DRAQÚN

[ fr. ] Çar ordusunda və bəzi xarici ölkə ordularında: xüsusi atlı qoşun hissələri nəfəri, yaxud zabiti. Draqun polku. – Axşam yeməyinin axırına qədər Qruşnitski draqun kapitanı ilə pıçıldaşır və gözləşirdi. Lermontovdan.
DRAJE
DRAM
OBASTAN VİKİ
Draqun
Draqun (fr. Dragon — əjdaha, lat. Draco — ilk dövrlərdə bayraqlarında olan əjdaha təsvirindən gəlir) — bəzi Avropa ölkələrində həm atlı, həm də piyada sırada vuruşmağı bacaran süvarilər. Əvvəlini Makedoniyalı İskəndərin həm piyada, həm də atlı vurulan dimaxoslarından (yunan — ikili döyüşçülər) götürürlər. İlk dəfə draqunlar XVI-cı əsrdə Fransa, atlarda vuruşan piyadalar kimi yaradılıblar. Onların bayraqlarında əjdaha təsviri olurdu. Həm piyada, həm də süvari qoşun kimi vuruşmaq üçün nəzərdə tutulurdular. XVII-ci əsrin birinci yarısında suvarilər kimi də istifadə olunublar. İstifadələrindən asılı olaraq, müxtəlif mərhələlərdə müxtəlif soyuq və odlu silahlarla, eləcə də alətlərlə təmin olunurdular. Daha təkmil odlu silahın yaranması ilə atlı atıcılara çevrildilər.
Draqunlar

Draqunov snayper tüfəngi
Draqunov snayper tüfəngi — Draqunovun 7.62 mm-lik snayper tüfəngi. Peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanmışdır. Tüfəng snayperin ştat silahıdır. Qarabag müharibəsində geniş istifadə olunmuşdur. Silahdan atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Optik nişangah gecə infraqırmızı obyektlərə və pis görünən hədəflərə atəş açmaq üçün nəzərdə tutulub. Bundan əlavə gündüz hədəfi məhv etmək üçün də istifadə olunur. Gecə infraqırmızı obyektlərin şüaları nişangaha düşərək yaşıl rəngli işıqlı ləkə kimi görünür ki, bununla da həmin obyekti dəqiq nişan almaq olur. == Xarakteristikası == Atəş uzaqlığı — 1300 m., açıq nişangahla 1200 m.

Digər lüğətlərdə