə 2013 Mnet Asian Music Awards-da İlin Sənətkarı mükafatını qazandı.
Monthly Dragon Age
Monthly Dragon Age (月刊ドラゴンエイジ, Gekkan Doragon Eiji) — Fujimi Shobo nəşriyyatı tərəfindən nəşr olunan aylıq şonen manqası jurnalı. Jurnal Fujimi Shobo tərəfindən nəşr olunmuş iki jurnalın — "Monthly Comic Dragon" və "Monthly Dragon Junior" jurnallarının birləşməsindən sonra fəaliyyətə başlamışdır. İlk sayı 2003-cü ilin aprelində işıq üzü görmüşdür. Jurnal hər ayın 9-da çıxır. Jurnal "New Age Standard Comic" başlığına malikdir. Jurnalın "Dragon Age Pure" adlı xüsusi versiyası 2006-cı ilin yanvarından 2009-cu ilin fevralına kimi nəşr olunmuşdur.
Dracula 3: The Path of the Dragon
Dracula 3: The Path of the Dragon - "Kheops Studio" oyun şirkəti tərəfindən 2008-ci ildə "Microsoft Windows" platforması üçün yaradılan, macəra oyunudur.
Year of the Dragon (Modern Talking albomu)
Year of the Dragon (azərb. Əjdaha ili‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Qrin-Draqon meyxanası
Qrin-Draqon meyxanası (ing. Green Dragon Tavern) — Bostonda Yunyon-Strit üzərində yerləşən pab. Həm masonlar, həm də "Azadlıq oğulları" üçün məşhur görüş olmuşdur. 1832-ci ildə sökülmüşdür. Qrin-Draqon meyxanası Bostonun şimal ucunda yerləşən Qrin-Draqon-Leyndə (indiki Yunyon-Strit) yerləşirdi. 0.75 acre (0.30 ha) ölçüsünə görə Bostondakı ən böyük tikililərdən biri idi. Əsasən kərpicdən ibarət olan bina arxa tərəfdə üç, qabaqda iki mərtəbədən ibarət idi. Qonaqları qarşılayan dəmir kranın üzərinə qoyulmuş mis əjdaha idi.
Drambon
Heyvalı (əvvəlki adı: Drombon və ya Drmbon) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Heyvalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Drombon kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Drmbon kəndi Heyvalı kəndi adlandırılmışdır. == Tarixi == XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş erməni ailələri burada yerləşdikdən sonra kənd Drmbon (Heyvalı toponimindən erm.-yə kalkadır) kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edildi. Oykonim "heyva ağacları olan yer" mənasındadır. Heyvalı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Heyvalı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Heyvalı kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Drakon
[mənbə göstərin] Drakon — Qədim Yunanıstanda alim. Onun yazdığı qanunları "qanla yazılmış qanunlar" da adlanır. E.ə 621-ci ildə Afinada qanun bilicisi Drakon tərəfindən yazılmışdır.E.ə 594-cü ildə Solon qanunları ilə əvəz olunmuşdur.
Imagine Dragons
Imagine Dragons – Den Reynoldsun liderlik etdiyi Amerikan rok qrupu. == Yaranması == 2008-ci ildə qrupun hazırkı lideri Den Reynolds Yutada qrupun gitaristi Ueyn Sermon ilə tanış oldu. Daha sonra Las-Veqasda Ben Makki, Andryu Tolman və Briteni Tolmanın, Den və Sermona qatılması ilə qrup tamamilə yarandı. == Qrup üzvləri == Den Reynolds Ben Makki Ueyn "Uinq" Sermon Daniel Platsmen == Keçmiş üzvləri == Andru Tolman Brittani Tolman Tereza Flaminio Deyv Lemke Andryu Bek Aurora Florens == Beynəlxalq uğurlar == Qrupun ilk üzvlərindən Andryu və Briteni Tolman 2011-ci ildə qrupdan ayrıldılar və yerinə Daniel Platzman gəldi. 2012-ci ildə ilk studiya albomları olan Night Vision-u Amerika Müstəqillik Günü'ndə çıxartdılar. Ən məşhur mahnıları olan Radioactive də həmin albomda idi. 2013-cü ildə Avropa və Şimali Amerikada konsertləri olmuşdur.
Drakon qanunları
[mənbə göstərin] Drakon — Qədim Yunanıstanda alim. Onun yazdığı qanunları "qanla yazılmış qanunlar" da adlanır. E.ə 621-ci ildə Afinada qanun bilicisi Drakon tərəfindən yazılmışdır.E.ə 594-cü ildə Solon qanunları ilə əvəz olunmuşdur.
Warriors (Imagine Dragons mahnısı)
"Warriors" (azərb. "Döyüşçülər"‎) — ABŞ rok qrupu Imagine Dragons tərəfindən bəstələnmiş mahnı. 2014-cü il League of Legends Dünya Çempionatının rəsmi musiqi videosunda istifadə edilmiş, həmçinin 2015-ci ildə FİFA Qadınlararası Dünya Çempionatının rəsmi mahnısı olmuşdur. Bunlardan əlavə, mahnı 2015-ci ildə Survivor Series-in rəsmi mahnısı olmuş, "Diverqent: Insurqent" filmində, USA Network-un "Koloniya" teleserialında və "Ecazkar qadın" filminin son rəsmi treylerində istifadə olunmuşdur. Sinql rəqəmsal şəkildə 18 sentyabr 2014-cü ildə buraxılmışdır. Mahnı ilk öncə League of Legends-in rəsmi YouTube kanalı vasitəsilə 17 sentyabr 2014-cü ildə paylaşılmışdır. Mahnı və video 2014-cü il League of Legends Dünya Çempionatını reklam etmək xarakteri daşıyırdı.
Araqorn
Araqorn (ing. Aragorn) — Con Tolkinin əsərlərində uydurma Orta Dünyada yaşayan ədəbi protaqonist personajlardan biri. Araqorn Şimal atlısıdır. Əsərdə ilk olaraq Bridə Uzun Ayaq kimi tanınır və hobbitlər onu belə çağırırlar. Özü bunu gizlətsə də daha sonra ulu babası İsildurun varisi olduğu aşkarlanır. Əsərin digər qəhrəmanı Qandalf ona çox güvənir, Tək üzüyün və Qaranlıq hökmüdarı Sauronun məhv edilməsində adı çəkilən əsas qəhrəmanlardandır. Araqorn 4 hobbiti Bridən Rivendela qədər 9 nazquldan mühafizə edərək gətirir. Moriya dağlarında Qandalfın balroq ilə döyüşündən sonra Üzük Qardaşlığına rəhbərlik edir. Helm Dərəsi uğrunda döyüşündə Rohan tərəfinin qalib gəlməsində Araqornun əsas rolu vardır. Son döyüş, Minas Tiritin qorunmasında əsas qəhrəmandır.
Draqoman
Draqoman — türk, ərəb və fars dilli dövlətlərin, eləcə də Orta Şərq və Avropa ölkələrinin səfirlik, diplomatik və konsul missiyaları yanında rəsmi tərcüməçi. Draqoman ərəb, fars, türk və Avropa dillərini bilməlidir. == Etimologiyası == Ərəb dilində draqoman ترجمان (tərcüman), türk dilində isə tercüman kimi işlənir. Sami dilindəki t-r-g-m kökündən götürülən bu söz akkad dilində targumannu, geez dilində (klassik Efiopiya dili) t-r-gw-m, arami dilində isə targemana'dır. İvrit dilində מתרגם (metargem) — tərcüməçi və מתורגמן (meturgeman) — sinxron tərcüməçi anlayışları fərqləndirilir. Sonuncu yuxarıda sadalanan dillərə daha çox bənzəyir, baxmayaraq ki, hər iki söz eyniköklü olub sami dilindən alınmadır. Terminin xet mənşəli olması ilə bağlı fərziyyələr də mövcuddur (Salonen, səh. 12; Rabin, səh. 134–136). Bu söz Avropa dillərinə orta əsrlərdə daxil olmuşdur: orta ingilis dilində dragman, qədim fransız dilində drugeman, orta əsrlərdə latın dilində dragumannus, orta əsrlərdə yunan dilində isə δραγομάνος, dragoumanos kimi lüğətə daxil edilmişdir.
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Draqun
Draqun (fr. Dragon — əjdaha, lat. Draco — ilk dövrlərdə bayraqlarında olan əjdaha təsvirindən gəlir) — bəzi Avropa ölkələrində həm atlı, həm də piyada sırada vuruşmağı bacaran süvarilər. Əvvəlini Makedoniyalı İskəndərin həm piyada, həm də atlı vurulan dimaxoslarından (yunan — ikili döyüşçülər) götürürlər. İlk dəfə draqunlar XVI-cı əsrdə Fransa, atlarda vuruşan piyadalar kimi yaradılıblar. Onların bayraqlarında əjdaha təsviri olurdu. Həm piyada, həm də süvari qoşun kimi vuruşmaq üçün nəzərdə tutulurdular. XVII-ci əsrin birinci yarısında suvarilər kimi də istifadə olunublar. İstifadələrindən asılı olaraq, müxtəlif mərhələlərdə müxtəlif soyuq və odlu silahlarla, eləcə də alətlərlə təmin olunurdular. Daha təkmil odlu silahın yaranması ilə atlı atıcılara çevrildilər.
Araqon dili
Araqon dili — İspaniyanın Araqon Muxtar Bölgəsində təxminən 10.000 nəfər tərəfindən danışılan latın dilidir. Dil Ribaqorça bölgəsində Katalon dili ilə qarşılıqlı təsirə məruz qalmışdır. Araqonca Bölgədə İspan dili təsirində qaldığı üçün yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. İkinci dil olaraq bu dildən istifadə edənlərin sayı 30.000 nəfərdir.
Draqan Naçevski
Draqan Naçevski (Makedonca:Драган Начевски) - Makedoniyalı futbolçu. == Həyatı == Draqan Naçevski 1980-ci il yanvarın 27-də anadan olmuşdur.
Draqan Nikoliç
Draqan Nikoliç (serb. Драгослав (Драган) Николић; 20 iyul 1943 və ya 20 avqust 1943, Belqrad, Serbiyada Almaniya Hərbi İdarəsi[d], Üçüncü Reyx – 11 mart 2016, Belqrad) — Serbiya teatr və kino aktyoru. == Həyatı == Belqarad İncəsənət Universitetinin Drama Sənəti fakültəsini bitirmişdir. Filmlərdə çəkilməyi 1964-cü ildən başlamışdır. Jivoin Pavloviçin "Ölü və ağ olduğum zaman" (1967) adlı kinosunda rolu ona şöhrət gətirmişdir. 1969-cu ildə Atelye 212 teatr truppasına üzv oldu. Master və Margarita, Dib və digər tamaşalarda baş rollarda oynamışdır. Rejissor və ssenarist Jivko Nikoliç onun böyük qardaşıdır. Aktrisa Milena Draviç həyat yoldaşı idi.
Draqor təpəsi
Draqor təpəsi (bolq. хълм Драгор, ‘Halm Dragor’ \'h&lm 'dra-gor\) — Antarktidanın Triniti yarımadasının Vaytklaud buzlağı sahillərindən şərqdə yerləşən, 748 m hündürlüklü qaya zirvəsidir. Zirvə cənubi Bolqarıstanda yerləşən Draqor şəhərinin adını daşıyır. == Yerləşməsi == Draqor təpəsi 63°54′20″ c. e. 59°30′57″ q. u. koordinatlarında yerləşmişdir. Nikyup burnundan 7.85 km cənub-şərqdə, Almond burnundan 2.85 km cənubda, Borovan təpəsindən 1.85 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Lui Araqon
Lui Araqon (3 oktyabr 1897[…], Parisin 16-cı dairəsi[d] – 24 dekabr 1982[…], VII arondisman, Fransa) — fransız yazıçısı, şair, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1957). Sorbonna Universitetində tibb elmini öyrənmiş, Birinci Dünya müharibəsinin (1914–18) iştirakçısı olmuşdur. Fransa KP MK-nın üzvü, müqavimət hərəkatının liderlərindən biri idi. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərmiş ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq etmişdir("Anise…" povesti, 1921). Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası",1924) yazmışdır. "Qırmızı cəbhə" (1931) poemasının, "Ura, Ural" (1934) şeir toplusunun müəllifidir. "Real dünya" (1934–51), "Kommunistlər" (1949–51;1967 ildə yenidən işlənmişdir) romanlarında sosializm ideyalarını təbliğ etmişdir. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirmişdir. "Tamamlanmamış roman" (1956) Lui Araqon yaradıcılığının zirvəsidir.
Draqan Çoviç
Draqan Coviç (xorv. Dragan Čović; 20 avqust 1956, Mostar) — xorvat əsilli Bosniya və Herseqovina biznesmeni və siyasətçisi. Bosniya və Herseqovina Xorvatiya Demokratik Birliyinin lideri. == Həyatı == 1998-ci ildən maliyyə naziri və ölkə hökumətinin baş nazirinin müavini vəzifələrində çalışmışdır. 5 oktyabr 2002-ci ildə üçüncü etnik qrup olan xorvatların nümayəndəsi kimi Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü seçilmişdir. O, 2003-cü ilin iyunundan 2004-cü ilin fevralına qədər xorvat icmasından Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri vəzifəsində çalışmışdır. 29 mart 2005-ci ildə Ali Nümayəndə Peddi Eşdovn tərəfindən maliyyə cinayətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə tutduğu vəzifədən uzaqlaşdırılmışdır. OŞ Bosniya və Herseqovina Dövlət Məhkəməsinin qərarı ilə istintaq tədbirləri müddətində, istefasından sonra bir müddət həbsdə qalmışdır. Sonradan ittihamlar aradan qaldırılmışdır. O, 2014-cü il prezident seçkilərində səslərin çoxunu qazanmışdır.
Araqon krallığı
Araqon krallığı (araq. Reino d'Aragón; kat. Regne d'Aragó; lat. Regnum Aragoniae; isp. Reino de Aragón) — 1035–1707-ci illərdə müasir İspaniya və Fransa ərazisində mövcud olmuş dövlət. Müxtəlif dövrlərdə onun tərkibinə Araqon, Kataloniya, Valensiya və Russilyon tarixi vilayətləri daxil olmuşdur. O, daha bir neçə dövlət qurumunun Araqon krallarının hakimiyyəti altında birləşdirilmiş federal monarxiyadan – Araqon taxt-tacından fərqlənir. 1479-cu ildə Araqon kralı II Xuanın ölümündən sonra Araqon və Kastiliya tacları birləşərək müasir İspaniyanın nüvəsini təşkil etdi. Araqon torpaqları muxtar parlament və inzibati qurumları saxladı. Bu tənzimləmə, İspaniyada mərkəzləşdirilmiş hakimiyyətin İspaniya mirası uğrunda müharibədən sonra ispaniyalı V Filip tərəfindən 1707-1715-ci illər arasında elan edilmiş Nueva-Planta dekretlərinə qədər qaldı.
Draqo doktrinası
Draqo doktrinası — beynəlxalq borcların alınması üçün bir dövlətin digər dövlətə silahlı müdaxiləsinin yolverilməzliyi prinsipini müəyyən edir. 1902-ci ildə Argentinanın xarici işlər naziri Luis Maria Draqo tərəfindən ABŞ-yə diplomatik xəbərdarlıq kimi bəyan edilib. Monro doktrinası və Avropanın imperialist qüvvələrinin təsiri arasındakı qarşıdurmanı aydınlaşdırmaqla, eləcə də, ABŞ-nin uzun müddət dəstəklədiyi suveren bərabərlik prinsipinə diqqəti cəlb etməklə, sözügedən doktrina ABŞ da daxil olmaqla heç bir xarici qüvvənin borc toplamaq üçün Latın Amerikasındakı hər hansı dövlətə qarşı güc tətbiq edə bilməməsi siyasətini ortaya qoymuşdur. 1904-cü ildə ABŞ tərəfindən Draqo doktrinasına cavab olaraq, Ruzvelt doktrinası (ing. Roosevelt Corollary) hazırlandı. Müvafiq doktrina Amerika biznesi və Latın Amerikasının Avropa qüvvələrindən müstəqilliyi ilə əlaqədar maraqlar naminə ABŞ-n Latın Amerikasına müdaxiləsinə haqq qazandırırdı. Draqo doktrinası öz hüquqi təsbitini 1907-ci ildə 2-ci Haaqa Konfransında qəbul edilən Draqo-Porter Konvensiyasında tapmışdır. Belə ki, bu doktrinanın dəyişilmiş versiyası 1907-ci ildə Haaqada qəbul edilmişdir və Horas Porterin şərəfinə Porter Konvensiyası da adlanır. Buna əsasən, işin həmişə ilk növbədə arbitraj və məhkəmə vasitələri ilə həllinə üstünlük verilməlidir. == Tarixi == Doktrina Karlos Kalvonun Derecho internacional teórico y práctico de Europa y América əsərində ifadə olunmuş ideyalara əsaslanır.
Araqon taxt-tacı
Araqon taxt-tacı (araq. Corona d'Aragón; kat. Corona d'Aragó, Katalanca tələffüz: [kuˈɾonə ðəɾəˈɣo]; isp. Corona de Aragón, [koˈɾona ðe aɾaˈɣon]; lat. Corona Aragonum, [kɔˈroːna araˈɡoːnũː]) — Araqon krallarının hakimiyyəti altında bir neçə dövlət qurumunun birliyi. XIV–XV əsrlərdə, gücünün zirvəsində, Araqon taxt-tacı müasir İspaniyanın şərqinin, Fransanın cənub-şərqinin, eləcə də Balear adalarının, Siciliyanın, Korsikanın, Sardiniyanın, İtaliyanın cənubunun (1442-ci ildən) və Yunanıstanın bir hissəsini (1388-ci ilə qədər) idarə edən ən əhəmiyyətli dəniz gücü idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Bisson, T. N. The medieval Crown of Aragon. A short history. Oxford: Clarendon Press. 1986.
Qızıl Daqon Paqodası
Şvedaqon paqodası — Myanmarın Yanqon şəhərində yerləşən zərli stupa. Şvedaqon Myanmadakı ən müqəddəs Buddist paqodadır. Çünki, burada indiki Kalpanın dörd əvvəlki Buddanın qalıqlarının olduğu güman edilir. Bu qalıqlara Kakusandhanın əsası, Konaqamananın su filtri, Kassapa paltarının bir parçası və Qautama başının səkkiz teli daxildir. 51 metr (167 fut) hündürlüyündə Sinquttara təpəsində tikilmiş , 112 m (367 fut) hündürlüyü olan paqoda dəniz səviyyəsindən 170 m (560 fut) hündürlükdədir və Yanqon siluetinə hakimdir. Yanqonun binaların maksimum hündürlüyünü dəniz səviyyəsindən 127 metr (417 fut) hündürlüyə (paqodanın dəniz səviyyəsindən hündürlüyünün 75%-i) qədər məhdudlaşdıran rayonlaşdırma qaydaları Şvedaqonun şəhərin siluetində önə çıxmasını təmin edir. Əfsanəyə görə, Şvedaqon paqodası 2500 ildən çox əvvəl — Budda hələ sağ olarkən — inşa edilmişdir ki, bu da onu dünyanın ən qədim Buddist stupasına çevirəcəkdir. Buddhavaṃsa görə, Tapussa və Bhallika adlı Ukkalajanapadadan olan iki tacir Budda ilə qarşılaşdıqda Bodh Qayadan keçirdilər. O zaman rajayatana ağacının altında oturaraq yeni əldə etdiyi Buddalığın səadətindən zövq alan Budda onların düyü tortu və bal təkliflərini qəbul etdi və əvəzində onlara dharmanın bir hissəsini öyrətdi . Bununla da onlar ilk adi şagirdlər oldular.
II Con (Araqon kralı)
II Con və ya Dinsiz Con (isp. Juan II) (d. 29 iyun 1398 - ö. 20 yanvar 1479) – Araqon və Navarra kralı (de-yure). Araqon kralı I Ferdinand və xanımı Alburkerkeli Eleonoranın ikinci oğlu idi. 1425-ci ildə Navarra kraliçası Blanşla evləndi və Navarranın de-yure kralı oldu. Daha sonra qardaşının geridə rəsmi varis buraxmadan vəfatının ardından, 1458-ci ildə Araqon kralı oldu. == Mənbə == Earenfight, Theresa (2015). "Trastamara Kings, Queens, and the Gender Dynamics of Monarchy". In Todesca, James (ed.).
I Ferdinand (Araqon kralı)
I Ferdinand (isp. Fernando I) (d. 27 noyabr 1380 - ö. 2 aprel 1416) – Araqon kralı. Qardaşının kiçik oğlu II Conun ilk səltənət illərində Kastiliya taxtının naibi oldu. Kastiliya kralı I Con və ilk xanımı Araqonlu Eleonoranın ikinci oğlu idi. Dayısı olan Araqon kralı I Martinin geridə varis buraxmadan ölümünün ardından, 1412-ci ildə Araqon kralı seçildi. Taxtın digər namizədi isə Araqon krallarının şəcərəsindən olan Urgel qrafı buna etriaz edərək üsyan başlatdı. Nəticədə I Ferdinand bölgəni işağl edərək krallığın ərazisinə birləşdirdi. == İstinadlar == == Mənbə == Hillgarth, J.N. (1976).